Məhkəmə qərarları › İş №15(3-6)-197/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-197/2026

23.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-197/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və X13 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “qərarın icrasının dayandırılması” tələbi ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı “xxxx” MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2025-ci il tarixli, **************** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (Iş № e-2-1(112)-10706/2025). Daha sonra iddiaçı -hazırda ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2025-ci il tarixli, **************** saylı qərarının icrasının dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçı müəssisənin hazırda 14 kreditor qarşısında öhdəlikləri mövcuddur və müvafiq ay üzrə dövrün sonuna BORUSAN MAKINA VƏ GÜC SISTEMLƏRI SANAYI VƏ TICARƏ, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “CARGO.AZ” MMС, "xxxx" MMC, “xxxx" MMC, “xxxx" QSC, “xxxx” MMC, "xxxx” MMC, “xxxx" MMC, X2 və X3 qarşısında ümumilikdə 491.931,36 manat əsas məbləğ və 85.541,44 manat ƏDV olmaqla, cəmi 577.472,80 manat məbləğində öhdəliyi mövcuddur. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin icraatında artıq bir neçə kreditorun iddiaları mövcuddur. Belə ki, e-*-*(*-**)-****/**** saylı iş üzrə X4, e-*-*(*-**)-****/**** saylı iş üzrə isə X5 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizələri təqdim edilmişdir. Həmin məhkəmə icraatlarına dair “elektron məhkəmə” informasiya sistemindən çıxarışlar qoşma qismində ərizəyə əlavə edilmişdir. Qeyd edir ki, cəmiyyətin bank hesablarına qoyulmuş sərəncamlar aradan qaldırıldığı təqdirdə, o, kreditorları qarşısında mövcud öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək imkanına malik olacaqdır. Əks təqdirdə, müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilmədiyi halda, digər kreditorlar tərəfindən də cəmiyyətə qarşı yeni iddiaların qaldırılması qaçılmaz olacaqdır. Cavabdeh vergi orqanı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə yazılı münasibət (etiraz) bildirilməmişdir. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli (hakim N.Ismayılov) qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə uyğun olaraq əsaslandırılmış və qeyd olunmuşdur ki, Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı əsassız olduğundan ləğv edilməlidir. Qərarın icrasının dayandırılması daha zəruri görünür. Mübahisələndirilən qərarın qüvvədə qalacağı halda cavabdehin hüquqları pozulmayacaqdır. Əks təqdirdə isə əsas iddia tələbinə mahiyyəti üzrə baxılan dövr ərzində iddiaçının normal iqtisadi fəaliyyənin təhlükə altında qalması riski mövcuddur. Belə ki, iddiaçı müəssisənin hazırda 14 kreditor qarşısında öhdəlikləri mövcuddur və müvafiq ay üzrə dövrün sonuna BORUSAN MAKINA VƏ GÜC SISTEMLƏRI SANAYI VƏ TICARƏ, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC,C“ARGO.AZ” MMС, "xxxx" MMC, “xxxx" MMC, “xxxx" QSC, “xxxx” MMC, "xxxx” MMC, “xxxx" MMC, X2 və X3 qarşısında ümumilikdə 491.931,36 manat əsas məbləğ və 85.541,44 manat ƏDV olmaqla, cəmi 577.472,80 manat məbləğində öhdəliyi mövcuddur. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin icraatında artıq bir neçə kreditorun iddiaları mövcuddur. Belə ki, e-*-*(*-**)-****/**** saylı iş üzrə X4, e-*-*(*-**)-****/**** saylı iş üzrə isə X5 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizələri təqdim edilmişdir. Eyni zamanda, e-*-*(*-**)-****/**** saylı iş üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti də tərəfindən müəssisəyə qarşı iddia qaldırılmışdır. Qeyd edək ki, müvafiq kreditorlar üzrə borcların vaxtında ödənilməsinin qarşını alan hal da məhz hazırda vergi orqanı tərəfindən hesablanmış vergi borcuna görə qoyulmuş müvafiq sərəncam olmuşdur. Həmin məhkəmə icraatlarına dair "elektron məhkəmə” informasiya sistemindən çıxarışlar qoşma qismində ərizəyə əlavə edilmişdir. Həmçinin qeyd edək ki, kreditor tərəfindən MTT tədbirləri də təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli qərardad ilə barədə icra sənədinə əsasən borclu "xxxx” MMC-yə məxsus əmlakların üzərinə Işçilərin əmək haqları və məcburi dövlət ödənişləri (vergi, sosial ödənişlər və s.) üzrə əməliyyatlar məhdudlaşdırılmamaqla iddia tələbinin əsas borc hissəsi həcmində, 5074 manat məbləğində həbs qoyulmuşdur. “xxxx” MMC hal-hazırda aktiv fəaliyyət göstərən və tikinti sektorunda mühümlayihələrin icrasını həyata keçirən hüquqi şəxsdir. Müəssisə faktiki olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “Horadiz–Ağbənd” dəmir yolu xətti layihəsi, eləcə də “Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd” avtomobil yolu layihəsi üzrə tikinti işlərini icra edir. Qeyd olunan layihələr Azərbaycan Respublikasının nəqliyyat-logistika infrastrukturunun bərpası və inkişafı baxımından strateji əhəmiyyətə malik olmaqla yanaşı, regionun iqtisadi inteqrasiyası, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması, həmçinin azad edilmiş ərazilərin sürətli reinteqrasiyası baxımından xüsusi önəm daşıyır. Bununla əlaqədar olaraq, iddiaçı müəssisənin fəaliyyətinə hər hansı inzibati aktın tətbiq nəticəsində məhdudiyyətlərin qoyulması və ya fəaliyyətinin çətinləşdirilməsi yalnız müəssisənin öz kommersiya maraqlarına deyil, eyni zamanda qeyd edilən strateji layihələrin icra tempinə və keyfiyyətinə birbaşa təsir göstərmək potensialına malikdir. Bu isə öz növbəsində ictimai maraqların, o cümlədən dövlətin prioritet hesab etdiyi infrastruktur layihələrinin vaxtında və effektiv şəkildə həyata keçirilməsinin təhlükə altına düşməsi ilə nəticələnə bilər. Layihənin icrası üçün qısa müddət təyin edildiyindən işə yeni işçi qüvvəsinin cəlb edilməsi və hazırda çalışan işçilərin əmək haqqısının ödənilməsi üçün vergi orqanının qərarının icrasının dayandırılması zəruridir. Bununla belə layihə üzrə baş podratçı “X1 X11” Şirkətindən daxil olacaq pul vəsaitinin layihənin maliyyələşdirilməsinə yönəldilməsi və ərizəçi müəssisə tərəfindən alınmış dəyəri 10 000 000 (on milyon) manatadək olan texnika avadanlıqlarının yanacağının və ehtiyyat hissələrinin təmin edilməsi, işçilərin əmək haqqı ödənişlərinin vaxtında köçürülməsi üçün vergi orqanına hazırda mübahisələndirilən qərarlar üzrə hesablamaların dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üzrə hərəkətlərin edilməsinin qadağan edilməsi vacibdir. Buna baxmayaraq məhkəmə işin faktiki hallarını hərtərəfli araşdırmamış, ziddiyyətli maraqları qiymətləndirmədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni rədd etmişdir. Bu baxımdan həmin dövr ərzində iddiaçının normal iqtisadi fəaliyyənin təhlükə altında qalması riski mövcuddur. Bununla yanaşı, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilməsinə dair iddia icraatı üzrə işə baxılıb yekun qərar qəbul edilənədək həmin qərarın icra edilməsi nəticəsində ərizəçinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneələr yaratması yekun qərardan asılı olaraq ərizəçi üçün mənfi nəticələr yarada bilər. Bu isə ərizəçinin hüquqlarının bərpasının mümkünsüz olmasına və ya xeyli dərəcədə çətin olmasına gətirib çıxara bilər. Hazırki iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün qeyd edilən bütün əsaslar mövcuddur. Məhkəmə tərəfindən yuxarıdakı hallar ədalətli, obyektiv, hərtərəfli şəkildə araşdırılmamış və nəticədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bu isə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında nümayəndələrinin işitrakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Ərizənin mümkünlüyü: Məhkəmə kollegiyası ilkin olaraq ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı halda ərizənin mümkünlüyü əsas iddianın mümkünlüyü ilə əlaqədardır. Iş materiallarından aydındır ki, iddiaçı MXMT ərizə verməklə yanaşı əsas iddia qaldırmış və hazırda icrasının dayandırılmasını xahiş etdiyi qərarı mübahisələndirmişdir. IPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. IPM-in 32.1ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. IPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. IPM-nin 38.1ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Iddiaçı subyektiv hüquqa malikdir və mübahisələndirdiyi qərarın ləğvi tələbi ilə ərizə vermək səlahiyyətindədir. Ərizənin mahiyyəti: Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında”xxxx“xxxx” MMC-nin sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması ##.##.2024-cü il tarixində başlanmış, ##.##.2025-ci il tarixində başa çatmışdır. Yoxlama nəticəsində ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli, eyni nömrəli - **************** №-li səyyar vergi yoxlaması aktları tərtib edilmişdir. Yoxlama dövrü 2021-2023-cü illər üzrə mənfəət vergisi, iyul 2021-iyun 2024-cü il dövrü üzrə əlavə dəyər vergisini əhatə etmişdir. Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli **************** nömrəli qərarla mənfəət vergisi, əlavə dəyər vergisi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə əlavə hesablama aparılmış və azaldımış məbləğlərə maliyyə sanksiyası tətbiq edilmişdir (Mənfəət vergisi üzrə 2021-ci il üzrə 242.031,69 manat, 2022-ci il üzrə 509.851,67 manat, 2023-cü il üzrə 238.719,28 manat, 128.228,44 manat MDSS və 1.482,46 manat məbləğində ƏDV). Ərizəçi bilavasitə sözügedən qərarla ona hesablanmış vergi borcunun tutulmasına yönələn hərəkətlərdən müdafiə olunmaq məqsədi güdür. Həmin vergi borcunun və onun tutulmasına yönələn hərəkətlərin (görülən tədbirlərin) əsasında ərizəçinin iddia icraatı qaydasında mübahisələndirdiyi qərar dayanır. Beləliklə, ərizəçinin “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” ərizəsi həmin qərarın icrasına yönəlmiş tədbirlərin dayandırılmasına yönəlmişdir. Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə araşdırmasını həyata keçirərkən aşağıdakı qanunvericilik normalarına diqqəti çəkir: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.6. Inzibati aktın icrasının dayandırılması mübahisə üzrə məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icrasının (tətbiqinin) təxirə salınmasını nəzərdə tutan müvəqqəti tədbirdir. 11.14. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin tətbiqi nəticəsində mübahisələndirilən inzibati aktın icrası dayandırılır, bununla da inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilmiş olur. Ona görə də, inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarıldıqdan sonra inzibati orqan mübahisələndirilən inzibati akt qəbul edilənədək mövcud olan hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmaqda davam etməlidir. 11.15. IPM-in 41.2-ci maddəsinə görə məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarı: “... qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.” Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 2. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli;

4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.

Məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaətini aşağıdakı qaydada əsaslandırır:

Məhkəmə kollegiyası əvvəla onu diqqətə çatdırır ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib bir prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırır ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. X12 qeyd edilmişdir ki, təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Göründüyü kimi ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.Məhkəmə kollegiyası diqqətə çatdırır ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olubolmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, daha əvvəl də ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “xxxx” MMC eyni zamanda hazırkı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” ##.##.2025-ci il tarixli, **************** saylı qərarının ləğv edilməsi barədə iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin sözügedən mübahisələndirilən qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin hazırkı iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə əsas tələb üzrə işə (iş e-2-1(112)-10706/2025) mahiyyəti üzrə baxılıb qurtaranadək Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “xxxx” MMC-nin barəsində qəbul edilmiş Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli **************** nömrəli qərarın icrası dayandırılmışdır. Cavabdeh vergi orqanı müvafiq vəsatət təqdim edərək, qərardadın ləğv edilməsini xahiş etmiş, ərizə ilə yanaşı məhkəməyə ##.##.2025-ci tarixli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar və ##.##.2025-ci il tarixli KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çxarış, eləcə də həmin qərarın və çıxarışın iddiaçıya ##.##.2025-ci il tarixdə göndərilməsinə dair sübutlar təqdim edilmişdir. Bakı Inzibati Məhkəməsinin **(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərardadı ilə məhkəmənin hazırki iş üzrə qəbul etdiyi müvəqqəti xarakterli müdafiəyə dair ##.##.2025-ci il tarixli qərardad dəyişdirilmiş, ərizə qismən təmin edilmiş, əsas tələb üzrə işə (iş e-2-1(112)-10706/2025) mahiyyəti üzrə baxılıb qurtaranadək Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “xxxx” MMCnin barəsində qəbul edilmiş Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli **************** nömrəli qərarın icrası mənfəət vergisinin hesablanması və bütün tədiyyələr üzrə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dayandırılmış, ərizə qalan hissədə təmin edilməmişdir. Ərizəçi və cavabdeh apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının ##.##.2025-ci il tarixli, **(***)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmiş, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “xxxx” MMC-nin barəsində qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli **************** nömrəli qərarının 128.228,44 manat MDSS və 1.482,46 manat məbləğində ƏDV hissəsi istisna olmaqla qərarın digər hissəsinin icrası dayandırılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının **(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının ## ###### 2025-ci il tarixli, **(***)- ***/**** nömrəli qərardadı qismən - “Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “xxxx” MMC-nin barəsində qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli **************** nömrəli qərarının 2022-ci və 2023-cü illər üzrə hesablanmış mənfəət vergisi ilə bağlı icrasının dayandırılması” hissəsində ləğv edilməsi və işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının **(*-*)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “xxxx” MMC-nin barəsində qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli **************** nömrəli qərarının “2022-ci və 2023-cü illər üzrə hesablanmış mənfəət vergisi ilə bağlı icrasının dayandırılması” hissəsində ləğv edilmiş və ləğv olunan hissədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının **(*-*)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarından görünür ki, hazırda iddiaçı kreditorlar qarşısında yaranmış öhdəliklərinin icrasını əsas gətirərək yenidən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırkı işdən görünür ki müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas yoxdur. Belə ki, baxılan ərizədə ərizəçi icrasının dayandırılmasını xahiş etdiyi cavabdeh vergi orqanının qərarının onun fəaliyyətində hansı məhdudiyyətlərin və məhrumiyyətlərin yaratdığını əsaslandırmamış və mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləməni zəruri edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası razılaşır ki, vergi ödəyicilərinin iqtisadi mənafelərinin qorunması vergi orqanlarının vəzifələri sırasına aid edilmişdir. Bununla belə diqqətə alınmalıdır ki, vergilərin tam və vaxtında ödənilməsinə nəzarət etmək də vergi orqanlarının fiskal funksiyasından irəli gəlir və bu mənada, konkret halda ərizəçinin hər hansı sübuta istinad etmədən ilkin təcili tənzimləmənin zəruri olmasını sadəcə ümumi ifadələrlə əsaslandırması ərizədə göstərilən tədbirin tətbiqi üçün yetərli hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış güman yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırkı mərhələdə iddia tələbinin böyük ehtimalla uğurluluğu müəyyən olunmadığından, həmçinin, iddiaçı tərəfindən ilkin təcili tənzimləmənin zəruri olması əsaslandırılmadığından birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin bir daha diqqətə çatdırır ki, ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. Beləliklə, Məhkəmə Kollegiyası yekunda belə qənaətinə gələrək qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTICƏVI HISSƏ:

Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI:

Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar