Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6064/2023 15.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh 2 saylı Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və digər tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) 2 saylı Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli, 01 saylı qərarı əsasında verilmiş JN-820A, kodu 30213018 olan torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum yoldaşı X1 miras qalmış, Xaçmaz rayonunda yerləşən, sahəsi 0,06 ha olan torpaq sahəsinin miras əmlakı kimi qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və həmin miras əmlakının qəbul etmə faktına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.7.). Göründüyü kimi iddiaçı tamamilə fərqli olan iki tələbi – miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələblərini bir iddiada birləşdirmişdir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə “mirasın qəbulu müddətinin bərpa edilməsi” deyil, “mirasın qəbulu müddətinin uzadılması” anlayışı mövcuddur. Həmçinin “mirasın qəbulu müddətinin uzadılması” və “mirasın qəbulu faktının müəyyən edilməsi” anlayışları fərqli anlayışlardır. Belə ki, “mirasın qəbulu müddətinin uzadılması” tələbinə iddia icraatı qaydasında “mirasın qəbulu faktının müəyyən edilməsi” məsələsinə isə xüsusi icraat qaydasında baxılır. İddiaçı hazırkı iddia ərizəsində həm “mirasın qəbulu müddətinin bərpası (uzadılması)”, həm də “mirasın qəbulu faktının müəyyən edilməsi” tələblərini birləşdirmişdir ki, qeyd edilən tələblərə birlikdə baxılması mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh 2 saylı Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və digər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6064/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6064/2023
15.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver