Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4211/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X16 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Cavabdeh2 ASC-si ilə onunla bağlanmış xx.xx.2014-cü il tarixli Z-180GTUM140580001 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Yevlax rayon Xanabad kənd sakini X5 onun "Cavabdeh” ASC-dən götürdüyü kredit üzrə 2012-ci il tarixində zamin olmuşdur. Zaminlik müqaviləsini onun 2012-ci il tarixində götürmüş olduğu kreditinə razılıq verərək, həmin məbləğin zamini olaraq çıxış etmişdir. Bu müddət zamanında və vaxtında qurtarmışdır. Ancaq ona məlum olmuşdur ki, xx.xx.2014cü il tarixində X4 götürmüş olduğu kredit üzrə onun zaminidir. Maraqlı hal odur ki, bu barədə Cavabdeh ASC ilə borc alanın, həmçinin onun imzası müəyyən edilməklə xx.xx.2014-cü il tarixində Cavabdeh ASC ilə o və kredit götürənin imzalarını müəyyən edən zaminlik müqaviləsi bağlanılmışdır. O belə bir müqaviləni bağlamamışdır. Həmin müqavilə qanuni əsaslarla bağlanılmamışdır. Ehtimal edir ki, kserosurətdən istifadə edilib. Çünki, o, 2014-cü il tarixində Cavabdeh ASC ilə kredit götürən X4 mənafeyi naminə heç bir şəxsə zamin olmamışam. Bütün bunlar müəyyən münasibətdə saxtalaşdırılmışdır. Bu səbəbdəndə o qeyd olunan zaminlik müqaviləsini əslinin məhkəməyə gətirilməsini istəyir, əslində olan imzanın xətşünaslıq ekspertizasını istəyir. Hesab edir ki, məhkəmə onun maraqlarını və mövqeyini qanunla müdafiə etməlidir, saxta tərtib edilmiş zaminlik müqaviləsinin mübahisələndirməni nəzərə almalıdır. Bu səbəbdəndə zaminlik müqaviləsi haqqında məlumatlı olduğu andan dərhal məhkəməyə müraciət edirdi. Bir neçə gün bundan əvvəl qeyd olunan müqavilə barədə məlumatlanmışdır. Həmin müqavilədəki imza ona məxsus deyil. Bütün bunlar ona münasibətdə hesab edir ki, saxtalaşdırılıb. Bağlanmış əqd bağlandığı andan etibarsızdır. Belə ki, bu əqddən nə onun xəbəri var, nədəki onun imzası. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək etiraz ərizəsini müdafiə edərək bildirdi ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon filialı ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 180GTUM1405 80001 nömrəli kredit müqaviləsinə əsasən, Borcalana 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Bank şəxsi istehlak təyinatlı kreditin verilməsini, Müştəri isə kredit üzrə borcları qaytarmağı, kreditdən istifadəyə görə hesablanacaq faizləri və digər borcları bu Müqavilə ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. Bank kredit müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, borclu öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, ödəniş qrafıkindən və hesabdan çıxarışdan göründüyü kimi kredit üzrə ödənişlər müştəri tərəfindən vaxtında ödənilmədiyi üçün borc məbləği gecikmə günlərinə uyğun olaraq hesablanmış faiz məbləğləri ilə birlikdə Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Həmin kreditin təminatı kimi İddiaçı arasında xx.xx.2014-cü il tarixli, 180GTUM140580001 nömrəli tarixdə zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Kredit müqaviləsi üzrə Borcalanın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Eyni zamanda zaminlik müqaviləsinin 1.3-cü maddəsinə əsasən zamin kreditor qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən zamin kreditorun tələbi ilə etiraz irəli sürmədən zaminlik müqaviləsinin yuxarıda qeyd edilən maddələrində nəzərdə tutulmuş öhdəlikləri icra etmək vəzifəsini öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli, 180GTUM140580001 nömrəli zaminlik müqaviləsinin 4.3-cü maddəsinə əsasən borc məbləği ödənilmədiyi təqdirdə zaminlik müqaviləsi üzrə əsas və faiz borcları zaminin sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutulması (silinməsi) nəzərdə tutulmuşdur (Əlavə olunur). Akseptsiz qaydada tutulma (silinmə) barədə xx.xx.2014-cü il tarixdə zamin “Razılıq ərizəsi” də imzalamışdır. Yəni, müqavilə bağlanılarkən zamin öz iradə ifadəsini bildirmişdir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq Bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı Bankın atdığı addımlar qanunauyğun olmuşdur. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon filialı ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 180GTUM1405 80001 nömrəli kredit müqaviləsindən görünür ki, borcalana 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı arasında xx.xx.2014-cü il tarixli, 180GTUM140580001 nömrəli tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Kredit müqaviləsi üzrə Borcalanın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Eyni zamanda zaminlik müqaviləsinin 1.3-cü maddəsinə əsasən zamin kreditor qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən zamin kreditorun tələbi ilə etiraz irəli sürmədən zaminlik müqaviləsinin yuxarıda qeyd edilən maddələrində nəzərdə tutulmuş öhdəlikləri icra etmək vəzifəsini öz üzərinə götürmüşdür. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli AZ-İ №735131 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X7 ərizəsindən görünür ki, Zamin olduğu mərhum X1 borcundan hər ayın 18-ə kimi 30 manat nəğd şəkildə ödəyəcəkdir. Odur ki, xahiş edir ki, pensiya kart hesabından həmin kredit borcunu tutmayasınız. Əgər nəğd ödəməsədə onda kart hesabından nəğdsiz qaydada silinməsinə etiraz etmir. Məhkəmə iddia tələbinin zaminlik müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin Yevlax rayon filialı ilə X6 arasında bağlanmış 180GTUM1405 80001 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh ASC tərəfindən İddiaçı 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 2400 məbləğində kredit verilmişdir. Cavabdeh ASC-nin Yevlax rayon İddiaçı arasında bağlanan 180GTUM1405 80001 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, İddiaçı X4 öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin Yevlax rayon filialı İddiaçı arasında bağlanan 180GTUM1405 80001 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi tərəflərin sərbəst iradə ifadəsi ilə bağlandığından iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır: Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin Yevlax rayon filialı X6 və İddiaçı arasında bağlanan 180GTUM1405 80001 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.5-ci bəndinə əsasən, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan akseptsiz qaydada onun Cavabdeh ASC-dəki istənilən bank hesabında tuta (silə) bilər. Akseptsiz qaydada tutulma (silinmə) barədə xx.xx.2014-cü il tarixdə zamin «Razılıq ərizəsi» də imzalamışdır. Yəni, müqavilə bağlanılarkən zamin öz iradə ifadəsini bildirmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X10 cavabdehlər “xxxxxxxxxxx” ASC və X11 qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi, qanunsuz tutulmaların dayandırılması və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4211/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4211/2020
05.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver