Məhkəmə qərarları › İş №1-1(3-7)-34/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-34/2026

24.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-34/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəmsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin sədri X1nun özü-özünə verdiyi etiraza Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq MÜƏYYƏN ETDİM: Gəncə Hərbi Məhkəməsinin icraatına daxil olmuş təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılması hakim, məhkəmə sədri X1 həvalə edilmişdir. Gəncə Hərbi Məhkəməsinin sədri X1 tərəfindən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1, hər birinin CM-nin 313 və 341.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə özü-özünə etiraz edilərək qanunun müddəalarına əsasən etirazının təmin edilməsi və qeyd edilən cinayət işinin icraatından alınaraq digər hakimlərin icraatına verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Əlifağa oğlunun, hər birinin CM-nin 311.3.2 və 313-cü maddələri ilə təqsirləndiriləmələrinə dair cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Elan edilmiş ittihamın qısa məzmununa əsasən təqsirləndirilən şəxs2 xidmət apardığı N nömrəli hərbi hissədə əşya xidmət rəisi olmaqla hərbi hissənin əşya əmlakına cavabdeh vəzifəli şəxs kimi həmin vaxt əşya anbar rəisi vəzifəsində xidmət aparan təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ## ###### 2021ci il tarixdən 2024-cü ilin sentyabr ayınadək hərbi qulluqçulara paylanması üçün hərbi hissəyə mədaxil olan geyim əşyalarını vaxtı-vaxtında normalara uyğun şəkildə paylanmasını həyata keçirməyərək "Forma 26" adlanan «bölmələrin maddi vəsaitlərin varlığı və hərəkətinin uçotu” kitablarında, əşya xidməti üzrə maddi vəsaitlərin varlığı və hərəkətinin uçotu "Forma-27" kitalarında əmlakların uçotunu düzgün formada göstərməyərək həmin kitablarda saxta rəqəmlər göstərməklə və qaralamalar etməklə rəsmi sənədlərə yalan məlumatlar daxil etmiş, həmçinin əşya xidmətində və əşya anbarında maddi vəsaitlərin varlığı, hərəkəti və uçotu üzrə xidməti sənədləri saxtalaşdırmış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmələri nəticəsində həmin hərbi hissədə xidmət aparan hərbi qulluqçuların, hərbi hissənin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşlar. Bundan başqa, təqsirləndirilən şəxs2 həmin vəzifədə, R hərbi rütbəsində xidmət edərkən R təqsirləndirilən şəxs1 ilə birlikdə əlbir olaraq bir qrup şəxs halında şəxsi heyət arasında öz şəxsi nüfuzların artırmaq, həmçinin özlərini işgüzar, yaxşı xidmət edən hərbi qulluqçu kimi göstərmək niyyəti ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin hərbi hissədə yaxın münasibətdə olduğu hərbi qulluqçulara 2022-ci ilin yanvar ayından 2024-cü ilin avqust ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda dəyəri 40.029,79 (qırx min iyirmi doqquz manat, yetmiş doqquz qəpik) manat təşkil edən hərbi hissənin əşya anbarında saxlanılan əşya-əmlakların normadan artıq qanunsuz paylanmasını həyata keçirərək bu barədə müvafiq rəsmi kitablarda silinmə barədə qeydlər etməyərək vəzifə saxtakarlığı etməklə özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmələri nəticəsində həmin hərbi hissədə xidmət aparan hərbi qulluqçuların, hərbi hissənin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşlar. Həmçinin R təqsirləndirilən şəxs2 qeyd olunan vəzifədə xidmət edərkən R təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ## ###### 2021-ci il tarixdən 2024-cü ilin sentyabr ayınadək hərbi qulluqçulara paylanması üçün hərbi hissəyə mədaxil olan geyim əşyalarını vaxtlıvaxtında normalara uyğun şəkildə paylanmasını həyata keçirməyərək "Forma 26" adlanan «bölmələrin maddi vəsaitlərin varlığı və hərəkətinin uçotu» kitablarında, əşya xidməti üzrə maddi vəsaitlərin varlığı və hərəkətinin uçotu "Forma-27" kitablarında əmlakların uçotunu düzgün formada göstərməyərək həmin kitablarda saxta rəqəmlər göstərməklə və qaralamalar etməklə rəsmi sənədlərə yalan məlumatlar daxil etmiş, həmçinin paylama cədvəllərində şəxsi heyətə paylanan saydan əlavə cədvəllərə düzəliş edərək əşya-əmlakın sayında süni surətdə artıqlıq yaradaraq silməklə əşya xidmətində və əşya anbarında maddi vəsaitlərin varlığı, hərəkəti və uçotu üzrə xidməti sənədləri saxtalaşdıraraq bir sıra əşya-əmlakın guya hərbi qulluqçulara paylanması barədə saxta sənədlər tərtib etməklə paylanma cədvəllərində hərbi qulluqçulara paylanmış kimi göstərməklə lakin reallıqda paylamayaraq ümumi dəyəri 45.851,80 (qırx beş min səkkiz yüz əlli bir manat, səksən qəpik) manat təşkil edən əşya-əmlakları sonradan həmin əmlaklar üzərində qanunsuz sərəncam vermək niyyəti ilə əşya anbarında qanunsuz saxlamışlar. Qeyd edilən cinayət işi məhkəməyə daxil olmazdan əvvəl, təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmünə əsasən CM-nin 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib CM-nin 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs2 CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmünün 4-cü vərəqəsində müəyyən edilmişdir ki, R B.M.İsgəndərov tərəfindən İstifadəsində olan bank kartına 2000 (iki min) manat məbləğində pul köçürüldükdən sonra R təqsirləndirilən şəxs2 həmin pulu kartdan məxaric etməklə vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və şəxsən rüşvət almış və aldığı rüşvətin müqabilində, 2023-cü ilin noyabr ayından həmin ilin sonunadək olan müddət ərzində uzun müddətdən etibarən qeydiyyatını aparmadığı, əsas rəsmi uçot sənədi hesab olunan 2023-cü il üzrə əşya xidmətinin «Maddi vəsaitlərin varlığı və hərəkətlərinin uçotu kitabında "Forma 27" 10-cu bölükdə çatışmazlığı aşkar edilmiş əşya-əmlakdan yalnız bel kəməri, xaki rəngli isti şalvar və isti gödəkcədən başqa, digərlərinin 2023-cü ilin fevral ayından həmin ilin dekabr ayının sonlarınadək olan müddətdə 10-cu bölükdən əşya anbarına mədaxil olunması barədə həqiqətə uyğun olmayan saxta qeydiyyatlar apararaq vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib həmin əşya-əmlakı uçotdan silmiş, çatışmazlıq sayı çox olan əşya-əmlakın bir hissəsini isə bölükdə faktiki yerində olan sayı uçot üzrə saya uyğunlaşdırmaq məqsədi ilə digər bölüklərdən silinmə üçün əşya anbarına mədaxil etdiklərindən verməklə çatışmazlığı aradan qaldırmışdir. Qeyd olunan əvvəlki cinayət işi üzrə vəzifə saxtakarlığı ilə bağlı verilmiş ittiham 2023-cü il tarixini əhatə edir. Hazırki iş üzrə isə təqsirləndirilən şəxs2 vəzifəyə başladığı ## ####### 2021-ci il tarixdən 2024-cü il tarixə kimi olan müddətdə vəzifə saxtakarlığı etməsi ilə bağlı ittiham elan edilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs2 barəsində olan, onun sədrliyi ilə əvvəl baxılmış cinayət işində sonuncunun hazırda elan edilmiş ittihamda qeyd edilən dövrü əhatə edən müddətdə, yəni 2023-cü ildə vəzifə saxtakarlığı etməsi artıq məhkəmə tərəfindən müəyyən edildiyindən hazırkı cinayət işinə onun tərəfindən baxıla bilməz”. Etirazın dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıdakıların qeyd edilməsini zəruri hesab edirəm. Etirazdan görünür ki, etiraza səbəb, təqsirləndirilən şəxs2 barəsində olan, Gəncə Hərbi Məhkəməsinin sədri X1nun sədrliyi ilə əvvəl baxılmış cinayət işində sonuncunun hazırda elan edilmiş ittihamda qeyd edilən dövrü əhatə edən müddətdə, yəni 2023-cü ildə vəzifə saxtakarlığı etməsi artıq məhkəmə tərəfindən müəyyən edildiyindən hazırkı cinayət işinə onun tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 109.1.6-cı maddəsinə əsasən, hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir) hakimə etiraz edilməsi və ya hakimin özü-özünə etiraz etməsi üçün əsasdır. Qeyd etməyi zəruri hesab edirəm ki, Gəncə Hərbi Məhkəməsinin sədri X1nun qərəzsizliyinə və obyektivliyinə dair bilavasitə sübut olmasa da cinayət işinə onun tərəfindən baxılması ən azından zahiri cəhətdən kənar müşahidəçinin nəzərində qəbul ediləcək qərarın obyektivliyinə dair şübhə yarada bilər. Məhkəmə qərarı daxilən bütün ziddiyyətlərdən azad olmaqla bərabər onun həm də zahiri cəhətdən obyektivliyi şübhə doğurmamalı, qanuniliyi və əsaslılığı başqalarında inam yaratmalıdır. Əgər hakimin qərəzsizliyinə ən az ehtimal belə mövcuddursa, bu halda baxılan iş üzrə qəbul edilmiş qərarın qərəzsiz çıxarılmasından söhbət gedə bilməz. “Kipriani Kiprə qarşı”, “X2rşı” və “Piersak Belçikaya qarşı” işlərdə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, qərəzsizliklə bağlı subyektiv yanaşma konkret işdəki hakimin şəxsi inam və ya marağının olduğunun yəqin etməyə çalışılması, obyektiv yanaşma isə şəxsə bu baxımdan hər hansı şübhəni istisna etmək üçün yetərli təminatların verilib-verlməməsidir. Hər hansı hakimin davranışı kənar müşahidəçinin nöqteyi-nəzərindən obyektiv şübhələr doğura bilər, həm də onun şəxsi inancı ilə bağlı məsələni ortaya çıxara bilər. CPM-in 107.1-ci maddəsinə əsasən cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. CPM-in 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır (CPM-in 30.2-ci maddəsi). Bu baxımdan Gəncə Hərbi Məhkəməsinin hakimi, məhkəmə sədri X1nun özü-özünə verdiyi etirazın təmin edilməsini əsaslı hesab edirəm. CPM-in 109.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinin özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edilir. CPM-in 109.5-ci maddəsinə əsasən, birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Yuxarıda göstərilənləri və CPM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDIM: təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin hakimi, məhkəmə sədri X1nun özü-özünə verdiyi etiraz təmin edilsin və cinayət işi təqsirləndirilən şəxs2 CM-nin 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü üzrə cinayət işinin baxılmasında məhkəmə tərkibində iştirak etməmiş başqa hakimlər arasında bölgü aparılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilsin. Qərardan şikayət və ya protest verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar