Məhkəmə qərarları › İş №15(3-10)-68/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-68/2026

05.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-68/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə mahiyyəti üzrə baxıb yekunlaşana və qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək onun bank hesablarına cavabdeh tərəfindən sərəncamın və inkassonun qoyulması” tələbinə dair “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi ilə bağlı Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə dair işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları:

1. Ərizəçi ##.##.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota, ##.##.2024-cü il tarixdən ƏDV qeydiyyatına alınmışdır.

2. “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli 3- 21-2-3/2- ******/**** nömrəli qərarla iddiaçıya 2025-ci ilin gəlir vergisi üzrə 35 261,67 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı Ərizəçi cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda ərizəçi Ərizəçi cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə ilə müraciət edərək “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə mahiyyəti üzrə baxıb yekunlaşana və qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək onun bank hesablarına cavabdeh tərəfindən sərəncamın və inkassonun qoyulmasının qadağan edilməsini”ni xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, “iddiaçı cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsininə qarşı “qərarın ləğv ediməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli 3-21-2-3/2- ******/**** saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*- */*-******/**** saylı Qərarına əsasən ona əsassız olaraq 35261.67 manat vergi borcu hesablanmışdır. Halbuki, onun heç bir vergi borcu yoxdur. Lakin buna baxmayaraq cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi onun bank hesabına daxil olan pullara sərəncam verərək tutmaqdadır. Buna görə də o, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Buna görə də Şəki Inzibati Məhkəməsinin icraatında olan onun cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsininə qarşı “qərarın ləğv ediməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə mahiyyəti üzrə baxıb yekunlaşana və qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək onun bank hesablarına cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən sərəncamın və inkassonun qoyulması qadağan edilməlidir.”.

6. Cavabdeh orqan Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə etirazında qeyd etmişdir ki, Uçot-baza məlumatlarına əsasən ərizəçinin ##.##.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ##.##.2024-cü il tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “ərzaq mallarının topdan satışı”ndan ibarət olduğu müəyyən edilmişdir. “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli 3- 21-2-3/2- ******/**** nömrəli qərarla iddiaçıya 2025-ci ilin gəlir vergisi üzrə 35 261,67 manat əlavə vergi məbləği hesablanmışdır. Əlavə vergi məbləğinin hesablanmasına əsas ərizəçi tərəfindən təqdim edilmiş 2025-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyənin elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı üçün kənarlaşmanın yaranması olmuşdur. Müəyyən olunmuş risklərlə bağlı kənarlaşmaların aradan qaldırılması üçün 5 iş günü ərzində ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi üçün ##.##.2026-cı il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” iddiaçıya gödərilmişdir. Lakin, iddiaçı tərəfindən yaranmış uyğunsuzluqlar aradan qaldırılmamış və müfaviq təsdiqedici sənədlər təqdim edilməmişdir. Nəticədə, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Vergi məcəlləsinin 67.3-1 maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Ərizəçinın dəlilləri: Iddiaçı bildirir ki, vergi orqanının ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarına əsasən ona əsassız olaraq 35 261,67 manat vergi borcu hesablanmışdır. Bank hesabına sərəncamların qoyulması səbəbinə görə sahibkarlıq fəaliyyətini davam etdirməsi mümkün deyil. Cavabdehin münasibəti: Iddiaçının MXMT barədə ərizəsi mülahizələri ümumi və bəyan xarakterli olmuş, məhkəməyə qərarın icrasının dayandırılmasının təxirəsalınmaz zərurəti ilə əlaqədar iş üzrə heç bir əlavə sənəd təqdim etməmişdir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında (xüsusilə 4.1-1 – 4.1-4-cü bəndləri) müvəqqəti müdafiə tədbirlərinin tətbiqinin ciddi prosessual süzgəclərdən keçirilməsini şərtləndirmişdir. Qərara əsasən, belə tədbirlərin görülməsi üçün iki şərt - ilkin təcili tənzimləmənin zəruriliyi və iddianın uğurluluq ehtimalı -məcmu şəkildə mövcud olmalıdır. Plenumun müəyyən etdiyi ardıcıllığa görə, məhkəmə ilk növbədə "təcililik" şərtini obyektiv sübutlar əsasında yoxlamalı, bu şərt ödənilmədiyi təqdirdə isə iddianın mahiyyətinə (uğurluluğuna) baxmadan ərizəni mümkün saymamalı və ya rədd etməlidir. 1.Təcililik meyarı və sübutetmə yükü (Plenum qərarının 4.1-1, 4.1-2 və 4.1-3-cü bəndləri) Plenum qərarının 4.1-1-ci bəndinə əsasən, ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti müdafiə tədbirinin tətbiqinin ilkin və sarsılmaz şərtidir. Plenum qərarının 4.1-2-ci bəndi tələb edir ki, təcililik ərizəçi tərəfindən "konkret işin fərdi hallarına istinadla" əsaslandırılsın. 2. Əvvəlki vəziyyətin bərpası imkanı (“restitutio in integrum” prinsipi) və maliyyə öhdəliklərinin geri qaytarıla bilən olması (Plenum qərarının 4.1-4-cü bəndi) Plenum qərarının 4.1-4-cü bəndinə əsasən, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üçün əsas meyarlardan biri "əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı" faktının mövcudluğudur. Inzibati hüquq doktrinasında pul tələbləri ilə bağlı olan inzibati aktlar mahiyyəti etibarilə (geri qaytarıla bilən) hesab olunur. Ərizəçinin iddia etdiyi "sahibkarlıq fəaliyyətinin iflic olması" sırf iqtisadi risk kateqoriyasına aiddir. Plenumun tələb etdiyi bərpa olunmazlıq isə fiziki məhv olma və ya hüquqi statusun tam itirilməsi kimi halları nəzərdə tutur. Pul vəsaitlərinin dondurulması müvəqqəti xarakter daşıyır və bu vəziyyət istənilən mərhələdə maliyyə kompensasiyası ilə tam restitusiyaya uğraya bilər. Bu səbəbdən 4.1-4-cü bənddə nəzərdə tutulan "bərpa olunmaz zərər" təhlükəsi hazırkı işdə hüquqi cəhətdən mövcud deyil. 3. Ziddiyyətli maraqların mütənasibliyi- fərdi və ictimai maraqlar (Plenum qərarının 4.1-1-ci bəndi) Plenum qərarının 4.1-1-ci bəndi məhkəmələrin üzərinə tərəflərin maraqları ilə yanaşı, həm də "mövcud olan ictimai maraqların nəzərə alınması" vəzifəsini qoyur. Vergi daxilolmaları dövlətin büdcə öhdəliklərini icra etməsi, sosial layihələri maliyyələşdirməsi və ictimai asayişin qoruması üçün zəruri olan suveren resursdur. Vergi hesablamasının icrasının dayandırılması büdcə intizamına birbaşa müdaxilədir. Həmçinin əlavə olaraq bildirilmişdir ki, vergi ödəyicisi ilə vergi orqanın arasında məhkəmə mübahisəsi başladığı andan hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirlər vergi orqanı tərəfindən, tələbin icraya yönəldilməsi barədə qərarlar üzrə icraat icra məmurları tərəfindən, əmlakın siyahıya alınması barədə icraaat isə məhkəmə orqanları tərəfindən dayandırılır. Analoji hüquqi hallarla bağlı Ali Məhkəmənin Inzibati Kollegiyasının çoxsaylı qərarları (məsələn: ##.##.2025-ci il tarixli **(***)-**/**** nömrəli qərar) vahid bir mövqeyi təsdiq edir: • Müvəqqəti müdafiə tədbiri işin mahiyyəti üzrə araşdırma deyil, yalnız həmin anda mövcud olan ilkin faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsidir. • Ərizəçi iddianın uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və təcililiyi həmin sübutlarla əsaslandırmalıdır. Eyni hallarla bağlı vergi orqanının şikayətlərinin təmin olunması barədə aşağıdakı kassasiya instansiyasının qərarlarını göstərmək olar: • Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli **(***)-**/**** nömrəli qərarı • Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 15(102)- **/**** nömrəli qərarı • Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərarı • Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli **(***)-**/**** nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli **(***)-**/**** nömrəli qərarı Göstərilən hallara uyğun olaraq bildirim ki, ərizəçi həm iddia ərizəsində həm də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizədə yalnız vergi orqanının hesablamaları barədə qeydləri göstərmiş, ərizədə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan həmçinin tələbini əsaslandıracaq müvafiq təsdiqləyici sənədləri əlavə etməmişdir. Göründüyü kimi ərizəçi yalnız vergi orqanının hesablamalarına dair subyektiv mülahizələrini göstərmiş, lakin təcililiyi və bərpası mümkün olmayan zərəri təsdiq edən heç bir auditi və ya maliyyə sənədini təqdim etməmişdir. Bundan əlavə “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarına əsasən əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. Belə olan halda ərizəçinın müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Yekun əsaslandırma: Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizəsi ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı ciddi əsaslandırma və sübut təqdim edilmədən verildiyi üçün təmin edilməməlidir. 1. Ali Məhkəmənin ##.##.2023-cü il tarixli ** nömrəli Plenum Qərarı (və ona ##.##.2025- ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər) müvəqqəti müdafiə tədbirlərinin tətbiqi üçün "təcililik" və "iddianın uğurluluq ehtimalı" şərtlərinin məcmu şəkildə mövcudluğunu tələb edir. Ərizəçi tərəf öz ərizəsində əsas diqqəti iddianın mahiyyətinə yönəltsə də, müvəqqəti tədbir üçün ilkin və sarsılmaz şərt olan təcililik faktını obyektiv sübutlarla (maliyyə hesabatları, bank çıxarışları, kritik ödəniş tapşırıqları və s.) əsaslandırmamışdır; Inzibati hüquq doktrinasına və Plenum Qərarının 4.1-4-cü bəndinə görə, pul vəsaitlərinin hərəkəti ilə bağlı aktlar mahiyyəti etibarilə geri qaytarıla biləndir (restitutio in integrum). Gələcəkdə iddia təmin olunacağı təqdirdə, həmin vəsaitlərin faizləri ilə birgə qaytarılması qanunvericiliklə təmin olunduğundan, burada "bərpası mümkün olmayan" və ya "fiziki məhv olma" təhlükəsi mövcud deyil; 3. Vergi daxilolmaları ictimai maraqların (büdcə intizamı, sosial layihələr) təmin olunması üçün suveren resursdur. Ərizəçinın ümumi xarakterli "fəaliyyətin iflic olması" iddiası dövlətin legitim fiskal maraqlarından üstün tutula bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 965-ci maddəsinə əsasən, bank hesabındakı sərəncam işçilərin əmək haqlarının, alimentlərin və sağlamlığa vurulmuş zərərin ödənilməsinə maneə yaratmır. Bu da ərizəçinın sosial öhdəliklərini icra edə bilməməsi barədə dəlillərini hüquqi əsasdan məhrum edir; 4. Ali Məhkəmənin Inzibati Kollegiyasının 2025-ci il üzrə çoxsaylı qərarları (o cümlədən 15 (102)-58/2025, **(***)-**/**** nömrəli qərarlar) təsdiq edir ki, təcililik şərti konkret faktlarla sübut olunmadıqda və zərər geri qaytarıla bilən xarakter daşıdıqda müvəqqəti müdafiə tədbiri tətbiq edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən ərizənin təmin edilməməsi xahiş edilmişdir.”.

7. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim X1) ərizə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “hazırkı iş üzrə veriləcək iddianın bilavasitə uğurluluq ehtimalı cavabdeh inzibati orqanın “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarının “Inzibati icraat haqqında” Qanunun, Vergi Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılmasından, aparılan inzibati icraatla bağlı normaların cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmamasının müəyyənləşdirilməsindən asılıdır. Işin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyil. Bu səbəbdən IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Eyni zamanda, iddiaçı inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmamışdır. Iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Məhkəmə hər iki tərəfin maraqları baxımından qiymətləndirmə apardıqda hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri hesab etmir.”.

9. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı apellyasiya şikayətinin dəlillərində maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, “Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarına əsasən mənə əsassız olaraq 35261,67 manat vergi borcu hesablanmışdır. Halbuki mənim heç bir vergi borcum yoxdur. Buna baxmayaraq cavabdeh mənim bank hesabıma daxil olan pullara sərəncam verərək tutmaqdadır. Buna görə də mən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmirəm. Ona görə də cavabdehə sərəncamın və inkassonun qoyulmasının qadağan edilməsi barədə qərardad çıxarılmalıdır.” Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi ərizənin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə prosesinə gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması və üfüqi monitorinq nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Maddə 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.

14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: Maddə 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; Maddə 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 16.“Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur - inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1 IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.3.Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb- görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız "ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

20. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.

21. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

22. Işin hallarından görünür ki, hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədəərizənin verilməsində ərizəçinin hüquqi marağı mübahisələndirdiyi qərarın ləğvi ilə əlaqədar verilən iddiaya məhkəmədə baxılıb qurtarandək mübahisələndirilən qərarın icrasının dayandırılmasıdır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilərazılaşmayaraq bildirir ki, ## ####### 2023-cü il tarixdə qəbul edilmiş “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli qərarında müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizələrin təmin edilmə əsasları qeyd edlmişdir.

24. Həmin qərarın 11-ci bəndi inzibati aktın icrasının dayandırılması ilə bağlıməsələləri tənzimləyir. Plenumun sözügedən qərarının 11-ci bəndində qeyd edilmişdir:“11.3. Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindənmübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir.

25. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa ziddinzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır.

26. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları vəazadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur.

27. Mahiyyəti üzrə çıxarılmış qərarda mübahisələndirilən inzibati aktın hüquqauyğun olmadığı ilə bağlı məhkəmə qəti qənaətə gəlməklə onun ləğvi və ya dəyişdirilməsinə dair qərar verir.

28. Inzibati aktın icrasının dayandırılmasına dair qərardadda isə vəziyyət fərqlidir.Belə ki, qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər.

29. Bundan başqa, mahiyyəti üzrə verilmiş qərar mübahisəni həll etməklə inzibatiaktı ortadan qaldırdığı və ya dəyişdirdiyi halda, inzibati aktın icrasının dayandırılmasına dair qərardadlar isə inzibati aktın özünü deyil, onun icra edilmə qabiliyyətini ortadan qaldırır.

30. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin tətbiqinəticəsində mübahisələndirilən inzibati aktın icrası dayandırılır, bununla da inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilmiş olur. Ona görə də, inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarıldıqdan sonra inzibati orqan mübahisələndirilən inzibati akt qəbul edilənədək mövcud olan hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmaqda davam etməlidir.

31. IPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasınındayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir.

32. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalınmövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPMin 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır.

33. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adiqaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir.

34. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır.

35. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlaradair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir.

36. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdimetməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.

37. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir.

38. Qanunvericiliyə görə ilkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir.

39. Birinci instansiya məhkəməsi ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli qərarının 11.30, 11.31, 11.33, 11.34 və 11.44-cü bəndlərində sadalananlarla bağlı araşdırma aparmamışdır.

40. Iş materiallarından belə müəyyən edilir ki, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*/*-******/**** nömrəli qərara əsasən iddiaçıya ümumilikdə 35261, 67 manat əlavə vergi məbləği hesablanmışdır.

41. Əlavə vergi məbləğinin hesablanmasına əsas ərizəçi tərəfindən təqdim edilmiş 2025-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyənin elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı üçün kənarlaşmanın yaranması olmuşdur.

42. Müəyyən olunmuş risklərlə bağlı kənarlaşmaların aradan qaldırılması üçün 5 iş günü ərzində ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi üçün ##.##.2026cı il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” iddiaçıya gödərilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş qərara əsas kimi cavabdeh 2025-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyədə qismən uyğunsuzluğun olmasını bildirsədə, bu uyğunsuzluğun konkret nədən ibarət olmasını açıqlamamışdır.

44. Iş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana ##.##.2026-cı, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məktublarla müraciət etmişdir.

45. Həmin müraciətlərdə iddiaçı tərəfindən gizlədilmiş hesab olunan satış məbləğini 2025-ci ilin aprel ayının ƏDV bəyannaməsində və 2025-ci il illik gəlir vergisi bəyənnaməsində əks etdirərək müvafiq sənədləri cavabdehə təqdim etmişdir.

46. Cavabdeh tərəfindən iddiaçının müraciətləri üzrə inzibati icraatın apararaq iddiaçının xeyrinə olan halların araşdırıması və nəzərə alması iş üzrə müəyyən edilmir.

47. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin kameral vergi yoxlamasının nəticələrinə hansı şəkildə təsir edəcəyi əsas iddia tələbi üzrə baxılan inzibati işin məhkəmə araşdırlması ilə məlum olacaq. Lakin hazırkı mərhələdə cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırması müəyyən edilmir.

48. Belə olan mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblərin mövcudluğu aşkar şəkildə ifadə olunur.

49. Nəzərə almaq zəruridir ki, ərizəçi tərəfindən verilmiş müvəqqəti müdafiə tədbirinin tətbiqi dövlətin vergi siyasəti üzrə maraqlarını aradan qaldırmır, yalnız mübahisələndirilən qərarın icrasının yekun məhkəmə qərarının qəbulunadək dayandırılmasını təmin edir. Bu baxımdan tərəflərin maraqları arasında balans qorunur və mütənasiblik prinsipi təmin olunur.

50. Beləliklə, dövlətin vergi siyasətində ifadə olunan marağı ilə vergi ödəyicisinin maraqları arasındakı ziddiyyətli maraqların müqayisəsi hazırkı işin halları baxımından iddiaçının maraqlarının qorunmasında təxirəsalınmaz ehtiyacın yaranması və bərpaolunmaz nəticələrin baş verməsini deməyə əsas verir.

51. Qeyd olunmalıdır ki, söhbət kameral vergi yoxlaması nəticəsində hesablanmış 35 261,67 manat əlavə vergi borcuna görə sahibkarlıq subyektinin hesabına qoyulmuş sərəncam və qərarın qəbulu ilə bağlı digər səlahiyyətlərin icrası nəticəsində yarana biləcək çətinliklərdən gedir. Belə olan halda, konkret ərizəyə baxarkən vergi ödəyicisinin maraqları baxımından da mümkün nəticələrin dəyərləndirilməsi mütləqdir.

52. Hazırki işin halları baxımından vergi ödəyicisinin maraqları daha üstün qoruma tələb edir. Bu isə ziddiyyətli maraqlar baxımından ərizənin təminini əsaslı edir.

53. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq ərizə təmin olunmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilir. Iddiaçı Ərizəçi cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “cavabdehin ##.##.2026-cı il tarixli *-**-*- */*-******/**** saylı qərarının ləğv edilməsi” barədə əsas iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərarın icrası dayandırılır və eyni əsaslar üzrə yeni qərarların qəbul edilməsi cavabdehə qadağa edilir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar