Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1359/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Şəfiyeva Səadət İbrahim qızına qarşı iş üzrə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Şəfiyeva Səadət İbrahim qızına qarşı «maneənin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Şəfiyeva Səadət İbrahim qızına qarşı cavabdehin yaşadığı ünvan 1 ünvanından mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Gəncə şəhəri, Səfəvilər küçəsi 172 ünvanına gedən yolda yaratdığı maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim C.Y.Quliyev) İddiaçı Şəfiyeva Səadət İbrahim qızına qarşı «maneənin aradan qaldırılması» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilmişdir.
3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə İddiaçı X1 və Şəfiyeva Səadət İbrahim qızına qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılarkən, hazırki tərəflər arasında hazırki predmet barəsində hazırki əsaslarla qiymət verilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçının nümayəndəsi Vəkil/Nümayəndə qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Şəfiyeva Səadət İbrahim qızına qarşı cavabdeh tərəfindən iddiaçının ünvanına gedən yolda yaradılmış maneənin aradan qaldırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş üzrə icraata xitam verərkən ona əsaslanmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)- **/**** nömrəli, ##.##.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər X1 və Şəfiyeva Səadət İbrahim qızına qarşı «tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə həmin qətnaməni onunla əsaslandırmışdırdır ki, iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus ünvanın giriş darvazasının qarşısında cavabdehlərin inşa etdiklərini bildirdiyi divarın sökülməsini və həmin ərazinin əşyalardan təmizlənməsini xahiş etmişdir. Lakin iş üzrə verilmiş ekspert rəyinə əsasən, cavabdeh tərəfdən üzərində tikinti həyata keçirildiyi iddia edilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müəyyən edilmişdir. Belə olan halda, iddiaçı hazırkı tələbi irəli sürmək hüququna malik deyildir. Göründüyü kimi məhkəmə iddiaçının həmin iddianı qaldırmağa, torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması əsası ilə subyektiv hüquqa malik olmaması ilə əsaslandırmışdır. Lakin bundan sonra iddiaçı həmin torpaq sahəsinə dair çıxarış almış və həmin torpaq sahəsi artıq onun mülkiyyətindədir. Belə olan halda artıq iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yaranmışdır. Göründüyü kimi hazırkı iş üzrə tərəflər və tələb eyni olsa da əsaslar dəyişmiş və belə olan halda işə mahiyyəti üzrə baxılmalıdır.
6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim C.Y.Quliyev) şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
11. Belə ki, birinci instansiya məhkəməsi hazırkı qərardadı qəbul edərkən İddiaçı X1 və Şəfiyeva Səadət İbrahim qızına qarşı «tikilinin sökülməsi» tələbinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinə istinad etmiş və mövqeyini eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması ilə əsaslandırmışdır.
12. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırda İddiaçı Şəfiyeva Səadət İbrahim qızına qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsinə əlavə edilmiş ##.##.2026-cı il qeydiyyat tarixli, ************ reyestr nömrəli Çıxarışda İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış məntəqəsi təyinatlı torpağın sahəsinin ölçüsü 0.0672 ha qeyd edilmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsində istinad edilən çıxarışda İddiaçı məxsus torpaq sahəsinin sahəsi 0.0446 ha qeyd edilmişdir. Göründüyü kimi, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsü fərqlidir, birinci məhkəmə icraatı zamanı mübahisə obyekti olan torpaq sahəsinin sərhədləri isə fərqli olmuşdur. Birinci instansiya məhkəməsi icraata xitam verərəkən işin bu halına hüquqi qiymət verməmişdir.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.