Məhkəmə qərarları › İş №2(037)-1000/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1000/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1000/2021 02.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 02 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X22, X18, X11, X19, X25, X16 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, valideynlərinin birgə mülkiyyətlərində olan torpaq sahələri barədə tərtib olunmuş JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında anasının soyadı “Məmmədova” əvəzinə “Sultanova”, anasının adı “Leyli” əvəzinə “Leyla”, bacısı Elmiranın soyadı “Cavadova” əvəzinə “Sultanova”, bacısı Rəsmiyyənin soyadı “Soltanova” əvəzinə “Sultanova”, qardaşı arvadının ata adı “Əhməd” əvəzinə “Əjdər” kimi qeyd olunmuşdur. X33 23 iyul 2000-ci, anası Leyli Məmmədova 28 oktyabr 2008-ci, bacısı Rəsmiyyə Soltanova 25 dekabr 2014-cü və digər bacısı Elmira Cavadova 01 iyul 2007-ci il tarixdə vəfat etmişlər. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərdə soyad, ad və ata adında uyğunsuzluq olduğundan miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X8 izahat verərək göstərdi ki, ərizəçi onun ərinin qardaşıdır. Aparılan torpaq islahatları zamanı onların birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövət aktında onun ata adı Əhməd əvəzinə Əjdər, qaynanasının soyad və adı Məmmədova Leyli əvəzinə Sultanova Leyla, baldızı Elmiranın soyadı Cavadova əvəzinə “Sultanova, baldızı Rəsmiyyənin soyadı Soltanova əvəzinə Sultanova kimi yazılmışdır. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X10 X8 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE 14379426 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 20 avqust 2014-cü il tarixdə mülkiyyətçiyə X25 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 16 oktyabr 2010-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08400543 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 16 oktyabr 2010-cu il tarixdə mülkiyyətçiyə X20 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ 060973 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 23 iyul 2000-ci il tarixdə vəfat etmişdir. AZ-İ 323136 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 28 oktyabr 2008-ci il tarixdə vəfat etmişdir. AZ-İ 715898 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 25 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. AZ-İ 238128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 01 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Vİİ-ЖГ 392957 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X17 arasında 19 iyul 2000-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Cavadov, arvada Soltanova soyadı verilmişdir. Vİİ-ЖГ 312527 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X21 arasında 02 iyul 1997-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Sultanov, arvada Soltanova soyadı verilmişdir. JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X22, X18, X11, X17, X25, Ərizəçi və X12 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X5 Sultanova, adı Leyla, mülkiyyətçi X2 Sultanova, mülkiyyətçi X6 Sultanova, mülkiyyətçi X12 ata adı Əjdər kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli **********43 nömrəli məktubdan görünür ki, ərizəçi JN-160 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X22, X18, X11, X17, X25, Ərizəçi və X12 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN- 160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X5 Sultanova, adı Leyla, mülkiyyətçi X2 Sultanova, mülkiyyətçi X6 Sultanova, mülkiyyətçi X12 ata adı Əjdər kimi qeyd olunmuşdur. Mülkiyyətçi X22 23 iyul 2000-ci, mülkiyyətçi X18 28 oktyabr 2008-ci, mülkiyyətçi X11 25 dekabr 2014-cü və mülkiyyətçi X19 01 iyul 2007-ci il tarixdə vəfat etmişlər. JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyadlarında, ad və ata adında uyğunsuzluq olduğundan ərizəçi ailə üzvlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X35 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X9 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X3 Sultanova, adının Leyla, mülkiyyətçi X1 Sultanova, mülkiyyətçi X4 Sultanova, mülkiyyətçi X12 ata adının Əjdər kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 01 may 2000-ci il tarixli JN-160 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X22, X18, X11, Soltanova (nikahdan sonra Cavadova) Elmira Əjdər qızı, X25, Ərizəçi və X15 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar