Məhkəmə qərarları › İş №15(3-8)-57/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-57/2026

10.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-57/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “çıxarışın ləğvi” iddiasına dair inzibati iş üzrə verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: IŞIN HALLARI: Iddiaçı Ərizəçi cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh (* saylı Xaçmaz Ərazi Idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpağın mülkiyyətə verilməsinə dair” JN-***F nömrəli KOD 30113028 seriyalı şəhadətnamə ilə ona məxsus Qusar rayonu Kuzun kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (iddiaçı), eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, mübahisə predmeti olan Qusar rayonu Kuzun kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində sərəncam verilməsinin (satılması, bağışlanılması, özgəninkiləşdirilməsi, girov qoyulması və s.) məhdudlaşdırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Kuzun kəndində yerləşən 0.12 ha torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***F nömrəli, KOD 30113028 seriyalı şəhadətnamə ilə ona məxsusdur. Uzun illərdir ki, bu torpaq sahəsindən fasiləsiz və açıq şəkildə istifadə edir. ##.##.2025-ci il tarixdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət etmiş, lakin müraciətindən imtina edilmişdir. Ona məxsus torpaq sahəsinə X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış verilmiş, daha sonra həmin torpaq sahəsi X4, onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış verilmişdir. Lakin bu qərar qanunsuz və əsassızdır. Çünki, əmlak onun qanuni mülkiyyətindədir və müvafiq dövlət orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş rəsmi şəhadətnamə ilə təsdiqlənmişdir. Uzun illərdir ki, o həmin torpaq sahəsindən istifadə edir. Təqdim etdiyi sənəd müvafiq dövlət orqanı tərəfindən verilmiş rəsmi dövlət sənəddir. Sənədin özündə qeyd olunan tarix və nömrə (Qusar rayonu, Kuzun bələsiyyəsinin ##.##.2001-ci il tarixli * saylı qərarı ilə ona satılmışdır) onun həqiqiliyini təsdiqləyən ilkin sübutlardır. Həmin çıxarış qanunsuz və əsassızdır. Bələdiyyə sədri X2 rayonu Zindan kənd sakini Mançarov Sudya ilə cinayət əlaqəsinə girərək həmin torpaq sahəsini ona satmışdır. Hazırda bələdiyyə sədri qanunsuz əməllərinə görə həbsdədir. Onlar əsassız olaraq ona məxsus torpaq sahəsinə çıxarış alıblar. Mançarov Sudya qanunsuz olaraq həmin torpaq sahəsini X4. Məhkəmə işə baxıb yekun məhkəmə aktı qəbul edənə kimi, mübahisə predmeti olan Qusar rayonu Kuzun kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində sərəncam verilməsinin (satılması, bağışlanılması, özgəninkiləşdirilməsi, girov qoyulması və s.) məhdudlaşdırılması barədə müvəqqəti təminat tədbiri kimi qərardad qəbul edilməsini xahiş edir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri Ərizəyə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2026-cı il tarixli **(*-*)- ***/**** nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinin tələbi işə mahiyyəti üzrə baxılıb həll edilənədək mübahisə predmeti olan Qusar rayonu, Kuzun kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində sərəncam verilməsinin (satılması, bağışlanılması, özgəninkiləşdirilməsi, girov qoyulması və s.) məhdudlaşdırılmasından ibarətdir. Lakin ərizədə hətta ümumi şəkildə belə əsaslandırma mövcud deyildir, nə də ki təcili tənzimləmə ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Əlavə edilmiş sənədlər əsas iddia üzrə araşdırma predmetinin tərkib hissəsidir. Ərizəçi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qoşma şəklində əlavə olunmuş sənədlərdə ilkin təcili tənzimləməyə dair konkret sübut mövcud deyildir, iş materialına əlavə olunmuş və məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş məktublar isə əsas iddia üzrə araşdırma predmetidir və hazırki vəziyyətdə iddianın uğurlu olacağına dair böyük ehtimalın olması müəyyən deyildir. Nəzərə alınmalıdır ki, ərizəçi tərəfindən tələbə dair əsas iddia qaldırılmış və hazırda məhkəmənin icraatında olmaqla məhkəmə araşdırması aparılır. Nəticə etibarı ilə məhkəmə yuxarıda qeyd edilənlərə ümumilikdə qiymət verərək hesab edir ki, hazırkı vəziyyətdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün hesab edilməməlidir Ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi artıq bir dəfə deyil, dəfələrlə özgəninkiləşdirilmişdir. Əvvəlcə ona məxsus torpaq sahəsinə qanunsuz olaraq X1 adına çıxarış verilmiş, sonradan həmin şəxs başqa şəxslərə satmış, ən sonda torpaq sahəsi X4. Bu fakt özü göstərir ki, həmin daşınmaz əmlak üzərində sərəncam hüququ faktiki olaraq dəfələrlə həyata keçirilmiş və mübahisəli əmlak ardıcıl şəkildə üçüncü şəxslərə keçirilmişdir. Hazırda da iş məhkəmənin icraatında olduğu müddətdə torpaq sahəsinin növbəti dəfə satılması, bağışlanması, ipoteka ilə yüklənməsi, girov qoyulması və ya digər formada özgəninkiləşdirilməsi tam real və yüksək ehtimallıdır. Belə olan halda mübahisəli əmlak yeni şəxslərin adına keçərsə, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrası son dərəcə çətinləşəcək, yeni mübahisələr yaranacaq, əlavə məhkəmə çəkişmələri qaçılmaz olacaq və onun mülkiyyət hüququnun bərpası faktiki olaraq mümkünsüz və ya olduqca mürəkkəb vəziyyətə düşəcəkdir. Məhz buna görə də mövcud vəziyyətin qorunması zəruridir. Inzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsinə əsasən müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün əsas odur ki, mövcud vəziyyət dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunması mümkün olmasın və ya xeyli çətinləşsin. Hazırkı işdə məhz belə vəziyyət mövcuddur. Torpaq sahəsi artıq iki dəfədən çox satılmışdır. Deməli, həmin torpaq sahəsinin yenidən satılması nəzəri ehtimal deyil, əvvəllər baş vermiş faktlara əsaslanan real təhlükədir. Birinci instansiya məhkəməsi isə bu faktı ümumiyyətlə qiymətləndirməmişdir. Həmçinin bildirir ki, məhkəmə iddianın uğurluluq ehtimalını lazımi səviyyədə qiymətləndirməmişdir. Iş materiallarında artıq yetəri qədər ilkin sübutlar, yəni Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, cavabdehin məktubları, əvvəlki çıxarışın surəti, hazırkı çıxarışın surəti mövcuddur. Bu sənədlər göstərir ki, onun mülkiyyət hüququna dair ilkin hüquqi əsaslar mövcuddur. Məhkəmənin təqdim etdiyim sənədlərin əsas iddia üzrə araşdırma predmeti olması barədə nəticəsi müvəqqəti xarakterli müdafiə tədbirinin hüquqi mahiyyətinə uyğun deyildir. Ali Məhkəmənin Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli qərarında da göstərilmişdir ki, bu mərhələdə iddia tələbinin tam sübut olunması deyil, yalnız ilkin sübutlarla onun böyük ehtimalla uğurlu görünməsi kifayətdir. Təqdim etdiyi dövlət aktı, cavabdehin məktubları və dövlət reyestrindən çıxarışlar belə ilkin sübutlar hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə faktiki olaraq iddianın tam sübut olunmasını tələb etmişdir ki, bu da qanunvericiliyə ziddir. Konstitusiya Məhkəməsinin ## ##### 2015-ci il tarixli qərarında göstərilir ki, müvəqqəti müdafiə tədbirlərinin əsas məqsədi gələcək məhkəmə qərarının icrasını mümkünsüz edə biləcək halların qarşısını almaqdır. Hazırkı işdə də əgər mübahisəli torpaq sahəsi məhkəmə baxışı dövründə növbəti dəfə üçüncü şəxsə özgəninkiləşdirilərsə, gələcəkdə həmin şəxslərin də məhkəmə mübahisəsinə cəlb edilməsi zərurəti yaranacaq, yeni hüquqi münasibətlər formalaşacaq və bu isə mübahisənin daha da mürəkkəbləşməsinə, yekun məhkəmə qərarının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb olacaqdır. Müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilmədiyi halda gələcəkdə vicdanlı əldə edən üçüncü şəxslərin hüquqları ilə bağlı əlavə hüquqi mübahisələrin yaranması ehtimalı da mövcuddur. Bu da yeni məhkəmə çəkişmələrinin yaranmasına səbəb olacaqdır. Belə vəziyyətdə müvəqqəti müdafiə tədbirinin tətbiq edilməməsi məhkəmə müdafiəsinin effektivliyini aradan qaldırır. Məhkəmə qərardadının təcililik sübut edilməmişdir şəklində əsaslanması da əsassızdır. Məhkəmə hesab etmişdir ki, guya təcililik barədə konkret sübut təqdim edilməmişdir. Lakin daşınmaz əmlak üzərində sərəncam hüququnun istənilən vaxt həyata keçirilə bilməsi özü artıq real təhlükə yaradır. Üstəlik, həmin torpaq sahəsinin əvvəlki illərdə ardıcıl olaraq müxtəlif şəxslərə satılması göstərir ki, növbəti satış ehtimalı olduqca yüksəkdir. Baş vermiş faktların özü gələcək təhlükənin mövcudluğunu təsdiq edən mühüm sübutdur. O, yalnız mübahisə predmeti olan torpaq sahəsinin iş yekunlaşana qədər satılmasının, bağışlanmasının, girov qoyulmasının və digər formada özgəninkiləşdirilməsinin müvəqqəti olaraq qadağan edilməsini xahiş etmişdir. Bu tədbir cavabdehin və ya üçüncü şəxsin hüquqlarını tam məhdudlaşdırmır. Əksinə, yalnız mövcud vəziyyətin saxlanmasına xidmət edir. Əgər iddia təmin edilməzsə, həmin məhdudiyyət aradan qalxacaqdır. Lakin tədbir görülməzsə və torpaq sahəsi yenidən satılarsa, gələcək məhkəmə qərarının icrası ciddi şəkildə çətinləşəcək. Belə olan halda maraqlar balansı məhz müvəqqəti müdafiə tədbirinin tətbiq edilməsini tələb edir. Hesab edir ki, Sumqayıt Inzibati Məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, məhkəmə təcililik meyarını düzgün qiymətləndirməmiş, iddianın uğurluluq ehtimalına dair təqdim olunmuş ilkin sübutlara lazımi hüquqi qiymət verməmiş, torpaq sahəsinin əvvəllər dəfələrlə satılması faktını və növbəti satış təhlükəsini nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ərizəçi məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, şikayətimin təmin edilməsini, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfliaraşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfliaraşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, ərizəçi tərəfindən əsas iddia üzrə mübahisə predmeti olan Qusar rayonu, Kuzun kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində sərəncam verilməsinin, o cümlədən həmin torpaq sahəsinin satılmasının, bağışlanılmasının, özgəninkiləşdirilməsinin, girov qoyulmasının və digər formada yüklənməsinin qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi xahiş edilmişdir. Ərizəçi bunu torpaq sahəsinin əvvəllər dəfələrlə özgəninkiləşdirilməsi və iş üzrə məhkəmə icraatı davam etdiyi müddətdə onun yenidən üçüncü şəxslərə özgəninkiləşdirilməsi nəticəsində gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasının əhəmiyyətli dərəcədə çətinləşə biləcəyi ilə əsaslandırmışdır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** saylı Qərarında qeyd olunmuşdur ki, “6.4... müvəqqəti xarakterli müdafiə tədbirləri təcili tənzimləmə ehtiyacı ilə bağlı zərurətdən doğur. Ona görə də, məhkəmələr belə ərizələrə bir qayda olaraq dərhal deyil, təxirə salınmadan baxmaq vəzifəsi daşıyırlar. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, həmin ərizələrə təxirə salınmadan baxılmalı olduğuna dair tələb, mümkün olan ən qısa müddətlərdə baxılmanı nəzərdə tutur. ... 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.” Ərizəçi apellyasiya şikayətində əsasən mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinin əvvəllər dəfələrlə özgəninkiləşdirildiyini, bu səbəbdən torpaq sahəsinin məhkəmə icraatı davam etdiyi müddətdə yenidən satılması, bağışlanılması, girov qoyulması və ya digər formada özgəninkiləşdirilməsinin real təhlükə olduğunu, belə halda gələcək məhkəmə qərarının icrasının əhəmiyyətli dərəcədə çətinləşəcəyini və ya mümkünsüzləşəcəyini, habelə iş materiallarında əsas iddianın böyük ehtimalla uğurlu olmasını göstərən kifayət qədər ilkin sübutların mövcud olduğunu bildirir. Müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də ərizəçinin üzərinə düşür. Apellyasiya şikayətində torpaq sahəsinin əvvəllər müxtəlif şəxslərə özgəninkiləşdirilməsi növbəti özgəninkiləşdirmə təhlükəsinin mövcudluğunu təsdiq edən hal kimi göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu hal öz-özlüyündə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün qanunla tələb olunan ilkin təcili tənzimləmənin zəruriliyinin mövcudluğunu təsdiq etmir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün yalnız mübahisə predmeti olan əmlak üzərində sərəncam verilməsinin hüquqi baxımdan mümkün olması və ya əvvəllər belə sərəncamların həyata keçirilməsi kifayət etmir. Ərizəçi konkret olaraq mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədən ibarət olduğunu və həmin təhlükənin məhz hazırkı iş üzrə onun hüquqlarının qorunmasını mümkünsüz və ya xeyli dərəcədə çətinləşdirəcəyini əsaslandırmalıdır. Iş materiallarından isə müəyyən olunur ki, ərizəçi mübahisəli torpaq sahəsinin əvvəllər müxtəlif şəxslərin adına rəsmiləşdirilməsini və sonuncu dəfə X4 göstərməklə gələcəkdə də özgəninkiləşdirmənin baş verə biləcəyini ehtimal etmişdir. Lakin hazırda həmin torpaq sahəsinin satılması, bağışlanılması, girov qoyulması və ya digər formada özgəninkiləşdirilməsinin hazırlıq mərhələsində olması, belə sərəncamın verilməsi barədə konkret niyyətin mövcudluğu və ya buna yönəlmiş hər hansı hərəkətin həyata keçirilməsi barədə sübut təqdim edilməmişdir. Başqa sözlə, əvvəlki özgəninkiləşdirmə faktları torpaq sahəsi ilə bağlı mübahisənin mövcudluğunu və əmlak üzərində əvvəllər sərəncamların həyata keçirildiyini göstərsə də, həmin faktlardan avtomatik olaraq gələcəkdə də özgəninkiləşdirmənin baş verəcəyi və bunun nəticəsində məhz ərizəçinin hüquqlarının qorunmasının mümkünsüz və ya xeyli dərəcədə çətinləşəcəyi nəticəsi çıxarıla bilməz. Apellyasiya şikayətinin “daşınmaz əmlak üzərində sərəncam hüququnun istənilən vaxt həyata keçirilə bilməsinin özü real təhlükə yaradır” barədə dəlili də əsaslı hesab edilə bilməz. Əks yanaşma mübahisə predmeti olan istənilən daşınmaz əmlakla bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə gətirib çıxara bilər ki, bu da IPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin təcili tənzimləmə şərtinin konkret işin fərdi hallarına əsasən müəyyən edilməsi tələbi ilə uzlaşmır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin iddianın böyük ehtimalla uğurlu olmasına dair ilkin sübutların mövcudluğu barədə dəlillərinə münasibətdə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə icraat çərçivəsində əsas iddianın mahiyyəti üzrə tam və hərtərəfli sübutetmə aparılması tələb olunmur. Bu mərhələdə məhkəmə yalnız mövcud ilkin sübutlar əsasında iddianın böyük ehtimalla uğurlu olub-olmayacağı barədə əsaslandırılmış proqnoz formalaşdırmalıdır. Birinci instansiya məhkəməsi də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair icraatın təcili və ilkin xarakterini nəzərə alaraq, məsələyə bu çərçivədə qiymət vermişdir. Bununla belə, ərizəçinin təqdim etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***F nömrəli, KOD 30113028 seriyalı şəhadətnamə, çıxarışların surətləri, habelə cavabdehin məktubları əsas iddianın predmetinə aid sənədlər olmaqla, həmin sənədlərin mövcudluğu özlüyündə ərizəçinin əsas iddiasının böyük ehtimalla təmin ediləcəyini göstərən kifayət qədər hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərdən ərizəçinin mübahisəli torpaq sahəsinə dair müəyyən hüquqi əsas irəli sürdüyü görünsə də, həmin sənədlərin hüquqi qüvvəsi, onların hazırda mübahisə predmeti olan torpaq sahəsinə aid olub-olmaması, həmin sahənin digər şəxslərin adına dövlət qeydiyyatına alınmasının hüquqi əsasları və tərəflərin hüquqlarının qarşılıqlı nisbəti əsas iddianın mahiyyəti üzrə araşdırılmalı olan məsələlərdir. Birinci instansiya məhkəməsi