Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1288/2020 23.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X5, X4, X6 və Mahmudova Gülçöhrə Kamal qızının adına verilmiş 0,06 ha torpaq sahəsinə dair JN- 753F KOD 40601004 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin hüquq sahiblərinin adları siyahısından 3-cü sıradan X2 adının çıxarılması və həmin şəhadətnamənin Ərizəçi Kamil oğluna aid hissədə Ərizəçi Kamil oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-mn xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-753F saylı, kodu 40601004 olan şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adının siyahısında 1-ci sırada texniki səhv olaraq Ərizəçi əvəzinə Ərizəçi Kamil oğlu kimi qeyd edilmişdir. Bundan əlavə torpaq islahatı keçirilən zaman JN-№753F saylı kodu, 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada ailə üzvləri sırasına daxil olmayan, tanımadıqları “X7” adlı şəxsin adı hüquq sahiblərinin adı siyahısına texniki səhv olaraq daxil edilmişdir. Qeyd edilən JN-№753F saylı kodu, 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə payçıların paylarının qarşılıqlı razılıq əsasında bölünməsi məqsədilə əməliyyat apararkən məlum olmuşdur ki, JN-№753F saylı şəhadətnamədə ata adım texniki səhv olaraq Kamal əvəzinə Kamil kimi qeyd edilmişdir, həmçinin 3-cü sırada isə səhvən X6 adı qeyd edilmişdir. Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-753F saylı, kodu 40601004 olan şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adının siyahısında 1-ci sırada texniki səhv olaraq Ərizəçi əvəzinə Ərizəçi Kamil oğlu kimi qeyd edilməsi, həm də hüquq sahiblərinin adları siyahısında 3-cü sırada ailə üzvləri sırasına daxil olmayan, tanımadıqları “X7” adlı şəxsin adı hüquq sahiblərinin adı siyahısına texniki səhv nəticəsində daxil edilməsi səbəbindən qeyd olunan JN-753F saylı şəhadətnamə üzrə əməliyyat aparılması mümkün olmamışdır. Qeyd edilən texniki səhvlərə məhkəmə vasitəsilə düzəliş edilə bilər. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. İİİ-JQ T № 428868 saylı doğum haqqında şəhadətnamədə də ata adı düzgün olaraq Kamal kimi qeyd edilmişdir. Qəbələ şəhər X9 üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 1965 saylı arayışında da İN-753 F saylı kodu 40601004 saylı şəhadətnamədə ata adının Kamal əvəzinə səhvən “Kamil” kimi qeyd edildiyi göstərilmişdir. Qəbələ şəhər X9 üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 1964 saylı arayışında da görünür ki, ailə üzvlərimizin sırasında X6 adlı şəxs qeydə alınmamışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-753F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, Ərizəçi Kamil oğlu, X4, X6 və Mahmudova Gülçöhrə Kamal qızının ümumi birgə mülkiyyətinə 0,06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxx 1975-ci il tarixli İİİ-JQ № 428868 saylı doğum haqqında şəhadətnamənin qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1975-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 107 nömrə ilə qeyd edilmişdir. X1, anası X3r. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1975-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər X9 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 1965 saylı arayışından görünür ki, JN- 753F saylı KOD 40601004 olan Şəhadətnamədə hüquq sahibi olaraq adı qeyd olunmuş Ərizəçi adı texniki səhv olaraq Kamal əvəzinə səhvən Kamil kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin mülkiyyətinə 0,06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-753F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “Ərizəçi Kamil oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni JN-753F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi Kamil oğluna aid hissədə ona məxsus olması faktının müəyyən edilməsi hissəsində əsaslı hesab edib, təmin olunması qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, ərizə “hüquq sahiblərinin adları siyahısından 3-cü sıradan X2 adının çıxarılması” hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən Məhkəmə şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə məhkəmələr tərəfindən baxılan hüquqi əhəmiyyətli faktlarla bağlı işlərin dairəsi müəyyən edilmişdir və sənədin siyahısında göstərilən hüquq sahibinin - şəxsin adının çıxarılması Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsində öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş JN-753F (Kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş JN-753F (Kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1288/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1288/2020
23.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver