Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-11/2026 30.09.2026 NAXÇIVAN MR ALI MӘHKӘMӘSI təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə dair Açar sözlər: Rəisin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda və üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda ittihamları verilmiş, təqsirləndirilən şəxslər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, mülki iddia təmin olunmuş, şərti məhkum etməyə dair hissədən apellyasiya protesti verilmiş, protest təmin edilməmiş. Hakimlər Әliyev Mehdi Әdalət oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev Ilqar Məhərrəm oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs-mülki iddiaçı Mülki iddiaçı nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 2003-cü il tarixdə Cəlilabad rayonu, Mikayıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FIN təqsirləndirilən şəxs2), tam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 3-cü taqımının 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan, ## ##### 2026-cı il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə ## ##### 2006-cı il tarixdə Kəngərli rayonu, Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN təqsirləndirilən şəxs1), natamam orta təhsilli, subay, əvəllər məhkum olunmamış, Kəngərli rayonu, Şahtaxtı kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, işsiz, ## ##### 2026-cı il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən olunmuş işin hallarından görünür ki, təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyinin Şahbuz şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, həmin hərbi hissənin Şahbuz rayonu, Batabat yaylağı istiqamətində, döyüş şəraitində yerləşən, şərti adı “Ramazan” olan döyüş mövqeyində post böyüyü kimi xidməti vəzifələrini yerinə yetirən zaman, ## ###### 2025-ci il tarixdə mövqenin yataqxanasında olan odun sobasının yanarkən yataqxananı çox qızdırması və şəxsi heyətin gündüz saatlarında istirahət edə bilməməsi səbəbindən göstəriş verərək həmin sobanı sökdürüb çölə çıxartmış, bundan sonra şəxsi heyətə və mövqedə ştatdankənar sobaçı və aşpaz kimi xidmət edən əsgər təqsirləndirilən şəxs1 yeməyin, çörəyin və çayın hazırlanması üçün hamam otağında olan odun sobasından istifadə edilməsinə, həmin sobanın daimi olaraq yemək və çörəyin hazırlanması, yataqxananın qızdırılması üçün güclü odla yandırılmasına göstəriş vermiş, mövqedə yanğın təhlükəsizliyinə cavabdeh şəxs əsgər təqsirləndirilən şəxs2 öz xidməti borcuna vicdansız münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş, öz vəzifə borclarına əsasən, şəxsi heyətlə yanğına qarşı təlimatlandırmalar aparmadığı və yanğın təhlükəsizliyi qaydalarına əməl etmədiyi üçün onun tərəfindən ## ### 2001-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”xxxx“hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, həmçinin obyekt üçün yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır”, 1.5-ci bəndinin “ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir”xxxx“hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməlidir” tələbləri pozularaq, ## ###### 2025-ci il tarixdə, saat 14 radələrində hamam otağının daxilində, giriş qapısının sağ uzaq küncündə quraşdırılmış odun sobası uzun müddət nəzarətsiz yandığından, həmin sobanın dəmir materialdan hazırlanmış tüstü borusu həddindən artıq qızdığından tüstü borusundan 3-4 sm məsafədə yerləşən, otağın tavan hissəsinə vurulmuş taxta və lambrin deyilən plastik materialların alışması, yanar materialların vasitəsilə yanğının silah otağına və digər sahələrə yayılması səbəbindən baş vermiş yanğın zamanı bina içərisindəki ümumi dəyəri 214091,46 manat olan hərbi əmlak, o cümlədən R şahid17 məxsus döyüş sənədləri, məxfi iş dəftəri, sənədlərin siyahısı, iş xəritəsi, istifadə müddəti keçərək hərbi əmlak hesab olunmayan rabitə vasitəsi, 14 ədəd əsgər çarpayısı, 1 ədəd paltar dolabı, 1 ədəd 3 yerlik kitab şkafı, 1 ədəd günəş panelli su qızdırıcı, 1 ədəd piramida, 4 ədəd sterlaj, 1 ədəd tibb dolabı, 1 ədəd vertaliz masa, 6 ədəd vertaliz stul və yataqxana binasının dam örtüyü yanaraq tamamilə məhv olmuş, bununla da təqsirləndirilən şəxs2 döyüş şəraitində öz xidməti borcuna vicdansız münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi mühüm zərər vurulmasına səbəb olmuşdur.
2. Həmçinin təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, həmin hərbi hissənin Batabat yaylağı istiqamətində, döyüş şəraitində yerləşən, şərti adı “Ramazan” olan döyüş mövqeyində N nömrəli hərbi hissə komandirinin ## #### 2025-ci il tarixli, 607 və *** nömrəli əmrləri ilə ştatdankənar aşpaz və sobaçı kimi xidməti vəzifələrini yerinə yetirən zaman üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda öz xidməti vəzifəsini yerinə yetirməməsi, mövqenin hamam otağında quraşdırılmış odun sobasından nəzarətsiz istifadə etməsi, odun sobasını yanar halda uzun müddət nəzarətsiz buraxması səbəbindən onun tərəfindən ## ### 2001-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 7.6-cı bəndinin “yanar sobaları nəzarətsiz qoymaq, sobaları həddən artıq qızdırmaq” və ## ### 2002-ci il tarixdə təsdiq olunmuş “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 2.4.23.3-cü bəndinin “həddən artıq sobanın qızmasına yol vermək qadağandır” tələbləri pozulması ağır nəticələrə səbəb olmuşdur. II. Birinci instansiya məhkəməsində icraat
3. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 3 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 2 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, Mülki iddiaçı komandanlığı tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, hərbi hissəyə dəymiş 214091,46 manat ziyanın təqsirli şəxslər (mülki cavabdehlər) təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 müştərək qaydada hər birindən ayrı-ayrılıqda 107045 (yüz yeddi min qırx beş) manat 73 (yetmiş üç) qəpiyin alınaraq dövlət nəfinə ödənilməsi hökm edilmiş, cəzanın icrası, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.
4. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək təqsirləndirilən şəxs2 CM-in 342.2-ci maddəsi və təqsirləndirilən şəxs1 oğlunun CM-in 225.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilməklə hökmdən CM-in 70ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini xahiş etmişdir. III. Apellyasiya protestinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya protestinin dəlilləri
5. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cəza təyin edərkən hər ikisinin törətdikləri cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, törətdikləri cinayət əməlinə münasibətdə baş vermiş nəticəni düzgün qiymətləndirməməklə, onlara ittiham olunduqları cinayətlərin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun gəlməyən və cəzanın məqsədinə xidmət etməyən cəza təyin etmişdir ki, bu da məhkəmənin hökmünün dəyişdirilməsi üçün əsasdır. N nömrəli hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli, *** nömrəli əmri ilə mövqe başçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər təqsirləndirilən şəxs2 təyin olunmuş, yanğına cavabdeh şəxs "Ramazan" postunun başçısı MAHHXHQ-su, əsgər təqsirləndirilən şəxs2 olduğundan o, yanğın yarada biləcək vasitələri əvvəlcədən müəyyən edib aradan qaldırmalı, yanğının baş verməməsi üçün bütün vasitələrdən istifadə etməli idi. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar ## ### 2002-ci il tarixdə təsdiq olunmuş “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.4, 23.3-cü bəndinin, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.3, 1.5, 2.4, 7.6 bəndlərinin və Azərbaycan Respublikasının ## ######## 1994-cü il tarixli *** saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nə uyğun olaraq: Bu Nizamnaməyə * saylı Әlavə: “Yanğın təhlükəsizliyi qaydaları”nın N. Hərbi hissə və bölmələrdə yanğına qarşı ümumi tələblər başlığının 2-ci bəndinin tələblərinin yerinə yetirilməsi təmin olunmamışdır. "Ramazan" postunun başçısı MAHHXHQ əsgər təqsirləndirilən şəxs2 əmrlə postda yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin olunduğundan, öz vəzifə borclarına əsasən, əsgərləri ilə yanğına qarşı təlimatlandırmalar aparmadığına, odun sobasının tüstü borusunu düzgün quraşdırılmaması ilə əlaqədar heç bir tədbir görmədiyi üçün onun tərəfindən ## ### 2001-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.3, 1.5, 2.4 və 7.2 bəndlərinin tələbləri pozulmuşdur. Yanğın baş vermiş postda sobaçı vəzifəsinə təyin edilmiş əsgər təqsirləndirilən şəxs1 "Ramazan" postunda olan hamam otağında quraşdırılmış odun sobasından nəzarətsiz istifadə etdiyinə görə, onun tərəfindən ## ### 2001-ci il tarixdə təsdiq olunmuş yanğın təhlükəsizliyi qaydalarının 7.6-cı bəndinin və ## ### 2002-ci il tarixdə təsdiq olunmuş “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.4, 23.3-cü bəndinin tələbləri pozulmuşdur. ## ###### 2025-ci il tarixdə post böyüyü təqsirləndirilən şəxs2 yataqxananın isti olmasını əsas gətirərək yuxarı komandanlıqdan icazə və göstəriş almadan özbaşına olaraq yataqxanada olan odun sobasını sökdürüb yataqxana binasının arxasında quraşdıraraq şəxsi heyətin yeməyinin həmin sobada bişirilməsini tapşırmış, hava küləkli olduqda isə quraşdırılmış soba yaxşı yanmadıqda aşpaz təqsirləndirilən şəxs1 hamam otağında olan odun sobasından istifadə etməklə yeməyin və çörəyin hazırlamasını tapşıraraq sobanın daimi olaraq yanar halda qalması barədə tapşırıq vermiş, ## ###### 2025-ci il saat 14 radələrində isə şəxsi heyətlə birlikdə (təqsirləndirilən şəxs1 də orada olmaqla) yataqxanada televizora baxarkən və söhbət edərkən hər ikisi qalanmış sobanın nəzarətsiz qoyulmasının qəti qadağan olunduğunu bildikləri halda, öz xidməti borclarına vicdansız münasibət göstərmiş, odun sobası uzun müddət nəzarətsiz qalaraq yandığından həmin sobanın dəmir materialdan hazırlanmış tüstü borusu həddindən artıq qızaraq tüstü borusundan 3-4 sm məsafədə yerləşən, otağın tavan hissəsinə vurulmuş taxta və lambrin plastik materiallar alışmış, nəticədə yanğın baş vermiş, bu barədə məlumatları olduqdan sonra da mövqe başçısı üzərinə düşən vəzifələri yerinə yetirməyib yanğının söndürülməsini, ilkin olaraq silahların, sursatın, əşya və ləvazimatların çıxarılmasını təşkil etməli olduğu halda şəxsi heyətə “yanğın” komandası versə də, silah və sursatın dərhal çıxarılması üçün heç bir tədbir görməmiş, yataqxananın dam örtüyünə çıxıb oraya su atmaqla yanğını söndürməyə çalışmış, suyun kifayət etmədiyini bildiyi və bunu əyani şəkildə gördüyü halda başqa tədbirlər görməmiş, alov getdikcə artaraq silah otağına keçmiş, silah və sursatın dərhal çıxarılması təşkil edilmədiyindən əsgərlər partlayış olacağından qorxaraq silah otağına girə bilməmiş, bu səbəbdən yanğın daha da artaraq bütün yataqxananı bürümüş, nəticədə bütün əşya, əmlak, yataqxana binası yanaraq məhv olmuş, nəticədə bölmənin döyüş qabiliyyəti itirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2la təqsirləndirilən şəxs1 barələrində şərti məhkum etmə təyin edərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, baş vermiş nəticəni, baş vermiş cinayət hadisəsindən öncəki və sonrakı hərəkətlərini nəzərə almayaraq, cəzanın məqsədinə xidmət etməyən cəza təyin etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ziyanın ödənilməsi və ya ziyanın azaldılması üçün heç bir tədbir görülməmiş, buna dair hər hansı təşəbbüs göstərilməmişdir ki, bu hal da əyani şəkildə təqsirləndirilən şəxslərin məhkəmənin iddia etdiyinin əksinə əməllərindən səmimi peşmançılıq keçirmədiyini, eyni zamanda hər ikisinin şəxsiyyətinin ictimai təhlükəli olduğunu nümayiş etdirir. Məhkəmə hökmdə təqsirləndiriləndirilən şəxslər təqsirləndirilən şəxs2la təqsirləndirilən şəxs1 hadisə baş verərkən nizamsız hərəkətlərini və ailə vəziyyətlərini qabartmaqla, bir-birini təkrarlayan, məzmun baxımından eyni əsasları gətirərək təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların real çəkilməsinə zərurət olmadığını əsaslandırmağa çalışsa da, bununla onların necə islah olunduqlarını, ən əsası bununla gələcəkdə mülki iddianın təmin edilməsi baxımından cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu hər hansı tutarlı dəlillərlə əsaslandıra bilməmiş, təqsirləndirilən şəxslər M.Ә.Məmmədovla təqsirləndirilən şəxs1 xidməti borclarına vicdansız münasibətləri nəticəsində döyüş şəraitində yerləşən bölmənin silah, sursat, ehtiyat ərzaq da daxil olmaqla bütün əmlakının, o cümlədən yataqxananın tamamilə yanaraq məhv olmasını, bu səbəbdən bölmənin xidməti vəzifələrini yerinə yetirmək imkanlarından məhrum olaraq faktiki olaraq döyüş qabiliyyətini itirməsini, hadisədən sonra isə ziyanın ödənilməsi istiqamətində heç bir tədbir görülmədiyini ümumiyyətlə nəzərə almamışdır ki, belə şəraitdə təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın onların islah olunmasına xidmət edəcəyindən və CM-in 41.2-ci maddəsində qeyd edilmiş cəzanın məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 törətdikləri cinayətlərə və baş vermiş nəticəyə münasibətdə onların barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması həmin normanın müstəsna hallarda tətbiqi əsaslarının əhəmiyyətinin itirilməsinə səbəb olmaqla sosial ədalətin bərpa olunmasına xələl gətirirməklə ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə ciddi təsir edir. b) Apellyasiya protestinə qarşı etirazın dəlilləri
6. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Dövlət ittihamçısı dövlət ittihamçısı1 yanğın nəticəsində hərbi hissəyə 214091 manat 46 qəpik məbləğində maddi ziyan vurulduğunu, vurulmuş ziyanın ödənilmədiyini, məhkəmənin cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini və baş vermiş nəticəni düzgün qiymətləndirmədiyini, onlara cəzanın məqsədinə xidmət etməyən cəza təyin etdiyini bildirərək bu əsasla apellyasiya protestinin təmin edilməsini, hökmün dəyişdirilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini xahiş etmişdir.
8. Təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs2 maddi ziyanın əmək haqqından tutulmasını istədiyini, indiyədək ödəniş edə bilməməsinin səbəbinin kredit ödənişləri, azyaşlı uşağının və ailəsinin olması olduğunu, həyat yoldaşının işləmədiyini, kirayədə yaşadıqlarını və hər ay 550 manat kredit ödədiyini, hərbi sursatın 20 faizini çıxardıqlarını, hava küləkli olduğundan yanğını söndürə bilmədiklərini, yanğının tez yayıldığını, yanğın balonunun boş olduğunu, bununla bağlı yuxarı komandirlərə məruzə etdiyini, lakin rəsmi qaydada müraciət etmədiyini, sobanı çölə çıxardıqlarını və yeməyi çöldə bişirdiklərini, həmin gün hava küləkli olduğundan əsgərin yemək bişirə bilmədiyini bildirməsi ilə hamamda bişirməsini və nəzarət etməsini tapşırdığını, xəsarət alan olmadığını, yalnız yanğını söndürərkən özünün yüngül xəsarət aldığını bildirərək Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
9. Təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
10. Təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs1 maddi ziyanla bağlı indiyədək ödəniş edə bilməməsinin səbəbinin ödənişi hara etməli olduğunu bilməməsi olduğunu, ziyanı bir dəfəyə ödəməsinin mümkün olmadığını və hissə-hissə ödəyəcəyini, sobanın sökülüb çölə çıxarılması barədə göstərişi komandirin verdiyini, yemək bişirdikdən sonra sobaya odun atmadığını, kazarmada olduğu vaxt əsgərlərdən hansınınsa sobaya odun atdığını bildirərək Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
11. Təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 birinci instansiya məhkəməsində işin bütün hallarının hərtərəfli araşdırıldığını, təqsirləndirilən şəxslərin əməllərini səmimi etiraf edərək peşman olduqlarını, məhkəmənin həmin halları nəzərə alaraq barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cəza təyin etdiyini, hökmün dəyişdirilməsi üçün əsas olmadığını bildirərək Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
12. Zərərçəkmiş şəxs-mülki iddiaçı Mülki iddiaçı nümayəndəsi Nümayəndə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 125 (VII). Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. b) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
14. Maddə 225.1 Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda
15. Maddə 225.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
16. Maddə 342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda
17. Maddə 342.2. Bu Məcəllənin 342.1 və ya 342.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Maddə 58.1. (2-ci cümlə) Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. (cəzaya qənaət prinsipi)
20. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi)
21. Maddə 70.1. Islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
22. Maddə 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
23. Maddə 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. c) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi
24. Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və.s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarının 25-ci bəndi) V. Apellyasiya protestinə baxılması hüdudları
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)
26. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)
27. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarı)
28. Hazırkı apellyasiya protestinə baxılmasının hüdudları baxımından dövlət ittihamçısı dövlət ittihamçısı2 hökmün dəyişdirilməklə, hökmdən CM-in 70-ci maddəsinin tədbiqinə dair müddəaların xaric edilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya protesti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda və ya ağırlaşdırdığı halda (apellyasiya protestinin dəlillərində göstərilməmişdirsə yekdilliklə) yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları, məhkəmə iclasında tədqiq edilmiş sübutlar və cinayət qanununun cəza təyini ilə bağlı müddəaları ilə qarşılıqlı əlaqədə araşdıraraq aşağıdakı nəticəyə gəlir:
30. Dövlət ittihamçısının apellyasiya protestində təqsirləndirilən şəxslərin təqsirlərini səmimi etiraf etməmələri barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, protestdə təqsirləndirilən şəxs2 əvvəlcə özünü qismən təqsirli bilməsi, təqsirləndirilən şəxs1 isə ibtidai araşdırma mərhələsində fərqli mövqe tutması onların sonradan verdikləri etirafların səmimiliyini istisna edən hal kimi göstərilmişdir. Lakin şəxsin əvvəlki mərhələdə təqsirini tam etiraf etməməsi özlüyündə sonrakı etirafın və peşmanlığın qeyri-səmimi olduğunu təsdiq etmir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı mövqeləri, onların davranışları və iş üzrə digər hallar qiymətləndirilərək müvafiq nəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxslərin cinayəti etiraf etməsi və peşman olması da onun şəxsiyyətinin və cinayətdən sonrakı davranışının qiymətləndirilməsi baxımından əhəmiyyətli hallardır. Məhkəmə bu halları digər sübutlardan təcrid olunmuş şəkildə deyil, iş üzrə müəyyən edilmiş bütün hallarla birlikdə qiymətləndirmişdir.
31. Apellyasiya protestində qeyd edilmiş 214.091,46 manat ziyanın ödənilməməsi barədə dəlilə münasibətdə isə kollegiya belə hesab edir ki, dəymiş ziyanın ödənilməməsi və onun ödənilməsi istiqamətində tədbir görülməməsi protestdə düzgün olaraq cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli hal kimi irəli sürülmüşdür. Bununla belə, həmin hal təqsirləndirilən şəxslərin islah olunmasının yalnız real cəza çəkməklə mümkün olduğunu göstərən birbaşa və həlledici əsas deyildir. Bu hal işin digər halları ilə birlikdə (təqsirləndirilən şəxslərin ailə və maddi vəziyyəti) qiymətləndirildikdə məhkəmənin şərti məhkumetmə barədə nəticəsini əsassız etmir.
32. Cinayətin ağır nəticələri, bölmənin əmlakının məhv olması və döyüş qabiliyyətinin itirilməsi barədə dəlilə münasibətdə isə qeyd edilməlidir ki, göstərilən hallar əməlin ictimai təhlükəlilik dərəcəsi və nəticənin ağırlığı ilə bağlı olmaqla məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Lakin həmin nəticələrin mövcudluğu digər halların, o cümlədən cinayətin ehtiyatsızlıqdan törədilməsinin, təqsirləndirilən şəxslərin şəxsiyyətlərinin və ilk dəfə cinayət törətmələrinin, yanğının qarşısını almaqla bağlı səylərinin, hərbi əmlakın bir hissəsini yanmaqdan xilas etməklə bağlı hərəkətlərinin, ailə və maddi vəziyyətlərinin nəzərə alınmasını istisna etmir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayətin xarakterini, törədilmə üsulunu, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları tam və hərtərəfli qiymətləndirmişdir. Apellyasiya protestində göstərilən hallar hökmün dəyişdirilməsi, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi və təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsas vermədiyindən protest təmin edilməməli, hökm isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Iş üzrə təqsirləndirilən şəxslərə dövlət vəsaiti hesabına müdafiəçi təyin olunduğundan Azərbaycan Respublikası CPM-in 193.5-ci maddəsinə uyğun olaraq müdafiəçilərin sərf etdiyi iş saatına görə haqq ödənilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli qərarının 1-ci hissəsində hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat müəyyən edilmişdir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya protesti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*- **)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs2 hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan şəhər Asan Vəkil Bürosunun hesabına köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs1 hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Ilqar Mirzəyev, Vüqar Quliyev