Məhkəmə qərarları › İş №2(067)-1701/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1701/2020

15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1701/2020 15.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, Ərizəçi3 iştirakı ilə, ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi5, X8 və Ərizəçi1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi5, X14 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN:0021 nömrəli, 30207048 kodlu Dövlət Aktının onlara, yəni Ərizəçi3, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi5, X14 və Ərizəçi1 ərizəsini onunla əsaslandırmışlar ki,Xaçmaz rayon X7 xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə onlara yaşadıqları Xaçmaz rayonunun Rəhimoba kəndində 1.89 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0021 saylı, 30207048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Lakin Dövlət Aktında Ərizəçi3 əvəzinə X6, Ərizəçi5 əvəzinə X4, Ərizəçi4 əvəzinə X2, Ərizəçi1 əvəzinə X3 və Ərizəçi2 əvəzinə soyadı “Vəliyeva” kimi göstərilmişdir. Mülkiyyətlərinə verilmiş həmin torpaq sahəsinə dair yeni mülkiyyət sənədi məqsədilə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edərkən sənəddə yanlışlığın olması aşkar edilmişdir. Ona bu yalnışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Göstərilənlərlə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki,pay torpaq sahəsindən hazırda onlar, özləri istifadə edir, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki yanlışlığa fikir verməmişdir. Torpaq sahəsi hazırda onların istifadəsindədir. Tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu, şahidi yoxdur Ərizəsinin təmin olunmasını xahiş edir. Digər ərizəçilər Ərizəçi2, Ərizəçi5, X12 və Ərizəçi1 və maraqlı şəxs DƏDRX-nin 5 saylı X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1286/2020 saylı qərardadla ərizəni ərizəçilər Ərizəçi2, Ərizəçi5, X14 və Ərizəçi1 münasibətdə baxılmamış saxlamışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi1 kimi göstərilmişdir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi2 kimi göstərilmişdir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı, ata adı X14 kimi göstərilmişdir. İş materiallarında olan AZE seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi3 kimi göstərilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN:0021 nömrəli, 30207048 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon X7 qərarı ilə Ərizəçi3 və onun ailə üzvlərinə Xaçmaz rayonunun Rəhim-oba kəndində 1.89 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********41 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi3 JN:0021 nömrəli, 30207048 kodlu Dövlət Aktına düzəliş edilməsi üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin, ona göstərdiyi məsələnin həllinin idarənin səlahiyyətlərinə aid olmadığı və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçilər tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında Ərizəçi3 Torpağa mülkiyyət hüququna dair JN:0021 nömrəli, 30207048 kodlu Dövlət Aktının özünə məsus olasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X19 Məhkəməsi «X1rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə ərizənin dəlillərinə münasibət bildirərək hesab edir ki, ərizənin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə ərizə Ərizəçi3 münasibətdə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə Ərizəçi3 münasibətdə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar