Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 15(1-8)-116/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə; iddianın uğurluluğu; ziddiyyətli maraqlar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Ərizəçilər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “qərarın icrasının dayandırılması haqqında” müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, 15(3 *)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə xüsusi geyim formalarının alınması üçün tender elan edilmişdir.
2. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra müvafiq olaraq - “xxxx” MMC və Maraqlı şəxs QSC) təchizatçılar kimi satınalmada iştirak etmək üçün təklif veriblər.
3. Satınalma komissiyası təklifləri açdıqda müəyyən edib ki, xxxx QSC-nin mülkiyyətçiləri haqqında notariat qaydada təsdiqlənmiş arayışları notariat kontorunda MMC-nin direktoru E.Bəkirov təsdiq etdirib (yəni xxxx QSC-yə aid sənədləri təsdiq olunması üçün notariat kontoruna həmin QSC-nin əməkdaşı və ya təsisçisi deyil, tenderdin başqa təchizatçısı olan “xxxx” MMC-nin direktoru təqdim edib).
4. Satınalma komissiyası bu fakta “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.10-cu maddəsinə əsasən “təchizatçılar arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirilməsi” kimi qiymət verib, təchizatçıların tenderdən kənarlaşdırılması barədə ##.##.2026-cı il tarixli qərar qəbul etmiş, eyni zamanda Cavabdeh (bundan sonra – AIBN Dövlət Agentliyi) müraciət edərək, təchizatçıların tenderdən kənarlaşdırılması barədə qərarın təsdiq edilməsini, habelə qeyd olunan təchizatçıların etibarsız təchizatçıların reyestrlərinə daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. AIBN Dövlət Agentliyi satınalma komissiyasının ## ###### 2026-cl il tarixli AIBNDA/SQ-****/***** nömrəli qərarı ilə satınalma komissiyasının “Təchizatçıların satınalmadan kənarlaşdırılması barədə” qərarını təsdiq etmiş, habelə “Etibarsız təchizatçıların reyestrinə daxil edilmə barədə” ##.##.2026-cı il tarixli AIBNDA/Q- **/**** nömrəli qərar çıxarmaqla, Maraqlı şəxs QSC-ni və “xxxx” MMC-ni on iki ay müddətinə etibarsız təchizatçıların reyestrinə daxil etmiş, həmin müddət ərzində onların dövlət satınalmalarında iştirakına yol verilməməsi qərara alınmışdır.
6. AIBN Dövlət Agentliyinin ##.##.2026-cı il tarixli AIBNDA/Q-**/**** nömrəli “Etibarsız təchizatçıların reyestrinə daxil edilmə barədə” qərarına əsasən Maraqlı şəxs QSC və “xxxx” MMC 12 ay müddətinə etibarsız təchizatçıların reyestrinə daxil edilmişdir.
7. Iddiaçı “xxxx” MMC cavabdeh AIBN Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin və Maraqlı şəxs QSC-nin etibarsız təchizatçıların reyestrinə daxil edilməsi barədə AIBN Dövlət Agentliyinin ##.##.2026-cı il tarixli AIBNDA/Q-**/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı Maraqlı şəxs QSC cavabdeh AIBN Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMCnin və Maraqlı şəxs QSC-nin etibarsız təchizatçıların reyestrinə daxil edilməsi barədə AIBN Dövlət Agentliyinin ##.##.2026-cı il tarixli AIBNDA/Q-**/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmənin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı ilə Bakı Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş həmin məhkəmənin icraatında olan *-*(*-*)-****/**** nömrəli (iddiaçı “xxxx” MMC nin cavabdeh AIBN Dövlət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
9. Ərizəçilər müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, AIBN Dövlət Agentliyi tərəfindən "xxxx"xxxx” QSC barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, AIBNDA/Q-**/*** nömrəli qərarın icrasının iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda cavabdehin ##.##.2026-cı il tarixli, AIBNDA/Q-**/**** nömrəli qərarının ləğv edilməsi barədə iddia Bakı Inzibati Məhkəməsinin icraatındadır. Qeyd olunan qərarla "xxxx" MMC 12 (on iki) ay müddətinə etibarsız təchizatçı larin reyestrinə daxil edilmiş və həmin müddət ərzində dövlət satınalmalarında iştirakına yol verilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən, iddianın təmin edilməsi məqsədilə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edə bilər. - Iddianın ilkin baxışda əsaslı olması. Iddia ərizəsində ətraflı göstərildiyi kimi, cavabdeh tərəfindən qəbul edilmiş qərar formal xarakter daşıyır və "xxxx" MMC ilə digər təchizatçı arasında hər hansı sövdələşmənin mövcudluğunu təsdiq edən faktiki hallar və sübutlar ümumiyyətlə araşdırılmamışdır. Cavabdeh tərəfindən yalnız sənədin notariat orqanından təsdiq edilməsi faktına istinad edilmiş, lakin bu halın: satınalma prosesinə təsiri, rəqabətin pozulması, tender nəticəsinə müdaxilə ilə bağlı heç bir hüquqi və faktiki əsaslandırma aparılmamışdır. Belə yanaşma ilə eyni şəhərdə yerləşən notariat orqanında müxtəlif təsərrüfat subyektlərinin sənədlərinin təsdiq edilməsi belə əsassız olaraq “sövdələşmə” kimi qiymətləndirilə bilər ki, bu da hüquqi baxımdan qəbuledilməz və absurd nəticələrə gətirib çıxarır. Bundan əlavə, nəzərə alınmalıdır ki, məhkəmə təminat tədbiri tətbiq edərkən iddianın mahiyyəti üzrə tam həcmdə həllini deyil, iddianın ilkin baxışda hüquqi cəhətdən əsaslı görünməsini qiymətləndirir. Hazırkı işdə isə belə əsaslılıq açıq şəkildə mövcuddur. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar “Dövlət satınalmaları haqqında” Qanunun 35.1.10-cu maddəsində nəzərdə tutulan sövdələşmə tərkibinin zəruri elementləri müəyyən edilmədən qəbul olunmuşdur. Qərarda nə tender təkliflərinin əvvəlcədən razılaşdırılması, nə qiymətlərin koordinasiyası, nə tender nəticəsinə təsir etməyə yönəlmiş ortaq iradə, nə də rəqabəti pozan davranış üzrə hər hansı birbaşa və mötəbər sübut göstərilmişdir. Əksinə, cavabdeh yalnız texniki xarakterli bir fakta sənədin notariat orqanından təsdiq edilməsinə istinad etmiş, lakin həmin hal ilə iddia edilən sövdələşmə arasında hüquqi və faktiki səbəbli əlaqəni əsaslandıra bilməmişdir. Inzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə isə mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək yükü məhz cavabdehin üzərinə düşür. Sübutetmə yükü yerinə yetirilmədən, ehtimallara və formal mülahizələrə əsasən qəbul edilmiş inzibati aktın işin mahiyyəti üzrə qüvvədə saxlanılması ehtimalı aşağı, iddianın təmin edilməsi ehtimalı isə yüksəkdir. Bu baxımdan iddia ərizəsində göstərilən hallar iddianın yüksək uğur ehtimalına malik olduğunu göstərir. - Iddiaçının real bazar iştirakçısı olması və bərpası mümkün olmayan zərərin mövcudluğu. Iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən “xxxx” publik hüquqi şəxsi tərəfindən keçirilmiş satınalma üzrə ##.##.2024-cü il tarixli iclas protokolundan da açıq şəkildə görünür ki, iddiaçı müntəzəm olaraq dövlət satınalmalarında iştirak edən real bazar iştirakçısıdır. Belə ki, qeyd olunan satınalma prosedurunda iddiaçı digər təsərrüfat subyektləri ilə yanaşı iştirak etmiş, müvafiq qaydada qiymət təklifi təqdim etmiş və rəqabətli mühitdə fəaliyyət göstərmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçı: formal və ya epizodik deyil, davamlı iqtisadi fəaliyyət həyata keçirən subyektdir, dövlət satınalmaları bazarında aktiv iştirak edir, və real olaraq müqavilə bağlamaq və öhdəlikləri icra etmək imkanına malikdir. Belə olan halda, iddiaçının etibarsız təchizatçıların reyestrinə daxil edilməsi onun bazardan tam kənarlaşmasına və iqtisadi fəaliyyətinin faktiki dayandırılmasına səbəb olur ki, bu da öz xarakterinə görə real və bərpası mümkün olmayan zərər təşkil edir. - Iqtisadi və sosial nəticələr (zəncirvari zərər). Iddiaçıların əsas fəaliyyət istiqaməti məhz dövlət satınalmalarında iştirak və müqavilələrin icrası ilə bağlı olduğundan, onun digər sabit maliyyə mənbələri və alternativ gəlir imkanları mövcud deyildir. Bu səbəbdən iddiaçılar əmək haqqı ödənişlərini, icarə haqlarını, vergi və digər icbari ödənişləri ödəmək imkanını itirir. Hazırda iddiaçılar nəinki gəlirdən məhrum olur, eyni zamanda real müflisləşmə (iflas) təhlükəsi ilə üzləşir. Bundan əlavə: əmək haqqının gecikməsi işçilərin sosial vəziyyətinə birbaşa təsir edir, əmək müqavilələrinin pozulması riski yaranır, iddiaçılar gələcəkdə X1 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu zərərin kompensasiyası və sonradan bərpası mümkün deyil, və məhkəmə qərarı ilə aradan qaldırıla bilməz.
11. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək AIBN Dövlət Agentliyinin “Etibarsız təchizatçıların reyestrinə daxil edilmə barədə” ##.##.2026-cı il tarixli AIBNDA/Q- **/**** nömrəli qərarının icrası dayandırılmışdır (Hakim Aydın Babayev).
12. Məhkəmə iş materialları əsasında təcili tənzimləmə zərurətinin olması ilə bağlı müəyyən edib ki, ərizəçilər “xxxx” MMC-nin və Maraqlı şəxs QSC-nin hazırkı icraat çərçivəsində müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri məhz dövlət satınalmalarında iştirak və müqavilələrin icrası ilə bağlı olduğundan, onların digər sabit maliyyə mənbələri və alternativ gəlir imkanları müəyyən edilməmişdir. Belə ki, dövlət satınalmalarının vahid internet portalından çıxarışdan aşkar görünür ki, iddiaçılar müntəzəm olaraq dövlət satınalmalarında iştirak edən real bazar iştirakçılarıdırlar (iddiaçılar bir çox dövlət satınalması üzrə dəfələrlə qalib olmuşlar). Bu hal onu təsdiq edir ki, iddiaçılar davamlı iqtisadi fəaliyyət həyata keçirən subyektlərdir, dövlət satınalmaları bazarında aktiv iştirak edirlər. Odur ki, iddiaçıların etibarsız təchizatçıların reyestrinə daxil edilməsi onların bazardan tam kənarlaşmasına və iqtisadi fəaliyyətlərinin faktiki dayandırılmasına səbəb olacaqdır. Belə olan təqdirdə, müvafiq vəziyyət ərizəçilərə münasibətdə real və bərpası mümkün olmayan zərərin yaranması ilə nəticələnə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının fərdi vəziyyəti və müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçinin ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət etdiyindən ərizə təmin edilməlidir. Əsas tələb üzrə qərar qəbul edilənədək (qəbul ediləcək qərarın qanuni qüvvəyə mindiyi günədək) mübahisələndirilən qərarın icrası dayandırılmalıdır. - Birinci instansiya məhkəməsi iddianın böyük ehtimalla uğurlu olması və ziddiyyətli maraqların qiymətləndirilməsi üzrə araşdırma aparmayıb.
13. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş edib.
b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, 15(3 *)-**/**** nömrəli qərardadı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Orxan Ismayılov (sədrlik edən və məruzəçi), Pərviz Hüseynov və Günel Sevdimalıyeva).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin təcili tənzimləmənin zəruri olmasına aid hissədə əsaslandırması ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktın öz-özlüyündə icra keyfiyyətinə malik olması müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi əsaslarından biri kimi çıxış edir. - Məhkəmə kollegiyası iddia tələbinin uğurluluq ehtimalına münasibətdə araşdırma apararaq qeyd etmişdir ki, cavabdeh inzibati orqan mübahisələndirilən ##.##.2026-cı il tarixli qərarı qəbul edərkən “Dövlət satınalmaları haqqında” Qanunun 35.1.10-cu maddəsinə istinad etsə də, iş materiallarında iddiaçılar arasında satınalma prosesinə, qiymət təkliflərinə və ya rəqabət mühitinə mənfi təsir göstərən real, maddi və antiinhisar qanunvericiliyini pozan hər hansı birbaşa sövdələşmənin (kartel sazişinin və s.) mövcudluğu mötəbər sübutlarla təsdiq edilməmişdir. Yalnız bir təchizatçının rəhbərinin digər təchizatçıya aid sırf texniki arayışların notarial qaydada təsdiqi üçün müraciət etməsi və ya bu xidməti xahiş əsasında yerinə yetirməsi faktı, satınalma qanunvericiliyinin predmeti olan "qanunsuz sövdələşmə" dispozisiyasının reallaşdığını birmənalı şəkildə sübut etmir. IPM-in 14.1-ci maddəsinə uyğun olaraq, inzibati aktın qəbul edilməsi üçün qanuni şərtlərin varlığını sübut etmək yükünün cavabdehin üzərinə düşdüyünü nəzərə alsaq, əsas iddia üzrə mübahisələndirilən aktın gələcəkdə ləğv edilməsi ehtimalı (uğurluluq şansı) kifayət qədər yüksək görünür. - Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi göstərir ki, 12 ay müddətinə dövlət satınalmalarından kənarlaşdırma və etibarsız təchizatçıların reyestrinə daxil edilmə faktı iddiaçıların iqtisadi fəaliyyətini tamamilə iflic edir. Mahiyyəti üzrə məhkəmə araşdırması yekunlaşanadək iddiaçıların reyestrdə saxlanılması onlara münasibətdə iflas (müflisləşmə), işçi qüvvəsinin itirilməsi və bərpası mümkün olmayan ağır maddi zərərlərlə nəticələnəcəkdir. Ictimai maraqlar baxımından isə əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək qərarın icrasının dayandırılması dövlətin iqtisadi maraqlarına və ya satınalma subyektlərinə hər hansı təhlükə törətmir.
16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş edib.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
b. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, hazırkı iş üzrə iddianın uğurluluq ehtimalı düzgün qiymətləndirilməmiş və iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrə dair hər hansı əsaslandırmaya yer verilməmişdir. Məhkəmə bir təchizatçının ("xxxx" MMC) rəhbərinin digər təchizatçıya (Maraqlı şəxs QSC) aid hüquqi və texniki sənədləri notarial qaydada təsdiqi üçün müraciət etməsini "sırf texniki xidmət və ya xahiş" kimi xarakterizə etmişdir. Lakin bu yanaşma dövlət satınalmaları və rəqabət qanunvericiliyinin prinsiplərinə ziddir. Azad rəqabət şəraitində eyni satınalma prosedurunda iştirak edən iddiaçılar (təchizatçılar) müstəqil və bir-birindən xəbərsiz hərəkət etməlidirlər. Bu Qanunun predmeti olan "qanunsuz sövdələşmə" (kartel sövdələşməsi) dispozisiyasının real əlamətidir. Bu sıradan bir "xahiş" deyil, dövlət vəsaitlərinin səmərəli istifadəsinə xələl gətirən süni rəqabət imitasiyasıdır. Məhkəmə işin bu faktiki tərəfini dərindən araşdırmadan, Agentliyin sübutlarını yetərsiz hesab etmişdir.
18. Dövlət satınalmalarında şəffaflığın qorunması və etibarsız təchizatçıların vaxtında kənarlaşdırılması qanunun tələbi olmaqla mühüm ictimai və dövlət marağıdır. Qanunsuz sövdələşmə şübhəsi olan şəxslərin müvəqqəti tədbir vasitəsilə yenidən dövlət satınalmalarına buraxılması tenderlərin nəticələrinin təhrif olunmasına, dövlət büdcəsinin səmərəsiz xərclənməsinə real təhlükə yaradır. Iddiaçının kommersiya marağı (satınalmada iştirak edib qazanc əldə etmək istəyi) dövlətin rəqabət mühitini qorumaq marağından üstün tutula bilməz. Məhkəmə bu maraqlar balansını düzgün qiymətləndirməmişdir.
19. Gələcəkdə işin mahiyyəti üzrə baxılması yekunlaşdıqda iddia rədd edilərsə və Agentliyin təchizatçıları "Etibarsız təchizatçıların reyestri"nə daxil etmək barədə qərarı qüvvədə saxlanılarsa, bu şirkətlər reyestrdə qalmağa davam edəcəklər. Belə olan halda, məhkəmə araşdırması dövründə müvəqqəti tədbir sayəsində onların iştirak etdiyi və qalib gəldiyi bütün satınalma müsabiqələrinin nəticələri qanunvericiliyə uyğun olaraq ləğv ediləcək və şirkətlər müsabiqələrdən kənarlaşdırılacaqdır. Nəticədə iddiaçıların həmin müsabiqələr üzrə çəkdikləri: • Dövlət satınalmaları portalına ödənilən abunə və iştirak haqları,
• Müsabiqə sənədlərinin, təkliflərin və bank təminatlarının hazırlanması üçün çəkilən xərclər,
• Logistika, kadr və digər hazırlıq xərcləri tamamilə itiriləcək və bu, şirkətlərin ciddi maliyyə böhranına və real itkilərinə səbəb olacaqdır.
20. Şirkətlərin real maliyyə vəziyyətini, gəlirliyini və dövlət satınalmalarından asılılıq dərəcəsini müəyyən etmək üçün məhkəmə müvafiq vergi orqanına rəsmi sorğu göndərməli, onların son illər üzrə maliyyə hesabatlarını və dövriyyələrini tələb etməli idi. Iş materiallarından da göründüyü kimi, məhkəmə tərəfindən heç bir dövlət orqanına sorğu göndərilməmiş, şirkətlərin gəlirliyi barədə rəsmi məlumatlar əldə olunmamışdır. Məhkəmə yalnız iddiaçıların subyektiv, heç bir rəsmi sənədə əsaslanmayan şifahi və ya adi kağız üzərindəki iddialarını əsas götürərək, aktın icrasını dayandırmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
21. Ərizəçi “xxxx” MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, bir təchizatçının rəhbərinin digər təchizatçıya aid sənədlərin notarial qaydada təsdiqi üçün müraciət etməsi və ya köməklik göstərməsi faktı, qanunvericilikdə nəzərdə tutulmuş "qanunsuz sövdələşmə" (kartel) dispozisiyasını yaratmır. Bu, sadəcə Agentliyin subyektiv mülahizəsidir. Mübahisələndirilən qərarın icrasının dayandırılması dövlət büdcəsinə heç bir zərər vura bilməz. Şirkətlər yalnız şəffaf, açıq rəqabət şəraitində keçirilən tenderlərdə iştirak edərək, ən əlverişli təklif verdikləri təqdirdə qalib gəlmələri mümkündür. Sifarişçi orqan tender müəyyən edərkən tenderin yuxarı məbləğini müəyyən edir. O məbləğdən yuxarı verilən təkliflər bir mənalı olaraq qəbul edilmir. Təchizatçılar tərəfindən ən aşağı təklif verən tenderin qalibi olur. Yəni, qeyd olunanlardan da göründüyü kimi iki təchizatçı istəsə belə tenderdə süni qiymət artımı yarada bilməzlər. Təchizatçıların süni qiymət artımı yaratdıqları o zaman şübhəli olardı ki, tenderdə yalnız iki təchizatçı iştirak etsin və təklifləri də sifarişçinin qoyduğu limitə yaxın olsun. Lakin ləğv olunan tenderin nəticəsinə baxdıqda görürük ki, iddiaçıların qiymət təklifləri arasında kifayət qədər fərq olmuş və onların qiymət təklifləri aralığında 10 təchizatçı fərqli qiymət təklifləri vermişdir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçıların təkliflərinin süni qiymət artımı ilə heç bir əlaqəsi olmamışdır. Sahibkarlıq subyekti öz kommersiya risklərini müstəqil şəkildə qiymətləndirmək hüququna malikdir və cavabdeh dövlət orqanı iddiaçıların "maliyyə qayğısına qalmaq" bəhanəsi ilə onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. Müvəqqəti xarakterli müdafiə tədbiri iddiaçının hüququdur və bu hüququn reallaşdırılmasının riskləri tamamilə iddiaçının üzərinə düşür. Cavabdehin bu arqumenti məhkəməni çaşdırmaq xarakteri daşıyır.
TƏTBIQ EDILƏN HÜQUQ
22. Inzibati Prosessual Məcəllə Maddə 40. Müvəqqəti xarakterli müdafiə ... 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... Maddə 41. Inzibati aktın icrasının dayandırılması ... 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. “Dövlət satınalmaları haqqında” Qanun Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.5. etibarsız təchizatçı – bu Qanunun 16-cı maddəsinə əsasən riskli hesab olunan və etibarsız təchizatçıların reyestrinə daxil edilmiş təchizatçı; Maddə 16. Etibarsız təchizatçılar 16.1. Təchizatçılar bu Qanunun 35.1.4-cü, 35.1.10 – 35.1.12-ci maddələrində qeyd olunan hallarda həmin halların aşkar edildiyi gündən 5 (beş) iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 (on beş) iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar. 16.2. Bu Qanunun 16.1-ci maddəsində qeyd olunan hallar nəzarət orqanı tərəfindən aşkar edildikdə təchizatçılar nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar. 16.3. Etibarsız təchizatçılar nəzarət orqanı tərəfindən etibarsız təchizatçıların reyestrinə daxil edilirlər və bu barədə məlumatlar portalda yerləşdirilir. 16.4. Pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti bu Qanunun 14.2.8-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir. Maddə 35. Təchizatçıların satınalmadan kənarlaşdırılması 35.1. Satınalma komissiyası təkliflərin qüvvədə olma müddətində aşağıdakı hallarda təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir: ... 35.1.10. satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə); ...
24. “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları”
4. Etibarsız təchizatçıların reyestrinin aparılması 4.1. Təchizatçılar aşağıda sadalanan hallarda etibarsız təchizatçıların reyestrinə daxil edilirlər: ... 4.1.5. satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönəldilən sövdələşmə); ...
25. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarı
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
28. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərardadı ləğv edilərək, ərizə təmin olunmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.
29. Müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı yuxarıda adı çəkilən Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olubolmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
30. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
31. Məhkəmə kollegiyası baxılan iş üzrə ilkin təcili tənzimləmənin zəruri olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı xüsusi təhlilə zərurət görmür.
32. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın uğurluluq ehtimalı ilə bağlı gəldiyi nəticə əsaslı sayıla bilməz.
33. Ilk növbədə qeyd edilməlidir ki, baxılan iş üzrə uğurluluq ehtimalı “Dövlət satınalmaları haqqında” Qanunun 16.1, 35.1.10-cu maddələrinin və “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları”nın 4.1.5-ci bəndinin dispozisiya şərtlərinin işığında, habelə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə IPM-də və adı çəkilən Plenum qərarında müəyyən edilmiş qaydalar əsasında təhlil edilməlidir.
34. “Dövlət satınalmaları haqqında” Qanunun 16.1 və 35.1.10-cu maddələrinə görə təchizatçıların satınalmadan kənarlaşdırılması və etibarsız təchizatçılar hesab olunması üçün əsaslardan biri kimi «satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmənin həyata keçirilməsi, o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmənin həyata keçirilməsi» müəyyən olunmuşdur.
35. Eyni zamanda həmin Qanunun 4.1.2-ci maddəsində satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi, satınalmanın əsas prinsipləri kimi təsbit edilmişdir. Deməli, satınalma hüququnda rəqabət sadəcə bir prosedur qaydası deyil, satınalma mexanizminin əsasını təşkil edən fundamental məqsədlərindən biridir. Adı çəkilən Qanunun 35.1.10-cu maddəsi də məhz satınalmanın rəqabətlilik prinsipinin realizə olunması məqsədinə xidmət edir.
36. Hazırkı iş üzrə ərizəçilərin etibarsız təchizatçı sayılmasının mümkünlüyünə qiymət verilməsi üçün, Qanunun 35.1.10-cu maddəsində bəhs olunan “hər hansı sövdələşmənin həyata keçirilməsi” ifadəsinin təfsiri tələb olunur.
37. Rəqabətlilik prinsipinin mahiyyəti baxımından yanaşıldıqda o nəticə hasil olur ki, “hər hansı sövdələşmənin həyata keçirilməsi” dedikdə, Qanunun məqsədləri baxımından - satınalma ilə əlaqədar təchizatçıların rəqabətli davranışlarını müəyyən dərəcədə koordinasiya edən və ya onların müstəqil tender davranışını şübhə altına alan qarşılıqlı razılaşdırılmış hərəkətlər başa düşülür.
38. Bu mənada, “xxxx” MMC-nin direktorunun Maraqlı şəxs QSC-yə aid sənədləri notariusa aparması faktının təchizatçılar arasında koordinasiya və ya əməkdaşlığın göstəricisi ola bilməsi barədə sual yaranır. Məhkəmə kollegiyası hesab edir ki, “notariusa sənəd aparmaq” faktı normativ baxımdan Qanunun 35.1.10-un əhatə dairəsindən kənarda olan adi bir hərəkət kimi əvvəlcədən qəbul edilə bilməz. Əksinə, onun eyni satınalmada rəqib təchizatçının sənədləri ilə bağlı həyata keçirilməsi həmin təchizatçılar arasında satınalma ilə bağlı faktiki əməkdaşlıq və ya davranışların koordinasiyası ehtimalını yaradan sübutdur.
39. Nəzərə alınmalıdır ki, “Dövlət satınalmaları haqqında” Qanunun 1.1.5-ci maddəsində verilən tərifə görə, etibarsız təchizatçı – bu Qanunun 16-cı maddəsinə əsasən riskli hesab olunan və etibarsız təchizatçıların reyestrinə daxil edilmiş təchizatçıdır.
40. Yəni satınalmalarda təchizatçının kənarlaşdırılması üçün sübutlar apelyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi «birbaşa sövdələşmənin (kartel sazişinin və s.) mövcudluğunu təsdiq edən mötəbər sübutlar»dan deyil, həm də sövdələşmə şübhəsi yaradan, ilk baxışda təchizatçının riskli olmasına dəlalət edən faktlardan ibarət ola bilər. Qanunun rəqabətlilik prinsipinin təminatları, təchizatçı sövdələşmələrinin qarşısının alınması baxımından hazırkı iş üzrə “bir təchizatçının digər təchizatçıya aid sənədləri notariusa aparma” halı, diqqətəlayiq risk indikatorudur. Bu fakt sövdələşməni avtomatik sübut etməsə də, sövdələşmənin mövcudluğu barədə əsaslandırılmış şübhə yarada bilən dolayı sübutdur. Lakin bu sübut digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu cür yanaşma həm “Dövlət satınalmaları haqqında” Qanunun mətnini, həm satınalma institutunun məqsədini, həm də sübut hüququnun məntiqini qoruyur.
41. Bundan başqa, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin kartel sazişinin mövcud olmaması barədə mövqeyi ilə bağlı qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Qanunun 35.1.10-cu maddəsində qanunverici “hər hansı sövdələşmə” ifadəsini işlətməklə, həmin normanın tətbiqini yalnız qiymət razılaşması və ya rəqabəti məhdudlaşdıran kartel ilə məhdudlaşdırmamışdır (kartel sövdələşməsi dedikdə – rəqabətin məhdudlaşdırılması məqsədilə bağlanılmış və bu Rəqabət Məcəlləsi ilə qadağan edilən üfüqi saziş başa düşülür. Bax: Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi, maddə 1.1.20). Sözügedən normada “o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə” ifadəsi də bunun yalnız xüsusi nümunə olduğunu göstərir. Deməli, 35.1.10-cu maddənin tətbiqi üçün mütləq qiymətin qaldırılması və ya kartel xarakterli davranışın sübut edilməsi tələb olunmur.
42. Buna görə də məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin «iddiaçılar arasında satınalma prosesinə, qiymət təkliflərinə və ya rəqabət mühitinə mənfi təsir göstərən real, maddi və antiinhisar qanunvericiliyini pozan hər hansı birbaşa sövdələşmənin (kartel sazişinin və s.) mövcudluğu mötəbər sübutlarla təsdiq edilməməsi», «yalnız bir təchizatçının rəhbərinin digər təchizatçıya aid sırf texniki arayışların notarial qaydada təsdiqi üçün müraciət etməsi və ya bu xidməti xahiş əsasında yerinə yetirməsi faktı, satınalma qanunvericiliyinin predmeti olan "qanunsuz sövdələşmə" dispozisiyasının reallaşdığını birmənalı şəkildə sübut etməməsi», buna görə də əsas iddia üzrə mübahisələndirilən aktın gələcəkdə ləğv edilməsi ehtimalının kifayət qədər yüksək görünməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Mövcud sübutlar əsasında iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün deyildir.
43. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli qərarının 4.1-1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
44. Həmçinin ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsini təmin edə bilmək üçün inzibati aktın ünvanladığı və əlverişli mövqe qazanan şəxslə aktın qəbul edilməsi nəticəsində əlverişsiz vəziyyətə düşən şəxsin toqquşan maraqları da dəyərləndirilməlidir (adı çəkilən Plenum qərarının 11.44-cü bəndi).
45. Dövlət satınalmalarında şəffaflığın qorunması və etibarsız təchizatçıların vaxtında kənarlaşdırılması qanunun tələbi olmaqla mühüm ictimai və dövlət marağıdır. Konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsi mütləqdir.
46. Baxılan iş üzrə mövcud olan ictimai və dövlət marağının iddiaçının maraqları ilə müqayisəsi zamanı apelyasiya instansiyası məhkəməsi qeyd edib ki, “12 ay müddətinə dövlət satınalmalarından kənarlaşdırma və etibarsız təchizatçıların reyestrinə daxil edilmə faktı iddiaçıların iqtisadi fəaliyyətini tamamilə iflic edir, mahiyyəti üzrə məhkəmə araşdırması yekunlaşanadək iddiaçıların reyestrdə saxlanılması onlara münasibətdə iflas (müflisləşmə), işçi qüvvəsinin itirilməsi və bərpası mümkün olmayan ağır maddi zərərlərlə nəticələnəcəkdir”.
47. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ziddiyyətli maraqlarla bağlı gəlinən nəticə ilə də razılaşmaq olmaz. Belə ki, dövlət satınalmalarından kənarlaşdırılma müəssisə üçün o zaman ağır nəticələrə səbəb ola bilər ki, müəssisənin fəaliyyəti təkcə və ya ağırlıqlı olaraq dövlət satınalmalarından asılı olsun. Bu faktın təsdiqi üçün müəssisənin yalnız bir neçə satınalmalarda iştirak etməsinə dair sübutlar kifayət deyildir. Müəssisə ümumi fəaliyyətində və gəlirlərində dövlət satınalmaları ilə bağlı fəaliyyətinin nisbəti, başqa istiqamətlər üzrə fəaliyyət göstərmiş olsa da böyük həcmdə satınalmalardan asılılığı sübut etməlidir.
48. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı mübahisəyə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə qərardad məhkəmələr tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə və şərtlərə uyğun olaraq qəbul edilməmişdir.
49. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, ziddiyyətli maraqların qiymətləndirilməsinin əsasını təşkil etmiş hallar, işin gedişi müddətində dəyişə bilər (məsələn, müəssisənin başqa sahələr (istehsal və xidmət istiqamətləri) üzrə fəaliyyəti dayandırıla, yaxud əhəmiyyətli dərəcədə azala, satınalmalardan asılılığı arta bilər və s.). Ictimai maraqlarla müqayisədə müəssisənin maraqlarına üstünlük verilməsinə birmənalı əsas verən bu cür aşkar sübutlar olduğu vəziyyətdə, habelə əsas iddianın qeyri-müəyyən uzun müddətə davam etdiyi hallarda, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə yenidən müraciət edə bilər.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IPM-in 12, 40, 43, 91 və 96-cı maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, 15(3 *)-**/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçilər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı ##.##.2026-cı il tarixli, AIBNDA/Q- **/*** nömrəli qərarın icrasının iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərar qətidir.