Məhkəmə qərarları › İş №1-1(3-1)-10/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1-1(3-1)-10/2026

16.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-10/2026 16.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə dair Açar sözlər: Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəisin öz tabeliyində olan şəxslərə zor tətbiq etməsi (təkrar törədildikdə) ittihamı verilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, CM-in 70ci maddəsinin tətbiqi üçün apellyasiya şikayəti verilmiş Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev Ilqar Məhərrəm oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, ## #### 2001-ci il tarixdə Yardımlı rayonunun Peştəsər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Peştəsər kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R hərbi rütbəsində xidmət edən, barəsində ## #### 2026-cı il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Naxçıvan MR Penitensiar Xidmətin Istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən olunmuş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Culfa şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, R hərbi rütbəsində xidmətdə olarkən, ## ###### 2026-cı il tarixdə, saat 08 radələrində bölüyün şəxsi heyətinə hərbi hissənin ərazisində yerləşən taborun * nömrəli yataqxana binasının qarşısında düzülüş komandası verdikdə tabeliyində olan, həmin bölüyün 1-ci taqımının 3-cü manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs5 Mayıs oğlu sıraya gəlmədiyinə görə yanına çağırıb səbəbini soruşduqda sonuncu çəkməsinin sökük olduğuna görə sıraya gəlmədiyini və bu barədə Vnin məlumatı olduğunu dedikdə Təqsirləndirilən şəxs əsgər zərərçəkmiş şəxs5 ünvanına nalayiq ifadə işlədib sinə nahiyəsindən bir yumruq zərbəsi vurmaqla, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2026-cı ilin yanvar ayının ortalarında, saat 21 radələrində bölüyün hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanasında şəxsi heyətə düzülüş komandası verdikdə tabeliyində olan, komandiri olduğu taqımın 1-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs4 icazəsiz mühəndis bölüyünün yataqxanasına getməsi səbəbindən sıranın qarşısına çıxarıb sol sinə nahiyəsinə çoxsaylı yumruq zərbələri vurmaqla, 2026-cı ilin fevral ayının əvvəllərində, saat 13 radələrində Culfa şəhəri ərazisində yerləşən “X1”ndə şəxsi heyətə düzülüş komandası verərək əvvəlki gün hamam tədbirində iştirak etmiş əsgərlərə sıradan çıxmalarını bildirdikdə tabeliyində olan, komandiri olduğu taqımın 3-cü manqasında atıcı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs3 verilmiş tapşırığı icra etməməsi səbəbindən onun sinə və sol çiyin nahiyələrinə yumruq zərbələri vurmaqla, ## ###### 2026-cı il tarixdə, saat 0N radələrində hərbi hissənin ərazisində yerləşən 3-cü taborunun əsgər yataqxanasının qarşısında şəxsi heyətə düzülüş komandası verdikdə tabeliyində olan, həmin bölüyün 3-cü taqımının 2-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs2 sıraya yubanması səbəbindən kitelinin yaxasından tutaraq onu silkələdikdən sonra sinə nahiyəsinə yumruq zərbəsi vurub, ona dərəcəsi təyin olunmayan “döş qəfəsinin sol yarısının yumşaq toxumalarının əziyi” xəsarətini yetirməklə, ## ###### 2026-cı il tarixdə, saat 1N radələrində hərbi hissənin ərazisində yerləşən 3-cü taborun əsgər yataqxanasının qarşısında bölüyün şəxsi heyətinin silahlarını yoxlayarkən tabeliyində olan, komandiri olduğu taqımın 2-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs1 silahını yaxşı təmizləmədiyini görüb avtomat silahın qundağı ilə sonuncunun sol döş qəfəsindən üç dəfə vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. II. Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (hakim S.Hüseynov) ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində ## ##### 2026-cı il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin dəyişdirilib hökmün qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökmün icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməsi hökm edilmiş, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

3. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan Naxçıvan MR Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilərək onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almasını hökmdə göstərsə də, faktiki olaraq həmin halları nəzərə almayaraq ona ağır cəza təyin etmiş, Naxçıvan MR Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü ədalətli olmamış, yüngülləşdirici hallar (əvvəllər məhkum olmaması, ilk dəfə cinayət törətməsi, zərərçəkmiş şəxslərlə barışması, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmaması, törətdiyi cinayət əməlinə görə özünü tam təqsirli bilməsi, səmimi peşman olması və s.) və ağırlaşdırıcı halların olmaması tam şəkildə nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru dövlət ittihamçısı2 tərəfindən etiraz daxil olmuşdur. Etirazda təqsirləndirilən şəxsin hərbi nizamnamələrin tələblərini kobud şəkildə pozduğu, hətta ətrafda V və digər rəis heyətinin olmasına əhəmiyyət verməyərək tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdən çəkinməmiş, barəsində tətbiq edilmiş çoxsaylı intizam məsuliyyəti tədbirlərinə məhəl qoymamış, buna görə də barəsində komandanlıq tərəfindən də mənfi xasiyyətnamə verilmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yüngülləşdirici hallar nəzərə alınmaqla maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cəza təyin edilmişdir. Cəzanın məqsədləri baxımından iş üzrə şərti məhkum etmənin tətbiqi üçün əsaslar yoxdur. Buna görə də birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq 2015-ci ildən hərbi xidmət sahəsini seçdiyini, 3 il hərbi liseydə oxuduğunu və 4 il ali təhsil aldığını, hazırda müəyyən səhvlərə yol verdiyini, düşmənə silah tutduğu əllərin bu gün qandallı olmasının onun üçün çox ağır hiss olduğunu, bundan sonra da vətəni üçün xidmət etmək istədiyini, əsgərlərin də onlara qarşı həm tələbkar, həm də qayğıkeş komandir olduğunu təsdiq edə biləcəyini, gənc zabit olduğuna görə müəyyən şeyləri düzgün anlamadığı və tələsdiyi üçün əsgərlərə qarşı düzgün hərəkət etmədiyini, buna görə onlardan üzr istədiyini, qardaşının vətən müharibəsi iştirakçısı, atasının isə Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, bir daha belə səhvlərlə qarşıya çıxmayacağı və həmin səhvləri təkrarlamayacağı barədə məhkəməyə söz verdiyini bildirərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin tamamilə əsassız olduğunu, Təqsirləndirilən şəxs xidmət etdiyi dövrdə öz xidməti vəzifə imkanlarından suiistifadə edərək tabeliyində olan müddətli həqiqi hərbi xidmət əsgərlərinə qarşı müntəzəm olaraq zor tətbiq etdiyini, bundan başqa hərbi hissə komandanlığının xidməti xasiyyətnaməsinə əsasən onun mənfi xarakterizə olunduğunu, onun ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan qısa xidmət dövründə 7 dəfə "Şiddətli töhmət" və 1 dəfə "Töhmət" olmaqla ümumilikdə 8 intizam cəzasına cəlb edildiyini, bu faktın onun intizamsızlığı və zorakılığı mütəmadi hala çevirdiyini nümayiş etdirdiyini, Təqsirləndirilən şəxs əməlinin tək birdəfəlik insident deyil, 5 nəfər tabeliyində olan hərbi qulluqçuya qarşı təkrarən və sistemli şəkildə törədildiyini, üstəlik zərərçəkənlərdən birinə bədən xəsarəti yetirildiyini, digər əsgərə qarşı isə döyüş silahından şiddət aləti kimi istifadə edildiyini, Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutuldu halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin peşmançılığı, üzr istəməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi yüngülləşdirən hal kimi nəzərə alınaraq sanksiya həddində nəzərdə tutulmuş ən aşağı cəzanın - 2 il azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, bu cəzanın daha da yüngülləşdirilərək şərti hesab edilməsinin sosial ədalətin bərpası prinsipinə, Cinayət Məcəlləsinin 41.1, 41.2 və 58.3-cü maddələrinə kökündən zidd olduğunu, ittiham tərəfi olaraq zorbalıq edən, tabeliyindəki gənc əsgərləri döyən, silaha əl atan və intizam cəzaları ilə islah olunmayan zabit barəsində şərti cəza tətbiq edilməsinin ordu daxilində intizamın kökündən sarsılmasına və cəzasızlıq mühitinin yaranmasına gətirib çıxara biləcəyini hesab edərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

9. Maddə 329.2.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi təkrar törədildikdə bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

10. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

11. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi) b) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi

12. Bənd 48. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarı) V. Apellyasiya şikayətinə baxılması hüdudları

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)

14. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)

15. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarı)

16. Hazırkı apellyasiya şikayətində təqsirləndirilən şəxs və onun müdafiəçisi hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiklərindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanılacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları, məhkəmə iclasında tədqiq edilmiş sübutlar və cinayət qanununun cəza təyini ilə bağlı müddəaları ilə qarşılıqlı əlaqədə araşdıraraq aşağıdakı nəticəyə gəlir:

18. Ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları hərtərəfli qiymətləndirmiş və bu halları cəza təyin edilərkən nəzərə almışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslərdən üzr istəməsini, onlarla barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və maddənin sanksiyasında nəzərdə tutulan minimal həddə cəza təyin etmişdir.

19. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə səkkiz dəfə intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən bir neçə dəfə şiddətli töhmət almış, ## ###### 2026-cı il və ## ###### 2026-cı il tarixlərində də şiddətli töhmətlə tənbeh edilmişdir. Həmçinin onun barəsində verilmiş xidməti xasiyyətnamədə mənfi xarakterizə olunduğu göstərilmişdir. Məhkəmə kollegiyası üçün xüsusilə əhəmiyyətli olan hal ondan ibarətdir ki, təqsirləndirilən şəxsin barəsində olan intizam tənbehlərinin sayı səkkizə çatdığı halda, onun cinayət əməlləri sonradan da davam etmiş və nəticədə tabeliyində olan beş hərbi qulluqçuya qarşı müxtəlif bəhanələrlə zor tətbiq edilmişdir. Bu vəziyyət şəxsin əvvəlki davranışının ona qarşı verilmiş intizam tənbehlərinə baxmayaraq lazımi nəticə doğurmadığını göstərən hallar kimi qiymətləndirilə bilər. Başqa sözlə, təqsirləndirilən şəxsin hərbi xidmət intizamına münasibətdə mənfi xarakterizə olunması və dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsi onun şəxsiyyətini səciyyələndirən obyektiv məlumatlardır. Həmin məlumatlar məhz Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinin tətbiqi zamanı, yəni şəxsin cəza çəkmədən islah olunmasının mümkünlüyünün müəyyən edilməsi baxımından nəzərə alınmalıdır. Bu halların mövcudluğu şəraitində Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə tətbiq edilməklə islah olunacağı barədə kifayət qədər əsaslandırılmış qənaətə gəlmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxslərin bağışlaması və ondan şikayət və tələbin olmaması təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini aradan qaldırmır. Rəisin tabeliyində olan hərbi qulluqçuya qarşı zor tətbiq etməsi yalnız konkret zərərçəkmiş şəxslərin hüquq və mənafelərinə toxunan davranış deyil, eyni zamanda orduda qanunçuluq, nizam- 20.və qarşılıqlı münasibətlərin düzgün qurulmasına xələl gətirən əməldir. Bu baxımdan intizam zərərçəkmiş şəxslərin şəxsi mövqeyi təqsirləndirilən şəxsin cəzasının fərdiləşdirilməsi zamanı nəzərə alınmalı olsa da, hərbi xidmət əleyhinə törədilmiş cinayətin ictimai təhlükəliliyinin qiymətləndirilməsində həlledici əhəmiyyət daşıya bilməz.

21. Məhkəmə onu da xüsusilə qeyd etməyi zərur hesab edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və zərərçəkmiş şəxslər isə təqsirləndirilən şəxsin tabeliyində saxlanılmaqla xidmətə davam etmiş, cinayət işinin obyektiv araşdırılması və zərərçəkmiş şəxslərin hüquqlarının təmin olunması baxımından təqsirləndirilən şəxsin xidmət yerinin dəyişdirilməsi, zərərçəkmiş şəxslərin onun tabeliyindən çıxarılması üçün tədbirlər görülməmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayətin xarakterini, törədilmə üsulunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları tam və hərtərəfli qiymətləndirmiş, ona həmin maddənin sanksiyası çərçivəsində mümkün olan ən aşağı həddə cəza təyin etmişdir. Apellyasiya şikayətində göstərilən hallar hökmün dəyişdirilməsi və ya təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün əsas vermədiyindən şikayət təmin edilməməli, hökm isə dəyişdirilmədən saxlanılmalıdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- **/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Ilqar Mirzəyev, Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar