Azərbaycan‐Respublikası‐adından Qərar Bakı‐şəhəri İş‐№‐2(1-8)-1811/2026 11.09.2026 ALI‐MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətini müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: mülkiyyətə edilən maneənin aradan qaldırılması, özbaşına tikilinin sökülməsi, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba‐oğlu‐(məruzəçi),‐Əliyev‐Zaur‐Əli‐oğlu‐və‐X4‐ibarət‐tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətini müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) “mülkiyyətə edilən maneənin aradan qaldırılmasına” dair ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsinə” dair qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı‐icraat‐qaydasında‐baxaraq,‐aşağıdakı‐qərarı‐qəbul‐etdi. İşin halları:
1. **/*** nömrəli, ##.##.1985-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, * nömrəli ev 3/4 hissədə X5, 1/4 hissədə‐X2‐məxsusdur.
2. X5 ##.##.2016-cı‐il‐tarixdə‐ölmüşdür.
3. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, * nömrəli ev İddiaçı‐əri‐X5‐məxsus‐olmuş‐və‐1985-ci‐ildən‐ailə‐üzvləri‐ilə‐birlikdə‐həmin‐evdə‐yaşayırlar.
4. Cavabdeh İddiaçı qonşusudur. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı tikinti aparmasından narazıdır. Narazılığının əsasını İddiaçı müvafiq icazələr almadan aparması ilə əsaslandırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həyata keçirilən təmir-bərpa işlərinə cavabdeh Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması haqqında‐qətnamə‐qəbul‐olunmasını‐xahiş‐etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, və ailə üzvləri 1985-ci ildən ünvan 2 ünvanında yaşayır. Yaşadıqları yaşayış evi onun mərhum həyat yoldaşı X5 məxsus olmuşdur. Uzun illərdir ki, yuxarıda göstərilən ev onların xüsusi mülkiyyətlərindədir. Bu ünvanda ailə üzvləri ilə birgə yaşayırlar. Yaşadıqları yaşayış evi köhnə tikili olduğu üçün başqa yaşayış sahəsi olmadığına görə təmir-bərpa görülməsinə ehtiyac yaranmışdır. Bununla əlaqədar xüsusi mülkiyyətdə təmir-bərpa işlərinə başlamaq qərarına gəlmişlər. Son günlər hava şəraitinin pisləşməsi, leysan yağışlar yağması nəticəsində evə xeyli su dammış və ziyan dəymişdir. Ona görə də yaşayış evinin təmir bərpa işlərini başlamaq məcburiyyətində qalmışlar. Bu təmir-bərpa işlərinin görülməsi yaşayış evinin dam örtüyünün təzələnməsi və bərpası zərurəti yaratdı. Təmir bərpa işlərinə başladıqdan sonra cavabdeh Cavabdeh onun gördüyü təmir-bərpa işlərinə narazılığını bildirmişdir. Belə ki, cavabdeh Cavabdeh dam örtüyünün yenilənməsinin onun yaşayış evinə guya müdaxilə və təsir edəcəyini bəhanə gətirərək, yaşayış evinin bərpasının aparılmasına maneə törətməyə başladı. Cavabdeh Cavabdeh maneələri ondan ibarətdir ki, o, heç bir əsas olmadan bildirir ki, dam örtüyü yenilənərsə, onun yaşayış evinin həyətinə və torpaq sahəsinə su töküləcəkdir. Hansıki onun apardığı təmir bərpa işləri hər hansı bir narahatlıq yaratmır. Belə olduğu halda, cavabdeh Cavabdeh süni olaraq səs-küy yaradaraq, təmir-bərpa işləri görən ustaları qovur, onlara hədəqorxu gəlir, görəcəkləri işlərin qarşısını alır və müxtəlif üsullarla işləri görməyə imkan vermir. Cavabdeh Cavabdeh bir neçə dəfə Sabunçu rayon İcra Hakimiyyətinə və Sabunçu rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə şikayətlər etməklə əsassız maneələr yaradır. O, isə yaşadıqları evin təmir bərpa işlərinə ehtiyac duyur. Mülkiyyətçi kimi öz hüquqlarını həyata keçirmək‐istəyir.‐Hər‐hansı‐qanunsuz‐bir‐iş‐görmür.
7. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili vəkil2 İlqar oğlu İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı üzərinə qanunsuz tikilmiş tikintinin öz hesabına sökülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaşadıqları ev onların atababa yurdudur və ata, babaları bu evdə doğulub yaşayıblar. 2019-cu ildə, pandemiya başlayarkən Azərbaycan vətəndaşları ölüm hayında olarkən qonşu X3 yaşadıqları birmərtəbəli evin üzərində daha iki mərtəbə tikərək onların yaşadığı evin təbii işıqlandırmasını kəsmiş, apardıqları qeyri-qanuni tikinti işləri ilə onların normal yaşamaq hüquqlarını pozmuş, mənəvipsixoloji təsirlərə məruz qoymuşdur. Bütün bunlar haqqında DİN-ə, FHN-ə, Bakı ŞİH-nə ərizələrlə‐müraciət‐edilsə‐də,‐hələlik‐bir‐nəticə‐olmamışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-852/2025 nömrəli, # ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı və ailə üzvlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həyata keçirilən təmir-bərpa işlərinə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qarşılıqlı‐iddia‐tələbinin‐təmin‐edilməməsi‐qət‐olunmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, * nömrəli ev İddiaçı yoldaşı X5 məxsus olmuşdur və 1985-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Cavabdeh İddiaçı qonşusudur. Cavabdeh iddiaçının tikinti aparmasından narazıdır. Narazılığının əsasını İddiaçı müvafiq icazələr almadan aparması ilə əsaslandırır. İddiaçı onun həmin evdə təmir bərpa işləri aparmasına Cavabdeh tərəfindən maneələr yaradılmasını bildirir. Bu maneələr ondan ibarətdir ki, qonşuluqda təmir getməsinə görə onların həyəti qonşunun ustaları tərəfindən görünür və bundan başqa tikintinin səsi də onlara mane olur. Həmin maneələrin aradan qaldırılmasını xahiş‐edir.
11. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halı iddiaçının apardığı tikintinin qonşusu olan‐Cavabdeh‐hər‐hansı‐şəkildə‐mane‐olub‐olmamasını‐müəyyən‐etməkdən‐ibarətdir.
12. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, * nömrəli ev İddiaçı yoldaşı X5 məxsus olmuşdur və 1985-ci ildən ailə üzvləri ilə birlikdə qaldırılmaqla tikinti işləri‐aparılmış,‐hal-hazırda‐isə‐təmir‐bərpa‐işləri‐görülməkdədir.
13. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh Cavabdeh təmir işlərinin qanunsuz aparıldığını‐iddia‐etdiyi‐üçün‐maneələr‐yaratdığını‐bildirmişdir.
14. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi konstitusiya ilə qorunan mülkiyyət hüququndan maneəsiz istifadə etmək hüququna malik olduğundan, cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyət hüququnu həyata keçirməsinə mane olan hərəkətləri əsasız hesab edilməli,‐ilkin‐iddia‐tələbi‐təmin‐edilməlidir.
15. Məhkəmə qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh Cavabdeh tərəfindən aparılan təmir bərpa işlərinin ona təsiri barədə evin təbii işıqlandırmasını kəsdiyini, onların normal yaşamaq hüquqlarını pozduğunu və mənəvi-psixoloji təsirlərə məruz qoymasını əsas gətirsə də, bu halları‐sübut‐edən‐əsasları‐təqdim‐etməmişdir.
16. Eyni zamanda, mülki qanunvericiliyə əsasən, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməli, habelə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaratmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin (indiki halda görüntünün qismən məhdudlaşması və ustaların tikintidə onun həyətini‐görməsi)‐öz‐sahəsinə‐təsirini‐qadağan‐edə‐bilməz.
17. Halbuki Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş tikili maraqlı şəxsin müraciətinə əsasən o, halda sökülə bilər ki, həmin tikili maraqlı şəxsin hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsun. Bu mənada məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehə məxsus mənzildə aparılan təmir işləri iddiaçının öz sahəsindən istifadə etməsində elə bir ciddi maneçilik yaratmadığı üçün qarşılıqlı iddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər əsaslı sayıla bilməz.
18. Bundan başqa, məhkəmə Cavabdeh iddia etdiyi kimi İddiaçı məxsus evin tikintisinə müvafiq icazəsinin olmadığına görə dayandırılması tələbinə də qiymət verərək qeyd etmişdir ki, müvafiq icazələrin alınması və həmin icazələrin alınmadan tikintinin dayandırılması müvafiq orqanlar tərəfindən həyata keçirilməlidir. Yəni hər hansısa tikintinin aparılmasının qadağan edilməsi‐yalnız‐qonşuluq‐hüququ‐müstəvisində‐qiymətləndirilə‐bilər.
19. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.1.2, 159, 164, 165, 166.3, 179.2, 179.3, 179.2, 179.3, 1133.2, 1159.1, 1243.3, 1257.1, 1285.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50, 52-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3, 217.4-cü maddələrinə istinad‐etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul‐olunmasını‐xahiş‐etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddia ilə bağlı tikinti-texniki ekspertiza təyin edərək çoxsaylı və mübahisəli halları aydınlaşdırmadan, formal mülahizələrinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. İlkin iddiaçı tərəfindən inşa edilmiş 3 mərtəbəli tikili faktiki olaraq ilkin cavabdehin evinin divarı üzərində inşa edilmiş və mənzil sakinləri üçün real təhlükə mənbəyidir. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş foto və video materialları sübut kimi qəbul etməmiş, həmin dəlillər iş materiallarına əlavə edilsə də, məhkəmə bu sübutlara düzgün qiymət verməmişdir. İlkin iddia üzrə cavabdeh bildirmişdir ki, ilkin iddiaçının qanunsuz tikilisinin pəncərələri onun həyətinə baxır və bununla da şəxsi toxunulmazlıq hüquqları pozulmaqda davam edir. Məhkəmə bu hala ümumiyyətlə hər hansı qiymət verməmişdir. Məhkəmə ilkin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamasını yoxlamamışdır. Belə ki, iş materiallarından görünür ki, mübahisəli mənzilin 3/4 hissəsi Qafar Mirzəyevin, digər 1/4 hissəsi isə Ziba Əliyevanın adına 1985-ci ildə qeydiyyatdan keçmişdir. Lakin hüquqların dövlət qeydiyyatına alınıb-alınmaması barədə iş materiallarında hər hansı sübut yoxdur. Bundan başqa, ilkin iddiaçının hüquq sahibinin hüquqi vərəsə olub-olmaması aydınlaşdırılmamışdır. Digər paylı mülkiyyətçi işə cəlb edilməmişdir. Məhkəmə müəyyən etməmişdir ki, mübahisə paylı mülkiyyətdə olan əmlakın hansı hissəsinə aiddir. Məhkəmə qəbul etdiyi qətnamədə Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə istinad edərək, qətnaməyə qanuni əsas vermişdir. Lakin məhkəmə mübahisəli tikilinin qanunda qeyd olunan ölçülərinə istinad edərkən real olaraq həmin ölçülər barədə mötəbər sübutlar əldə etməmişdir. Yəni məhkəmə qeyd edir ki, hündürlüyü 12 metrdən çox olmayan tikiliyə icazənin alınması tələb olunmur. Halbuki məhkəmə nə ekspertiza, nə də yerli baxış təyin etməmiş, tikilinin real ölçüsünün 12 metrə qədər olduğunu heç bir sübuta əsaslanmadan qətnamədə qeyd etmişdir. Məhkəmə tikinti-texniki ekspertiza və ya yerli baxış təyin etməmişdir. Bu da öz növbəsində işin mahiyyətinə uyğun düzgün həllinə təsir etmişdir. İlkin iddiaçı tərəfindən inşa edilmiş 3 mərtəbəli ev ilkin cavabdehin evinin‐yarısı‐üzərində‐tikilmişdir,‐lakin‐məhkəmə‐bu‐hala‐heç‐bir‐münasibət‐bildirməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətini müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli məlumatında qeyd edilmişdir ki, (***)- ****/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün, tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə ##.##.2025ci il tarixli vəsatət göndərilmiş, baxışın keçirilməsi ##.##.2025-ci il tarixinə təyin edilmişdir. Qərardada göstərilən mütəxəssislərlə birlikdə tədqiqat obyektinə baxış keçirilmiş, lakin Cavabdeh istifadəsində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədlərinə dair hər hansı bir məlumat olmadığından (ara məsafəsini müəyyən edilməsi üçün) qərardada qoyulmuş suallar üzrə‐tədqiqat‐aparılmadı.
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini xahiş etməklə, ekspertin ərazidə baxış keçirdiyini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinə rəy verilməsi üçün tərəflərindən müvafiq rüsumun ödənildiyini, lakin buna baxmayaraq heç bir rəy verilmədiyini‐qeyd‐etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi) Günel Abbasova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən‐saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz. Demək ki, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər. Hazırkı işdə təmin edilən hissədə ilk iddianın faktiki halları yuxarıda müvafiq normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.
26. Cavabdehin şikayəti və qarşılıqlı iddia ərizəsi İddiaçı qanunsuz tikilmiş tikintinin öz hesabına sökülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etməklə yanaşı ziddiyyətli dəlillər irəli sürərək yaşadıqları evin onların ata-baba yurdu, ataları X1 ağır şəkər xəstəsi olduğu üçün qonşu X3 tərəfindən məruz qaldığı haqsızlıq və qeyri-qanuni hərəkətlərin edilməsini, DİN-ə, AR FHN-ə, Bakı ŞİH-nə ərizələrlə müraciətlərinin nəticə vermədiyi qeyd etmişdir. Yəni cavabdehliyi bir şəxsə yönəldiyi tələbin daxilində başqa bir şəxsin qanunsuz hərəkətləri barədə dəlillər irəli sürüldüyünü, habelə özünün subyektiv hüquqa malik olmadığı (heç bir sənəd təqdim etmədiyi) təqdirdə, vərəsəlik (mülkiyyət gözləntisi olan) iddiaçının hüquqlarının olmadığını qeyd etməklə, müvafiq icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərinə aid inzibati prosedurlar çərçivəsində şikayətlər verməmişdir. Belə ki, müvafiq orqanlara müraciətlərin nəticəsiz qalması inzibati icraat və ya inzibati proses qaydasında şikayət vermək hüquqlarının yaranmasına əsas olan haldır. Məhz dövlət reyestrinin dəqiqliyi prinsipi həddində müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti Şəhərsalama və tikinti-təmir işlərinin qanuniliyinin təmin edilməsində inzibati vəzifələrinin önəmliliyini müəyyən‐edir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, ilkin iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmiş olduğundan və qarşılıqlı tələb irəli sürməkdə cavabdehin ümumiyyətlə zədələnmiş əmlak hüquqları müəyyən edilmədiyindən, habelə şikayətinin dəlilləri üzrə ekspertiza təyin edilsə də, cavabdeh tərəfindən bu sübutların təqdim edilməməsi səbəbindən ekspertizanın keçirilməsi mümkün olmadığından, iş üzrə cəlb edilmiş müvafiq icra hakimiyyəti orqanları öz vəzifələrinə və səlahiyyətlərinə müvafiq mövqelərini bildirmədiyindən, apellyasiya şikayəti rədd edilməli və əsassız şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 169.1, 170.1, 170.2, 171.1, 171.2, 171.3, 172.3, 240.1, 240.2, 240.3-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2, 57.3, 80.1, 92.1, 95.1, 95.5, 95.6, 95.7-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 7.1, 7.2, 12.1,23.2ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 97.4, 97.5, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş‐etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası çərçivəsində ekspert tərəfindən mübahisə obyektinə baxış keçirilmiş, tərəflərin izahatları alınmış və ekspertiza rəyi hazırlandığı bildirilmişdir. Ekspert rəyinin təqdim edilməsi üçün ekspertiza xərclərinin ödənilməsi barədə məhkəməyə müraciət edilmiş, həmin ödəniş qarşılıqlı iddiaçı tərəfindən tam şəkildə həyata keçirilmişdir. Buna baxmayaraq, ekspert rəyi məhkəməyə təqdim edilməmiş, məhkəmə isə bu halın səbəblərini araşdırmadan, ekspertiza qərardadının icra olunub-olunmadığını müəyyən etmədən və yaranmış prosessual vəziyyətə hüquqi qiymət vermədən iş üzrə qətnamə qəbul etmişdir. Halbuki məhkəmənin öz təşəbbüsü ilə təyin etdiyi ekspertiza iş üçün əhəmiyyətli sübut hesab olunduğundan, həmin sübut əldə edilmədən mübahisənin mahiyyəti üzrə qərar qəbul‐edilməsi‐MPM-in‐sübutların‐tam‐və‐hərtərəfli‐araşdırılması‐prinsiplərinə‐ziddir.
31. Eyni zamanda, Apellyasiya Məhkəməsinin həmin qərardadı ilə DƏDKRX PHŞ-in * saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Lakin sonrakı məhkəmə baxışı həmin şəxslərin mövqeləri alınmadan və onların iştirakı təmin edilmədən keçirilmişdir. Beləliklə, məhkəmə əvvəl qəbul etdiyi prosessual qərardadın tələblərini faktiki olaraq icra etməmiş və işin‐tam,‐hərtərəfli‐və‐obyektiv‐araşdırılması‐prinsipini‐pozmuşdur.
32. Apellyasiya instansiyası qarşılıqlı iddianın rədd edilməsini qarşılıqlı iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Lakin iş materialları, o cümlədən daşınmaz əmlakın qeydiyyat sənədləri qarşılıqlı iddiaçının mübahisəli əmlakdan istifadə hüququna malik olduğunu, hüquq və qanuni mənafelərinin isə birbaşa mübahisə predmetinə toxunduğunu təsdiq edir. Bu səbəbdən o, Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulmuş "maraqlı tərəf" statusuna malik olmaqla özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malikdir. Həmin norma belə tələbin yalnız mülkiyyətçi tərəfindən irəli sürülməsini nəzərdə‐tutmur‐və‐müraciət‐hüququnu‐maraqlı‐tərəflərə‐də‐şamil‐edir.
33. Məhkəmənin qarşılıqlı iddianı inzibati icraatla əlaqələndirməsi də qanunvericiliyə uyğun deyildir. Özbaşına tikilinin sökülməsi barədə tələblər Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında həll olunur. Şəxsin eyni zamanda inzibati orqanlara müraciət etməsi onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır‐və‐bu‐hal‐iddianın‐rədd‐edilməsi‐üçün‐hüquqi‐əsas‐hesab‐edilə‐bilməz.
34. Bundan başqa, məhkəmə qətnaməsində ekspertizanın cavabdeh tərəfindən sübutların təqdim edilməməsi səbəbindən keçirilmədiyini göstərmişdir. Halbuki iş materiallarından görünür ki, ekspertiza faktiki olaraq aparılmış, mübahisə obyektinə baxış keçirilmiş, tərəflər dinlənilmiş və yalnız naməlum səbəbdən ekspert rəyi məhkəməyə təqdim edilməmişdir.‐Buna‐görə‐də‐məhkəmənin‐həmin‐nəticəsi‐işin‐faktiki‐hallarına‐uyğun‐gəlmir.
35. Apellyasiya instansiyası tərəfindən Mülki Məcəllənin 152, 157, 169, 170, 171 və 180ci maddələrinin, habelə Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələbləri düzgün tətbiq edilməmişdir. Xüsusilə Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan "maraqlı tərəf" anlayışı əsassız şəkildə dar şərh edilmiş, qarşılıqlı iddiaçının hüquq və qanuni mənafeləri nəzərə‐alınmamışdır.
36. Beləliklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən ekspertiza rəyi əldə edilmədən, məhkəmənin öz qərardadı ilə cəlb etdiyi üçüncü şəxslərin iştirakı təmin edilmədən, sübutlar tam və obyektiv araşdırılmadan, həmçinin maddi hüquq normaları düzgün tətbiq edilmədən qətnamə qəbul edilmişdir. Bu hallar isə məhkəmə aktının qanuni və əsaslı hesab edilməsini istisna edir və onun kassasiya qaydasında ləğv edilməsini zəruri edən ciddi maddi və prosessual‐hüquq‐pozuntularıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
37. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən‐müdafiə‐olunur.
38. Maddə 29 (İ və IV hissələr). Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı‐olmadan‐mülkiyyətindən‐məhrum‐edilə‐bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla‐həyata‐keçirməyə‐borcludurlar.
40. Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə‐yol‐verilmir.
41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan‐və‐qorunan hüququdur.
42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını‐pozmasın,‐yaxud hüquqdan‐sui-istifadə‐olmasın.
43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını‐məhkəmə‐vasitəsilə‐tələb‐edə‐bilər.
44. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla‐bilər.
45. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz‐əmlak‐qonşunun‐sahəsi‐və‐ya‐əmlakı‐sayılır.
46. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə‐qanunsuz‐təsirləri‐qadağandır.
47. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin‐və‐ya‐digər‐oxşar‐amillərin‐öz‐sahəsinə‐təsirini‐qadağan‐edə‐bilməz.
48. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
49. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda‐pul‐formasında‐müvafiq‐kompensasiya‐tələb‐edə‐bilər.
50. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş tikili maraqlı şəxsin müraciətinə əsasən o, halda sökülə bir ki, həmin tikili maraqlı şəxsin hər hansı hüququnu‐və‐qanunla‐qorunan‐mənafeyini‐pozmuş‐olsun.
51. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına‐icazə‐verə‐bilər.
52. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış‐binaya, qurğuya‐və‐digər‐daşınmaz‐əmlaka‐mülkiyyət‐hüququ‐əldə‐edir.
53. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının‐nəticələri‐bu Məcəllənin‐180-ci maddəsi‐ilə‐müəyyənləşdirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.
54. Maddə 57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə‐yalnız‐həmin‐torpaq‐sahəsinin‐avtomobil‐yoluna‐çıxışı‐olduğu‐hallarda‐yol‐verilir.
55. Maddə 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin‐yaşıllıqla‐təmin‐edilməsi‐normasına‐uyğun‐olmalıdır.
56. Maddə 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə‐bağlı‐qaydalar‐müvafiq‐icra hakimiyyəti‐orqanı‐tərəfindən‐müəyyən‐edilir.
57. Maddə 63.1. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı‐tərəfindən‐müəyyən‐olunur.
58. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin‐baş‐planı‐bölmələrinin‐hazırlanması‐tələb‐olunur.
59. Maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə‐(podratçıya)‐icrası‐məcburi‐olan‐yazılı‐göstəriş‐təqdim‐edir:
60. 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı‐olmayan‐şəxslər‐cəlb‐edildikdə.
61. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu‐ilə.
62. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən‐mübahisələndirilə‐bilər.
63. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi‐barədə‐məhkəməyə‐müraciət‐edir.
64. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən‐qəbul‐edilir.‐Bu‐qərar‐maraqlı‐şəxslər‐tərəfindən‐mübahisələndirilə‐bilər.
65. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən‐sökülür.
66. Maddə‐95.6.‐Tikinti‐obyektinin‐sökülməsi‐müvafiq‐layihə‐əsasında‐həyata‐keçirilir.
67. Maddə 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən‐müəyyən‐edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
68. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq‐texniki‐sənədlərin‐tərtibi‐qaydası‐qanunvericiliklə‐müəyyən‐edilir.
69. Maddə 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
70. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron‐üsulla‐(o‐cümlədən‐elektron‐poçt‐ünvanı‐vasitəsilə)‐hüquq‐sahibinə‐göndərilir.
71. Maddə 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı‐tərəfindən‐müəyyən‐edilir.
72. Maddə 12.3. Çıxarışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Çıxarışda göstərilən məlumatların Elektron Hökumət İnformasiya‐Sistemi‐üzərindən‐təqdim‐edilməsi‐çıxarışın‐təqdim‐edilməsinə‐bərabər‐tutulur.
73. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət‐reyestrindən‐verilən‐məlumatın‐tam‐və‐düzgün‐olmasına‐cavabdehdirlər.
74. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli‐şəxsləri‐cavabdehdirlər.
75. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə‐uyğun‐olaraq‐məsuliyyət‐daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan‐istifadə‐etməlidir.
77. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar‐sübutlar‐hesab‐olunur.
78. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları‐ilə‐müəyyən‐edilir.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə‐üçün‐qabaqcadan‐müəyyən‐edilmiş‐qüvvəsi‐yoxdur.
81. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla‐əsaslandırır.‐
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına‐istinad‐etməyə‐yol‐verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən‐maddi‐və‐prosessual‐hüquq‐normalarının‐düzgün‐tətbiq‐edilməsini‐yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
84. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi‐şikayətin‐hədlərindən‐və‐dəlillərindən‐asılı‐olmayaraq‐yoxlanılmalıdır.
85. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya‐bilər.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu‐düzgün‐qətnamə‐qəbul‐edilməməsi‐ilə‐nəticələnsin‐və‐ya‐nəticələnə‐bilsin. Kassasiya baxışının hədləri:
87. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin‐faktiki‐halları‐araşdırması‐kimi‐qiymətləndirilməməlidir.
88. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə‐yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi‐üçün‐əsas‐yoxdur.
90. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun‐olaraq‐düzgün‐qiymətləndirmiş,‐qanuni‐və‐əsaslı‐qətnamə‐qəbul‐etmişdir.
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə‐bilməz.
92. İşin apellyasiya məhkəməsi tərəfindən qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh şikayəti və qarşılıqlı iddia ərizəsi Amaliya Mirzəyevanın qanunsuz tikilmiş tikintinin öz hesabına sökülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etməklə yanaşı ziddiyyətli dəlillər irəli sürərək yaşadıqları evin onların ata-baba yurdu, ataları X1 ağır şəkər xəstəsi olduğu üçün qonşu X3 tərəfindən məruz qaldığı haqsızlıq və qeyri-qanuni hərəkətlərin edilməsini, DİN-ə, AR FHN-ə, Bakı ŞİH-nə ərizələrlə müraciətlərinin nəticə vermədiyi qeyd etmişdir. Yəni cavabdehliyi bir şəxsə yönəldiyi tələbin daxilində başqa bir şəxsin qanunsuz hərəkətləri barədə dəlillər irəli sürüldüyünü, habelə özünün subyektiv hüquqa malik olmadığı (heç bir sənəd təqdim etmədiyi) təqdirdə, vərəsəlik (mülkiyyət gözləntisi olan) iddiaçının hüquqlarının olmadığını qeyd etməklə, müvafiq icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərinə aid inzibati prosedurlar çərçivəsində şikayətlər verməmişdir. Belə ki, müvafiq orqanlara müraciətlərin nəticəsiz qalması inzibati icraat və ya inzibati proses qaydasında şikayət vermək hüquqlarının yaranmasına əsas olan haldır. Məhz dövlət reyestrinin dəqiqliyi prinsipi həddində müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti Şəhərsalama və tikinti-təmir işlərinin‐qanuniliyinin təmin‐edilməsində‐inzibati vəzifələrinin‐önəmliliyini müəyyən‐edir.
93. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum‐yoxdur.‐Kassasiya‐şikayətində‐qeyd‐olunan‐dəlillər‐əsassızdır.
94. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
95. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına‐uyğun‐olsun.
96. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq‐etmiş,‐iş‐üzrə‐qanuni‐və‐əsaslı‐qətnamə‐qəbul‐etmişdir.
97. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin‐qətnaməsi‐dəyişdirilmədən‐saxlanılmalıdır.
98. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini‐rəhbər‐tutaraq,‐Məhkəmə‐kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı‐il‐tarixli‐qətnaməsi‐dəyişdirilmədən‐saxlanılsın. Qərar‐qətidir‐və‐qəbul‐edildiyi‐andan‐qüvvəyə‐minir.