Məhkəmə qərarları › İş №15(3-6)-209/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-209/2026

30.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-209/2026 30.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək “qərarın icrasının dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməklə, ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırılması ilə bağlı qərarın ləğv edilməsi, artıq hesablandığı üçün tələb olunan məbləğin silinməsi, ödənilməmiş ailə başçısını itirməyə görə əmək pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi) əlaqədar iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əsas işə mahiyyəti üzrə baxılıb qurtarana kimi, ona ailə başçısını itirməyə görə cavabdeh pensiya qurumu tərəfindən təyin olunmuş pensiyanın dayandırılması barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizə təqdim edərək apellyasiya şikayətinin geri götürülməsi, apellyasiya icraatı üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, ərizəçi tərəfin şikayətin geri qaytarılması barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək apellyantın hüququ olduğundan və hazırkı iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək “qərarın icrasının dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair ərizə təmin edilsin və apellyasiya icraatına xitam verilsin. Ərizəçi Ərizəçi izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar