Məhkəmə qərarları › İş №2(066)-1178/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1178/2023

21.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1178/2023 21.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı vərəsəliyin və mirasın qəbul edilməsi, mirasdan payın meəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə 21 noyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 miras qalan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0656 ha və 0.5156 ha torpaq sahələrinə dair vərəsəliyin və mirasın onun tərəfindən qəbul edilməsini, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 adına Daşkəsən rayonu, Xoşbulaq kəndində kənd təsərrüfatı təyinatlı 0.0656 ha və 0.5156 ha torpaq sahələri var və həmin torpaq sahələri əmlakın dövlət reyestrində qeydıyyata alınmışdır. X9 iddiaçının atasıdır. O, xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmışdır. X2 iddiaçıdan başqa heç bır övladı olmamış, hazırda onun vərəsəsi o, və nənəsı Cavabdehdır. İddiaçı atası X5 qalmış miras mülkü öz adına sənədləşdirmək istəyir, bu məqsədlə o, nənəsi Cavabdeh müraciət edərək mirasın öz adına keçməsınə razılıq verməsini təklif etmiş, lakin nənəsi Cavabdeh razı olmayaraq bildirmişdir ki, atasından qalmış miras bütövlükdə ona məxsusdur və mirası heç kimlə bölüşmək istəmır. Bundan başqa, iddiaçı Gəncə Regional "ASAN XİDMƏT" mərkəzinin notariat kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmiş, lakin ona cavab olaraq bildirilmişdir ki, ..."siz, mirasın qəbul müddətini keçirmişiniz, ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müracıət etməyiniz tövsiyə olunur. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək göstərdi ki, əvvəl Daşkəsən rayon Məhkəməsinə müraciət etmiş, lakin sənədlər geri qaytarılıb və Göygöl rayon Məhkəməsinə müraciət edilməsi məsləhət görülmüşdür. Mərhum atasının ondan başqa övladı olmayıb. Atası ilə anasının rəsmi nikah qeydiyyatları olmamışdır. Göstərdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə verdiyi izahatında mərhum oğlu Fazilin vəfat etməsini, onun vəfatından sonra özünün və nəvəsi İddiaçı vərəsə qalmasını, hazırda isə mərhum oğlu Fazildən miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahələrinin nəvəsi Elnarənin adına keçməsinə heç bir etirazı olmamasını bildirdi və iddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında özünün Xoşbulaq kəndində yaşamasını, iddiaçını və onun ailəsini tanımasını, iddiaçının atası Fazilin vəfat etməsini, onun vəfatından sonra isə qızı Elnarənin qalmasını və ondan miras əmlaklara sahiblik etməsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında göstərdi ki, Fazil Hüseynovun qardaşı qızıdır. Fazilin vəfatından sonra onun bir dənə Elnarə adlı övladı qalmışdır. Elnarə atasının ölümündən sonra ondan miras qalmış torpaq sahələrini istifadə edir. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində olan 0,0656 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində olan 0,5156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi darisəi üzrə nümayəndəliyinin 18 oktyabr 2023-cü il tarixli İddiaçı verilmiş arayışından görünür ki, onun atası X9 xx.xx.2013-cü il taruxdı ölmüşdür. Öldüyü günədək Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olmuşdur. Mərhum vəfat etdikdən sonra onun xx.xx.2002-ci il təvəllüdlü qızı İddiaçı adlı ailə üzvü qalmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2002-ci ildə anadan olmuş İddiaçı atası X9, anası isə X8r. İş materiallarına əlavə olunan 27 fevral 2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X4 nikahları 10 mart 1971-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadları verilmişdir. İş materiallarında olan AZ-İ 601721 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 038079 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 226912 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2002-ci ildə doğulmuş İddiaçı atası hesab edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuş, Gəncə şəhəri, Kəpəz rayonu, M.Y.Axundzadə küçəsi 7-ci döngə ev 26 da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 27 iyul 2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbul müddətini keçirdiyindən mirasın qəbuluna yol verilmir. Ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. İşdə olan ünvan ünvanlanmış və təsdiq edilmiş Cavabdeh ərizəsindən görünür ki, onun mərhum oğlu X9 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakın nəvəsi İddiaçı adına keçirilməsinə etiraz etmir və razıdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, ********** qeydiyyat nömrəli, xx.xx.2021-c1 il qeydiyyat tarixli çıxarış əsasında Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,0656 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış əsasında Daşkəsən rayonu, Xoşbulaq kəndində olan 0,5156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mərhum atası X9 30 mart 2013-cü il tarixdə vəfat etmiş, onun vəfatından sonra iddiaçı və onun nənəsi Cavabdeh vərəsə qalmışdır. Nənəsi əvvəl miras qalan əmlakın iddiaçının adına keçirilməsinə razı olmasa da, sonradan notariat ofisinə yazdığı ərizədən də aydın olur ki, o, mərhum oğlu X6 vəfatından sonra ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakını nəvəsi İddiaçı adına keçirilməsinə etiraz etmir və razıdır. Odur ki, İddiaçı mərhum atası X5 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0656 ha və 0.5156 ha torpaq sahəsinə dair vərəsəliyin və mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum atası X5 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı (********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən) 0.0656 ha və (********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən) 0.5156 ha torpaq sahəsi üzərində özünün tam payının müəyyən edilməsinə görə məhkəməmyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0656 ha və 0.5156 ha torpaq sahəsinə dair vərəsəliyin və mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və X1 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı (********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən) 0.0656 ha və (********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən) 0.5156 ha torpaq sahəsi üzərində İddiaçı tam payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0656 və 0.5156 ha torpaq sahəsinə dair vərəsəliyin və mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X1 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı (********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən) 0.0656 və (********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən) 0.5156 ha torpaq sahəsi üzərində İddiaçı tam payı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar