Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-143/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin 15(4-6)-284/2026 ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN HALLARI
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “Gömrük borcunun yaranması haqqında” ## #### 2026-cı il tarixli 3-33- ****/***Q saylı qərarından görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müddəaları nəzərə alınmaqla, aşağıdakı faktlar və sənədlər əsasında gömrük borcunun yaranması haqqında qərar qəbul edilmişdir:
2. 1. Gömrük borcunun yaranma səbəbi: Hüquqi ünvanı AZ 1002, ünvan 1 olan Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Özbəkistan Respublikasından “Qabığı təmizlənmiş yunan qozu” yükünə dair ##.##.2024-cü il tarixli 01241000359343 sorğu nömrəli, ##.##.2024-cü il tarixli 01241000531354 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000187206 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000268530 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000306097 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000324527 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000425356 sorğu nömrəli, ##.##.2025-cı il tarixli 01251000427978 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000465043 sorğu nömrəli, 18.11,2025-ci il tarixli 01251000493043 sorğu nömrəli, ##.##.2025-cı il tarixli 01251000497402 sorğu nömrəli, ##.##.2026-cı il tarixli 01261000016575, ##.##.2026-cı il tarixli 01261000029056 və ##.##.2026-cı il tarixli 01261000050995 sorğu nömrəli gömrük bəyannamələri təqdim olunmuşdur .
3. 01251000425356, 01251000427978, 01251000268530, 01261000016575, 01251000497402, 01251000493043, 01241000359343, 01251000306097, 01251000324527 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayiətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 11 (təkrar ixrac), 37-ci qrafasında isə “prosedur”un 11 74 078 (gömrük anbarından təkrar ixrac) kımi qeyd edildiyi müəyyən edilmişdir.
4. Həmçinin 01241000531354, 01251000187206 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayiətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 10 (ixrac), 37- ci qrafasında isə “prosedur”un 10 00 000 kimi qeyd edildiyi, 01261000050995, 01261000029056 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 10 51 000 kimi və 01251000465043 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 10 51 000 kimi qeyd edildiyi müəyyən edilmişdir. Lakin Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında həyata keçirilən gömrük məlumat mübadiləsi çərçivəsində əldə edilmiş məlumatlara əsasən “bəyannamənin tipi”nin 11 (təkrar ixrac) olduğu müəyyən edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (ərizəçi) Ərizəçi açıq səhmdar cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin ## #### 2026cı il tarixli *-**-****/***Q saylı qərarının ləğv edilməsi barədə iddia tələbinə məhkəmədə baxılıb qurtaranadək, qeyd olunan qərarın icrasının dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsinin ## #### 2026-cı il tarixli *-**-****/***Q nömrəli Gömrük borcunun yaranması haqqında qərarına əsasən Ərizəçi MMC barəsində əlavə 476793 manat əlavə gömrük borcu hesablanmışdır. Qərarın əsaslandırma hissəsində qeyd olunur ki, 01251000425356, 01251000427978, 01251000268530, 01261000016575, 01251000497402, 01251000493043, 01241000359343, 01251000306097, 01251000324527 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında "bəyannamənin tipi”nin 11 (təkrar ixrac), 37-ci qrafasında isə “prosedur”un 1174078 (gömrük anbarından təkrar ixrac) kimi qeyd edildiyi müəyyən edilmişdir. Həmçinin 01241000531354, 01251000187206 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 10 (ixrac), 37-ci qrafasında isə “prosedur””un 10 00 000 kimi qeyd edildiyi, 01261000050995, 01261000029056 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 10 51 000 kimi və 01251000465043 sorğu nömrəli gömrük bəyannaməsinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 1051000 kimi qeyd edildiyi müəyyən edilmişdir. X5 ilə Azərbaycan Respublikası arasında həyata keçirilən məlumat mübadilələri çərçivəsində əldə edilmiş məlumatlara əsasən bəyannamənin tipinin 11 (təkrar ixrac) olduğu müəyyən edilmişdir. .... Beləliklə, qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən Özbəkistan mənşəli kimi bəyan edilmiş mallar üzrə həyata keçirilmiş əməliyyatların malların mənşə ölkəsinin dəyişməsini təsdiq edən kifayət qədər emal meyarlarına cavab vermədiyi müəyyən edilir. Bu səbəbdən həmin malların mənşə ölkəsinin Özbəkistan Respublikası kimi qəbul edilməsi hüquqi əsaslı hesab edilmir və malların mənşə ölkəsi emal məqsədilə gömrük ərazisinə gətirilmiş xarici malların ilkin mənşə ölkəsi kimi bəyan edilməlidir. Qeyd olunan səbəblərdən cavabdeh orqan hesab etmişdir ki, yuxarıda göstərilən gömrük bəyannamələri Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sərbəst ticarət sazişinin tələblərinə cavab vermir və bu səbəbdən həmin sazişlə ödənilməsindən azad edilmiş idxal gömrük rüsumları yenidən hesablanmışdır. Ərizəçi MMC tərəfindən Özbəkistan Respublikasından qoz ləpəsi idxal olunmuş, idxal əməliyyatları müvafiq olaraq ##.##.2024-cü il tarixli 01241000359343 sorğu nömrəli, ##.##.2024-cü il tarixli 01241000531354 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000187206 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000268530 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000306097 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000324527 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000425356 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000427978 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000465043 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000493043 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000497402 sorğu nömrəli, ##.##.2026-cı il tarixli 01261000016575 sorğu nömrəli, ##.##.2026-ci il tarixli 01261000029056 sorğu nömrəli və ##.##.2026-cı il tarixli 01261000050995 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Sözügedən bəyannamələr cavabdeh tərəfindən yoxlanılmış, idxal üzrə hesablanmış gömrük rüsumları və vergilər ödənilmiş və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Lakin, sonradan sözügedən bəyannamələr üzrə Cəmiyyətin iştirakı olmadan təkrar araşdırma aparılmış və aparılmış araşdırma zamanı kobud qanun pozuntularına yol verilmişdir.
7. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, № : *-**-****/*-******/**** saylı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəyə dair yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC (VÖEN: **********) tərəfindən Özbəkistan Respublikasından “Qabığı təmizlənmiş yunan qozu” yükünə dair ##.##.2024-cü il tarixli 01241000359343 sorğu nömrəli, ##.##.2024-cü il tarixli 01241000531354 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000187206 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000268530 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000306097 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000324527 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000425356 sorğu nömrəli, ##.##.2025-cı il tarixli 01251000427978 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000465043 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000493043 sorğu nömrəli, ##.##.2025-cı il tarixli 01251000497402 sorğu nömrəli, ##.##.2026-cı il tarixli 01261000016575, ##.##.2026-cı il tarixli 01261000029056 və ##.##.2026-cı il tarixli 01261000050995 sorğu nömrəli gömrük bəyannamələri təqdim olunmuşdur. Əlavə olaraq bildiririk ki, 01251000425356, 01251000427978, 01251000268530, 01261000016575, 01251000497402, 01251000493043, 01241000359343, 01251000306097, 01251000324527 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayiətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 11 (təkrar ixrac), 37-ci qrafasında isə “prosedur”un 11 74 078 (gömrük anbarından təkrar ixrac) kimi qeyd edildiyi müəyyən edilmişdir. Həmçinin 01241000531354, 01251000187206 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayiətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 10 (ixrac), 37-ci qrafası nda isə “prosedur”un 10 00 000 kimi qeyd edildiyi, 01261000050995, 01261000029056 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 10 51 000 kimi və 01251000465043 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 10 51 000 kimi qeyd edildiyi müəyyən edilmişdir. Lakin Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında həyata keçirilən gömrük məlumat mübadiləsi çərçivəsində əldə edilmiş məlumatlara əsasən “bəyannamənin tipi”nin 11 (təkrar ixrac) olduğu müəyyən edilmişdir. “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2012-ci il tarixli *** nömrəli Qərarının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş xarici mallar Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisindən kənara aparıldıqda təkrar ixrac gömrük proseduru altında yerləşdirilir. Eyni zamanda, Özbəkistan Respublikasının Gömrük Məcəlləsinin 32-ci maddəsinə əsasən, reeksport (təkrar ixrac) gömrük rejimi dedikdə əvvəllər gömrük ərazisinə gətirilmiş malların və ya gömrük ərazisində emal gömrük proseduru altında yerləşdirilmiş malların emalı nəticəsində əldə edilmiş məhsulların gömrük rüsumları və vergiləri ödənilmədən, habelə mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən həmin ərazidən yenidən ixrac edilməsi başa düşülür. İddiaçı tərəfindən Özbəkistan mənşəli kimi bəyan edilmiş mallar üzrə həyata keçirilmiş əməliyyatların malların mənşə ölkəsinin dəyişməsini təsdiq edən kifayət qədər emal meyarına cavab vermədiyi müəyyən edilir. Bu səbəbdən həmin malların mənşə ölkəsinin Özbəkistan Respublikası kimi qəbul edilməsi hüquqi əsaslı hesab edilmir və malların mənşə ölkəsi emal məqsədilə gömrük ərazisinə gətirilmiş xarici malların ilkin mənşə ölkəsi kimi bəyan edilməlidir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "X4 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazi şin 5-ci bölməsinə əsasən mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iş tirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçı sı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala tətbiq edilir. Beləliklə yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, iddiaçının bəyan etdiyi malların mənşə ölkəsinin Özbəkistan Respublikası kimi qəbul edilməsində əsaslı uyğunsuzluqlar mövcuddur. Belə olan halda da sözügedən Sazişin müddəalarının həmin mallara şamil edilməsi mümkün olmamışdır. İddiaçı ərizəsində qeyd edir ki, Ərizəçi MMC yaranmış gömrük borclarına görə bank hesablarına sərəncam qoyulacağı təqdirdə maddi cəhətdən iflic vəziyyətə düşəcəkdir. İddiaçının bu yanaşmasına münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, illik dövriyyəsi 17000000 (on yeddi milyon) manatdan artıq olan bir şirkətin 476793 (dörd yüz yetmiş altı min yeddi yüz doxsan üç min) manat gömrük borcuna görə maddi cəhətdən iflic olması ehtimalı absurddur. Belə ki, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemindən əldə etdikləri məlumata görə Ərizəçi MMC-nin son bir illik maliyyə dövriyyəsi 17.602.218, 02 manat təşkil edir. Eyni zamanda Ərizəçi MMC tərəfindən təkcə 2026-cı ilin may ayı ərzində 11 idxal əməliyyatı üzrə 431.201,08 manat gömrük ödənişləri həyata keçirilmişdir. Bundan başqa iddiaçı ərizəsində qeyd edir ki, müəssisənin Bank Respublikadan götürülmüş cari kredit borcu mövcuddur. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ayrı-ayrı vaxtlarda Bank Respublika ilə aralarında bağlanılmış müqavilə əsasında 3000000 manatdan artıq miqdarda kredit əldə etmişdir. Məlum məsələdir ki, iddiaçının kredit ödəmə qabiliyyətinin olmasına şübhə olsa idi bank tərəfindən ona külli miqdarda kredit ayrılmazdı. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, sözügedən kredit müqavilələri 2 illik müddətə bağlanılmış və kredit borcu üzrə öhdəliyin böyük bir qismi iddiaçı tərəfindən icra olunmuşdur. Eyni zamanda həmin müqavilələrin davamlı bağlanılması onu göstərir ki iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün kifayət qədər ödəmə qabiliyyəti mövcuddur. İPM-ə əsasən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsaslarından biri iddianın uğurluluq ehtimalıdır. İşin hazırki materiallarına baxıldıqda ərizəçi tərəfin əsas iddiası ilə bağlı əsaslı sübutlar təqdim etmədiyi üçün iddianın uğurlu olması ehtimalı görünmür. Məhz bu səbəbdən iddianın uğurluluğu şübhə altında olduğundan ərizənin əsaslandırılmadığı da nəzərə alınaraq ərizə təmin edilməməlidir. İddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, hər iki tərəfin maraqları baxımından qiymətləndirmə aparıldıqda hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə münasibətdə ərizənin əsaslı olmadığı müəyyən olunur. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizələrə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin *-***/**** nömrəli ## ### 2017-ci il tarixli İcmal məktubunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizəyə baxılarkən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması zəruridir. Bu, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi baxımından vacibdir. Çünki məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməsi onun işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsindən ası lıdır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2025ci il tarixli ** nömrəli Qərarına əsasən: 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmi ş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin ş ərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianı n böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.” Beləliklə, Plenum Qərarına edilmiş dəyişiklikdən də göründüyü kimi hazırkı növ iddialara baxılarkən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələr üzrə iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1-ilkin təcili tənzimləmənin zəruri olması 2-iddianın böyük ehtimalla uğurlu olması. İşin faktiki hallarından da göründüyü kimi məhkəmə mübahisəsinin predmetini təşkil edən gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin ölkəyə sərbəst dövriyyəyə buraxılışını həyata keçirmiş və mallar iddiaçıya təhvil verilmişdir. Hazırda gömrük orqanının qərarının icrası malların ölkəyə idxalı ilə əlaqədar maneələrə səbəb olmur. Əksinə gömrük orqanının qərarının icraya yönəldilməsi nəticəsində yalnız maliyyə məhdudiyyətləri yaranır ki, bu da sonradan əsas iddia üzrə işə baxılan zaman məhkəmə tərəfindən gömrük borcunun yaranması barədə qərarın qanunsuz olması qənaətinə gəlinərsə, gömrük ödənişinin geri qaytarılması barədə müvafiq rəyin verilməsi kimi iddia tələbini dəqiqləşdirmək və ya artıq ödədiyi gömrük ödənişi məbləğinin növbəti gömrük ödənişlərinə silinməsini tələb etmək hüququ yaranacaqdır. Odur ki, həmin məbləğin istifadəsinin qadağan edilməsi hazırkı halda iddiaçı üçün təcili tənzimləmə tələb edən məsələ deyildir. Qeyd edilənlərə əsasən, iddiaçı hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün vacib olan 2 əsasdan birincisi olan ilkin təcili tənzimləmənin zəruri olması halı ilə bağlı zəruri sübut və əsasları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən ilkin şərt hazırkı halda öz təsdiqini tapmadığından digər şərtlərin -uğurluluq ehtimalı və ya ziddiyyətli maraqların olubolmamasına hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin rədd edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 15(4-6)-284/2026 ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## #### 2026-cı il tarixli *-**-****/***Q saylı qərarının icrası iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktda işin faktiki halları düzgün göstərilməmişdir. Belə ki ##.##.2024-cü il tarixli 01241000359343 sorğu nömrəli gömrük bəyannaməsinin ümumiyyətlə Ərizəçi MMC-yə aid olmadığı, 01251000268530, 01251000497402, 01251000493043, sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında bəyannamənin tipi 11 (təkrar ixrac) deyil 10 (ixrac) qeyd olunmuşdur.
10. Azərbaycan Respublikası Prezidentinin ## #### 2010-cu il tarixli **** nömrəli sərəncamı ilə təsdiq edilmiş “X4 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin tələbləri pozulmuşdur.
11. Həmçinin, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 15(4-6)-284/2026 №li iş üzrə çıxarılmış ## #### 2026-cı il tarixli qərardadında yol verilmiş yanlışlıq məhkəmənin öz təşəbbüsü ilə düzəldilməsi, Qərardadın əsaslandırıcı hissəsində (səh 12. IV abzas) “İcrasının dayandırılması tələb olunan mübahisələndirilən qərardan müəyyən olunur ki, gömrük bəyannamələrinin yoxlanılmasından sonra Ərizəçi MMC (VÖEN: **********) tərəfindən 01251000425356, 01251000427978, 01251000268530, 01261000016575, 01251000497402, 01251000493043, 01241000359343, 01251000306097, 01251000324527 sorğu nömrəli gömrük bəyannamələri üzrə gömrük dəyərinin müəyyən edilməsi üçün əsas olan sənədlərlə bağlı uyğunsuzluqlar müyyən edilmişdir. # ######## 2013-cü il tarixli, *** nömrəli “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.6 bəndinin tələblərinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. ## ####### 2012-ci il tarixli, *** nömrəli “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.2-ci bəndinin tələblərinə əsasən mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır. Ərizəçi MMC (VÖEN: **********) tərəfindən 01251000425356, 01251000427978, 01251000268530, 01261000016575, 01251000497402, 01251000493043, 01241000359343, 01251000306097, 01251000324527 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il # ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”-nın 3.1 və 3.2 yarımbəndində göstərilən müddət bitdikdən sonra müvafiq olaraq 01251000425356, 01251000427978, 01251000268530, 01261000016575, 01251000497402, 01251000493043, 01241000359343, 01251000306097, 01251000324527 sorğu nömrəli gömrük bəyannamələri ilə təkrar idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir.” sözləri “ İcrasının dayandırılması tələb olunan mübahisələndirilən qərardan müəyyən olunur ki, xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Özbəkistan Respublikasından “Qabığı təmizlənmiş yunan qozu” yükünə dair ##.##.2024-cü il tarixli 01241000359343 sorğu nömrəli, ##.##.2024-cü il tarixli 01241000531354 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000187206 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000268530 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000306097 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000324527 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000425356 sorğu nömrəli, ##.##.2025-cı il tarixli 01251000427978 sorğu nömrəli, ##.##.2025-ci il tarixli 01251000465043 sorğu nömrəli, 18.11,2025-ci il tarixli 01251000493043 sorğu nömrəli, ##.##.2025-cı il tarixli 01251000497402 sorğu nömrəli, ##.##.2026-cı il tarixli 01261000016575, ##.##.2026-cı il tarixli 01261000029056 və ##.##.2026-cı il tarixli 01261000050995 sorğu nömrəli gömrük bəyannamələri təqdim olunmuşdur. 01251000425356, 01251000427978, 01251000268530, 01261000016575, 01251000497402, 01251000493043, 01241000359343, 01251000306097, 01251000324527 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayiətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 11 (təkrar ixrac), 37-ci qrafasında isə “prosedur”un 11 74 078 (gömrük anbarından təkrar ixrac) kımi qeyd edildiyi müəyyən edilmişdir. Həmçinin 01241000531354, 01251000187206 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayiətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 10 (ixrac), 37- ci qrafasında isə “prosedur”un 10 00 000 kimi qeyd edildiyi, 01261000050995, 01261000029056 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 10 51 000 kimi və 01251000465043 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 10 51 000 kimi qeyd edildiyi müəyyən edilmişdir. Lakin Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında həyata keçirilən gömrük məlumat mübadiləsi çərçivəsində əldə edilmiş məlumatlara əsasən “bəyannamənin tipi”nin 11 (təkrar ixrac) olduğu müəyyən edilmişdir.” sözləri kimi oxunması qərara alınmışdır.
12. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 15(4-6)-284/2026 ##.##.2026-cı il tarixli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
c) Apellyasiya şikayətinin dəlilləri
Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, işin faktiki halarından da göründüyü kimi məhkəmə mübahisəsinin predmetini təşkil edən gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin ölkəyə sərbəst dövriyyəyə buraxılışını həyata keçirmiş və malar iddiaçıya təhvil verilmişdir. Hazırda gömrük orqanının qərarının icrası maların ölkəyə idxalı ilə əlaqədar maneələrə səbəb olmur. Əksinə gömrük orqanının qərarının icraya yönəldilməsi nəticəsində yalnız maliyyə məhdudiyyətləri yaranır ki, bu da sonradan əsas iddia üzrə işə baxılan zaman məhkəmə tərəfindən gömrük borcunun yaranması barədə qərarın qanunsuz olması qənaətinə gəlinərsə, gömrük ödənişinin geri qaytarılması barədə müvafiq rəyin verilməsi kimi iddia tələbini dəqiqləşdirmək və ya artıq ödədiyi gömrük ödənişi məbləğinin növbəti gömrük ödənişlərinə silinməsini tələb etmək hüququ yaranacaqdır. Odur ki, həmin məbləğin istifadəsinin qadağan edilməsi hazırkı halda iddiaçı üçün təcili tənzimləmə tələb edən məsələ deyildir. Qeyd edilənlərə əsasən məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün vacib olan 2 əsasdan birincisi olan ilkin təcili tənzimləmənin zəruri olması halı ilə bağlı zəruri sübut və əsasları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən ilkin şərt hazırkı halda öz təsdiqini tapmadığından digər şərtlərin -uğurluluq ehtimalı və ya ziddiyyətli maraqların olub-
13. olmamasına hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Beləliklə məhkəmə öz qərardadında yuxarıda qeyd edilən halların əksinə ali məhkəmənin mövqeyindən fərqli mövqedə dayanaraq ilkin təcililiyə qiymət vermədən iddianın uğurluluq ehtimalının yoxlanılması mövqeyindən çıxış edərək qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə qərardadında iddianın uğurluluq ehtimalının yoxlanılması mövqeyindən çıxış etsə də cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş Özbəkistan Resspublikası ilə Azərbaycan Respublikası arasında həyata keçirilən məlumat mübadiləri çərçivəsində əldə edilmiş məlumatlara əsasən bəyannamənin tipinin 11 (təkrar ixrac) olduğunun müəyyən edilməsi məsələsinə də lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə qərardadında qeyd edir ki, cavabdeh orqan ehtimallar əsasında qərar qəbul etmişdir. Məhkəmənin bu mövqeyinə münasibətdə qəti şəkildə razılaşmayaraq bildirirlər ki, iddiaçı Ərizəçi MMC-nin gömrük rəsmiləşdirilməsi məqsədilə gömrük orqanına təqdim etdiyi ixrac bəyannamələrində qeyd edilmiş məlumatlarla birmənalı şəkildə həmin malların düzgün bəyan edilmədiyi öz təsdiqini tapır. Belə ki, həmin ixrac bəyannamələrinin 37-ci qrafalarında ixrac ölkəsində bəyan edilən zaman qeyd edilən məlumatlarla Azərbaycan Respublikasında gömrük orqanlarına malların bəyanı məqsədilə tərtib edilən idxal gömrük bəyannamələrindəki məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Həmin ixrac bəyannamələri iddiaçı Ərizəçi MMC tərəfindən gömrük orqanına təqdim edilmişdir və həmin bəyannamələr məhkəməyə sübut qismində təqdim olunur.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya baxışı zamanı iddiaçı (ərizəçi) tərəf yazılı münasibət təqdim etməmişdir.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı, etiraz və mülahizələri Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilmələri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir.
16. Belə ki, İnzibati Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: … Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
18. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı . 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2 və 4.1-3-cü bəndlərində qeyd olunur ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. İddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.3. Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır. 4.4. İddia qaldırılanadək verilmiş ərizələr üzrə çıxarılmış təminat tədbirlərinin tətbiqi haqqında qərardadlardan verilmiş şikayətlər əsasında iş yuxarı instansiya məhkəməsinin icraatında olduqda, iddianın özünün qaldırılmadığı halından çıxış etməklə təminat tədbirinə dair qərardad ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
Apellyasiya baxışının hədləri
19.Apellyasiya şikayətində ərizəçi tərəfindən qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 20.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə ərizəçi subyektiv hüquqa malikdir.
22. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı İPMin yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də iddiaçının üzərinə düşür.
23. Bundan əlavə ## ####### 2023-cü il tarixdə qəbul edilmiş “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli qərarında müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizələrin təmin edilmə əsasları qeyd edlmişdir (Bənd 11).
24. Plenumun sözügedən qərarına əsasən qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər.
25. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından irəli gələn mühüm bir tələb ondan ibarətdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardad ərizəçinin iddia tələbinin (iddia icraatı qaydasında qaldırdığı və ya qaldıracağı) ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarılmalıdır. Bu zaman məhkəmə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirilməlidir.
26. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən Respublikanın apelyasiya məhkəmələrinə və inzibati-iqtisadi məhkəmələrə ünvanlanmış 2- ***/** saylı icmal məktubda isə göstərilmişdir ki, bir sıra hallarda məhkəmələr İnzibati Prosessual Məcəllənin 41-42-ci maddələrinin tələblərinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasını həyata keçirməyərək iddianın böyük ehtimalla uğurlu olacağına münasibət bildirmir, müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan konkret əsaslarla bağlı araşdırma aparmırlar. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməli olduğundan, iddia icraatının uğurluluq şansları müvəqqəti xarakterli müdafiə icraatının hər iki tərəfin maraqları baxımından dəyərləndirilməli, bunun üçün tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır.
27. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş iddiaçı iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən, müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı iddiaçı ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır.
28. İşin araşdırılan hallarından görünür ki, qərarın əsaslandırma hissəsində qeyd olunur ki, 01251000425356, 01251000427978, 01251000268530, 01261000016575, 01251000497402, 01251000493043, 01241000359343, 01251000306097, 01251000324527 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 11(təkrar ixrac), 37-ci qrafasında isə “prosedur”un 1174078 (gömrük anbarından təkrar ixrac) kimi qeyd edildiyi müəyyən edilmişdir. Həmçinin 01241000531354, 01251000187206 sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında “bəyannamənin tipi”nin 10 (ixrac), 37-ci qrafasında isə “prosedur”un 10 00 000 kimi qeyd edildiyi, 01261000050995, 01261000029056 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 10 51 000 kimi və 01251000465043 sorğu nömrəli gömrük bəyannaməsinin ixrac gğmrük bəyannaməsinin 37-ci qrafasında isə “prosedur”un 1051000 kimi qeyd edildiyi müəyyən edilmişdir. X5 ilə Azərbaycan Respublikası arasında həyata keçirilən məlumat mübadiləri çərçivəsində əldə edilmiş məlumatlara əsasən bəyannamənin tipinin 11 (təkrar ixrac) olduğu müəyyən edilmişdir.
29. .... Beləliklə, qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən Özbəkistan mənşəli kimi bəyan edilmiş mallar üzrə həyata keçirilmiş əməliyyatların malların mənşə ölkəsinin dəyişməsini təsdiq edən kifayət qədər emal meyarlarına cavab vermədiyi müəyyən edilir.
30. Bu səbəbdən həmin malların mənşə ölkəsinin Özbəkistan Respublikası kimi qəbul edilməsi hüquqi əsaslı hesab edilmir və malların mənşə ölkəsi emal məqsədilə gömrük ərazisinə gətirilmiş xarici malların ilkin mənşə ölkəsi kimi bəyan edilməlidir. Qeyd olunan səbəblərdən cavabdeh orqan hesab etmişdir ki, yuxarıda göstərilən gömrük bəyannamələri Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sərbəst ticarət sazişinin tələblərinə cavab vermir və bu səbəbdən həmin sazişlə ödənilməsindən azad edilmiş idxal gömrük rüsumları yenidən hesablanmışdır.
31. Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktda işin faktiki halları düzgün göstərilməmişdir. Belə ki ##.##.2024-cü il tarixli 01241000359343 sorğu nömrəli gömrük bəyannaməsinin ümumiyyətlə Ərizəçi MMC-yə aid olmadığı, 01251000268530, 01251000497402, 01251000493043, sorğu nömrəli gömrük bəyannamələrinin araşdırılması zamanı mal müşayətedici sənədlərlə birlikdə təqdim edilmiş ixrac gömrük bəyannaməsinin 1-ci qrafasında bəyannamənin tipi 11 (təkrar ixrac) deyil 10 (ixrac) qeyd olunmuşdur.
32. Azərbaycan Respublikası Prezidentinin ## #### 2010-cu il tarixli **** nömrəli sərəncamı ilə təsdiq edilmiş “X4 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin tələbləri pozulmuşdur.
33. Belə ki, hər bir mal partiyası üzrə iddiaçı tərəfindən CT-1 -lər təqdim edilmiş, həmin CT-1lərdə malların mənşə ölkəsinin Özbəkistan Respublikası olması qeyd olunmuşdur.
34. Sazişin 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: ə) mal barəsində bu Qaydaların 6.1-ci və ya 6.2- ci bəndlərinə uyğun olaraq malın mənşəyi haqqında sənəd təqdim edilirsə 6.1. Sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanına CT-1 formalı sertifikatın əsli (sertifikatın blankı bu Qaydaların ayrılmaz hissəsi hesab olunan Əlavə 2-də təqdim edilmişdir) və ya malın mənşəyi barədə bəyannamə təqdim olunmalıdır. 6.7. CT-1 formalı sertifikatın və ya oradakı məlumatların qüsursuzluğuna dair şübhə yarandıqda, malın idxal ölkəsinin gömrük orqanı CT-1 formalı sertifikatı təsdiq etmiş səlahiyyətli orqana və ya malın mənşə ölkəsinin səlahiyyətli orqanına əlavə, yaxud dəqiqləşdirici məlumatlar bildirilməsi ilə bağlı, o cümlədən CT-1 formalı sertifikatların sadə seçimli yoxlanılmaları ilə bağlı əsaslandırılmış xahişlə müraciət edə bilər, xahişə cavab, müraciət tarixindən etibarən 6 ay ərzində təqdim olunmalıdır.
35. Sadalanan normaların qarşılılqlı təhlilindən göründüyü, mallara dair CT-1 lər-in qüsurluluğu barədə gömrük orqanın şübhələri aidiyyəti üzrə CT-1-i tərtib etmiş səlahiyyətli orqanın rəsmi cavabı ilə təsdiq edilməlidir. Buna baxmayaraq CT-1- lərin qüsurluluğu ilə bağlı rəsmi cavab olmamasına baxmayaraq cavabdeh ehtimallar əsasında CT-1 lərin mötəbərliyini şübhə altına almış və nəticədə mübahisələndirilən qərarı qəbul etməklə sərbəst ticarət rejiminin tətbiqindən imtina etmişdir.
36. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44- cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2015-ci il tarixli Qərarı ilə də təsbit olunmuşdur ki, İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir.
37. Apellyasiya şikayətinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayət iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmənin diqqətinə çatdırırlar ki, iddiaçı hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün vacib olan 2 əsasdan birincisi olan ilkin təcili tənzimləmənin zəruri olması halı ilə bağlı zəruri sübut və əsasları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən ilkin şərt hazırkı halda öz təsdiqini tapmadığından digər şərtlərin-uğurluluq ehtimalı və ya ziddiyyətli maraqların olub-olmamasına hüquqi qiymət verilməsinə zərurət qalmamışdır.
38. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, icrası dayandırılması tələb olunan inzibati akta əsasən iddiaçıya 476.739,0 manat gömrük ödənişi tələb olunmuşdur.Bu da sahibkarlıq fəaliyyətində iddiaçının maddi durumuna təsir etməyə bilməz.
39. Bundan başqa cavabdeh özü də bildirir ki, iddiaçı “xxxx” Asc-dən 3.000.000,0 (üç milyon) manat məbləğində kredit götürmüşdür.
40. İşin qeyd olunan faktiki hallarına və tətbiq olunan normalara əsasən məhkəmə Kollegiyası qənaətə gəlir ki, təcili tənzimləməyə zərurət vardır.
41. Apellyasiya şikayətinin iddianın böyük ehtimalla uğurlu olması dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası bir daha qeyd edir ki, hazırkı işin ilkin araşdırılması nəticəsində müəyyən olunur ki, mallara dair CT-1 lər-in qüsurluluğu barədə gömrük orqanın şübhələri aidiyyəti üzrə CT-1-i tərtib etmiş səlahiyyətli orqanın rəsmi cavabı ilə təsdiq edilməlidir. Lakin CT-1- lərin qüsurluluğu ilə bağlı rəsmi cavab olmamasına baxmayaraq cavabdeh CT- 1 lərin mötəbərliyini şübhə altına almış və nəticədə mübahisələndirilən qərarı qəbul etmişdir.
42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.