də ərizəçinin təqdim etdiyi sənədlərin mövcudluğunu nəzərə almış, lakin həmin sənədlərin əsas iddia üzrə araşdırma predmetinə aid olduğunu və hazırkı mərhələdə iddianın uğurlu olacağına dair böyük ehtimalın müəyyən edilmədiyini qeyd etmişdir. Iş materiallarında olan sənədlərin məzmunu nəzərə alındıqda, bu nəticənin əsassız olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Ərizəçinin gələcəkdə yeni əldə edən şəxslərin hüquqlarının yaranması və bunun əlavə məhkəmə mübahisələrinə səbəb ola biləcəyi barədə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hallar hazırkı mərhələdə ehtimal xarakterlidir. Belə ehtimalın mövcudluğu özü-özlüyündə ilkin təcili tənzimləmənin zəruriliyini təsdiq edən konkret və real təhlükə kimi qiymətləndirilə bilməz. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün ehtimalın sadəcə mövcudluğu deyil, onun reallaşmasının ərizəçinin hüquqlarının qorunmasına konkret və əhəmiyyətli təsir göstərəcəyi barədə kifayət qədər əsaslandırılmış qənaətin olması tələb olunur. Bundan əlavə, ərizəçinin tələb etdiyi tədbirin yalnız mövcud vəziyyətin qorunmasına xidmət etdiyi və iddia təmin edilmədikdə məhdudiyyətin aradan qalxacağı barədə dəlili də müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün qanunla nəzərdə tutulmuş şərtlərin mövcudluğunu aradan qaldırmır. Tədbirin müvəqqəti xarakter daşıması onun tətbiqi üçün zəruri olan ilkin təcili tənzimləmə və iddianın böyük ehtimalla uğurlu olması şərtlərini istisna etmir. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2025-ci il tarixli, ** nömrəli Qərarı ilə edilmiş dəyişikliklər də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda mövcudluğunu tələb edir. Həmin hüquqi mövqeyə əsasən, ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edildikdə, ərizə mümkün sayılmamalıdır. Hazırkı işdə isə ərizəçinin torpaq sahəsinin əvvəllər özgəninkiləşdirilməsi barədə göstərdiyi hallar gələcəkdə belə sərəncamın mütləq və ya yüksək ehtimalla baş verəcəyini təsdiq edən konkret sübutlarla müşayiət olunmamış, həmçinin belə dəyişiklik baş verdiyi halda məhz ərizəçinin hüquqlarının qorunmasının mümkünsüz və ya xeyli dərəcədə çətinləşəcəyinə dair kifayət qədər əsaslandırma təqdim edilməmişdir. Eyni zamanda, ərizəçinin təqdim etdiyi sənədlər əsas iddianın uğurluluğuna dair ilkin hüquqi əsasların mövcudluğunu göstərsə də, hazırkı mərhələdə onun böyük ehtimalla təmin ediləcəyinə dair əsaslandırılmış qənaət formalaşdırmağa kifayət etmir. Çünki, iddiaçı Ərizəçi iddia tələbində - JN-***F nömrəli KOD 30113028 seriyalı şəhadətnamə ilə ona məxsus Qusar rayonu Kuzun kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair X4 adına verilmiş ##.##.2024-cü il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir, X4 adına ##.##.2024-cü il tarixli çıxarış isə mülki hüquqi əqd olan alqı-satqı müqaviləsi əsasında verilmişdir. Həmin çıxarışın ləğvi isə mülki mübahisə olmaqla, inzibati icraat qaydasında baxıla bilməz. Yəni, iddiaçının əsas iddia tələbi mümkünsüz iddiadır. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün tələb olunan ilkin təcili tənzimləmə zərurətinin və əsas iddianın böyük ehtimalla uğurlu olmasına dair ilkin əsasların mövcudluğunu iş materialları əsasında düzgün qiymətləndirmiş və ərizənin mümkün sayılmaması barədə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasən əsas iddianın mahiyyəti üzrə mübahisənin həllinə yönəlmiş olmaqla, hazırkı icraatın predmetini təşkil edən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün zəruri olan şərtlərin mövcudluğunu təsdiq etmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin mümkün sayılmaması barədə qərardad birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə və şərtlərə uyğun olaraq qəbul edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41, 43, 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar