Məhkəmə qərarları › İş №15(3-8)-28/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-28/2026

11.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-28/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarın ləğv edilməsi, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” iddiasına dair inzibati iş üzrə ərizəçi (iddiaçı) tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəyə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Iddiaçı qeyd olunan mübahisə ilə bağlı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi ilə bağlı yekun qərar çıxana qədər müvəqqəti xarakterli müdafiə tədbiri olaraq onun hərbi xidmətə yararsızlığı nəzərə alınaraq hərbi xidmətə çağırılmasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinə ##.##.2026-ci il tarixli ərizə ünvanlayaraq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə geri götürülmüş hesab edilməli və bu əsasla da müdafiə tədbiri barədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin ərizəsi hazırkı şərtlərdə tərəflər arasında mübahisənin olmadığını və ərizəçinin müvəqqəti xarakterli müdafiə ilə bağlı təminat tədbirinə hüquqi marağının qalmadığını göstərir. Ona görə də formalaşmış məhkəmə təcrübəsini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Sadalnanları nəzərə alaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizə geri götürülmüş hesab edilsin və bu əsasla da müvəqqəti xarakterli müdafiə tədbirinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar