Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-128/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN HALLARI
1. İşi hallarına əsasən iddiaçı (ərizəçi) 2019-cu ildə ödənişli əsaslarla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul edilmişdir. Həmin ildə, yəni ##.##.2019-cu ildə təhsil haqqı ilə bağlı (illik 2900 manat) fərdi müqavilə bağlamışdır.
2. Ərizəçinin valideynləri məcburi köçkün olduğundan bu barədə universitetə məlumat verərərək bununla bağlı sənədləri universitetə təqdim etmişdir. 2023-cü ilədək, 4 il ərzində universitet tərəfindən illik təhsil haqqı tələb edilməmişdir.
3. Ərizəçi 2023-cü ildə dövlət imtahanına buraxılmamış və səbəb kimi əvvəlki 4 ilin təhsil haqqı universitet tərəfindən tələb edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qərar ilə ##.##.1998-ci il təvəllüdlü iddiaçı Ərizəçi məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuş və qərar icra olunaraq məcburi köçkün statusu və bu barədə vəsiqə verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi (İddiaçı) Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təhsil haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə ödənişli əsaslarla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul edilmişdir. Həmin ildə, yəni ##.##.2019-cu ildə təhsil haqqı ilə bağlı (illik 2900 manat) fərdi müqavilə bağlamışdır. İddiaçının valideynləri məcburi köçkün olduğundan universitetə məlumat verərərək bununla bağlı sənədləri universitetə təqdim etmişdir. 2023-cü ilədək, 4 il ərzində universitet tərəfindən illik təhsil haqqı iddiaçıdan tələb edilməmişdir və bütün imtahanları lazımı qaydada keçmişdir. Lakin 2023-cü ildə dövlət imtahanına buraxılmamışdır və səbəb kimi əvvəlki 4 ilin təhsil haqqı universitet tərəfindən iddiaçıdan tələb edilmişdir. İddiaçı qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərar ilə ##.##.1998-ci il təvəllüdlü iddiaçı Ərizəçi məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuş və qərar icra olunaraq iddiaçıya məcburi köçkün statusu və bu barədə vəsiqə verilmişdir. İddiaçı təhsil haqqından azad olunmağı barədə Bakı Dövlət Universitetinə müraciət etmişdir. Lakin cavab olaraq bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən təhsil alan təhsil haqqı ödənişindən məcburi köçkün olması ilə əlaqədar ona məcburi köçkün statusunun verildiyi tarixdən azad edilir və bu güzəşt həmin status verilən tarixə qədər yaranmış təhsil haqqı borcuna şamil edilmir. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003cü il # ###### tarixli **** nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli Sərəncamının II bəndində müəyyən edilmişdir ki, bu Sərəncam Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrinə 2011/2012-ci tədris ilindən etibarən qəbul olunmuş şəxslərə şamil edilir. Bütün bunlara baxmayaraq universitet keçən təhsil illəri ərzində susmuş, heç bir şəkildə təhsil haqqını tələb etməmiş, qanunvericiliyin sözügedən tələblərini iddiaçıya münasibətdə tətbiq etməməklə dövlət imtahanına buraxmamış, iddiaçının təhsil hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxaran əlverişsiz şərait yaratmışdır.
7. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqinə dair ərizə verərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək, yəni məhkəmə qərarı qanuni qüvvəsini alanadək iddiaçı Ərizəçi üçüncü şəxs Bakı Dövlət Universitetində təhsilinin davam etdirilməsinə, bununla bağlı hər növ kurs və sessiya imtahanlarına, o cümlədən dövlət imtahanına buraxılmasına dair yaradılan maneələrin üçüncü şəxs Bakı Dövlət Universitetinə qadağan edilməsi, iddiaçının ali təhsil sənədi olan diplom ala bilməsini təmin edən bütün növ imtahanlarda iştirakının üçüncü şəxs Bakı Dövlət Universiteti tərəfindən təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, 2019-cu ildə ödənişli əsaslarla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul edilmişdir. Həmin ildə, yəni ##.##.2019-cu ildə təhsil haqqı ilə bağlı (illik 2900 manat) fərdi müqavilə bağlamışdır. Valideynlərim məcburi köçkün olduğundan bu barədə universitetə məlumat verərərək bununla bağlı sənədləri universitetə təqdim etmişdir. 2023-cü ilədək, 4 il ərzində universitet tərəfindən illik təhsil haqqı tələb edilməmişdir və bütün imtahanları lazımı qaydada keçmişdir. Lakin 2023-cü ildə dövlət imtahanına buraxılmamış və səbəb kimi əvvəlki 4 ilin təhsil haqqı universitet tərəfindən tələb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qərar ilə ##.##.1998-ci il təvəllüdlü iddiaçı Ərizəçi qızma məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuş və qərar icra olunaraq məcburi köçkün statusu və bu barədə vəsiqə verilmişdir. Təhsil haqqından azad olunmağı barədə Bakı Dövlət Universitetinə müraciət etmiş, lakin cavab olaraq bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən təhsil alan təhsil haqqı ödənişindən məcburi köçkün olması ilə əlaqədar ona məcburi köçkün statusunun verildiyi tarixdən azad edilir və bu güzəşt həmin status verilən tarixə qədər yaranmış təhsil haqqı borcuna şamil edilmir.
9. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin hallarından görünür ki, iddiaçı dövlət imtahanına buraxılmamış və ondan təhsil haqqının ödənilməsi tələb edilmişdir. Hazırkı müvəqqəti xarakterli müdafiə barədə ərizə isə iddiaçı Bakı Dövlət Universitetində təhsilinin davam etdirilməsinə, bununla bağlı hər növ kurs və sessiya imtahanlarına, o cümlədən dövlət imtahanına buraxılmasına dair yaradılan maneələrin üçüncü şəxs Bakı Dövlət Universitetinə qadağan edilməsi, iddiaçının ali təhsil sənədi olan diplom ala bilməsini təmin edən bütün növ imtahanlarda iştirakının üçüncü şəxs Bakı Dövlət Universiteti tərəfindən təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Belə olan halda, hazırkı iş üzrə iddiaya mahiyyəti üzrə baxılması yekunlaşanadək müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqi, iddiaçının dövlət imtahanına buraxılmasına gətirib çıxaracaqdır ki, bu da iddiaçının əsas iddiası ilə eyni məzmunlu tədbirin tədbiqinə yönəlmişdir və əsas iddianın predmeti ilə eynilik təşkil edir. Bu hal iddia icraatının həyata keçirilməsinin əhəmiyyətsiz olmasına gətirib çıxara bilər
11. Ərizəçi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya baxışı zamanı apellyasiya şikayəti ərizənin dəlilləri ilə oxşar əsaslandırılmışdır.
13. Apellyasiya baxışı zamanı həmçinin, iddiaçının vəkili (nümayəndəsi) eyni tərəflər arasında olan eyni mübahisəyə, yəni müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqinə dair ərizəyə əvvəlki tərkibdə hakimlər Şərafət Məmmədovanın və Ceyhun Məmmədovun tərəfindən baxılmasını və müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqinə dair ərizənin rədd edilməsi barədə **(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardad qəbul edildiyini əsas gətirərək hakimlər Şərafət Məmmədovaya və Ceyhun Məmmədova etiraz təqdim etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya baxışı zamanı qarşı tərəf yazılı münasibət təqdim etməmişdir.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı, etiraz və mülahizələri Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilmələri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir.
16. Belə ki, İnzibati Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının vəkili (nümayəndəsi) tərəfindən hakimlər Şərafət Məmmədovaya və Ceyhun Məmmədova edilmiş etiraz baxılmamış saxlanılmışdır.Belə ki, yuxarıda sözügedən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı (hakimlər Məmmədova Şərafət Asif qızı (məruzəçi), X1 və Məmmədov Ceyhun Bəşir oğlu) işə mahiyyət üzrə baxılması ilə nəticələnən məhkəmə aktı deyildir.Yəni, bir inzibati mübahisəyə baxılarkən yeni əsas yaranarsa bir neçə dəfə müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqinə dair ərizə təqdim oluna bilər.Bu halda növbəti dəfə təqdim olunmuş müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqinə dair ərizəyə baxılması üçün işin başqa hakimin icraatına verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1.3.-ci maddəsi əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə hakim tərəfindən işə baxılmasına yol verilməməsini nəzərdə tutur.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: … Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
18. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı . 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2 və 4.1-3-cü bəndlərində qeyd olunur ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. İddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.3. Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır. 4.4. İddia qaldırılanadək verilmiş ərizələr üzrə çıxarılmış təminat tədbirlərinin tətbiqi haqqında qərardadlardan verilmiş şikayətlər əsasında iş yuxarı instansiya məhkəməsinin icraatında olduqda, iddianın özünün qaldırılmadığı halından çıxış etməklə təminat tədbirinə dair qərardad ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
Apellyasiya baxışının hədləri
19.Apellyasiya şikayətində ərizəçi tərəfindən qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 20.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə ərizəçi subyektiv hüquqa malikdir.
22. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən baxılan işdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin mümkün sayılmaması üçün əsaslar mövcuddur.
23. Belə ki, iş materiallarına əsasən ərizəçi (iddiaçı) Ərizəçi cavabdeh Cavabdeh qarşı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə məhkəməyə müraciət edərək əsas iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi Bakı Dövlət Universitetində tədris ilinin son semestri üçün təhsilinin davam etdirilməsinə, bununla bağlı kurs imtahanlarına və dövlət imtahanlarına buraxılmasına dair yaradılmış maneələrin Bakı Dövlət Universitetinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
24. Bakı İnzibati Məhkəməsinin **(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərardadı ilə (hakim X2) ərizə təmin edilməmişdir.
25. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin təmin edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə (hakimlər Məmmədova Şərafət Asif qızı (məruzəçi), X1 və Məmmədov Ceyhun Bəşir oğlu) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin **(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
27. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli Qərarı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, **(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... 19. Mübahisədə ərizəçinin hüquqi marağı iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi Bakı Dövlət Universitetində tədris ilinin son semestri üçün təhsilinin davam etdirilməsinə, bununla bağlı kurs imtahanlarına və dövlət imtahanlarına buraxılmasına dair yaradılmış maneələrin Bakı Dövlət Universitetinə qadağan edilməsinə yönəlmişdir. 20. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi ərizəni rədd edərkən hazırkı mərhələdə iddianın uğurluluq ehtimalı aydın olmaması halına əsaslanmışdır. 21. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iş materialları əsasında iddiaçı Ərizəçi 2019-cu ildə ödənişli əsaslarla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul edildiyi müəyyən edilir. “Bakı Dövlət Universiteti ilə ödənişli əsaslarla təhsil alacaq təhsilalan arasında” ##.##.2019-cu il tarixli ***** nömrəli Fərdi Müqaviləyə əsasən təhsilalan Ərizəçi təhsil aldığı ilk tədris ili üçün həmin tədris ilinin başlanmasından əvvəl, sonrakı tədris illəri üçün isə növbəti tədris ilinin payız semestrinin sonunadək 2900 manat təhsil haqqını BDU-nun hesabına ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. 22. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində olduğu kimi kassasiya şikayətində qeyd etmişdir ki, o, məcburi köçkün statusuna malik şəxs olduğundan ödənilmiş məbləğ ona geri qaytarılmalıdır. 23. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçıya məcburi köçkün statusu Bakı İnzibati Məhkəməsinin **(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə verilmişdir. Bu qərarın icrası ilə əlaqədar ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən iddiaçı Ərizəçi məcburi köçkün statusunu təsdiq edən AA seriyalı ****** nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. 24. Qeyd edilən hallar onu deməyə əsas verir ki, iddiaçının məcburi köçkün statusu onun təhlil aldığı 2019- 2023-cü il tarixlərdə deyil, sonradan yarandığından onun müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi əsaslı sayıla bilməz. 25. Bundan əlavə qeyd edilməlidir ki, qüvvədə olan qanunvericiliyə əsasən dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan şəxslər məcburi köçkün olması ilə əlaqədar məhz ona məcburi köçkün statusunun verildiyi tarixdən təhsil haqqı ödənişindən azad edilirlər və iddiaçı hazırda həmin güzəştin əvvəlki dövrə şamil edilməsini edir. 26.Güzəştin əvvəlki dövrə şamil edilməsi ilə bağlı aşkar norma yoxdur və qeyd edilənlər hüquqi dəyərləndirmə ilə bağlı məsələdir. Odur ki, təqdim edilən ilkin dəlillər cavabdeh inzibati orqanın hərəkətlərinin (hərkətsizliyinin) aşkar şəkildə qanunazidd olması qənaətinə gəlmək üçün əsas vermir. 27. Digər tərəfdən iş materiallarında Universitet tərəfindən iddiaçının imtahanlara buraxılmasına maneçilik yaradan hərəkətlər və ya bununla bağlı imtinanın olduğu müəyyən edilmir. Universitet tərəfindən iddiaçıya əvvəlki dövrlər üzrə təhsil haqqının ödənilməli olduğu izah edilib. 28.Odur ki, hazırkı mərhələdə iddianın uğurluluq ehtimalı aydın olmadığından (iddianın uğuru məhkəmə araşdırmasının nəticəsindən asılıdır) təcili tənzimləmə üçün təxirəsalınmaz ehtiyac müəyyən edilmir. Ərizəçinin təqdim etdiyi ilkin sübutlar iddianın böyük ehtimalla uğurlu ola biləcəyi qənaətinə gəlməyə əsas vermir. Müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbirdir. Ərizəyə əsasən əsas tələb üzrə gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələr müəyyən edilmir. 29. Məhkəmə kollegiyası hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin iddianın uğurluluq ehtimalı baxımından nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddianın uğurluluq ehtimalı aydın olmadığından (iddianın uğuru məhkəmə araşdırmasının nəticəsindən asılıdır) təcili tənzimləmə üçün təxirəsalınmaz ehtiyac müəyyən edilmir. Ona görə də apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır....”
30. Beləliklə, müəyyən edilir ki, eyni tərəflər arasında eyni mübahisə üzrə və eyni əsaslarla müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair iddiaçının ərizəsi təmin edilməmiş və həmin qərardad hazırda qüvvədədir və hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə yeni hüquqi və faktiki əsas yaranmamışdır.
31. Həmçinin, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ## #### 2026-cı il tarixli məhkəmə bildirişindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı (zəruri cəlbetmə qaydasında 3-cü şəxs Bakı Dövlət Universiteti cəlb olunmaqla) təhsil haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə məhkəmə iclası ##.##.2026-cı il tarixə, saat 10:00-ə təyin olunmuşdur.
32. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, eyni tərəflər arasında eyni mübahisə üzrə və eyni əsaslarla müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair iddiaçının ərizəsi təmin edilmədiyindən və həmin qərardad hazırda qüvvədə olduğundan, həmçinin hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə yeni hüquqi və faktiki əsas yaranmadığından hazırkı iş üzrə müvəqqəti xaraterli müdafiə tədbirinə dair iddiaçı Ərizəçi tərəfindən verilmiş ərizə mümkün sayılmamalıdır.
33. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarının 4.9.-cu bəndində deyilir ki, “ Daha sonra araşdırmanın nəticəsindən asılı olaraq məhkəmə İPM-in 44.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardadı dəyişdirə və ya ləğv edə bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyri-mümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.).”
34. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır .
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizə mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.