Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-34/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ərizəçinin vəkili və nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından Ərizəçi tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı Qərardadından Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə yekun qərar qəbul edilənədək cavabdeh1 MMC-yə və Qusar Rayon Icra Hakimiyyətinə X4 ** nömrəli “Şahnabat” adlanan yay otlaq sahəsindən ayrılmış və hüquqları dövlət qeydiyyatına alınmış 333,57 ha örüş yerinə müdaxilə olunmasının qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə barədə ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Qusar Rayon Icra Hakimiyyətinə qarşı “Qusar Rayon Icra Hakimiyyəti başçısının ** nömrəli, ##.##.2024-cü il tarixli və ** nömrəli, ##.##.2024-cü il tarixli Sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin e-2-1(118)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən, yəni Qusar rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, ** nömrəli sərəncamının X2 icarəyə verilmiş ** nömrəli “Tikanlı” adlı yay otlaq sahəsindən 198,29 ha və ** nömrəli “Hacıquti” adlı yay otlaq sahəsindən 270,60 ha olmaqla, ümumilikdə 468,89 ha torpaq sahəsinə münasibətdə, ##.##.2024-cü il tarixli ** nömrəli sərəncamının isə tam ləğv olunması hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilmişdir. ##.##.2025-ci ildə ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən Sumqayıt Inzibati Məhkəməsinə verilmiş şəxsin zəruri zəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində cəlb edilərək icraatın təzələnməsi haqqında ərizə ilə müraciət edərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Rahim Həsənov). Həmin qərardaddan narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından verilmiş apellyasiya şikayətinə baxılan zaman ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından Ərizəçi tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı Qərardadından Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə yekun qərar qəbul edilənədək cavabdeh1 MMC-yə və Qusar Rayon Icra Hakimiyyətinə X4 ** nömrəli “Şahnabat” adlanan yay otlaq sahəsindən ayrılmış və hüquqları dövlət qeydiyyatına alınmış 333,57 ha örüş yerinə müdaxilə olunması qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Inzibati Məhkəməsi Ərizəçi M,əmmədşah oğlunun üçüncü şəxs qismində işə cəlb edilib icraatın təzələnməsi haqqında ərizəsinin təmin olunmaması barədə nəticəyə gələrkən, Sumqayıt Inzibati Məhkəməsinin e-2-1(118)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edildiyinə və hazırda qərarın hüquqi qüvvəsinin olmamasına istinad etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında göstərilən hallar faktiki mövcud olsa da, burada qeyd olunan iş üzrə kassasiya şikayəti vermiş cavabdeh Qusar rayon Icra Hakimiyyəti kassasiya şikayətini geri götürdüyündən kassasiya baxışında Ərizəçi da ** nömrəli “Şahnabat” adlanan yay otlaq sahəsindən 333,57 ha örüş yerinin ayrılmasının hüquqi nəticələrinə təsir etməklə, qanunla qorunan mənafeyinə toxunan qərar qəbul edilməsi baş vermişdir. Nəticədə, Ərizəçi iştirakı və xəbəri olmadan, işə cəlb edilmədən onun qanunla qorunan mənafeyinə toxunan məhkəmə qərarının qəbul olunması baş vermişdir. Qeyd olunan məhkəmə mübahisəsi üzrə işdə iştirak etməyə cəlb edilməmiş, lakin faklik olaraq “Şahnabat” adlanan yay otlaq sahəsindən 333,57 ha örüş yerindən dövlət qeydiyyatına alınmış istifadə hüququ olan Ərizəçi qanunla qorunan mənafeyinə zidd nəticələr doğurmuş halların aradan qaldırılması üçün müvafiq prosessual qaydalara əməl edilməklə qərar qəbul edilməsi üçün Sumqayıt Inzibati Məhkəməsinin 05.11. 2024-cü il tarixli qərarından Ərizəçi tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı Qərardadından Ərizəçi nümayəndəsi və vəkili olaraq tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti ilə bağlı yekun məhkəmə qərarı qəbul edilənədək cavabdeh1 MMC- nin müdaxiləsi nəticəsində Ərizəçi “Şahnabat” adlanan yay otlaq sahəsindən ayrılmış 333,57 ha örüş yerindən istifadə hüququ dövlət qeydiyyatına alınmış Ərizəçi hüquqlarının pozulması halı baş verə bilər ki, bu da gələcəkdə uzun-uzadı məhkəmə mübahisələrinə şərait yaradar. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər proses iştirakçiları məhkəmə iclasında iştirak etməmiş, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Inzibati Prosessual Məcəllə: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 42. Ikili təsirə malik inzibati aktlara qarşı müvəqqəti xarakterli müdafiə 42.1. Üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. 42.2. Inzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəmümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası ərizəyə mahiyyəti ürə baxılmazdan əvvəl ərizənin mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Inzibati Prosessual Məcəllə: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarı:
5. Ərizə vermək hüququna malik subyektlər 5.1.Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etmək hüququna "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsində nəzərdə tutulmuş maraqlı şəxslər (ərizəçi və ya məhkəmədə iddia qaldırılmış olduqda iddiaçı) malikdir. Prosessual statusları baxımından müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqini tələb edən şəxslər ərizəçilər, üzərinə vəzifə qoyulmuş şəxslər isə cavabdeh və ya üçüncü şəxslər hesab edilirlər. 5.2.Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə baxılması onun səlahiyyətinə aid olmadıqda, məhkəmə IPM-in 8.2-ci maddəsinə əsasən ərizəni baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərməlidir. 5.3.Üçüncü şəxslərin prosessual hüquqlarının həcmi ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur və onlar tərəfindən belə ərizələr yalnız IPM-in 42.1 -ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati akta qarşı iddia qaldırıldığı zaman verilə bilər. Digər bütün hallarda proses iştirakçısı qismində çıxış etmələrinə baxmayaraq, üçüncü şəxslər tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizə verilə bilməz. Verilmiş belə ərizələr isə mümkün sayılmamalıdır. Hazırkı iş üzrə ərizəçi qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilməsi niyyətindədir. Lakin yuxarıda qeyd edilən normalar və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında qeyd edilən hüquqi mövqe nəzərə alındıqda ərizəçinin qanunvericilikdən irəli gələn belə bir hüququ mövcud deyil. Beləliklə, kollegiya hesab edir ki, ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmamalıdır. NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.