Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 15(3-7)-23/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, müəyyən etdi: Ərizəçi ** saylı Ərazi Vergilər Baş Idarəsi məhkəməyə ##.##.2026-cı il tarixli, 3-21- 2- **/*-*****/**** nömrəli ərizə təqdim edərək, “cavabdeh Cavabdeh siyahıya alınmış “Ford Mondeo” markalı ** OU *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi” barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi vergi orqanı vergi ödəyicisinin 3257,0 manat məbləğində borcuna görə onun mülkiyyətində olan nəqliyyat vasitəsini siyahıya almışdır. Cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildirişin göndərilməsinə, bank hesabına sərəncamın qoyulmasına, əmlakın siyahıya alınmasına dair qərarın qəbul edilməsinə, 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlığın göndərilməsinə baxmayaraq, yaranmış borc məbləği dövlət büdcəsinə ödənilməmişdir. Borcun nəqliyyat vasitəsi hesabına ödənilməsinin qarşısını almaq üçün vergi ödəyicisi mülkiyyətində olan nəqliyyat vasitəsini vergi orqanına təqdim etməməklə qərarın gələcəkdə icrasının təmin edilməsini qeyri-mümkün edə bilər. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim Z.Quliyev) ərizəçi ** saylı Ərazi Vergilər Baş Idarəsinin “cavabdeh Cavabdeh siyahıya alınmış “Ford Mondeo” markalı ** OU *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi” ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri tətbiqinə dair ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi ** saylı Ərazi Vergilər Baş Idarəsi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, cavabdehin dövlət büdcəsinə icra edilməmiş 3257 manat borcu olmuşdur. Cavabdeh tərəfindən borc məbləği ödənilməmiş və bu baxımdan inzibati orqan olaraq ** saylıƏVBI tərəfindən borcun ödənilməsinin təmini üsulu kimi onun mülkiyyətində olan avtonəqliyyat vasitəsi siyahıya alınmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilmiş (VM-nin 90.1ci maddəsi) və həmin müddət ərzində borc ödənilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Həmçinin tərəfimizdən müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə verilmişdir. Hesab edilir ki, birinci instansiya məhkəməsi VM-nin 89 və 90cımaddələrini hazırkı iş üzrə düzgün tətbiq etməmişdir. 89.2-ci maddədəki hüquqi tənzimlənmə ondan ibarətdir ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakla bağlı hüquqları məhdudlaşır. Aydın məsələdir ki, qanunvericiliyin tələblərinə əsasən bəzən şəxsə məxsus hüquqlar müəyyən məhduddiyyətlərə məruz qala bilər. Bu mənada borclu vergi ödəyicisi siyahıya alınmış əmlakla bağlı sərəncam vermək hüququnu itirir, həmçinin istifadə və sahiblik hüququ isə vergi orqanın nəzarəti altında həyata keçirilir. Göründüyü kimi, cavabdeh Cavabdeh ərizəçi vergi orqanı tərəfindən siyahıya alınmış nəqliyyat vasitəsindən öz mülahizəsinə uyğun istifadə etmək hüququna malik deyil. Nəzərə alınmalıdır ki, siyahıya alınmış əmlak nəqliyyat vasitəsidir, digər daşınar əşyalardan fərqli olaraq nəqliyyat vasitəsi öz əmtəə xassəsinə görə vergi borcunun ödənilməsi baxımından daha rentabelli əşya hesab edilə bilər. Bu xüsusda cavabdehin uzun müddət olaraq vergi öhdəliyini tam yerinə yetirməməsi vəziyyətini diqqətdə saxladıqda onun tərəfindən mülkiyyətində olan “Ford Mondeo” markalı ** OU *** dövlət nömrə nişanlı avtomobilin vergi borcunun ödənilməsinı təmin edilməsi məqsədi ilə vergi orqanına təqdim etməsi real görsənmir. Belə vəziyyətdə Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinin tələblərinə görə vergilərin tam və vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsi üzərinə vəzifə qoyulmuş vergi orqanının qanuni hərəkətləri risk altında qalmış olur, qanuni qüvvəyə minmiş qərarların icrasında süni maneçiliklər yaranır, nəticədə dövlət büdcəsi maliyyə itkisi ilə üzləşir. Nəticədə vergi orqanı vəzifə funksiyalarını tam yerinə yetirə bilmir. Formalaşmış inzibati praktika onu deməyə əsas verir ki, vergi ödəyiciləri nəqliyyat vasitələrini vergi orqanına təqdim etməkdən yayınır və vergi borclarının ödənilməsi məqsədi ilə siyahı alınmış nəqliyyat vasitələrinin satılması ilə bağlıməhkəmə qərarları icrasız qalır. Ərizəçi nəqliyyat vasitəsi siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməsini gözləmiş və borc ödənilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, vergi orqanı nəqliyyat vasitəsi siyahıya alındıqdan sonra 30 gün ərzində deyil, VM-nin 90-cı maddəsinə əsasən ** OU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılması tələbi ilə məhkəməyə müraciət edildikdən sonra IPM-nin tələblərinə əsasən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, vergi orqanı borcun tutulması ilə bağlı digər hüquqlara da malik olmuşdur. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən isə Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Hüquqi müddəalar əsasında görsənir ki, məhz əmlakın siyahıya alınması tədbiri vergi orqanınn borclu vergi ödəyiciləri barəsində həyata keçirdiyi müstəsna hüququdur. Nəzərə alsaq ki, hazırkı işdə cavabdehin dövlət büdcəsi qarşısında icra edilməmiş vergi öhdəliyi mövcuddur və bu vəziyyətdə vergi öhdəliyinin icrasının təmin olunması üçün sahibliyində olan əmlakın siyahıya alınması tədbiri sayəsində onun vergi öhdəliyinin yerinə yetirilməsini təmin edə biləcək vasitə kimi əmlakı siyahıya alınmışdır. Ümumiyyətlə qeyd olunur ki, qanunverici bu kimi tədbirlərin icrasını(əmlakın siyahıya alınması, tələbin icraya yönəldilməsi ilə bağlı qərarların qəbulu, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə ərizənin təqdim edilməsi və.s.) hər hansı haldan, o cümlədən borcun alınması ilə bağlı əvvəllər görülmüş hər hansı tədbirdən asılı etməmişdir. Vergi öhdəliyinin icrasının təmin edilməsi üsullarının seçilməsi ardıcıllığı və ya bir tədbir görüldükdən sonra digərinin istisnalığımövcud qanunvericlikdə əks olunmamışdır. Işin faktiki halları da məhkəməyə ərizənin təmin edilməsi ilə bağlı hüquqi nətəcəyə gəlməyə tam imkan vermişdir. Əksinə məhkəmənin belə mövqe nümayiş etdirməsi nəticəsində vergi borcunun ödənilməsinin təmini üsulu olan əmlakın siyahıya alınması prosesinin yerinə yetirilməsi ilə bağlı inzibati orqanın üzərinə düşən vəzifələrin icrasını səmərəsiz edir və dövlət büdcəsi maliyyə itkisinə məruz qalır. Bildirilir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsində məqsəd ərizəçinin mövcud dəyişəcəyi halda hüquqlarının qorunmasıdır. Cavabdeh vergi öhdəliyinin icrasından yayınmaq məqsədi ilə siyahıya alınmış nəqliyyat vasitəsini hərrac təşkilatına təqdim etməyəcəkdir və bununla da həmin əmlak vasitəsi ilə ödənilməsi təmin ediləcək vergi öhdəliyi icra edilməmiş qalacaqdır. Belə halda yarana biləcək yeni vəziyyət ərizəçinin hüquqlarının realizə edilməsində müəyyən çətinliklər yaradacaqdır. Eləcə də uğurluluq ehtimalı yüksək olan iddia tələbinin təmin edilməsinə yönəlmiş ərizəni təmin etməməklə məhkəmə IPM-nin 41.2-ci maddəsinin də tələblərini pozmuşdur. Yuxarıda da qeyd olunanlardan göründüyü kimi məhkəmə inzibati orqan tərəfindən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, nəticədə əsassız qərardad qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ** saylı Ərazi Vergilər Baş Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə müvafiq sənədləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Məhkəmə kollegiyası yaranmış mübahisəyə aydınlıq gətirilməsi üçün Inzibati Prosessual Məcəllənin məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirlərindən bəhs edən normalarının ətraflı açıqlanmasını zəruri hesab edir. Inzibati Prosessual Məcəllənin VII fəslində yer alan və məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri institutu, ilk növbədə, iddiaçının hüquqi müdafiə vasitələrindən daha effektiv istifadə etməsini təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə ərizəçi məhkəməyə bu Məcəllənin 43.1ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Hazırkı iş üzrə ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı vergi ödəyicisinin vergi öhdəliyinin icrasından yayınmaq məqsədi ilə siyahıya alınmış nəqliyyat vasitəsini hərrac təşkilatına təqdim etməyəcəyi səbəbindən həmin əmlak vasitəsi ilə ödənilməsi təmin ediləcək vergi öhdəliyi icra edilməmiş qalması nəticəsində ərizəçinin hüquqlarının realizə edilməsində yaranacaq çətinliklərin qarşısını almaqdan ibarətdir. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymayan birinci instansiya məhkəməsi o hala istinad etmişdir ki, hazırkı tələbə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir. Çünki, ərizəçi hüquqi marağına və çatmaq istədiyi məqsədə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıya alma tədbiri vasitəsilə artıq nail olmuşdur. Məhkəmə kollegiyası müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin həmin əsasla mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman lazımı qaydada araşdırma aparılmamışdır. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan ərizənin hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, ərizənin əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində ərizəçinin hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Ərizənin əsaslılığının araşdırılması üçün şərt isə ərizənin mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayan kollegiya hesab edir ki, hazırki ərizə üzrə mövcud olan hallar “ərizəçinin hüquqi müdafiə marağının mövcud olmaması” əsası ilə deyil, “ərizəçinin pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından və digər normativ hüquqi aktlardan irəli gəlməməsi” əsası ilə ərizənin mümkün sayılmamasına əsas verir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 89.2-cı maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin istinad olunan normalarının tələblərində də göründüyü kimi, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər, həmçinin vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə müvafiq daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə göründüyü kimi mövcud qanunvericilik vergi orqanına siyahıya aldığı əmlakla bağlı onun satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət etmək imkanını tanımışdır, həmin normalarda hazırki tələblə bağlı ərizə ilə müraciət etmək səlahiyyəti qeyd edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu Azərbaycan Respublikası Konstitusiyasından və digər normativ hüquqi aktlardan irəli gəlmir və belə olan halda hazırki ərizə ilə bağlı müraciət edilməsi üçün ərizəçinin subyektiv hüququ mövcud olmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi “cavabdeh Cavabdeh siyahıya alınmış “Ford Mondeo” markalı ** OU *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə” müvəqqəti xarakterli müdafiə tədbiri tətbiqinə dair ərizəsi mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-7)-23/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-7)-23/2026
01.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver