Məhkəmə qərarları › İş №2(009)-1119/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1119/2020

02.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1119/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayədəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödədiyi 40.000 manat pul vəsaitinin, 500.000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Övladları olaraq həkim müayinəsindən keçməklə mülaicə alıblar. 2017-ci ildə müayinə və müalicə olunmaq üçün Cavabdeh1 Xəstəxanasına müraciət etmişdirlər. Həkim orada bildirmişdir ki, süni mayalanma yolu ilə daha tez uşaq sahibi olmaq mümkündür. Tərəflər bir dəfə buna cəhd etsələr alınmamışdır.Sonradan həkimlər bildirmişdirlər ki, iddiaçını əməliyyat edib normal toxum hüceyrələri götürə bilərlər yaxud donordan istifadə edə bilərlər. İddiaçı donor təklifini rədd edərək cərrahi əməliyyat olunmağa razılıq vermişdir. Həkimlər ona onu əməliyyat edərək normal toxum hüceyrələri əldə etdiklərini bildirdilər. xx.xx.2018-ci il tarixdə əkiz uşaqlar dünyaya gəlmişdir. Lakin bir müddət sonra iddiaçıya bəlli olmuşdur ki, cavabdehlər iddiaçıdan xəbərsiz əlbir olaraq, donordan istifadə etməklə iddiaçıya qarşı cinayət hərəkəti ediblər. Bununla da iddiaçıya həm maddi, həm mənəvi ziyan vurmuşlar. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. O,eyni zamanda bildirmişdir ki, iddiaçı donor haqqında razılığı imzalayarkən həmin razılığın mətni barəsində məlumatlı olmuş və razılaşmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “Kişi donordan istifadə razılığı”nın surətində qeyd olunmuşdur ki, X2 və İddiaçı razılığa gəlmişdirlər ki, iddiaçı uşaq sahibi olması üçün şəxsinə aid spermlərin olmadığını bəyan edir və “Donor spermlər”dən istifadə edilməsini tələb edir. Eyni zamanda qeyd olunmuşdur ki, “Donor spermlər”dən istifadə ilə əlaqədar həmin günü və gələcəkdə ortaya çıxa biləcək bütün məsuliyyəti iddiaçı öz üzərinə götürmüşdür və bununla əlaqədar olaraq gələcəkdə Cavabdeh1 MMC-yə qarşı heç bir tələbi olmayacaqdır. xx.xx.2017-ci il tarixli süni mayalanmaya görə tibbi xidmət müqaviləsinin surətindən görünür ki, 1840 manat ödəniş müqabilində iddiaçı ilə hazırki işdə cavabdeh olan arvadı müalicə müəssisəsi ilə həm süni mayalanma, həmçinin də müalicə üçün razılığa gəlmişdirlər. Məhkəmə iclasında müəyyən edildi ki, Jalə Bünyatova ilə İddiaçı “Kişi donordan istifadə” ilə bağlı razılıq alınmışdır. Tərəflər müqaviləni imzalamaqla və sözügedən razılığa (“Kişi donordan istifadə” ilə bağlı) imza etməklə müqavilənin və razılığın bütün şərtlərini qəbul etmişdirlər. Müqavilədə və razılıqda qeyd olumuşdur ki, ərarvada donordan istifadə ilə bağlı hər bir hal izah edilmiş və tərəflər bununla bağlı razılıq əldə etmişdilər. Odur ki, iddiaçı sözügedən müqaviləyə və razılığa imza etməklə könüllü olaraq arvadının donordan istifadə etməsinə razılıq vermiş və bununla bağlı cavabdeh müalicə müəssisəsinə qarşı hər hansı bir tələbinin olmayacağını öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki halda 40.000 manat məbləğində maddi ziyanı geri tələb etməsi və müqavilənin etibarsız hesab olunmasını iddia etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilələr qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onların etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, iddia tələbləri əsassızdır, ona görə də təmin olunmamalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi tələbin əsas yəni maddi zərər hissəsindən törəmə tələb olduğundan və maddi zərər tələbi təmin edilmədiyindən iddia tələbinin mənəvi zərər hissəsi də təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi təmin olunmadığı halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216‑220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar