Məhkəmə qərarları › İş №2(029)-107/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-107/2023

02.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-107/2023 02.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Sevləddin qızının cavabdehlər Cavabdeh1 Sevləddin oğluna, X4, Cavabdeh3 Sevləddin oğluna və Qusar rayon Notariat Ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilməsi barədə iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Sevləddin qızı cavabdehlər Cavabdeh1 Sevləddin oğluna, X4, Cavabdeh3 Sevləddin oğluna və Qusar rayon Notariat Ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayonu Qalacıq kəndində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 2.4139 və 1.3448 hektar torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və mərhumlar X2 və X14 ümumi birgə mülkiyyətlərindən hər birinin 1/5 hissədə paylarının müəyyən olunması, Qusar Rayonu Qalacıq kəndində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 2.4139 və 1.3448 hektar torpaq sahələrindən mərhumlar X2 və X14 hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri olan iddiaçıların, yəni İddiaçı2 və İddiaçı1 hər birinin vərəsəlik hüquqları tanınaraq paylarının müəyyən edilərək ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Qalacıq kəndində yerləşən 2.4139 və 1.3448 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və iddiaçıların valideynləri X2 və Hacımuradova ZinaƏskər qızının adlarına qeydiyyata alınmışdır. İddiaçıların anaları X24 xx.xx.2018-ci il tarixdə, ataları X6 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Zina Hacımuradovanın və Sövləddin Hacımuradovun aşağıdakı vərəsələri qalmışdır:İddiaçı1; İddiaçı2; Cavabdeh1; X12; X7; Cavabdeh3 Sevləddin oğlu; X13. İddiaçıların mərhum valideynləri Zina Hacımuradova və Sövləddin Hacımuradov vəfat etdikdən sonra yuxarıda göstərilən 2.4139 və 1.3448 ha torpaq sahələrinin həmin şəxslərə məxsus olan hissələri, həm torpaq sahəsinin birgə mülkiyyətçiləri, həmdə mərhumların qanun üzrə vərəsələri olaraq onlar tərəfindən faktiki qəbul edilərək idarə olunmağa başlamışdır. Beləki, torpaq sahəsini təyinatına uyğun olaraq onlar istifadə etmişlər. Qusar rayonu Qalacıq kəndində yerləşən 2.4139 və 1.3448 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri yuxarıda qeyd edildiyi kimi 5 nəfərin, yəni İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və iddiaçıların valideynləri X2 və X14 ümumi birgə mülkiyyətindədir və mülkiyyət paylarına dair mülkiyyətçilərin hər hansı razılaşmaları olmamışdır. Bu səbəbdən də, hesab edirlər ki, həmin torpaq sahələrinin hər bir mülkiyyətçisinin mülkiyyət payı bərabər olmaqla 1/5 hissədə müəyyən olunmalıdır. Bundan başqa, iddiaçılar mərhumlar X24 və X6 ilə birlikdə Qusar rayonu Qalacıq kəndində yerləşən 2.41.39 və 1.3448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin birgə mülkiyyətçiləri olmaqla mərhum şəxslər vəfat etdikdən sonra onların paylarını onlar qəbul etmişlər, həmin mirasa sahiblənməklə öz hərəkətləri ilə mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişlər.Hesab edirlər ki, mərhum şəxslər Zina Hacımuradovanın və Sövləddin Hacımuradovun yuxarıda göstərilən məlum torpaq sahələrinə dair hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların hər birinin vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılmalıdır. Məhkəmə iclasında İddiaçı1 iddinı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahələri onun, bacısı Xalidənin, atasının, anasının və qardaşı Telmanın adlarına dövlət tərəfindən verilmiş pay torpaqlarıdır. İş üzrə cavabdeh, onun bacısı Teyyarənin və qardaşı Eldarın öz adlarına olan ayrıca pay torpaqları vardır. O, həmin pay torpaqlarından özünə düşən payını istəyir. O, öz payına düşən torpağı satmaq istəyir.O, bu barədə iş üzrə cavabdeh olan bacısı Teyyarəyə bildirmiş, öz payını ayırmaq istədiyini demiş, Teyyarə isə bununla razı olmayaraq, bildirmişdir ki, “həmin torpaq sahələrinin ata-anadan qalıb, yadigardır”. Atadan qalma evdə cavabdeh qalır, o, idarə edir. Bundan başqa, cavabdehin başqa torpaq sahələri də var, rəhmətə gedən bacısının torpaq sahəsini də cavabdeh idarə edir. Qardaşları da, torpaq sahələrinin ona verilməsi ilə razıdırlar, lakin bu haqda onda heç bir sənəd yoxdur. Onun anası Hacımuradova Zina xx.xx.2018-ci il tarixdə, atası Hacımuradov Sövləddin xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, anasının və atasının ölümündən sonra depressiyada olmuşdur. Bundan sonra 2021-ci il tarixdə o, hal-hazırki mülki iş üzrə məhkəməyə müraciət etmək üçün lazımlı olan sənədləri toplamaqla məşğul olmuş, bu səbəbdən də, bu günə kimi mirasla bağlı notariat orqanına və ya məhkəməyə müraciət etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 Sevləddin qızına, cavabdehlər Cavabdeh1 Sevləddin oğluna, X4, Cavabdeh3 Sevləddin oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, İddiaçı1 izahatını dinləyib, müəyyən olunmuş halları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Qusar rayonu Qalacıq kəndində yerləşən 2.4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə (ümumi birgə) İddiaçı2, X14, X2, İddiaçı1 və Cavabdeh1 Sevləddin oğlunun adlarına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış surətindən görünür ki, Qusar rayonu Qalacıq kəndində yerləşən 1.3448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə (ümumi birgə) İddiaçı2, X14, X2, İddiaçı1 və Cavabdeh1 Sevləddin oğlunun adlarına qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 000780 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 18 avqust 2011-ci il tarixdə X10 adını “Viktoriya” adına dəyişmişdir. İşdə olan AZ-İİ 689581 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1974-cü il tarixdə Qusar rayonu Qələcuq kəndində anadan olmuşdur. X1, anası X20r. İşdə olan AZ-İİİ 651601 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1977-ci il tarixdə Qusar rayonu Qalacıq kəndində anadan olmuşdur. X1, anası X20r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X24 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Qalacuq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 15 noyabr 2011-ci il tarixli 490 saylı arayışdan görünür ki, mərhum X8 vəfat etdiyi günə kimi, ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. X12, Hacımuradova TeyyarəSevləddin qızı, Cavabdeh3 Sevləddin oğlu, Cavabdeh1Sevləddin oğlu, X13, İddiaçı1, İddiaçı2, Hacımuradova SeyyarəSevləddin qızı. İşdə olan Qusar RİHB-nın Qalacuq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 15 noyabr 2011-ci il tarixli 491 saylı arayışdan görünür ki, mərhum X24 vəfat etdiyi günə kimi, ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. X12, X7, Cavabdeh3 Sevləddin oğlu, Cavabdeh1 Sevləddinoğlu,X13, İddiaçı1, İddiaçı2, X9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi, Qusar Rayonu Qalacıq kəndində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan,xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********68reyestr nömrəli Çıxarış əsasında 2.4139 ha və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********69 reyestr nömrəli Çıxarış əsasında isə 1.3448 ha torpaq sahələri 5 nəfərin-yəni İddiaçı2, mərhumlar Hacımuradova ZinaƏskər qızının və X2, həmçinin İddiaçı1 və Cavabdeh1 Sevləddin oğlunun ümumi birgə mülkiyyətlərindədir və mülkiyyət paylarına dair mülkiyyətçilərin hər hansı razılaşmaları olmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin torpaq sahələrinin hər bir mülkiyyətçisinin mülkiyyət payı bərabər olmaqla 1/5 hissə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Məhkəmə mirasla bağlı iddiaçıların dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Qusar Rayonu Qalacıq kəndində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 2.4139 ha və 1.3448 ha torpaq sahələrinin mərhumlar X24 və X6 ilə birlikdə birgə mülkiyyətçiləri olmaqla mərhum şəxslər vəfat etdikdən sonra onların qanuni sahibliklərində və istifadələrində olmuş, bununla da, həmin şəxslər mərhum valideynlərinin mirasına dair müvafiq notariat orqanına vaxtında mirasın qəbulu ilə bağlı ərizə verməsələr də, həmin mirasa sahiblənməklə öz hərəkətləri ilə mirası faktiki qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Bundan başqa, mərhum şəxslərin mirasını torpaq sahələrinin birgə mülkiyyətçilərindən olan Cavabdeh1 da iddiaçılarla eyni qaydada mirasa sahiblənmiş və mirasın qəbul edilməsinin faktiki üsulu ilə miras qoyanların mirasını qəbul etmişdir. Həmçinin, cavabdeh Teyyarə Hacımuradova da, miras qoyanların qanun üzrə birinci dərəcəli vərəsəsi kimi onların mirasına yiyələnmiş, iddiaçıların da qeyd etdikləri kimi miras qoyanlara məxsus evdə yaşayır, həmçinin torpaq sahələrinin idarə olunmasında iştirak edir. Miras qoyanların qeyd olunan vərəsələrindən başqa digər vərəsələr isə həmin mirasları nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişlər, mirası faktiki qəbul etdiklərini nümayiş etdirən hərəkətlər etməmişlər, torpaq sahələrinə sahiblənməmişlər, onların idarə olunmasında hər hansı şəkildə iştirak etməmişlər, mirasa dair xeyli müddət susmuşlar. Ona görə də, mərhum şəxslərin vərəsələri olan həmin şəxslərin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, mərhum şəxslər Zina Hacımuradovanın və Sövləddin Hacımuradovun yuxarıda göstərilən məlum torpaq sahələrinə dair hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri İddiaçı1, İddiaçı2, X3 və Cavabdeh1 hər birinin ¼ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilməlidir. X19 və Sövləddin Hacımuradovun digər vərəsələrinin vərəsəlik hüquqları isə yuxarıda sadalanan əsaslara görə itirildiyindən tanınmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları tam sübuta yetirmişlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Qusar Rayonu Qalacıq kəndində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 Reyestr nömrəli Çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 Reyestr nömrəli Çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və mərhumlar X2 və Hacımuradova ZinaƏskər qızının həmin torpaq sahələrinə dair hər birinin mülkiyyət payları 1/5 hissə müəyyən olunsun. Qusar Rayonu Qalacıq kəndində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 Reyestr nömrəli Çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 Reyestr nömrəli Çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin mərhumlar X5məxsus 1/5 hissəsinə və X21 məxsus 1/5 hissəsinə dair onların qanun üzrə birinci dərəcəli vərəsələri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və X3 vərəsəlik hüquqları tanınaraq hər birinin miras payları 1/4 hissə müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar