Məhkəmə qərarları › İş №2(036)-2911/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2911/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2911/2020 02.12.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-122 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş Ərizəçi4 Miri qızı Ərizəçi4, X14 Ərizəçi3, X2 Dilruba Firdovsi qızı və X21 Ərizəçi1 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-122 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 91 saylı qərarı ilə İmişli rayonunun Rəsullu kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.35 ha torpaq sahəsi X20, Ərizəçi4 Miri qızı, X16, X14, Ərizəçi2 Firdovsi oğlu, X9 və X17 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi1 xx.xx.1995-ci ildə İmişli rayonunun Rəsullu kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi3 xx.xx.1973-cü ildə Füzuli rayonunun Balabəhmənli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi4 xx.xx.1953-cü ildə İmişli rayonunun Rəsullu kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X3 surətinə əsasən X10 xx.xx.1975-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 291217 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X1 Firdovsi Əli oğlu ilə xx.xx.1973-cü ildə rəsmi nikaha daxil olmuş və Əliyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİ-JQ № 345387 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi3 X16 ilə xx.xx.1994-cü ildə rəsmi nikaha daxil olmuş və Əliyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 712 saylı arayışda göstərilmişdir ki, JN-122 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi4 adı Ərizəçi4 Miri qızı, Ərizəçi3 adı X14, X5 adı X9 və Ərizəçi1 adı X11 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-122 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi4 Miri qızı Ərizəçi4, X14 Ərizəçi3, X2 Dilruba Firdovsi qızına və X21 Ərizəçi1 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-122 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi4 Miri qızı Ərizəçi4, X14 Ərizəçi3, X2 Dilruba Firdovsi qızına və X21 Ərizəçi1 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar