Məhkəmə qərarları › İş №2(046)-127/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-127/2021

09.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-127/2021 09.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh və mütəxəssis Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X1 iştirakı ilə, torpaq sahəsindən çıxarılma və mülkiyyətdə olan torpaq sahəsinə mərz çəkmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Göyçay şəhərində 09 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayon Yeniarx kəndində yerləşən 3.3184 ha torpaq sahəsinin 0.80 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin sərhədlərində mərz çəkmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə, qeydiyyat tarixi-27.08.2013-cü il olan, RX seriyalı və ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu Yeniarx kəndində mülkiyyətində 3.3184 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Mülkiyyətində olan torpaq sahəsinin sərhədlərində mərz çəkmə işlərinin aparılmasına Cavabdeh mane olur, mülkiyyətində olan həmin torpaq sahəsinin 0.80 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və onun tərəfindən qeyri-qanuni istifadə edilir. Bununla da onun həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsindən öz torpaq sahəsinə keçmək üçün yol tələb edir. Halbuki, iddiaçının layihə sənədlərində yolu mövcuddur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə mütəxəssis qismində Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli rəyinə uyğun olaraq izahat vermişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-182 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Xəlitli kəndində 1.00 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində 0.54 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına, daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı Göyçay rayonunun Yeniarx kəndində RX seriyalı ******* nömrəli çıxarışa mülkiyyətinə verilmiş torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən koordinatlar daxilindəki 3.3184 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə JN-226 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş 0.66 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı Göyçay rayonunun Yeniarx kəndində RX seriyalı ******* nömrəli çıxarışa mülkiyyətinə verilmiş torpaq sahəsinə hazırlanmış 'Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki 3.3184 ha torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilmir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 205.40 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 01.03.2021-ci il tarixli 10/4119 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən tərtib edilən, 12.03.2021-ci il tarixli **********29 reyestr nömrəli mütəxəssis rəyindən göründüyü kimi İddiaçı Göyçay rayonu Yeniarx kəndində RX seriyalı ******* nömrəli çıxarışa mülkiyyətinə verilmiş torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinantlar daxilindəki 3.3184 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə JN-226 saylı ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş 0.66 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı Göyçay rayonu, Yeniarx kəndində RX seriyalı ******* nömrəli çıxarışa mülkiyyətinə verilmiş torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki 3.3134 ha torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilmir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən JN-182 saylı dövlət aktına əsasən iddiaçının paylı mülkiyyətinə verilmiş 1.00 ha torpaq sahəsinə daxil olmağa cavabdeh tərəfindən heç bir maneə yaradılmamış, həmin torpaq sahəsinə gedən yol zəbt edilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh tərəfindən paylı mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa maneə yartdığına, həmin torpaq sahəsinin gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edildiyinə dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 205.40 manat məhkəmə xərcinin İddiaçı tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, zəbt olunmuş yolun açılması və yoldan istifadənin bərpa edilməsi barədə tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 190 manat məhkəmə xərci İddiaçı alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ**********0000001944 nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar