Məhkəmə qərarları › İş №2(3-7)-1497/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1497/2026

23.09.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1497/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddiaçı1(bundan sonra- iddiaçı) cavabdeh cavabdeh1 Mənzil-Tikinti Kooperativinə(bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında * saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsində istifadə və sahiblik etmək üçün cavabdeh tərəfindən iddiaçıya maneələrin yaradılmasının qadağan edilməsi, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, 24.000 manat əldən çıxmış faydanın, 460 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(044)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında * saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən məhkəmə xərci qismində 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 460 manat manatın tutularaq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2023-cü il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilməmiş və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. X1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə mübahisəsi 5 ildən artıq müddətdə məhkəmələrin icraatında olmuşdur. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs Vüqar Nağıyev apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə kassasiya şikayəti vermişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin sözügedən qətnaməsinin cavabdehə çatdırılması barədə iş materiallarında rəsmi sənəd olmasa da, iş materiallarından həm də o, müəyyən olunur ki, cavabdehin hazırki məhkəmə mübahisəsindən məlumatı olmuşdur. Belə ki, hazırki mülki iş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olarkən qəbul edilmiş məhkəmə qətnaməsinin(aidiyyət qaydaları pozulduğundan həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmişdir), eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2023-cü il tarixli qətnaməsinin cavabdehə çatdırılması barədə iş materiallarında poçt xəbərnaməsi mövcuddur(iş vər. 106 və 115) Göstərilənlərə əsasən, Məhkəmə cavabdehin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsindən məlumatsız olmasını inandırıcı və ağlabatan hesab etmir. Cavabdeh mübahisədən, məhkəmə icraatında işin olmasından və məhkəmə qətnaməsindən artıq məlumatlı olmuşdur. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 3 ildən artıq müddət keçdikdən sonra ## ######## 2026-cı il tarixdə qətnamənin surətini almış və ## ######## 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ##.##.2020-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd olunur ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüququ müəyyənlik prinsipinə zidd olduğundan yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Qeyd olunan halların hazırki işə tətbiqi baxımından nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə üzrə apellyasiya yoxlaması artıq həyata keçirilmişdir. Belə ki, həmin qətnamədən iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iş apellyasiya instansiyası məhkəməsində araşdırılmış, qətnamənin hazırki apellyasiya şikayətində mübahisələndirilən hissəsinə qiymət verilmişdir. Bu baxımdan eyni məhkəmə aktının eyni mübahisələndirilən hissəsinin sonradan digər tərəfin apellyasiya şikayəti əsasında təkrarən apellyasiya qaydasında yoxlanılması Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, **/**** nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq yolverilməzdir. Göründüyü kimi qeyd olunan hallar işə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar