1. Zəruri işlərlə əlaqədar su təchizatının dayandırılması hallarında su təchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməlidir:
a) qeyd olunan işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etmək;
b) müvafiq işlərin görülməsi üçün 24 saatdan artıq müddətə obyektin məişət (təsərrüfat)-içməli su təchizatının dayandırılmasını yalnız həmin obyektin qəza su təchizatının (müvəqqəti kəmərlər və ya digər üsullarla) təmin ediləcəyi şərti ilə həyata keçirmək.
2. İstehlakçı tərəfindən, tarixi göstərilməklə su təchizatından imtina etməsi barədə qabaqcadan məlumatın daxil olduğu halda, su təchizatı müəssisəsi su təchizatını dayandırmalıdır.
Fövqəladə və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar və ya su təchizatının cüzi dayandırılması halları istisna olunmaqla, su təchizatı müəssisəsi bu Qanunun 28-ci maddəsində nəzərdə tutulanlara əsasən istehlakçıya yalnız qabaqcadan xəbərdarlıq etdikdən sonra suyun verilməsini dayandıra bilər.