Məhkəmə qərarları › İş №15(1-8)-130/2026

Ali Məhkəmə Qərar — İş №15(1-8)-130/2026

08.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 15(1-8)-130/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun hərbi xidmətə yararlı olubolmamağını müəyyən etmək üçün yenidən müayinə keçməyi ilə bağlı öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Həmçinin iddiaçı ##.##.2026-cı il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətinin vəziyyətini və məhkəmə icraatının davam etməsini nəzərə alaraq, məhkəmə tərəfindən iş üzrə yekun qərar çıxarılıb qanuni qüvvəyə minənədək hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

3. Ərizə onunla əsaslandırılmışdır ki, 2013-cü ildən 12 barmaq bağırsağında yaranmış və hələ də sağalmayan ağır xəstəliyi ilə bağlı təkrar tibbi müayinə vaxtları (##.##.2022 və ##.##.2025) müəyyən edilməklə ##.##.2019-cu ildə və ##.##.2022-ci ildə SHXÇDX-nin Nəsimi rayon HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 57B maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab edilərək möhlət almışdır. Hal-hazırda həkim nəzarətində mütəmadi dərman qəbul edib pəhriz saxlayır. Əks halda səhhətində qəfil ağırlaşmalar yaranır. Onu da bildirir ki, ##.##.2025-ci il tarixdə onu təkrar həkim müayinəsinə dəvət edərək formal baxış keçirdib heç bir müayinə aparmadan və xəstəliyin vəziyyətini öyrənmədən hərbi xidmətə yararlı olduğunu bildirdilər. O, nəticə ilə razılaşmadı və yenidən müayinə etmələrini tələb etsə də nəticə dəyişmədi. Sanki insan həyatı bu həkimlər üçün heç bir məna ifadə etmir. Əminliklə bildirir ki, yenidən müayinə olunduğu halda hələ də hərbi xidmətə yararsız olduğu müəyyən ediləcəkdir. Lakin qeyd etdiyi kimi həkimlər ona qarşı qərəzli mövqe nümayiş etdirərək heç bir əsas göstərmədən onu aldadıb yenidən müayinə etmədilər. Bu səbəbdən də ali qanunvericiliyin tələbini rəhbər tutaraq "yenidən müayinə olunmağıyla bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Iş üzrə bir neçə məhkəmə prosesi keçirilmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssisi qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi canlı müayinə olunmaqla onda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi sağlamlıq vəziyyəti nəzərə alındıqda hərbi xidmətə yararlı hesab olunurmu (hərbi xidmətə yararlılığın kateqoriyası göstərilməklə). 3. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi canlı müayinə olunmaqla onun hazırkı diaqnozu hərbi xidmətə yararsız hesab olunmasına təsir edirmi? Təsir edirsə, bu hərbi xidmətə yararsız hesab olunmanın hansı kateqoriyasına aiddir? Onu da bildirir ki, müayinə üçün tibb müəssisəsindən bu günə kimi onu çağırmasalar da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çağırış sms gəlmişdir. Inzibati Prosessual qanunvericilik müvəqqəti müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən əsasən iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi istiqamətində araşdırma aparılmalı olması təsbit etmişdir. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Idarəsi məhkəməyə müraciət etməyinə baxmayaraq onu məcburi şəkildə hərbi xidmətə göndərmək istəyir. Odur ki, yenidən müayinə edilənə kimi hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılmasına ehtiyac vardır. Bu səbəbdən də hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bu barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Eyni zamanda həmin məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər.

4. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim A.Əhədova) ərizə qismən təmin edilərək, Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılması aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qadağan edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. 5.Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı sonuncu çağırış üzrə cavabdeh tərəfindən əlavə tibbi müayinəyə göndərilmədən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilmişdir. Eyni zamanda əsas iddia üzrə iddiaçı əyani müayinə olunaraq onun xidmətə yararlılığı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssis rəyinin alınması üçün müraciət edildiyindən və bununla da hazırkı halda iddiaçının hərbi xidmətə göndərilməsi məhkəmə qərardadının icrasını çətinləşdirəcəyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı halda hərbi xidmətə göndərilməsi aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün dayandırılmalıdır. Beləliklə, icraat materiallarının araşdırılması nəticəsində, məhz iddianın hazırkı halda böyük ehtimalla uğurluluğun mövcudluğu müəyyən edilməsə də lakin təcililik və ziddiyyətli maraqlar baxımından məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlıq vəziyyətinə görə möhlət hüququnun mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir və bu halda hazırkı 2026-cı il aprel çağırışı üzrə iddiaçının hazırkı çağırışa cəlb edilməsi bağlı hərəkətlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qadağan edilməlidir. 6.Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: F.Mədətli /sədrlik edən və məruzəçi/, E.Əliyev və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 9.Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri: 10.Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ərizəçinin onun hərbi xidmətə çağırılacağı təqdirdə sağlamlığı üçün ciddi təhlükə yaranacağına dair heç bir sübut və dəlil təqdim olunmamışdır. Məlumdur ki, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsinə, müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetməyə əsas verən tibbi müayinə rəyləri bir sıra hallarda çağırışçıların həqiqi sağlamlıq vəziyyətini əks etdirməmiş və bəzi çağırışçılar tərəfindən mövcud xəstəliyin diaqnozunda daha ağır halların göstərilməsi çağırışçının həqiqi hərbi xidmətdən yayınmasına imkan vermişdir. 2023-cü ildən başlayaraq vətəndaşların həqiqi hərbi xidmətə çağırışında neqativ halların aradan qaldırılması və prosedurların şəffaflığının təmin olunması məqsədi ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış sistemində əsaslı islahatlara başlanılmış və hazırda da bu islahatlar davam etməkdədir. Bir sıra hallarda əvvəllər sağlamlıq vəziyyətinə görə möhlət hüququ almış çağırışçıların növbəti tibbi müayinəsi zamanı onlarda əvvəlki xəstəliklər aşkar edilmir və ya xəstəliyin hərbi xidmət keçməyə mane olmayan daha yüngül forması müşahidə olunur. Buna nail olmaq üçün çağırışçıların çoxpilləli tibbi şəhadətləndirmə proseduru müəyyən edilmişdir. Apellyasiya məhkəməsi ərizəçinin həqiqi hərbi xidmətə yararlığının mübahisələndirməsi hüququnun komfort təmini üçün müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinin zəruriliyini qət etsə də, onun vətənin müdafiəsi üçün hərbi xidmət keçmək barədə vətəndaş borcunun olduğunu diqqətdən kənarda qoymuş, müvəqqəti xarakterli müdafiə tədbiri müəyyən edərkən bu tədbirin məqsədəuyğunluğu barədə qanunazidd nəticə çıxarmışdır.

TƏTBIQ EDILƏN HÜQUQ

11.“Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” 6.9. Apellyasiya instansiyası məhkəməsi IPM-in 16.3 və 81.3-cü maddələrinin müddəalarına əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı qərardadlardan verilən şikayətlərə işin hallarını nəzərə almaqla öz mülahizəsinə əsasən yazılı icraat qaydasında və ya şifahi məhkəmə baxışı keçirməklə baxa bilər. Hər iki halda da tərəflər proses barədə lazımi qaydada məlumatlandırılmalı və dinlənilmə hüququ təmin edilməlidir. 6.10.Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır.

12.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. ərizəçi məhkəməyə həmin Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

13.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 14.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 16.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 17.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 18.Belə ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 19.Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 20.Iş materiallarından müəyyən olunur ki, ##.##.1996-cı təvəllüdlü Ərizəçi məxsus SX seriyalı ******* nömrəli Hərbi Biletin tibbi müayinələr haqqında məlumatlara əsasən ##.##.2019-cu ildə SHXÇDX-nin Nəsimi Rayon HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 57b maddəsinə əsasən (AR NK-nin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib. Təkrar tibbi müayinənin vaxtı ##.##.2022-ci il müəyyən edilmişdir. ##.##.2022-ci il tarixdə SHXÇDX Nəsimi rayon HHK tərəfindən xəstəliklər cədvəlinin V qrafasının 57B maddəsinə əsasən (AR NK-nin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı) ilə dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Təkrar müayinə nəticəsində iddiaçı 2026-cı ilin yanvar ayı çağırış dövrü üçün rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilmişdir. Sonuncu dəfə iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon şöbəsinin iddiaçıya ünvanladığı ##.##.2026-ci il tarixli məktubdan da görünür ki, ##.##.2026-cı il tarixdə 09:00-da hərbi xidmətə yola düşmək üçün çağırılmışdır. 21.Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddianın hazırkı mərhələdə böyük ehtimalla uğurlu olubolmayacağı müəyyən edilməsə də, iş üzrə təcililik və ziddiyyətli maraqların mövcudluğu nəzərə alınaraq, iddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar möhlət hüququnun mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir. Bu baxımdan, əsas iddia üzrə iddiaçı əyani müayinə olunaraq onun xidmətə yararlılığı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssis rəyinin alınması üçün müraciət edildiyindən və bununla da hazırkı halda iddiaçının hərbi xidmətə göndərilməsi məhkəmə qərardadının icrasını çətinləşdirəcəyindən işə baxmış məhkəmələr haqlı olaraq hesab etmişlər ki, iddiaçının hazırkı halda hərbi xidmətə göndərilməsi məhz aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün dayandırılmalıdır. 22.Məhkəmə kollegiyası hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yuxarıda qeyd olunan qaydada təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslı hesab edir. 23.Kollegiya onu da qeyd etməyi vacib sayır ki, müvəqqəti xarakterli təminat tədbiri barədə ərizəyə baxmış məhkəmələr iddiaçının hərbi xidmətə göndərilməsinin məhz aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün dayandırılması qənaətinə gəldikləri üçün bu qərar iddiaçının aprel 2026-cı il hərbi xidmətə çağırış dövründən sonrakı dövr çağırışları üçün maneə yaratmır. 24.Eyni zamanda kollegiya bildirir ki, hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin verildiyi əsas iddia ilə bağlı inzibati işə baxılmış və iddia qismən təmin edilmiş, iddiaçı Ərizəçi hərbi xidmətə yararlı hesab edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Çağırış Komissiyasının ##.##.2026-cı il tarixli qərarı ləğv edilmiş, iddiaçı Ərizəçi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmə barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Idarəsinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (e-*-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərar). 25.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 26.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar