Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1254/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Hüseynov Şaiq Yusif oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Nurəddı̇ n oğluna qarşı barışıq müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh Nurəddı̇ n oğluna qarşı barışıq müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 3M-214 reyestr nömrəli 28 aprel 2022-ci ildə bağlanmış "Barışıq müqavilə" sinin etibarsız hesab edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 3M-214 reyestr nömrəli 28 aprel 2022-ci ildə bağlanmış "Barışıq müqavilə" sinin ləğv edilməsini xahiş etmişdir.
3. Cavabdeh vəkili və nümayəndəsi Vəkil etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1735/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh ilə arasında 18 may 2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra keçmiş əri Cavabdeh və onun vəkili Vəkil ona bildirdilər ki, “alimenti vaxtı-vaxtında ödəyəcəyəm, sən əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etmə, birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətdə olan əmlakları (ünvan 1 ünvanda yerləşən mənzili, "VAZ-21074" markalı **-CX-*** Dövlət nömrə nişanlı, "Mersedes C-240" markalı **-FK-*** Dövlət nömrə nişanlı və "Mersedes C-180” markalı **-ZZ-*** nömrə nişanlı avtomobilləri öz aralarında ədalətli qaydada bölüşdürəcəklər, notarial qaydada barışıq müqaviləsi bağlayaq, heç nədən narahat olma, sən mənim balalarımın anasısan”. O da onun verdiyi yalan vədlərə inanaraq 28 aprel 2022-ci il tarixdə Cavabdehla 5 saylı ASAN Xidmətdə 3M-214 reyestr nömrəli "Barışıq müqaviləsi" imzalamışdır. Barışıq müqaviləsini imzaladıqları tarixdən 2 ildən artıq bir müddət keçməsinə baxmayaraq, Cavabdeh verdiyi vədlərə əməl etmir, ancaq azyaşlı oğluna alimentin ödənilməsi kifayətlənir. O, aldadıldığını başa düşdüyü üçün həmin barışıq müqaviləsinin ləğv olunması barədə aidiyyəti qurumlara müraciət etdi, lakin cavab məktublarında ona bildirildi ki, bu işə məhkəmə qaydasında baxılmalıdır. Bununla əlaqədar 2 (iki) dəfə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Cavabdeh təklif göndərdi ki, könüllü olaraq "Barışıq müqavilə"sinə əsasən öz aralarında olan mübahisəni həll etsinlər, məhkəməyə müraciət etməsin, o azyaşlı oğlu ilə kirayədə, darısqal bir mənzildə yaşayır, cüzi əmək haqqı ilə dolanırlar. Lakin Cavabdeh onun təkliflərinə nə yazılı, nə də şifahi cavab verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, barışıq müqaviləsinin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmir.
6. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbi ilə razı olmadığını bildirdi. Qeyd etdi ki, barışıq müqaviləsinin şərtləri cavabdeh tərəfindən daima yerinə yetirilir. Hesab edir ki, iddia tələbi rədd edilməlidir.
İş materialları
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixində Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 438 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 atası Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X2 isə anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci tərəf İddiaçı ilə İkinci tərəf Cavabdeh arasında bağlanmış 3M-214 reyestr nömrəli 23 aprel 2022-ci il tarixli "Barışıq müqavilə"sindən görünür ki, tərəflər qeyd olunan şərtlər barədə razılığa gəlmişdirlər :
1. Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir və həmin normalara uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində həmin iş üzrə mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.
2. Tərəflər razılığa gəlir ki, Cavabdeh birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması və digər xərclər üçün İddiaçı hər ay sabit pul məbləğində 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilməsini öhdəsinə götürür.
3. Tərəflər razılığa gəlir ki, onların hər biri hazırkı mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə hazırkı iddianın predmeti olmuş birgə nikah dövründə əldə edilmiş əmlaklara dair heç bir tələbinin olmayacağını öhdəsinə götürür və həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.
4. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur.
5. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə ma-lik olan 4 (dörd) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır və digər nüsxə barışıq sazişinin təsdiq edilməsi üçün müvafiq məhkəməyə təqdim olunur.
6. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilk iddiası üzrə iddiaçının iddiadan imtinasının qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü, əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsaitin bölünməsi” qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddiadan imtinasının qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü, əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsaitin bölünməsi” qarşılıqlı iddia tələbinə dair işin məhkəmə baxışına hazırlanmasına xitam verilməsi qərara alınmışdır.
10. İddiaçı tərəfindən Cavabdeh üvanlanmış xx.xx.2024-cü il tarixli “Barışıq müqaviləsində dəyişiklik edilməsi” barədə təklifdən görünür ki, İddiaçı Cavabdeh barışıq müqaviləsində öz razılıqları ilə dəyişiklik edilməsini təklif etmişdir.
11. İddiaçı tərəfindən Cavabdeh üvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı Cavabdeh barışıq müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
12. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər əvvəllər rəsmi nikah münasibətlərində olmuşlar, sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur. Daha sonra, tərəflər qarşılıqlı olaraq birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü tələbi ilə məhkəməyə müraciət etmişlər və iş məhkəmədə olarkən aralarında hazırkı işdə mübahisələndirilən barışıq sazişi imzalanmış və onlar qarşılıqlı olaraq iddialarından imtina etmişlər. Hazırkı iddia tələbində iddiaçı bildirir ki, cavabdeh həmin barışıq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmir və bu səbəbdən həmin müqavilə ləğv edilməlidir. İddiaçı tələbində ona əsaslanır ki, həmin miqavilə bağlanarkən cavabdeh şifahi olaraq ona bəzi vədlər vermiş, sonradan isə onları yerinə yetirməmişdir. Hesab edir ki, bu hal barışıq müqaviləsinin ləğvi üçün əsasdır. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir və etirazını onunla əsaslandırır ki, cavabdeh tərəfindən həmin barışıq müqaviləsi üzrə öhdəliklər yerinə yetirilir. Həmin müqavilədən kənar isə hər hansı bir öhdəlik yoxdur.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin, prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
14. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
16. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
17. Əvvəla qeyd edilməlidir ki, iddiaçının tələbi müqavilənin ləğvi ilə bağlı olsa da, ilk növbədə mübahisələndirilən müqavilənin əhəmiyyətli olub-olmamasına hüquqi qiymət verilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən 2 aprel 2021-ci il tarixli Qərarında vurğulanır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Bu hüquqi mövqeyə əsaslanaraq, məhkəmə ilk öncə ləğv edilməsi xahiş edilən 23 aprel 2022-ci il tarixli barışıq müqaviləsinin etibarlı (əhəmiyyətli) olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Ona görə ki, yalnız etibarlı müqavilənin ləğv edilib-edilməməsindən söhbət gedə bilər. Müəyyən edilir ki, mübahisələndirilən 23 aprel 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Ona görə ki, müqavilə qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş və müqavilə tərəfləri üçün məcburi olan qaydalara uyğun gəlir. Mübahisələndirilən müqavilədə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunuvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyri-müəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda, müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Beləliklə, müəyyən edilir ki, mübahisələndirilən əqd qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət olunmaqla bağlanmışdır və etibarlıdır.
18. Müqavilənin ləğv edilməsi tələbinə gəldikdə isə, hazırkı işin araşdırılan hallarından və tərəflərin izahatından müəyyən edildi ki, tərəflər arasında yuxarıda qeyd olunan şərtlərlə 23 aprel 2022-ci il tarixli barışıq müqaviləsi bağlanmışdır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. İddiaçı tələbində ona əsaslanır ki, həmin müqavilə bağlanarkən cavabdeh ona şifahi olaraq əmlakları aralarında ədalətli bölüşdürəcəkləri barədə vəd vermişdir. Zaman keçdikdən sonra ona bəlli olub ki, cavabdeh vədinə əməl etmir. Lakin, mübahisələndirilən barışıq müqaviləsinin məzmunu araşdırılakən müəyyən olunur ki, həmin sazişdə tərəflər nikahdan anadan olan yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün alinment ödənilməsi barədə razılığa gəlmişlər, hansı ki, tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh bununla bağlı öz öhdəliyini hazırda yerinə yetirir. Digər bənd isə ondan ibarət olmuşdur ki, tərəflər gələcəkdə bir-birilərinə qarşı əmlak tələbi ilə çıxış etməyəcəklər. Göründüyü kimi, mübahisələndirilən müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli pozuntusu halı müəyyən edilmir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış barışıq müqavilənin ləğvi əsasları ümumiyyətlə mövcud deyildir. Belə ki, müqavilənin ləğvi ilə bağlı mülki qanunvericilik normalarına nəzər saldıqda görünür ki, müqavilənin ləğv edilməsi üçün əsas tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması halıdır. Beləliklə, iddia tələbi Mülki Məcəllənin 421-ci maddəsinin dispozisiya şərtlərinə cavab vermir. Belə olan halda iddia tələbi təmin edilə bilməz.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Nurəddı̇ n oğluna qarşı barışıq müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı Cavabdeh Nurəddı̇ n oğluna qarşı barışıq müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov