Məhkəmə qərarları › İş №15(3-6)-186/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-186/2026

17.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 15(3-6)-186/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr İsmayılzadә Fәrid Sabir oğlu (sәdrlik edәn vә mәruzәçi), X1 vә X2 ibarәt tәrkibdә, mәhkәmә iclas katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, әrizәçinin nümayәndәsi vә vәkili Hacıyev İntiqam Mәcid oğlu vә üçüncü şәxs maraqlı şәxs1 nümayәndәsi vә vәkili vәkil1 iştirakları ilә, әrizәçi Ərizәçi müvәqqәti xarakterli müdafiә tәdbiri barәdә әrizәsi üzrә Bakı İnzibati Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrәli qәrardadından üçüncü şәxs maraqlı şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә şifahi mәhkәmә iclasında baxaraq aşağıdakı qәrardadı qәbul etdi. İşin halları: İddiaçı (әrizәçi) Ərizәçi cavabdeh Cavabdeh (üçüncü şәxslәr: maraqlı şәxs2 vә maraqlı şәxs1) qarşı iddia әrizәsi ilә Bakı İnzibati Mәhkәmәsinә müraciәt edәrәk, daşınmaz әmlakın dövlәt reyestrindә Niftәliyev Abı Mәstan oğlunun adına qeydiyyata alınmış daşınmaz әmlakın ##.##.2025-ci il tarixli, ********** nömrәli qeydiyyatının lәğv olunmasına dair qәrar qәbul olunmasını mәhkәmәdәn xahiş etmişdir. İddiaçı hәmçinin, müvәqqәti xarakterli müdafiә tәdbiri barәdә әrizә verәrәk, cavabdeh qismindә Cavabdeh, üçüncü şәxslәr qismindә isә maraqlı şәxs2 vә maraqlı şәxs1 göstәrәrәk, Bakı İnzibati Mәhkәmәsindә davam edәn *-*(*-*)-****/**** saylı iş yekunlaşana vә mәhkәmә aktı qüvvәyә minәnә qәdәr Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi ev 1 (yeni qaydalarla: AZ1075, ünvan 1) ünvanında yerlәşәn ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrәli әmlakın özgәninkilәşdirilmәsinin cavabdehә vә üçüncü şәxslәrә qadağan edilmәsi barәdә qәrardad qәbul olunmasını xahiş etmişdir. Müvәqqәti xarakteri müdafiә tәdbiri barәdә әrizә onunla әsaslandırılmışdır ki, keçmiş hәyat yoldaşı maraqlı şәxs2 Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi ev 1 (yeni qaydalarla: AZ1075, ünvan 1) ünvanında yerlәşәn özbaşına tikilinin mülkiyyәt hüquqlarını öz adına daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata aldıraraq qanunsuz şәkildә çıxarış әldә etmişdir. maraqlı şәxs2 sözügedәn özbaşına tikili ilә bağlı ##.##.2023-cü il tarixli (qeydiyyat nömrәsi: 1122190824) vә ##.##.2025-ci il tarixli (qeydiyyat nömrәsi: **********) iki çıxarış almışdır. Hәmin tikilinin sahәsi 104,7 kv.m olsa da, hәmin çıxarışlarda müvafiq olaraq 48 vә 72.30 kv.m qeyd olunmuşdur. Belә ki, Bakı Apellyasiya Mәhkәmәsinin ##.##.2001-ci il tarixli, *MK-****/**** saylı qәtnamәsinә әsasәn Bakı şәhәri, Nәrimanov rayonu, Habil Mirzәyev küçәsi, 2-ci döngәdәki * nömrәli evin 4, 5 vә * nömrәli otaqları vә * nömrәli otağın qarşısındakı meydança cavabdeh Niftalıyev Abı Mәstan oğlunun istifadәsinә, qalan tikililәr isә iddiaçıların, yәni, o vә hәmin tikilidә yaşayan digәr şәxslәrin istifadәsinә verilmişdir. Göründüyü kimi sözügedәn qәtnamә ilә maraqlı şәxs2 sadәcә istifadә hüquqları verilmişdir. maraqlı şәxs2lә uzun müddәtdir ki, boşansalar da, Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi ev 1 (yeni qaydalarla: AZ1075, ünvan 1) ünvanında yerlәşәn özbaşına tikilidә onun vә digәr ailә üzvlәri (uşaqları, nәvәlәri vә s.) dә qeydiyyatda olmaqla istifadә hüquqları mövcuddur. Buna baxmayaraq sözügedәn daşınmaz әmlak üzәrindә hüquqlar qeydә alınarkәn qanunsuz şәkildә onların, yәni, onun vә digәr qohumların razılığı alınmamış, hüququ rәsmilәşdirilәn şәxs kimi sadәcә Nifaliyev Abı Mәstan oğlu göstәrilmişdir. Bununla da hәmin yaşayış sahәsindә yaşayan o vә digәr ailә üzvlәrinin mülkiyyәt hüquqları pozulmuşdur. Qeyd olunan mәsәlә ilә bağlı tәrәfindәn Bakı İnzibati Mәhkәmәsinә müraciәt olunmuş vә hazırda *-*(*-*)-****/**** saylı iş nömrәsi ilә mәhkәmәnin icraatındadır. maraqlı şәxs2 Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi ev 1 (yeni qaydalarla: AZ1075, ünvan 1) ünvanında yerlәşәn özbaşına tikilini ##.##.2025-ci il tarixdә maraqlı şәxs1 alğı-satqı müqavilәsi әsasında formal olaraq satmışdır. Eyni zamanda aldığı mәlumata әsasәn hәmin şәxslәr bәhsikeçәn tikili ilә bağlı növbәti alğı-satqını hәyata keçirmәyә çalışırlar. Hәmin tikilinin özgәninkilәşdirilmәsi Bakı İnzibati Mәhkәmәsindә icraatda olan işin onun lehinә yekunlaşacağı halda pozulmuş mәhkәmә qәrarının gәlәcәkdә icra olunmasına problem yaradacaqdır. Əgәr hәmin tikilini vicdanlı alıcı әldә edәcәyi halda, ümumiyyәtlә, mәhkәmә qәrarının icrası mümkünsüz olacaqdır. Bu sәbәbdәn dә Bakı İnzibati Mәhkәmәsindә davam edәn *-*(*-*)-****/**** saylı iş yekunlaşana vә yekun mәhkәmә aktı qüvvәyә minәnә qәdәr Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi ev 1 (yeni qaydalarla: AZ1075, ünvan 1) ünvanında yerlәşәn ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrәli tikilinin özgәninkilәşdirilmәsinin cavabdehә vә üçüncü şәxslәrә qadağan edilmәsi zәruridir. İş materiallarında olan sәnәdlәrdәn görünür ki: Azәrbaycan Respublikası Apellyasiya Mәhkәmәsinin ##.##.2001-ci il tarixli, *MK****/**** saylı qәtnamәsinә әsasәn Bakı şәhәri, Nәrimanov rayonu, Habil Mirzәyev küçәsi, 2-ci döngәdәki * nömrәli evin 4, 5 vә * nömrәli otaqları vә * nömrәli otağın qarşısındakı meydança cavabdeh maraqlı şәxs2 istifadәsinә, qalan tikililәr isә iddiaçıların (hәmçinin iddiaçının) istifadәsinә verilmәsi qәt edilmişdir. Hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrәli çıxarışdan görünür ki, Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi, ev 1 (Yeni qaydalarla: ünvan 2) ünvanında yerlәşәn fәrdi yaşayış evi vә 0,0099 ha torpaq sahәsi Niftaliyev Abi Mәstan oğlunun xüsusi mülkiyyәtindәdir. ##.##.2025-ci il tarixli alğı-satqı müqavilәsindәn görünür ki, Niftaliyev Abi Mәstan oğlu Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi, ev 1 (Yeni qaydalarla: ünvan 2) ünvanında yerlәşәn fәrdi yaşayış evi vә 0,0099 ha torpaq sahәsini maraqlı şәxs1 satmışdır. Bakı İnzibati Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrәli qәrardadı ilә müvәqqәti xarakterli müdafiә tәdbiri barәdә әrizә tәmin edilmiş, *-*(*-*)-****/**** nömrәli inzibati işә mahiyyәti üzrә baxılıb yekun mәhkәmә aktı qanuni qüvvәsini alanadәk Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi, ev 1 (Yeni qaydalarla: ünvan 2) ünvanda yerlәşәn әmlakın özgәninkilәşdirilmәsinin Cavabdeh vә üçüncü şәxslәrә qadağan edilmәsi qәrara alınmışdır. Üçüncü şәxs maraqlı şәxs1 hәmin qәrardaddan apellyasiya şikayәti verәrәk, Bakı İnzibati Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrәli qәrardadının lәğv olunmasını vә müvәqqәti xarakterli müdafiә tәdbiri barәdә әrizәnin rәdd edilmәsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayәti onunla әsaslandırmışdır ki, iddiaçı Ərizәçi vә onun keçmiş hәyat yoldaşı, üçüncü şәxs qismindә çıxış edәn Nifaliyev Abı Mәstan oğlu 20 ildir ki ayrı yaşayırlar. Nifaliyev Abı Mәstan oğlu sözügedәn әmlakı satarkәn yeni ünvanla satmışdır vә bu zaman yeni ünvan qeydiyyatında iddiaçının adı görünmәdiyi üçün proses baş tutmuşdur. Əgәr üzdә görünәn hәr hansı bir qanunsuzluq olsa idi, proses baş tutmazdı. Bu halda maraqlı şәxs1 hәmin әmlakda başqa hansı şәxslәrin qeydiyyatda olduğunu bilmәsi mümkün deyildi vә bilmәli dә deyildi. Bu o demәkdir ki, burada maraqlı şәxs1 Azәrbaycan Respublikasının Mülki qanunvericiliyi baxımından vicdanlı alıcı hesab olunmalıdır. maraqlı şәxs1 vicdanlı alıcı olduğu halda Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi, ev 1 (Yeni qaydalarla: ünvan 2) ünvanda yerlәşәn әmlakın özgәninkilәşdirilmәsi qadağan edilmәsi onun mülkiyyәt hüquqlarının ciddi şәkildә pozuntusudur. Apellyasiya şikayәtinә qarşı yazılı etiraz daxil olmamışdır. Mәhkәmә iclasında iştirak edәn üçüncü şәxs maraqlı şәxs1 nümayәndәsi vә vәkili vәkil1 apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasında iştirak edәn әrizәçinin nümayәndәsi vә vәkili Hacıyev İntiqam Mәcid oğlu apellyasiya şikayәtinin tәmin edilmәmәsini, müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiq edilmәsi barәdә әrizәnin dәqiqlәşdirilmәsinә dair әrizә tәqdim edәrәk, mübahisә pedmeti olan mәnzilin özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsinin cavabdehә qadağan edilmәsi barәdә qәrardad qәbul olunmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixli mәhkәmә iclasının qәrardadı ilә müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiq edilmәsi barәdә әrizә dәqiqlәşdirilmiş şәkildә, “mübahisәlәndirilәn әmlakın özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsinin cavabdehә qadağan edilmәsi” kimi icraata qәbul olunmuşdur. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq cavabdeh Cavabdeh nümayәndәsi vә üçüncü şәxs maraqlı şәxs2 mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmә sәbәbi barәdә mәlumat vermәmişdirlәr. Mәhkәmә Kollegiyası Azәrbaycan Respublikası İnzibati Prossesual Mәcәllәsinin 62.3-cü maddәsinә әsaslanaraq işә hәmin tәrәflәrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati mübahisәlәrә dair işlәr üzrә mәhkәmә qaydasında tәtbiq edilәn müvәqqәti xarakterli müdafiә tәdbirlәri haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ##.##.2023-cü il tarixli, ** nömrәli qәrarı: 1.1. İnzibati mübahisәlәrә dair işlәr üzrә mәhkәmә qaydasında tәtbiq edilәn müvәqqәti xarakterli müdafiә tәdbirlәri (tәminat tәdbirlәri) hüquq vә azadlıqların mәhkәmә müdafiәsi hüququnun ayrılmaz tәrkib hissәsi kimi nәzәrdәn keçirilmәlidir. Bu, qanunvericilikdә nәzәrdә tutulmuş vacib prosessual institut olmaqla yanaşı, hәm dә inzibati hüquq münasibәtlәri ilә bağlı yaranmış mübahisәlәrin gedişindә hüquqların müdafiәsinin sәmәrәli mexanizmi kimi çıxış edir. 1.2. Müvәqqәti xarakterli müdafiә tәdbirlәrinin tәtbiqi üzrә icraat iddia icraatından öz mahiyyәtinә vә tәyinatına görә fәrqlәnir. Belә ki, hüquqların müdafiәsi iddia icraatı qaydasında qorunmalı, mәhz hәmin icraatın gedişindә aparılmış tam vә hәrtәrәfli araşdırmadan sonra inzibati orqanın qәrar vә ya hәrәkәtlәrinin (hәrәkәtsizliyinin) qanuniliyinә vә әsaslılığına mahiyyәti üzrә yekun qiymәt verilmәlidir. 1.3. İddia icraatından fәrqli olaraq müvәqqәti xarakterli müdafiә icraatında qәbul edilәn qәrarlar şәxslәrә yekun hüquqlar vermir, hüquq münasibәtlәrinә yalnız müvәqqәti tәsir edir. 1.4. Bu icraatın mәqsәdi әsas iddia üzrә çıxarılacaq mәhkәmә aktının qanuni qüvvәyә mindiyi günәdәk iddiaçının (әrizәçinin) subyektiv hüquqlarının qorunmasına tәminat verilmәsindәn ibarәtdir. 2.1. Azәrbaycan Respublikası İnzibati Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә - İPM) 40.1-ci maddәsi müvәqqәti xarakterli müdafiә tәdbiri qismindә iki növ tәminat tәdbirlәrinin tәtbiqinin mümkünlüyünü nәzәrdә tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 vә 42-ci maddәlәri) vә iddianın tәmin edilmәsinә (iddiaçının hüquqlarının qorunmasına) yönәlmiş digәr tәminat tәdbirlәri (İPM-in 43-cü maddәsi). Bu iki növ tәminat tәdbiri mahiyyәtcә bir-birindәn fәrqlәnir. 2.4. Mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin (iddiaçının) hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi halda, ilkin tәcili tәnzimlәmәyә ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilә bağlı olmayan İPM-in 43-cü maddәsindә nәzәrdә tutulmuş digәr müvәqqәti xarakterli tәminat tәdbirlәri görülә bilәr. Sözügedәn tәminat tәdbirlәrini tәtbiq edәrkәn mәhkәmә tәrәflәrin iradәsinә tәsir etmәkdәn daha çox, mövcud vәziyyәti qorumağa çalışır. Ərizәçi bu icraat çәrçivәsindә tәkcә әvvәlki hüquqi vәziyyәti bәrpa etmәk mәqsәdi güdmür, o hәm dә özünün bu vaxta qәdәrki hüquqi vәziyyәtini yaxşılaşdırmaq istәyir. 2.5. İPM-in 43-cü maddәsindә nәzәrdә tutulmuş tәminat tәdbirlәri tәtbiq edilәrkәn mübahisә predmeti ilә әlaqәli şәkildә mövcud vәziyyәti qorumağa vә әrizәçinin hüquqi vәziyyәtini yaxşılaşdırmağa yönәlmiş mәhkәmәnin münasib hesab etdiyi prinsip etibarilә istәnilәn formada – neqativ, pozitiv, qadağan etmә, mәhdudiyyәt qoyma, mәcburetmә vә s. formada – tәdbirlәr görülә bilәr. 4.1-1. İstәr inzibati aktın icrasının dayandırılması, istәrsә dә iddianın tәmin edilmәsinә yönәlmiş digәr tәminat tәdbirlәrinin tәtbiqi üçün iki şәrtin mәcmu halda birgә mövcudluğu müәyyәn olunmalıdır - ilkin tәcili tәnzimlәmәnin zәruri olması vә iddianın böyük ehtimalla uğurlu olması. İlkin tәcili tәnzimlәmәnin zәruriliyi müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiqinin ilkin şәrtidir. Odur ki, mәhkәmә yalnız tәcililik şәrtinin mövcudluğu qәnaәtinә gәldiyi tәqdirdә, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dәyәrlәndirmә aparmalıdır. Tәcililik şәrtinin ödәnilmәsinә baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyәtli maraqların hәrtәrәfli qiymәtlәndirilmәsindәn sonra qәrardad qәbul edilmәlidir. Ziddiyyәtli maraqların qiymәtlәndirilmәsi tәrәflәrin maraqları ilә yanaşı, hәm dә mövcud olan ictimai maraqların nәzәrә alınmasını, başqa sözlә, konkret әrizәyә baxarkәn ictimai maraqlar baxımından da mümkün nәticәlәrin dәyәrlәndirilmәsini ehtiva edir. İctimai maraqlar belә tәdbirin tәtbiqinin lehinә vә ya әleyhinә yönәlә bilәr, mәhkәmәlәr hәr bir konkret halda tәrәflәrә vә cәmiyyәtә aid ziddiyyәtli maraqların mütәnasib qiymәtlәndirilmәsindәn hәrәkәt etmәlidirlәr... 4.1-3. Ərizәçi mәhkәmәyә müraciәtindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә onun hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi halına dair öz mövqeyini aydın tәsvir etmәli, mövcud vәziyyәtin dәyişmәsinә sәbәb ola bilәcәk tәhlükәnin nәdә ifadә olunduğunu vә ya oluna bilәcәyini konkret işin faktiki halları ilә әlaqәlәndirmәklә әsaslandırmalıdır. Belә әsaslandırma mәhkәmәdә elә bir qәnaәt formalaşdırmalıdır ki, sözügedәn tәhlükәnin mövcudluğu ehtimalı yüksәkdir, hәmin tәhlükәnin reallaşması mövcud vәziyyәtin dәyişmәsinә gәtirib çıxara vә bununla da әrizәçinin hüquqlarının qorunmasını mümkünsüz edә vә ya xeyli dәrәcәdә çәtinlәşdirә bilәr, ona görә dә, әrizәçinin hüquqlarının müdafiәsi üçün tәcili tәdbirlәrin görülmәsinә ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması vә ya xeyli dәrәcәdә çәtinlәşmәsi elә bir halı nәzәrdә tutur ki, müvәqqәti xarakterli müdafiә tәdbirlәri görülmәdiyi tәqdirdә әvvәlki vәziyyәti geri qaytarmaq mümkün olmayacaq vә ya әhәmiyyәtli dәrәcәdә çәtin olacaqdır. Ona görә dә mәhkәmәlәr әvvәlki vәziyyәti geri qaytarmağın mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtin olacağı ilә bağlı mәsәlәyә xüsusi diqqәt yetirmәlidirlәr. Nәzәrә alınmalıdır ki, belә bir dәyәrlәndirmә digәr şәxslәrә deyil, yalnız әrizәçiyә münasibәtdә aparılmalı, mәhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi mәsәlәsinә qiymәt verilmәlidir. 4.6. Müvәqqәti xarakterli müdafiә tәdbirlәrinin tәtbiqinә dair icraatın gedişindә hәr hansı tәminat tәdbirlәrinin tәmin edilmәsi ilk növbәdә әsas iddianın özünün mümkünlük şәrtlәrinin ödәnilmәsindәn asılıdır. Mümkünlük şәrtlәri ödәnilmәdiyi halda, әsas iddia üzrә uğur qazanmaq imkanı ortadan qalxır vә bununla da, tәminat tәdbirini tәtbiq etmәklә qorunmağa olan hüquqi maraq da özlüyündә itirilmiş olur. Buna görә dә, tәminat tәdbirlәrini tәtbiq etmәdәn әvvәl mәhkәmә әsas iddianın ümumi vә xüsusi mümkünlük şәrtlәri baxımından yolverilәn olduğuna әmin olmalıdır... 12.1. İPM-in 43.1-ci maddәsinin müddәalarına әsasәn inzibati aktın icrasının dayandırılması ilә bağlı olmayan müvәqqәti xarakterli digәr tәminat tәdbirlәrinin görülә bilmәsi üçün aşağıdakı şәrtlәrin mәcmu halda birgә mövcudluğu müәyyәn olunmalıdır: 1) mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin (iddiaçının) hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi sәbәbindәn ilkin tәcili tәnzimlәmәnin zәruri olması; 2) ilkin mәhkәmә araşdırması zamanı әrizәçinin maddi hüquqi tәlәbinin mövcud olması ehtimalının müәyyәn edilmәsi... 12.3. Ərizәçi (iddiaçı) hәr iki şәrtin mövcudluğuna dәlalәt edәn әsasları yazılı formada, aydın vә әsaslandırılmış şәkildә tәqdim etmәli, elәcә dә nәyә görә tәminat tәdbirlәrinin tәtbiq edilmәsinә tәcili ehtiyac yarandığını әsaslandırmalıdır. Ərizәçinin sadә, әsaslandırılmamış әrizәsi әsasında belә tәdbirlәr tәtbiq edilә bilmәz. İnzibati Prosessual Məcəllə: Maddә 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Mәhkәmә proses iştirakçılarının izahatları, әrizә vә tәkliflәri ilә, onların tәqdim etdiklәri sübutlarla vә işdә olan digәr materiallarla kifayәtlәnmәyәrәk, mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları xidmәti vәzifәsinә görә araşdırmağa borcludur... Maddә 40. Müvәqqәti xarakterli müdafiә 40.1. Maraqlı şәxs inzibati aktın (bu Mәcәllәnin 131.2-ci maddәsinin ikinci cümlәsindә nәzәrdә tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barәdә vә ya iddianın tәmin edilmәsinә (iddiaçının hüquqlarının qorunmasına) yönәlmiş digәr tәminat tәdbirlәrinin görülmәsi (bundan sonra – müvәqqәti xarakterli müdafiә) barәdә mәhkәmәyә әrizә ilә müraciәt edә bilәr. 40.2. Ərizә mәhkәmәdә iddia qaldırılanadәk vә ya iddia ilә eyni vaxtda, yaxud mәhkәmә icraatının gedişindә verilә bilәr. 40.3. Mәhkәmә müvәqqәti xarakterli müdafiә tәdbiri qismindә cavabdehin üzәrinә müәyyәn hәrәkәtlәri etmәk vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәk, yaxud müәyyәn hәrәkәtlәrә dözmәk barәdә vәzifә qoya bilәr. Qanuni әsaslar olduğu hallarda mәhkәmә üçüncü şәxslәrin dә üzәrinә belә vәzifәlәr qoya bilәr. 40.4. Maraqlı şәxs inzibati aktdan şikayәt instansiyasına inzibati şikayәt etdiyi hallarda müvәqqәti xarakterli müdafiә barәdә vәsatәtlә hәmin orqana müraciәt etmәlidir. Şikayәt instansiyası 15 gün müddәtindә maraqlı şәxsin vәsatәtini tәmin etmәdikdә, o, bu barәdә әrizә ilә bu Mәcәllәnin 40.1-ci vә 40.2-ci maddәlәrindә nәzәrdә tutulmuş qaydada mәhkәmәyә müraciәt edә bilәr. Maddә 43. Müvәqqәti xarakterli müdafiәnin tәtbiqi әsasları 43.1. Mәhkәmә tәrәfindәn müvәqqәti xarakterli müdafiә barәdә qәrardadın qәbul edilmәsi üçün aşağıdakılar әsas sayılır: 43.1.1. mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin (iddiaçının) hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi sәbәbindәn ilkin tәcili tәnzimlәmәnin zәruri olması; 43.1.2. ilkin mәhkәmә araşdırması zamanı әrizәçinin maddi tәlәbinin mövcud olması ehtimalının müәyyәn edilmәsi. 43.2. Ərizәçi mәhkәmәyә bu Mәcәllәnin 43.1-ci maddәsindә nәzәrdә tutulmuş әsasları yazılı formada, aydın vә әsaslandırılmış şәkildә tәqdim etmәlidir. Maddә 58. Sübutların araşdırılması qaydası ...58.7. Sübutlar mәhkәmә tәrәfindәn tam vә hәrtәrәfli araşdırıldıqdan sonra qiymәtlәndirilir... Maddә 87. Apellyasiya instansiyası mәhkәmәsindә icraat ... 87.6. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. 87.8 Apellyasiya instansiyası mәhkәmәsi qәrarını әsaslandırmağa borcludur. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxladıqda, hәmin qәrardakı әsaslara istinad edә bilәr. Lakin hәr bir halda apellyasiya instansiyası mәhkәmәsinin qәrarında apellyasiya şikayәtinin dәlillәrinә münasibәt bildirilmәlidir... Maddә 89. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarının qanuni qüvvәyә minmәsi Bu Mәcәllәnin 94.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәtdә şikayәtin verilmәdiyi vә ya proses iştirakçıları tәrәfindәn şikayәtin geri götürüldüyü hallarda, mәhkәmә qәrarı onun tәqdim olunduğu gündәn 30 gün, mәhkәmә qәrardadı isә 10 gün keçdikdәn sonra qanuni qüvvәyә minir. Şikayәtin geri götürülmәsi haqqında bәyanat yazılı şәkildә mәhkәmәyә tәqdim olunmalıdır. Maddә 90. Kassasiya şikayәti vermәk hüququ 90.1. Apellyasiya instansiyası mәhkәmәsinin qәrar vә ya qәrardadlarından, bu Mәcәllәdә nәzәrdә tutulmuş hallar istisna olmaqla Ali Mәhkәmәnin İnzibati kollegiyasına (bundan sonra – Ali Mәhkәmәyә) şikayәt verilә bilәr... Maddә 94. Kassasiya şikayәtinin verilmәsinә dair tәlәblәr 94.1. Kassasiya şikayәti mәhkәmә qәrarının tam formada tәqdim olunduğu gündәn 1 ay, mәhkәmә qәrardadının tәqdim olunduğu gündәn, hәmçinin bu Mәcәllәnin 131.3-cü vә 132.3-cü maddәlәrindә nәzәrdә tutulmuş hallarda 10 gün müddәtindә müvafiq apellyasiya instansiyası mәhkәmәsi vasitәsi ilә verilir... Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun: Maddә 14. Hüquqların dövlәt qeydiyyatının dayandırılması 14.3. Hüquqların dövlәt qeydiyyatına alınması hüquq әldә edәnin, әqdin tәrәfinin vә ya onların vәkil etdiklәri şәxsin әrizәsi әsasında bir aydan artıq olmayan müddәtә dayandırıla bilәr. Ərizәdә hüquqların dövlәt qeydiyyatının dayandırılmasının sәbәblәri göstәrilmәlidir. Belә әrizәnin verilmәsi hüquqların dövlәt qeydiyyatı üçün nәzәrdә tutulmuş müddәtin axınını dayandırır. Ərizәnin forması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir... 14.5. Bu qanunun 14.3-cü maddәsindә nәzәrdә tutulmuş müddәt әrzindә daşınmaz әmlakın hәbs edilmәsi, barәsindә әqdlәrin bağlanmasına qadağan qoyulması vә ya qeydiyyata alınmalı olan hüquq barәsindә mübahisә edәn digәr maraqlı şәxsdәn şikayәtin verilmәsi haqqında mәhkәmәdәn mәlumat daxil olduqda qeydiyyat mәhkәmәdә iş hәll olunanadәk dayandırılır... Maddә 21. Mәhkәmәnin qәrarı әsasında daşınmaz әmlaka hüquqların dövlәt qeydiyyatı 21.1. Mәhkәmәnin qәrarı әsasında daşınmaz әmlaka hüquqlar ümumi әsaslarla dövlәt qeydiyyatına alınır. Hüququn yaranması anı mәhkәmә qәrarı ilә müәyyәn edilir. 21.2. Daşınmaz әmlaka dövlәt qeydiyyatına alınmış hüquqlar barәdә mәhkәmәdә mübahisә olduqda, bu barәdә dövlәt reyestrindә iddia әrizәsinin mәhkәmә icraatına qәbul edilmәsi haqqında mәhkәmәnin arayışı әsasında müvafiq qeydlәr edilir. Belә qeyd daşınmaz әmlak üzәrindә hüquqların mәhdudlaşdırılması üçün әsas deyildir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası İnzibati Prosessual Mәcәllәsinin 44-cü maddәsinin bәzi müddәalarının şәrh edilmәsinә dair” ##.##.2015-ci il tarixli Qәrarında qeyd olunmuşdur ki, “Mәhkәmәlәr tәrәfindәn maraqlı şәxsin inzibati aktın icrasının dayandırılması vә ya iddianın tәmin edilmәsinә yönәlmiş digәr tәminat tәdbirlәrinin görülmәsi barәdә әrizәsinә baxılması insan hüquq vә azadlıqlarının qısa müddәtdә pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvәqqәti xarakterli müdafiә tәdbirinin seçilmәsindә mәqsәd gәlәcәkdә iddianın tәmin edilәcәyi tәqdirdә çıxarılmış qәrarın icrasını çәtinlәşdirә bilәcәk vә bәrpası mümkün olmayan vә ya әhәmiyyәtli ziyan hesabına mümkün olan nәticәlәrin qarşısını әvvәlcәdәn almaqdır. ... Qanunverici müvәqqәti xarakterli müdafiә barәdә inzibati aktın icrasının dayandırılması ilә bağlı işlәrә baxarkәn mәhkәmәlәrә geniş sәlahiyyәtlәr vermişdir. Bu ilk növbәdә, işә baxan mәhkәmәnin iddia üzrә mübahisәni araşdırmadan, öz ehtimalı әsasında gәlәcәkdә iddianın uğurlu olması qәnaәtinә gәlmәsindә tәzahür edir.” Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayәti vaxtında verilmişdir. Apellyasiya şikayәti formal baxımdan lazımi qaydada әsaslandırılmış vә şikayәtçinin tәlәblәri göstәrilmişdir. Ona görә dә, şikayәt üzrә apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mәhkәmә kollegiyası işin materiallarını vә apellyasiya şikayәtinin dәlillәrini araşdıraraq hesab edir ki, apellyasiya şikayәti әsassızdır vә bu sәbәbdәn şikayәt tәmin edilmәmәlidir. İnzibati mühakimә icraatı qaydasında baxılan iş üzrә mәhkәmә tәrәfindәn müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiq edilmәsi üçün: 1. işin faktiki vә hüquqi hallarının ilkin araşdırılması nәticәsindә iddianın böyük ehtimalla uğurlu olacağı qәnaәtinә gәlinmәli; 2. mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin (iddiaçının) hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi sәbәbindәn ilkin tәcili tәnzimlәmә zәruri olmalı; 3. ilkin mәhkәmә araşdırması zamanı әrizәçinin maddi tәlәbinin mövcud olması ehtimalı müәyyәn edilmәli; 4. müvәqqәti xarakterli müdafiәnin tәtbiqi әrizәdә aydın şәkildә әsaslandırılmalıdır. Qanunverici müvәqqәti xarakterli müdafiә tәdbiri anlayışı ilә inzibati aktın icrasının dayandırılmasını vә iddianın tәmin edilmәsinә yönәlmiş digәr tәminat tәdbirlәrini nәzәrdә tutmuşdur. Müvәqqәti xarakterli müdafiә tәdbirinin seçilmәsindә mәqsәd gәlәcәkdә iddianın tәmin edilәcәyi tәqdirdә çıxarılmış qәrarın icrasını çәtinlәşdirә bilәcәk vә bәrpası mümkün olmayan vә ya әhәmiyyәtli ziyan hesabına mümkün olan nәticәlәrin qarşısını әvvәlcәdәn almaqdır. Mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin (iddiaçının) hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi sәbәbindәn ilkin tәcili tәnzimlәmәnin zәruri olması müvәqqәti xarakterli müdafiәnin tәtbiqi üçün әsasdır. Müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiqi barәdә qәrarın qәbulu zamanı yuxarıda istinad olunan normalara görә ilkin müdafiә tәdbiri institutunun iddiaçının maraqlarının qorunması mәqsәdlәrinә xidmәt etdiyi vә müvәqqәti xarakterli müdafiә tәdbiri qismindә, bir qayda olaraq, mәhz cavabdehin üzәrinә müәyyәn vәzifәlәr qoyulmasının mümkünlüyü mәhkәmә tәrәfindәn nәzәrә alınmalıdır. Qanuni әsaslar olduğu hallarda mәhkәmә tәrәfindәn üçüncü şәxslәrin dә üzәrinә belә vәzifәlәr qoyula bilәr. Vәzifә konkret ünvana münasibәtdә müәyyәn olunmalıdır. İPM-in 41.2-ci maddәsinә görә, mәhkәmә inzibati aktın icrasının dayandırılması barәdә qәrardad qәbul edә bilmәk üçün işin faktiki vә hüquqi hallarının ilkin araşdırılması nәticәsindә iddianın böyük ehtimalla uğurlu olacağı qәnaәtinә gәlmәlidir. Böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki vә hüquqi halların ilkin araşdırılması vә qiymәtlәndirilmәsi nәticәsindә mәhkәmәdә icraatın hәmin mәrhәlәsindә iddianın böyük ehtimalla uğurlu olacağına, әrizәçinin iddia icraatında qalib gәlәcәyinә dair әsaslandırılmış güman yaranmış olsun. Belә güman isә iddianın özünün yüksәk ehtimalla tәmin edilәcәyinә dair qәnaәtә әsaslanmalıdır. Ərizәnin mәzmunundan da aydın olur ki, әrizәçi hazırkı iş üzrә mübahisә predmeti olan әmlak üzәrindә keçmiş әri maraqlı şәxs2 adına aparılmış mülkiyyәt hüquqlarının qeydiyyatını mübahisәlәndirir vә hüquqlarının mövcudluğunu Apellyasiya Mәhkәmәsinin ##.##.2001-ci il tarixli, *MK-****/**** saylı qәtnamәsi ilә әlaqәlәndirir. İş materiallarında olan Azәrbaycan Respublikası Apellyasiya Mәhkәmәsinin ##.##.2001ci il tarixli, *MK****/**** saylı qәtnamәsindәn görünür ki, Bakı şәhәri, Nәrimanov rayonu, Habil Mirzәyev küçәsi, 2-ci döngәdәki * nömrәli evin 4, 5 vә * nömrәli otaqları vә * nömrәli otağın qarşısındakı meydança cavabdeh maraqlı şәxs2 istifadәsinә, qalan tikililәr isә iddiaçıların (hәmçinin әrizәçi Ərizәçi) istifadәsinә verilmәsi qәt edilmişdir. Hәmçinin işdә olan sәnәdlәrdәn görünür ki, Niftaliyev Abi Mәstan oğlu mübahisәlәndirilәn ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrәli çıxarışla Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi, ev 1 (Yeni qaydalarla: ünvan 2) ünvanında yerlәşәn fәrdi yaşayış evi vә 0,0099 ha torpaq sahәsinә dair xüsusi mülkiyyәt hüququnu qeydiyyata almış, daha sonra isә hәmin mәnzili vә torpaq sahәsini ##.##.2025-ci il tarixli alğısatqı müqavilәsi ilә maraqlı şәxs1 satmışdır. İPM-in 43.1-ci maddәsinin müddәalarına әsasәn inzibati aktın icrasının dayandırılması ilә bağlı olmayan müvәqqәti xarakterli digәr tәminat tәdbirlәrinin görülә bilmәsi üçün aşağıdakı şәrtlәrin mәcmu halda birgә mövcudluğu müәyyәn olunmalıdır – 1) mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin (iddiaçının) hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi sәbәbindәn ilkin tәcili tәnzimlәmәnin zәruri olması; 2) ilkin mәhkәmә araşdırması zamanı әrizәçinin maddi hüquqi tәlәbinin mövcud olması ehtimalının müәyyәn edilmәsi. Odur ki, qanunvericiliyin tәlәbinә әsasәn müvәqqәti xarakterli müdafiә tәdbiri barәdә әrizәnin әsas mümkünlük şәrtlәrindәn biri dә ilkin tәcili tәnzimlәmәnin zәruriliyinin olmasıdır. Kollegiya qeyd edir ki, hazırkı mübahisә mülkiyyәt hüququnun müdafiәsi ilә bağlıdır ki, qeyd olunan tәlәblә bağlı ilkin tәcili tәnzimlәmәnin zәruriliyi işin halları ilә sübut olunur. Belә ki, әmlakın özgәninkilәşdirilmәsinin qadağan edilmәcәyi tәqdirdә bu hal mübahisәli әmlakın başqa şәxs vә (vә ya) şәxslәrin istifadәsinә vә ya mülkiyyәtinә keçmәsinә vә hәmin şәxs vә (vә ya) şәxslәrin istifadә vә mülkiyyәt hüququna dair sәnәdlәrin mübahisәlәndirilmәsinә, lüzumsuz mәhkәmә çәkişmәlәrinә sәbәb ola bilәr ki, әrizәnin tәmini әrizәçi, cavabdeh, üçüncü şәxs vә digәr şәxslәr arasında yarana bilәcәk başqa mәhkәmә mübahisәlәrinin yol verilmәmәsinә xidmәt edir. Mәhkәmә iclasında iştirak edәn әrizәçinin nümayәndәsi vә vәkili Hacıyev İntiqam Mәcid oğlu müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiq edilmәsi barәdә әrizәnin dәqiqlәşdirilmәsinә dair әrizә tәqdim edәrәk, mübahisә pedmeti olan mәnzilin özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsinin cavabdehә qadağan edilmәsi barәdә qәrardad qәbul olunmasını xahiş etmiş, ##.##.2026-cı il tarixli mәhkәmә iclasının qәrardadı ilә müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiq edilmәsi barәdә әrizә dәqiqlәşdirilmiş şәkildә, “mübahisәlәndirilәn әmlakın özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsinin cavabdehә qadağan edilmәsi” kimi icraata qәbul olunmuşdur. Mәhkәmә qeyd edir ki, müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiqi barәdә qәrarın qәbulu zamanı eyni zamanda nәzәrә almaq lazımdır ki, Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin tabeliyindә “xxxx” publik hüquqi şәxsi qeyd edilәn әmlaka münasibәtdә özgәninkilәşdirmә hüququnun subyekti qismindә çıxış etmәk imkanına malik deyil vә bu onun sәlahiyyәt sferası xaricindәdir. Bu mәnada әrizәçinin hüquqi marağı daşınmaz әmlakın özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsinin cavabdehә qadağan edilmәsindәn ibarәtdir. Hәmçinin mәhkәmәnin әrizәnin ifadә tәrzi ilә bağlı olmadığı nәzәrә alınmaqla qeyd olunmalıdır ki, müvәqqәti xarakterli müdafiә tәdbirinin qanunvericiliyin tәlәblәri çәrçivәsindә әrizәçinin hüquqi marağına uyğun tәtbiq olunması yolverilәndir. Mәhkәmә araşdırması zamanı mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin (iddiaçının) hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi sәbәbindәn ilkin tәcili tәnzimlәmәnin zәruri olmasına dair sәbәblәr aşkar edilmişdir. Belә olan halda kollegiya hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәli, *-*(*-*)-****/**** nömrәli inzibati işә mahiyyәti üzrә baxılıb yekun mәhkәmә aktı qanuni qüvvәsini alanadәk Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi, ev 1 (Yeni qaydalarla: ünvan 2) ünvanda yerlәşәn әmlakın özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsi Cavabdeh qadağan edilmәlidir. Azәrbaycan Respublikasının İnzibati Prosessual Mәcәllәsinin 87.6-cı maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Nəticəvi hissə Yuxarıda göstәrilәnlәrә vә İPM-in 40, 43, 80, 87, 89, 90 vә 94-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara aldı: Üçüncü şәxs maraqlı şәxs1 tәrәfindәn verilmiş apelyasiya şikayәti qismәn tәmin edilsin. Bakı İnzibati Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrәli qәrardadı dәyişdirilsin. *-*(*-*)-****/**** nömrәli inzibati iş üzrә yekun mәhkәmә aktı qanuni qüvvәsini alanadәk Bakı şәhәri, Nәrimanov rayonu, Ağa Neymәtulla küçәsi, ev 1 (yeni qaydalarla: ünvan 2) ünvanında yerlәşәn mübahisәli daşınmaz әmlakın özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsi Cavabdeh qadağan edilsin. Qәrardaddan tәqdim olunduğu gündәn 10 (on) gün müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi (AZ1073, Bakı şәhәri, Z.Xәlilov küçәsi, 540-cı mәhәllә) vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin (Bakı şәhәri, Yusif Sәfәrov küçәsi 14, 1193-cü mәhәllә) İnzibati Kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar