Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3644/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, X1, iddiaçı X6 və müstəqil tələb irəli sürən üçüncü şəxs X11 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 Airfs oğlunun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçı X6 Cavabdeh2 qarşı mirası əmlakın qəbul edilməsi müddətinin uzadılması, miras əmlaka məcburi payın müəyyən edilməsi barədə iddiasına dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 Cavabdeh2 və digərlərinə qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 iddia tələbi: İddiaçı X15 cavabdehlər Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı mülkiyyət hüququ əsasında iddiaçının mərhum atası X22 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Mahmud İbrahimov küçəsi, 20 saylı evin miras əmlak kimi qəbul etməsi üçün buraxılmış prosessual müddətini üzrlü hesab edərək mirasın qəbul edilməsi vaxtının uzadılması, mərhum atası X16 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlakına qardaşları Kərim və Timur Məhərrəmovların miras əmlakdan iddiaçının xeyrinə imtina etmələri nəzərə alınmaqla iddiaçının payının tanınması və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında mərhum atası X22 məxsus Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov küçəsi, 20 saylı evin miras əmlak kimi qəbul etməyi üçün buraxılmış müddətin üzrlü hesab edilərək mirasın qəbul edilməsi vaxtının uzadılması, mərhum atası X16 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən miras əmlakına qardaşları Kərim və Timur Məhərrəmovların miras əmlkadan imtina etmələri nəzərə alınmaqla iddiaçının məcburi payının tanınması və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 iddiasının dəlilləri İddianın dəlilləri ondan ibarət olmuşdur ki, X31 ilə iddiaçının anası Yelena Qolubevanın rəsmi nikahlarından 02 iyun 1983-cü il tarixdə iddiaçı, yəni X15 anadan olmuşdur. Məhrum atası X31 05 avqust 1948-ci il tarixində Bakı şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Mərhum atası X31 09 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzili iddiaçının atası X31 ünvan 4riat Kontorunun 3MA-04-823 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli alqısatqı müqaviləsinə əsasən almış və həmin mənzil mərhum atasının adına qeydə alınmaqla hazırda da onun mülkiyyətindədir. İddiaçının atası vəfat etdikdən sonra ondan miras qalmış mənzilə dair vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün iddiaçı notariat ofisinə müraciət etmişdir. Lakin atası bir müddəti Latviya Respublikasında yaşadığı üçün onun həmin ölkədə də əmlakın olub-olmamasını yoxlanıldıqdan sonra müraciət edilməsi təklif edilmişdir. Lakin X2 həmin ölkədə əmlakı aşkar edilmədiyi üçün yenidən Bakı şəhəri 36 saylı Notariat Ofisinə müraciət etsə də, Bakı şəhəri 36 saylı Notariat Ofisi 08 yanvar 2024-cü il tarixli 05 saylı məktubu ilə imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 09 avqust 2022-ci il tarixində vəfat etmiş Mageramovs Arifs-dən qalmış mirasın qəbulu ilə əlaqədar vərəsəliyin qəbulu üçün müəyyən edilmiş müddət bitdikdən sonra notariat ofisinə müraciət edilmişdir. Həmin müddəti məhkəmə qaydasında bərpa etmək hüququ var. Lakin, X5 vəfat etdikdən sonra Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Mahmud İbrahimov küçəsi, 20 saylı ev miras əmlak kimi qanun üzrə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş, iddiaçı həmin əmlakı faktiki olaraq qəbul edərək ona yiyələnmiş və miras əmlakı təyinatı üzrə idarə etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia tələbi: Müstəqil tələb irəli sürən üçüncü şəxs X30 Cavabdeh2 və digərlərinə qarşı qarşı Yelena Qolubevanın əri X16 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən miras əmlakdan Yelena Qolubevanın payının müəyyən edilməsi və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia tələbinin dəlilləri: İddia tələbinin dəlilləri ondan ibarət olmuşdur ki, Yelena Qolubeva 1977-ci il martın 5də Moskvanın Babuşkinski rayon VVAQ şöbəsində X31 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflər arasında bağlanmış rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflər arşında bağlanmış rəsmi nikaha Riqanın Zəiemelu Rayon Məhkəməsinin 26 aprel 1006-ı il tarixli ilə qərarı ilə xitam verilmiş, bu barədə nikahların qeydiyyatı kitabına 530 saylı qeyd aparılmışdır. Qətnamə 2006-cı ilin mayın 17-də qanuni qüvvəyə minib. Yelena X3 ilə rəsmi nikahda olduqları müddətdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Mahmud İbrahimov küçəsində yerləşən 20 saylı evi əldə etmişdirlər. X31 09 avqust 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ona görə sözügedən evdə Yelena Qolubevanın da payı müəyyən olunmalıdır. Cavabdeh2 etirazı: Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, X31 09 avqust 2022-ci il tarixində vəfat etmişdir. Arifs Mageramovs özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Mahmud İbrahimov küçəsi 20 saylı evi oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Arif Məhərrəmovun digər oğulları, Elmar, Timur və Kərim ataları ilə heç vaxt maraqlanmamışdırlar, ataları xəstə olan zaman ona baş çəkməmişdirlər. Hətta ataları vəfat etdikdən sonra atalarının dəfnində belə iştirak etməmişdirlər. X15 heç vaxt miras əmlak olan evdə faktiki yaşamamışdır. İddia ərizəsində qeyd etdiyi kimi, atasının Latviya Respublikasında adına əmlak olub-olmamasını müəyyən etməsi də yalandır. X35 Latviya Respublikası vətəndaşı olmaqla, orada yaşayır və atasının orada əmlakının olmadığından xəbərdardır. Qanunvericiliyə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Göründüyü kimi, hazırkı işdə vəsiyyətnamə olduğundan qanun üzrə vərəsəlikdən söhbət gedə bilməz. Mirasda məcburi pay hüququ ilə bağlı X16 övladları Timur və Kərim Məhərrəmov 27 fevral 2023-cü il tarixli ərizə ilə ümumiyyətlə mirasdan imtina etmişlər. Baxmayaraq ki, onlara çatası paydan qardaşları Elmarın xeyrinə imtina etmişlər, həmin imtina Elmarın məcburi payının artmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Bundan əlavə İddiaçı kimi Timur və Kərim Məhərrəmov da onlara çatası məcburi payı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etməmişlər. Qəbul etmədiləri məcburi paydan kiminsə xeyrinə imtina edilməsi də absurddur. Mülki işdə olan Latviya Respublikası Riqa şəhəri, Ziemelu Rayon Məhkəməsinin 26 aprel 2006-cı il tarixli qərarından görünür ki, tərəflər arasında bağlanmış nikah ləğv edilmişdir. Sözügedən qərarda qeyd edilir ki, məhkəmə iclasında ərizəçi Yelena Qolubeva ərizədə göstərilən mötivlər əsasında ərizəni dəstəklədi. O, izah etdi ki, beş il əvvəl birlikdə yaşamağı və müştərək ev təsərrüfatını idarə etməyi dayandırıb. 2000-ci ildən birlikdə yaşamırlar, o, Latviyada, əri Arif isə Azərbaycanda yaşayır. Ailə tamamilə dağılıb və onun bərpa etmək mümkün deyil, belə ki, hər iki tərəfin öz şəxsi həyatı qurulmuş, birgə qazanılmış olan əmlakın bölünməsi ilə bağlı heç bir mübahisə yoxdur. O, nikahın pozulmasını tələb edir. Göründüyü kimi, Yelena Qolubeva nikahın pozulmasını xahiş edərkən birgə qazanılmış olan əmlakın bölünməsi ilə heç bir mübahisənin olmadığını bildirmiş və heç bir əmlak tələbi olmamışdır. Belə olan halda, Yelena Qolubevanın da iddiası əsassızdır. Hazırda da onların arasında olan nikahın pozulmasından 18 ildən artıq müddət ötmüş, beləliklə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Tərəflərin izahatları: İddiaçı X6 və müstəqil tələb irəli sürən üçüncü şəxs X11 vəkili və nümayəndəsi məhkəmə iclasında iddiaçı X6 və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddialarını müdafiə etdi və hər iki iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Cavabdeh2 Arif oğlunun vəkili və nümayəndəsi iddiaçı X6 və müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddialarına etiraz edərək, məhkəmədən hər iki iddianın rədd edilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iclasın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın digər tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin faktiki halları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin 23 aprel 2024-cü il tarixli 3-16-518-13-537 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, 05 avqust 1948-ci il təvəllüdlü Mageramovs Arifs-in (X23) Mageramovs Arifs 09 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. X16 X27 ilə nikahı Rusiya Federasiyası Babuşkinsk rayon qeydiyyat şöbəsi tərəfindən 530 saylı, 05 mart 1977-ci il tarixli aktla qeydiyyata alınmışdır. X16 X15 adlı oğlu ( Binəqədi RQŞ 1812 saylı, xx.xx.1983-cü il tarixli doğum haqqında akt qeydi), X17 adlı oğlu (Binəqədi EQŞ 1813 saylı xx.xx.1983-cü il tarixli doğum haqqında akt qeydi) və Cavabdeh2 adlı oğlu (Səbail RQŞ 20 saylı, xx.xx.2009-cu il tarixli doğum haqqında akt qeydi) olmuşdur. X18 11 noyabr 1977-ci il tarixində Yurmala şəhərində anadan olmuşdur, atası X31, anası X8. X15 02 iyun 1983-cü il tarixində Riqa şəhərində anadan olmuşdur, onun anası X8, atası isə X29r. X17 02 iyun 1983-cü il tarixində Riqa şəhərində anadan olmuşdur, onun anası X19, atası isə X24r. X25 xx xxxxxx 2008-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, onun atası X33, anası isə Qanuni nümayəndədır. ünvan 6 ünvanında yerləşən mənzil 15 oktyabr 1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, evə dair mülkiyyət hüququ 08 sentyabr 2020-ci il tarixində X16 adına qeydiyyata alınmışdır. 23 avqust 2016-cı il tarixində tərtib edilmiş və Bakı şəhəri 40 saylı notariat kontorunun dövlət notariusu S.M.Hüseynova tərəfindən təsdiq edilmiş X31 ona məxsus olan ünvan 7 ünvanında yerləşən evi oğlu Cavabdeh2 Arif oğluna vəsiyyət etmişdir. Latviya Respublikası Riqa şəhərinin Ziemelu Rayon Məhkəməsinin 26 aprel 2006-cı il tarixli qərarına əsasən 1977-ci il martın 5-də Moskvanın Babuşkinski rayon VVAQ X14 Yelena Qolubeva arasında bağlanmış nikahın ləğv edilməsi, bu barədə nikahın qeydiyyatı kitabında 530 saylı qeydin aparılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, ərizəçi Yelena Qolubeva izahatında bildirmişdir ki, ərizəçilər beş il əvvəl birlikdə yaşamağı və müştərək ev təsərrüfatını idarə etməyi dayandırıb. 2000-ci ildən birlikdə yaşamırlar, o, Latviyada, əri isə Azərbaycanda yaşayır. Ailə tamamilə dağılıb və onun bərpa etmək mümkün deyil, belə ki, hər tərəfin öz şəxsi həyatı qurulmuş, birgə qazanılmış olan əmlakın bölünməsi ilə bağlı heç bir mübahisə yoxdur. Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən 08 yanvar 2024-cü il tarixli 05 nömrəli məktubla iddiaçı X9 09 avqust 2022-ci il tarixinə vəfat etmiş Mageramovs Arifs-dən qalmış mirasın qəbulu ilə əlaqədar vərəsəliyin qəbulu üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra notariat ofisinə müraciət etdiyi bildirilmiş və həmin müddətin məhkəmə qaydasında bərpa etmək hüququnun olduğu izah edilmişdir. Bakı şəhəri 40 saylı Notariat Ofisi 20 may 2023-cü il tarixli 379 nömrəli məktubu ilə bildirmişdir ki, 09 avqust 2022-ci il tarixində vəfat etmiş Mageramovs Arifsdən miras qalmış əmlaka dair Cavabdeh2 tərəfindən 29 sentyabr 2022-ci il tarixində müraciət olunmuş, notariat ofisi tərəfindən 88/2022 saylı vərəsəlik işi açılmış, lakin vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. X17 27 fevral 2023-cü il tarixində Riqa Rayon Məhkəməsinin notariusu tərəfindən təsdiq edilmiş ərizə vermişdir. Ərizə ilə o, 05 avqust 1948-ci il tarixində anadan olmuş X28 09 avqust 2022-ci il tarixində vəfatından sonra ona çatacaq miras əmlakdan qardaşı İddiaçı (Elmars Mageramov) xeyrinə imtina etmişdir. X17 özünün 27 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi ilə 09 avqust 2022-ci il tarixində vəfat etmiş atası X7mış bütün mirasdan, o cümlədən Mahmud İbrahimov 20, Həzi Aslanov, Bakı, Azərbaycan ünvanında yerləşən daşınmaz və daşınar əmlakından qardaşı 02 iyun 1983-cü il təvəllüdlü X21 xeyrinə birmənalı şəkildə və qətiyyətlə imtina etmişdir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1157. Miras şərikləri Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Mirasın qəbulundan imtina müddəti Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024cü il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı
1. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır.
2. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.
4. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
“Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı X6 iddiası qismən əsaslıdır və qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddiası isə əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən evə dair mülkiyyət hüququ 08 sentyabr 2020-ci il tarixində X16 adına qeydiyyata alınmışdır. Mənzil 15 oktyabr 1997-ci il daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə edilmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir, X27 ilə X31 arasında nikah 05 mart 1977-ci ildə rəsmiləşdirilmiş və Latviya Respublikası Riqa şəhərinin Ziemelu Rayon Məhkəməsinin 26 aprel 2006-cı il tarixli qərarına əsasən ləğv edilmişdir. Göründüyü kimi ünvan 7 ünvanında yerləşən ev Yelena Qolubeva ilə Məhərrəmov Arifin birgə nikah dövründə əldə edilmişdir. Həmin əmlakın qeyd edilən şəxslərin birgə vəsaiti hesabına əldə edilmədiyinə dair məhkəməyə hər hansı sübut və ya dəlil təqdim edilməmişdir. Belə olan halda, sözügedən daşınmaz əmlak tərəflərin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak hesab edilsə də, Yelena Qolubeva ilə Mageramovs Arifsarasında nikahın 2006-cı ildə pozulduğu, onların bundan əvvəl 5 il müddətində, yəni 2000-ci ildən ayrı yaşayaraq, ayrı-ayrı təsərrüfat apardıqları da danılmaz faktdır. Belə ki, yuxarıda qeyd edilmiş Latviya Respublikası Riqa şəhərinin Ziemelu Rayon Məhkəməsinin 26 aprel 2006-cı il tarixli qərarından da görünür ki, Yelena Qolubeva izahatında bildirmişdir ki, ərizəçilər beş il əvvəl birlikdə yaşamağı və müştərək ev təsərrüfatını idarə etməyi dayandırıb. Onlar 2000-ci ildən birlikdə yaşamırlar. O, Latviyada, əri isə Azərbaycanda yaşayır. Ailə tamamilə dağılıb və onun bərpa etmək mümkün deyil, belə ki, hər tərəfin öz şəxsi həyatı qurulmuş, birgə qazanılmış olan əmlakın bölünməsi ilə bağlı heç bir mübahisə yoxdur. Bundan sonra 18 il müddətində Qolubeva Yelena tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlakda payının müəyyən edilməsi ilə bağlı iddia irəli sürülməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Qolubeva Yelena birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə 3 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Odur ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 keçmiş əri X16 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən miras əmlakdan Yelena Qolubevanın payının müəyyən edilməsi və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddiaçı X6 iddiasını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Bəli ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı məhkəmə tərəfindən hazırkı mübahisəyə baxıldığı dövrdə qüvvəyə mindiyindən, iddiaçı X6 mülkiyyət hüququ əsasında mərhum atası X22 məxsus Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov küçəsi, 20 saylı evin miras əmlak kimi qəbul etməyi üçün buraxılmış müddətin üzrlü hesab edilərək mirasın qəbul edilməsi vaxtının uzadılmasi ilə bağlı tələbə qiymət verilən zaman məhkəmə həmin qərarda təsbit edilmiş mövqeyi əsas tutulmalıdır. Yuxarıda istinad edilən qərarda təsbit edilmiş hüquqi mövqeyə görə, məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Belə olan halda, məcburi payın qəbulu üçün müddətin gözlənilməsi tələbi aradan qalxdığına görə, mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı iddia da əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaçı X6 mərhum atası X16 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Mahmud İbrahimov küçəsi, ev 20 ünvanda yerləşən miras əmlakına qardaşları Kerims və Timurs Mageramovsların miras əmlakdan imtina etmələri nəzərə alınmaqla iddiaçının məcburi payının tanınması və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamənin qəbul edilməsi tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də qismən əsalıdır. Belə ki, mərhum miras qoyan X16 məcburi pay almaq hüququ olan vərəsələri mərhumun oğulları X18, X15, X10r. X5 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən evi oğlu Cavabdeh2 vəsiyyət etdiyinə görə mülki iş üzrə iddiaçı X6 miras əmlaka dair məcburi pay, yəni qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısına (məcburi pay) vərəsəlik hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, mərhumun digər vərəsələri Mageramovs Timurs və Mageramovs Kerims özlərinin miras əmlakında olan paylarından qardaşları X6 xeyrinə imtina etsələr də, həmin imtinalar Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iki aylıq müddət ötürməklə verildiyinə görə məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, bu cür imtinalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsinə əsasən digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onların payı vəsiyyət üzrə vərəsələrə keçir. Yuxarıda göstərilənlər əsasən, məhkəmə hesab edir ki, vəsiyyətnamə olmasaydı X5ndan qalmış miras əmlakına dair iddiaçı X6 məcburi payı, digər 4 nəfər birinci növbə vərəsələrin olduğu (Mageramovs Elmars, Mageramovs Timurs, Mageramovs Kerims və Cavabdeh2) nəzərə alınmaqla, 1/8 hissədə tanınmalı və buna dair vərəsəlik şəhadətnaməsi verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı X6 iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iddiası isə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı X6 iddiası qismən təmin edilsin. X2 miras əmlakı olan Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov küçəsi, 20 saylı evə X6 1/8 hissədə məcburi payı tanınsın və X9 vərəsəlik şəhadətnaməsi verilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 Yelena Qolubevanın əri X16 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən miras əmlakdan Yelena Qolubevanın payının müəyyən edilməsi və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova