Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1001/2024 18.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçılar İddiaçı1, Soltanova Gülnaz Bulud qızının iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Kürdəmir regionağl “Asan xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev porospekti, 22 ünvanda Kürdəmir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ailə üzvlərinə verilmiş Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,95 ha torpaq sahəsinin 2,10 hektar hissəsinin cavabdeh Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh (Final LTD MMC-nin direktoru) satılmasına dair Kürdəmir rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə/50 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 05 dekabr tarixli 12 nömərəli qərarı ilə ailə üzvlərinə Kürdəmir rayonunun Xınıslı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,95 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə görə onlara JN-0027 KOD 90611048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Mülkiyyətlərinə verilən torpaq sahəsində Şirvanşahı üzüm sortu əkilib becərilmişdir. Onların həmin üzüm sortunu becərməyə maddi imkanları olmadığı üçün 2007-ci ildə ailə üzvlərini becərmə işlərinə cəlb edib əmək haqqı verilməsi şərti ilə torpaq sahəsini həmin vaxt rayonda fəaliyyət göstərən Cavabdeh rəhbərlik etdiyi Final LTD MMC-nin istifadəsinə (icarəsinə) vermişlər. Sonradan Cavabdeh verdiyi sözə əməl etməyərək onları işçi kimi qəbul etməmiş və onlara əmək haqqı verməmişdir. Onlar mülkiyyətlərində olan həmin torpaq sahəsindən bu günə kimi istifadə etməklə həmin torpaq sahəsinin becərilməsi ilə əlaqədar Dövlət tərəfindən ayrılan subsidiyanı da 2022-ci ilin sonuna kimi özləri almışlar. 2022-ci ildə birgə mülkiyyətlərində olan və yaşadıqları Xınıslı kəndi ərazisində yerləşən 3,95 ha torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. Lakin DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən onların müraciətlərinə baxılması barədə xx.xx.2022-ci il tarixdə 27/1627 nömrəli məktubla cavab verilərək JN-0027 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surəti onlara göndərilmiş və həmin məktubda onlara verilən 3,95 hektar torpaq sahəsinin 1,09 ha və 1,05 ha olan konturlarının özgəninkiləşdirilməsi qeyd edilmişdir. Həmin qeyd Dövlət aktında da əlyazma ilə qeyd edilmişdir. Onlar birgə mülkiyyətlərində olan torpaq sahəsinin ümumilikdə 2,14 ha hissəsinin hansı qaydada özgəninkiləşdirilməsinin səbəbi ilə maraqlananda onların Cavabdeh arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin olduğunu bildirmişlər. Bundan sonra Dövlət Notariat Arxivinə müraciət edib birgə mülkiyyətlərində olan 3,95 ha torpaq sahəsindən 2,10 hektar hissəsinin 5000 manata Cavabdeh satılmasına dair xx.xx.2007-ci il tarixli müqavilənin surətini əldə etmişlər. Həmin müqavilənin sonunda ailə üzvləri və guya torpaq sahəsini onlardan satın alan Cavabdeh imzaladığını görmüşlər. Ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsini ümumiyyətlə heç kimə satmamışlar, həmin torpaq sahəsini becərməyə maddi imkanları olmadığına görə Cavabdeh müvəqqəti istifadəyə vermişlər. Onların alqı-satqı müqaviləsindən heç bir məlumatları olmamış, yalnız həmin müqaviləni 2023-cü ilin aprel ayında əldə edəndən sonra bundan məlumatları olmuşdur. Kürdəmir rayon Dövlət notariat kontorunun saxtakarlığı nəticəsində Cavabdeh onların birgə mülkiyyətlərində olan torpaq sahəsinin 2,14 ha hissəsini sənəd üzərində özününküləşdirməsinə baxmayaraq, bu gün də 3,95 ha torpaq sahəsi faktiki olaraq onların mülkiyyətlərində və istifadələrində olmaqla, bu gün də həmin torpaq sahəsindən istifadə edib dövlət tərəfindən verilən subsidiyanı da tam məbləğdə 2022-ci ilin sonuna kimi özləri almışlar. Hətda o, cavabdehlə şəxsən görüşərkən onların birgə mülkiyyətlərində olan torpağın alqı satqısı ilə bağlanan müqavilədən heç bir məlumatının olmadığını və özünün də Final LTD MMC-nin direktoru işləmədiyini bildirmişdir. Göründüyü kimi xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi saxta tərtib olunmuş və onların həmin müqavilədən müqaviləni Dövlət Notariat arxivindən alandan sonra, yəni 2023-cü ildə məlumatları olmuşdur. Birgə mülkiyyətlərində olan torpaq sahəsinin satılması ilə bağlı ailə üzvlərinin heç birindən buna razılıq verilməmişdir. Ona görə də ailə üzvlərinə verilmiş Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,95 ha torpaq sahəsinin 2,10 hektar hissəsinin cavabdeh Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh (Final LTD MMC-nin direktoru) satılmasına dair Kürdəmir rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə/50 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 ilə eyni məzmunda izahat verib iddia tələbini müdafiə etdiyini bildirib ailə üzvlərinə verilmiş Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,95 ha torpaq sahəsinin 2,10 hektar hissəsinin cavabdeh Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh (Final LTD MMC-nin direktoru) satılmasına dair Kürdəmir rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə/50 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə üçüncü şəxs Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş JN-0027 KOD 90611048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 05 dekabr tarixli 12 nömrəli qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və X2 Kürdəmir rayonunun Xınıslı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları üçün 3,95 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən İddiaçı1 və qeyrilərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3165/613-S-406/23 nömrəli məktuba əlavə edilmiş Kürdəmir rayon Dövlət Notariat ofisinin Torpaq sahəsinin alqı-satqı müqaviləsinə dair 4Ə/50 nömrəli işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Kürdəmir rayonunun Xınıslı kəndində yaşayanlar İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 və "xxxx" MMC-nin direktoru Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh ilə həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar.
1. “Biz, İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 Ucar rayon Ərazi İdarəsinin 30 yanvar 2007-ci il tarixli 27/203 saylı arayışına və Kürdəmir rayon Torpaq şöbəsinin xx.xx.1998-ci il tarixli JN № 0027 №-li dövlət aktına əsasən ailəmizə verilmiş 3.95 hektar pay torpağından 2.10 hektarını "xxxx" MMC-nin direktoru Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh satdıq”.
2. ”Satılan torpaq sahəsinə görə alıcı "xxxx" MMC-nin direktoru Cavabdeh – 5000 - (beş min manat) aldıq”.
3. “Satılan torpaq sahəsi girov qoyulmamış, həbs altında deyil. Onun barəsində məhkəmə mübahisəsi yoxdur”.
4. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-647-ci maddələrinin məzmünü tərəflərə izah edildi”.
5. “Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər Cavabdeh tərəfindən ödənilir”.
6. “Müqavilə – 2 - (iki) nüsxədən ibarət tərtib və təsdiq edildi. Onların biri Kürdəmir rayon Dövlət Notariat Kontorunun işində saxlanılır. İkinci nüsxə isə alıcı "xxxx" MMC-nin direktoru Cavabdeh verilir”. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən alınıb iş materiallarına əlavə edilmiş Kürdəmir rayon Dövlət Notariat Kontorunun 4Ə/50 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Kürdəmir rayonunun Xınıslı kəndində yaşayanlar - İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 birgə mülkiyyətlərində olan və Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən 3,95 hektar pay torpağından 2.10 hektarını "xxxx" MMC-nin direktoru Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh 5000 manata satmışlar. Həmin notariat işinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi İdarəsi tərəfində İddiaçı1 verilmiş xx.xx.2007-ci il tarixli, 27/203 nömrəli Məhdudiyyət (yüklülük) haqqında arayışdan görünür ki, Kürdəmir rayonunun Xınıslı kəndində yerləşən JN-0027 №-li Dövlət Aktı (Pay torpaq sahəsi) Kod 90611048 əsasında mülkiyyəıtdə olan 3,95 ha torpaq sahəsi üzərində hüququn məhdudlaşdırılması (yüklülüyü) haqqında məlumt Ucar rayon Ərazi İdarəsində qeydə alınmamışdır. Arayış Dövlət Notariat kontoruna özgəninkiləşdirmə əqdinin rəsmiləşdirilməsi üçün verilmişdir. Həmin notariat işinə əlavə edilmiş və Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini, Qəyyumluq və Himayəçilik komissiyasının sədri Ə.M.Mikayılov tərəfindən Kürdəmir rayon Dövlət Notariat kontorunun notariusu Ramiz Umudova ünvanlanmış xx.xx.2007-ci il tarixli, 2/102 nömrəli məktubdan görünür ki, Kürdəmir rayon Xınıslı kənd sakini İddiaçı1 ərizə ilə Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət edərək rayonun Xınıslı kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 2.10 hektar pay torpaq sahəsinin azyaşlı uşaqlarının payı ilə birlikdə satılmasına razılıq verilməsini xahiş etmişdir. Ərizə ilə əlaqədar araşdırma aparılarkən müəyyən edilmişdir ki, İddiaçı1 25 yanvar 1994-cü il təvəllüdlü qızı Günəş Soltanova və 08 dekabr 1992-ci il təvəllüdlü oğlu Bilal Soltanov hazırda valideynlərinin himayəsi altında yaşayırlar, valideynləri tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Hər iki azyaşlı uşaq təhsilə cəlb edilmiş və hazırda Xınıslı kənd orta məktəbində təhsil alırlar. Araşdırma zamanı izahatları alınmış hər iki azyaşlı uşaq pay torpaqlarının ataları İddiaçı1 tərəfindən satılmasına etiraz etmədiyini bildirmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Kürdəmir rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komsissiyası İddiaçı1 azyaşlı uşaqlarının payı ilə birlikdə xüsusi mülkiyyətində odlan 2.10 hektar pay torpaq sahəsinin onun tərəfindən satılmasına etiraz etmir. Həmin notariat işinə əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi S.Məmmədovun xx.xx.2006-cı il tarixli, 02 nömrəli əmrinin surətindən görünür ki, 10 dekabr 2007-ci il tarixdən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. 10 dekabr 2006-cı il tarixli Öhdəlikdən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorluğunun maddi məsul şəxs olaraq üzərinə götürmüşdür. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi-nin 16 saylı Ucar Ərazi İdarəsindən alınıb iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında “X10 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin sənədlərə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,59 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında “X10 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 05 dekabr tarixli 12 nömərəli qərarı ilə iddiaçılar İddiaçı1 və onun ailə üzvlərinin birgə mülkiyyətinə Kürdəmir rayonunun Xınıslı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,95 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə görə onlara JN-0027 KOD 90611048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddiaçıların birgə mülkiyyətlərinə verilən torpaq sahəsində əvvəllər Şirvanşahı üzüm sortu əkilib becərilmişdir. Onların həmin üzüm sortunu becərməyə maddi imkanları olmadığı üçün 2007-ci ildə ailə üzvlərini becərmə işlərinə cəlb edib əmək haqqı verilməsi şərti ilə torpaq sahəsini həmin vaxt rayonda fəaliyyət göstərən Cavabdeh rəhbərlik etdiyi "xxxx" MMC-nin istifadəsinə (icarəsinə) vermişlər. Sonradan Cavabdeh verdiyi sözə əməl etməyərək onları işçi kimi qəbul etməmiş və onlara əmək haqqı verməmişdir. Onlar mülkiyyətlərində olan həmin torpaq sahəsindən bu günə kimi istifadə etməklə həmin torpaq sahəsinin becərilməsi ilə əlaqədar Dövlət tərəfindən ayrılan subsidiyanı da 2022-ci ilin sonuna kimi özləri almışlar. 2022-ci ildə birgə mülkiyyətlərində olan və yaşadıqları Xınıslı kəndi ərazisində yerləşən 3,95 ha torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. Lakin DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən onların müraciətlərinə baxılması barədə xx.xx.2022-ci il tarixdə 27/1627 nömrəli məktubla cavab verilərək JN- 0027 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surəti onlara göndərilmiş və həmin məktubda onlara verilən 3,95 hektar torpaq sahəsinin 1,09 ha və 1,05 ha olan konturlarının özgəninkiləşdirilməsi qeyd edilmişdir. Onlar birgə mülkiyyətlərində olan torpaq sahəsinin ümumilikdə 2,14 ha hissəsinin hansı qaydada özgəninkiləşdirilməsinin səbəbi ilə maraqlananda onların Cavabdeh arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin olduğunu bildirmişlər. Bundan sonra İddiaçı1 Dövlət Notariat Arxivinə müraciət edib birgə mülkiyyətlərində olan 3,95 ha torpaq sahəsindən 2,10 hektar hissəsinin 5000 manata Cavabdeh satılmasına dair xx.xx.2007-ci il tarixli müqavilənin surətini əldə etmişlər. Onlar ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsini ümumiyyətlə heç kimə satmamışlar, həmin torpaq sahəsini becərməyə maddi imkanları olmadığına görə Cavabdeh müvəqqəti istifadəyə vermişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar ailə üzvlərinin birgə mülkiyyətlərində olan, Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən pay torpaq sahəsinin 2.10 ha hissəsini heç kimə satmadıqlarını göstərsələr də, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən alınıb iş materiallarına əlavə edilmiş Kürdəmir rayon Dövlət Notariat Kontorunun 4Ə/50 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Kürdəmir rayonunun Xınıslı kəndində yaşayanlar - İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 birgə mülkiyyətlərində olan və Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən 3,95 hektar pay torpağından 2.10 hektarını "xxxx" MMC-nin direktoru Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh 5000 manata satmışlar. Həmçinin məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi-nin 16 saylı Ucar Ərazi İdarəsindən alınıb iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında “X10 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin sənədlərə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,59 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında “X10 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə izahat verərkən onlar birgə mülkiyyətlərində olan həmin torpaq sahəsindən bu günə kimi istifadə etməklə həmin torpaq sahəsinin becərilməsi ilə əlaqədar Dövlət tərəfindən ayrılan subsidiyanı 2022-ci ilin sonuna kimi özləri aldıqlarını göstərsələr də onlar bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işin tədqiq edilən hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçılar birgə mülkiyyətlərində olan, Kürdəmir rayonunun Xınışlı kəndi ərazisində yerləşən 3,95 ha pay torpaq sahəsindən 2.10 ha hissəsini "xxxx" MMC-nin direktoru Cavabdeh 5000 manata sataraq Cavabdeh müqavilə üzrə müəyyənləşdirilmiş 5000 manat pulu satıcı İddiaçı1 vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq lunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Kürdəmir regionağl “Asan xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Kürdəmir regionağl “Asan xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsi. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Bayramov Müseyib