Məhkəmə qərarları › İş №2(036)-1477/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1477/2021

14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1477/2021 14.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin İmişli filialı tərəfindən tərtib olunmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 aprel 2020-ci il tarixli 4241 aid nömrəli dərkənarına əsasən qeyri-əkin sahələrində aparılmış əkinlərə görə subsidianın ödənilməsinə icazə verilən fiziki və hüquqi şəxslərin siyahısının 642-ci sıra sayında fərdi identifikasiya nömrəmin (FİN) 4331UP5 kimi və adımın Məmmədov Samit kimi göstərilməsinin düzgün olmaması faktının müəyyən edilməsi və həmin siyahıya düzəliş edilərək fərdi identifikasiya nömrəmin (FİN) xxxxxxx kimi və adımın Ərizəçi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, “xxxx” MMC-nin İmişli filialı ilə aralarında bağlanmış müqavilə əsasında 86,85 ha qeyri-əkin sahəsində pambıq əkmişdir. Qeyri-əkin sahələrində aparılmış əkinlərə görə dövlət tərəfindən subsidia ayrılır. Belə ki, “xxxx” MMC-nin İmişli filialı tərəfindən qeyri-əkin sahələrində aparılmış əkinlərə görə subsidianın ödənilməsinə icazə verilən fiziki və hüquqi şəxslərin siyahısı tərtib olunmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Nazirlər Kabineti həmin siyahını təsdiq etdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə göndərir və bundan sonra subsidiyanın ödənilməsi həyata keçirilir. Lakin “xxxx” MMC-nin İmişli filialı tərəfindən tərtib olunmuş siyahıda texniki səhv olaraq onun adı və fərdi identifikasiya nömrəsi (FİN) düzgün göstərilməmişdir. Bu səbəbdən ona ayrılan subsidiyanı ala bilmir. Qeyd olunan yalnışlığın aradan qaldırılması üçün “xxxx” MMC-nin İmişli filialına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və X1 Mərkəzinə müraciətlər etmiş, lakin göstərilən orqanlar qeyd olunan siyahıdakı FİN nömrəsinin düzgün olmaması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs “xxxx” MMC-nin İmişli filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 aprel 2020ci il tarixli 4241 nömrəli dərkənarına əsasına qeyri-əkin sahələrində aparılmış əkinlərə görə subsidiyanın ödənilməsinə icazə verilən fiziki və hüquqi şəxslərin siyahısından görünür ki, həmin siyahının 642-ci sırasında Ərizəçi fərdi identifikasiya nömrəsi (FİN) texniki səhv olaraq 4331UP5 kimi göstərilmişdir. İşdə olan Ərizəçi məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 4331UP5 nömrəli fərdi identifikasiya nömrəsi (FİN) deyil, xxxxxxx nömrəli fərdi identifikasiya nömrəsi (FİN) ona məxsusdur. İşdə olan X2 İnkişaf Mərkəzinin 24 fevral 2021-ci il tarixli 46 nömrəli məktubundan görünür ki, X2 İnkişaf Mərkəzi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Daxili Nəzarət və Audit şöbəsinin 16 fevral 2021-ci il tarixli, 08-14/M-74/5-t/1n saylı məktubuna cavab olaraq qeyd etmişdir ki, fermer Ərizəçi Nazirlər Kabineti tərəfindən təsdiq olunan qeyri əkinlər siyahısında FİN nömrəsi yazılarkən texniki səhvə yol verilmişdir və bu səbəbə görə AKİA subsidiyanın ödənişi əməliyyatını apara bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “xxxx” MMC-nin İmişli filialı tərəfindən tərtib olunmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 aprel 2020ci il tarixli 4241 aid nömrəli dərkənarına əsasən qeyri-əkin sahələrində aparılmış əkinlərə görə subsidianın ödənilməsinə icazə verilən fiziki və hüquqi şəxslərin siyahısının 642-ci sıra sayında Ərizəçi fərdi identifikasiya nömrəsinin (FİN) 4331UP5 kimi və adının Məmmədov Samit kimi göstərilməsinin düzgün olmaması faktı müəyyən edilməli və həmin siyahıya düzəliş edilərək Ərizəçi fərdi identifikasiya nömrəsi (FİN) xxxxxxx kimi və adı Ərizəçi kimi qeyd edilmədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. “xxxx” MMC-nin İmişli filialı tərəfindən tərtib olunmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 aprel 2020-ci il tarixli 4241 aid nömrəli dərkənarına əsasən qeyriəkin sahələrində aparılmış əkinlərə görə subsidianın ödənilməsinə icazə verilən fiziki və hüquqi şəxslərin siyahısının 642-ci sıra sayında Ərizəçi fərdi identifikasiya nömrəsinin (FİN) 4331UP5 kimi və adının MƏMMƏDOV SAMİT kimi göstərilməsinin düzgün olmaması faktı müəyyən edilsin. Həmin siyahının 642-ci sıra sayında düzəliş edilərək Ərizəçi fərdi identifikasiya nömrəsi (FİN) xxxxxxx kimi və adı Ərizəçi kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar