Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6388/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı cavabdehdən xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Toyota Land-Cruiser Prado» markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən heyata keçirilən 500 AZN (beş yüz manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə edilən “Tofaş Şahin" markalı, **- LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, 'Toyota Land-Cruiser Prado” markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 500 AZN (beş yüz manat) zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qalıdıraraq, ‘Toyota Land-Cruiser Prado” markalı, 90- KE073 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 500 AZN (beş yüz manat) sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh avtomobili etibarnamə olmadan idarə etdiyi üçün icbari Sığorta Haqqında" Qanunun 25-ci maddəsinə əsasən cavabdehə qarşı subroqasiya hüququmuz yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC PAT********** saylı icbari sığorta müqaviləsinə əsasən “Tofaş Şahin" markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. X1 məxsus İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Tofaş Şahin" markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Land-Cruiser Prado” markalı, **-KE-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə 500 manat məbləğində zərər dəymişdir. Hadisə baş verdiyi anda sürücüsü Cavabdeh idarə etdiyi “,“Tofaş Şahin" markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ‘Toyota Land-Cruiser Prado” markalı, 90-KE073 dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ‘Toyota Land-Cruiser Prado” markalı, 90-KE073 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. xx.xx.2021-ci il tarixdə “Tofaş Şahin" markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332,1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yuxarıda istinad edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı cavabdehdən 500 manat məbləğində vurulmuş zərər və 30.40 manat məbləğində dövlət rüsumunun, cəmi 530.40 manat alınaraq iddiaçının hesabına köçürülməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Toyota Land-Cruiser Prado» markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən heyata keçirilən 500 AZN (beş yüz manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6388/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6388/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver