Məhkəmə qərarları › İş №2(1-8)-1838/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1838/2026

10.09.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1838/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, işdən qanunsuz çıxarılma halının tanınması, işdən çıxarılma müavinətinin verilməsi, əmək haqqı, istifadə edilməmiş əməmk məzuniyyətinə görə kompensasiya və işləmədiyi müddət üçün orta aylıq əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işdən qanunsuz çıxarılma halının tanınması, işdən çıxarılma müavinətinin verilməsi, əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və işləmədiyi müddət üçün orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Işəgötürən “xxxx” MMC ilə işçi İddiaçı arasında ##.##.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-də satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə əsasən əsas məzuniyyətin müddəti 30 təqvim günü, əmək stajına görə 4 təqvim günü, əmək məzuniyyətinin ümumi müddəti 34 təqvim günüdür.

2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anası İddiaçıdır.

3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2023-cü ildə Şabran şəhərində anadan olmuşdur. Anası İddiaçıdır

4. AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, 3-17-5/2- S-*****/**** nömrəli İddiaçı müraciətinə dair cavab məktubuna əsasən, əmək hüquqlarının pozulması ilə əlaqədar "xxxx" MMCnin ünvanına (ünvan 1 53) tərəfindən ##.##.2025-ci il tarixli *- **-*/*-*****/**** nömrəli məktub göndərilmiş və ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9- cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktublar poçt xidmətinə məxsus "F-20" formalı qəbz ilə geri qaytarılmışdır. Eyni zamanda tərəflərindən Nazirliyin avtomatlaşdırılmış sosial informasiya sistemindən müraciəti ilə əlaqədar işəgötürənin şəxsi kabinetinə də müraciət olunmuşdur. Tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən onunla "xxxx" MMC-nin işəgötürəni arasında bağlanılmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Məlum edirlər ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il ## ####### tarixli ****-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar ##.##.2026-cı il tarixinədək dayandırıldığından müraciətlərdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. "xxxx" MMC tərəfindən aidiyyəti sənədlər təqdim olunmadığından müraciətində qeyd etdiyi istifadə edilməmiş əmək məzuniyətinə görə kompensasiyanın qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsi məsələsinə tərəflərindən münasibət bildirmək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki əmək hüquqlarınının pozulması ilə əlaqədar "xxxx" MMC, fiziki şəxs X4 və fiziki şəxs X1 ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi ilə bağlı tərəflərindən müvafiq sorğu məktubları ünvanlanmışdır. Bildirilir ki, "xxxx" MMC, "xxxx" MMC, fiziki şəxs X4 və fiziki şəxs X1 tərəfindən tələb olunan aidiyyəti sənədlər təqdim olunacağı təqdirdə müraciətə yenidən baxılaraq nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Həmçinin bildirilir ki, ona aid olan sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq Xidmətə təqdim edilməsi və müraciətə aydınlıq gətirilməsi məqsədilə "xxxx" MMC, "xxxx" MMC, fiziki şəxs X4 və fiziki şəxs X1 məktubla müraciət olunmuş və müvafiq sənədlərin təqdim edilmədiyi təqdirdə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.

5. ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli “xxxx” MMC-nin direktoru Pərviz Hüseynova MMC-nin satış müdiri Elçin Vəlixanov tərəfindən ünvanlanan təqdimatların surətlərindən görünür ki, bildirilmişdir ki, MMC-nin satış üzrə meneceri İddiaçı ##.##.2025-ci il tarixindən iş yerinə gəlməmişdir.

6. “xxxx” MMC-nin *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025 ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli, *** nömrəli ##.##.2025-ci il tarixli aktların surətlərindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixədək iş yerinə gəlməmişdir, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir.

7. 2025-ci ilin iyun-avqust ayları üzrə iş vaxtının uçotu tabelindən müəyyən olur ki, İddiaçı həmin aylar üzrə iş günlərində işdə olmamışdır.

8. Bakı şəhər Nizami rayon Polis Idarəsi 23-cü Polis bölməsinin ##.##.2025-ci il tarixli, S**** nömrəli iddiaçının ərizəsinə cavab məktubundan müəyyən olur ki, iddiaçının ##.##.2025-ci il tarixli *-**-**-*/*-S-****/**/**** nömrəli ərizəsində göstərilən xüsusatlar araşdırılmış, ərizə üzrə toplanmış materiallar 23-cü PB-nin dəftərxanasında qeydiyyata alınmışdır.

9. İddiaçı X10 Xidmətinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizənin surətindən müəyyən olmuşdur ki, iddiaçı ##.##.2025-ci il tarixdə - istirahət günündə heç bir əsas olmadan işdən azad edildiyini və onun yerinə başqa şəxsin mağaza meneceri kimi işə qəbul edildiyini öyrənmişdir. Işdən çıxmaq barədə onun heç bir ərizəsi yoxdur. ##.##.2014-cü il tarixdən bu günədək məzuniyyətdə cəmi 10 gün olmuşdur (2023 və 2024-cü illərdə 2 ay analıq məzuniyyətində olub). Ona bu illər ərzində məzuniyyət pulu və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya veriulməmişdir.

10. ##.##.2025-ci il tarixli izahatdan müəyyən olmuşdur ki, İddiaçı X10 Xidmətinin Bakı şəhər Idarəsinə izahat yazmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

11. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işdən qanunsuz çıxarılma halının tanınması, işdən çıxarılma müavinətinin verilməsi, əmək haqqı, istifadə edilməmiş əməmk məzuniyyətinəə görə kompensasiya və işləmədiyi müddət üçün orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən qanunsuz çıxarılma halının tanınması, qanunsuz işdən çıxarıldığı üçün Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinə uyğun olaraq 2 aylıq orta əmək haqqı miqdarında işdən çıxarılma müavinətinin cavabdehdən tutulması, 2014- 2025-ci illər ərzində istifadə olunmamış əmək məzuniyyətlərinə görə kompensasiya məbləğinin hesablanaraq cavabdehdən tutulması, 2025-ci ilin iyun ayında faktiki işlədiyi günlərə görə əmək haqqının ödənilməsi, əmək haqqının nağd ödənilmiş hissəsinin və vergidən yayındırılmış ödənişlərin qanuni şəkildə bərpa olunması və bu səbəbdən pozulmuş sosial sığorta hüquqlarının tanınması və düzəldilməsi üçün aidiyyəti qurumlara bildiriş verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddiaçı sonradan iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək, cavabdehdən işdən azad olunduğu tarixdən məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixədək olan dövrdə - faktiki işləmədiyi müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2014-cü ilden xxxx, (X4 oglu), (X1) və “xxxx” MMC-də (bunlar eyni şirkətdir) 2025-ci ilə qədər Mağaza Meneceri vəzifəsində calışmışdır. Bu müddət ərzində işəgötürən tərəfindən əmək hüquqları kobud şəkildə pozulmuşdur. Aşağıda göstərilən əsaslarla məhkəməyə müraciət edir: 1. Işdən qanunsuz azad edilmə: ##.##.2025-ci il tarixində istirahət günü olmasına baxmayaraq, Etibar Rzayev müəssisəyə gələrək onun əvəzinə başqa bir şəxsi işə təqdim etmiş və iddiaçının işdən çıxarıldığını bildirmişdir. Bu barədə ona rəsmi qaydada yazılı bildiriş verilməmişdir. Faktiki olaraq 2 aydır ki, işsizdir, lakin rəsmi olaraq işdən çıxarılmamışdır. O səbəbdən də onu basqa yerdə işə götürmürlər. Əmək Məcəlləsinin 68-ci və 79-cu maddələrinə əsasən, hamilə və azyaşlı uşağı olan qadınların işdən çıxarılması qanunsuzdur. Onun 2 yaşlı körpə övladı var. 2. Məzuniyyətə görə ödənişin verilməməsi: işlədiyi 11 il ərzində ona əmək məzuniyyətinə görə heç bir ödəniş verilməmişdir. Halbuki, hər il 10 gün məzuniyyətə çıxmış və 2023-2024-cü illərdə analıq məzuniyyətində olmuşdur. Əmək Məcəlləsinin 114 və 125-ci maddələrinə əsasən bu, qanun pozuntusudur. 3. Əmək haqqının tam və qanuni ödənilməməsi: Əmək haqqının bir hissəsi kartla, digər hissəsi isə nağd şəkildə verilmişdir. Bu, vergidən yayınma məqsədi daşıyır və onun sosial sığorta təminatını da pozmuşdur.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh X2 ##.##.2025- ci il tarixdə istirahət günündə olduğu vaxt işlədiyi mağazaya gələrək, digər işçilərdən onu soruşmuş, onlar istirahət günü olduğu üçün işə gəlmədiyini bildirmişdir. Daha sonra həmin şəxs əsəbiləşmiş və iddiaçını işdən azad etdiyini bildirərək, onun əvəzinə Vüsalə adlı xanımı, 4 gün sonra isə Aysel adlı xanımı işə götürdüyünü bildirmişdir. Lakin əmək müqaviləsinə bu zamana qədər xitam verməmişdir. Onun işə buraxılmaması tamamilə qanunsuzdur. Cavabdehlə aralarında heç bir narazılıq, qanun pozuntusu kimi hallar baş verməmişdir. ##.##.2025-##.##.2025c-il tarixlərində işdə olmasına baxmayaraq, onun işə ##.##.2025-ci il tarixdən çıxmadığını bildirirlər. Burada məqsəd əmək haqqının ödənilməsindən yayınmaqdır. Əmək müqaviləsinə xitam verilmədiyi üçün o, heç bir yerdə işə başlaya bilməmişdir. Bundan başqa işlədiyi 2014-2025-ci illər ərzində hər ilə əmək məzuniyyəti 1 ay olmasına baxmayaraq, ildə 10 gün məzuniyyətə çıxa bilmişdir. Məzuniyyətin istifadə edilməmiş hissəsinə görə isə ona kompensasiya ödənilməmişdir. Işçilərə maaşlar bir hissəsi kartla, bir hissəsi isə əlbəəl olaraq verilmişdir. Burada məqsəd vergidən yayınma olmuşdur.

15. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi (vəkili) vəkil2 iddia tələbinə etiraz edərək iddianın əsassız olduğunu, o cümlədən iddiaçının azyaşlı uşağı olduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilmədiyini, iddiaçının üzrsüz səbəblərdən işə gəlmədiyini, ƏMAS sistemi vasitəsilə cavabdeh cəmiyyətin iddiaçıya bütün iradlarını bildirdiyini, bütün ödənişlərin bank kartı vasitəsilə ödənildiyini, başqa vəzifəyə keçirilməmişdən qabaq tərəfə xəbərdarlıq edildiyini, növbəti prosesdə buna dair sübutları təqdim edəcəyini bildirib, iddianın rədd edilməsini xahiş etmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC tərəfindən işə buraxılmamasının qanunsuz hesab edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən 2025-ci ilin iyun ayında iddiaçı İddiaçı faktiki işlədiyi 22 gün müddəti üçün iddiaçı İddiaçı əmək haqqı ödənilməsi, cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən hazırkı qətnamə qanuni qüvvəsini alanadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, cavabdeh “xxxx” MMC-dən 2023-2025-ci illər üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tutulması və iddiaçı İddiaçı ödənilməsi, cavabdehdən 100 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, işçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.

18. Məhkəmə qəbul etmişdir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. Işçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.

19. Işçinin iş yerində ##.##.2025-ci il tarixdən üzrlü səbəb olmadan işə çıxmaması, o cümlədən əmək funksiyalarını lazımi qaydada icra etməməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.

20. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

21. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

22. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur.

23. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.

24. Məhkəmə qeyd olunanların konstektində hesab etmişdir ki, işçinin kobud pozuntulara yol verdiyi halda hansısa güzəştli kateqoriyaya daxil olması səbəbindən əmək müqaviləsinə heç bir halda xitam verilə bilməməsi ağlabatan mühakimə deyildir. Əgər iddiaçı tərəfindən həqiqətən kobud pozuntulara yol verilmiş olsaydı və o, üzrsüz səbəbdən işə çıxmasa idi, işəgötürən onun barəsində müvafiq tədbir görə bilərdi. Lakin cavabdeh iddiaçı barəsində yalnız təqdimat vermək və işə gəlməməsini aktlaşdırmaqla kifayətlənmişdir. Cavabdehin heç bir tədbir görməməsi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı işə cavabdehin maneçiliyi nəticəsində, öz iradəsinə zidd şəkildə işə çıxmamışdır.

25. Həmçinin məhkəmə, iddiaçının ##.##.2025-ci ildən işə çıxmaması ilə bağlı cavabdehin sübutlarına qiymət verərək, hesab etmişdir ki, həmin hal da cavabdehin hər hansı mötəbər dəlili ilə öz təsdiqini tapmır. Belə ki, cavabdeh cəmiyyətin təqdim etdiyi təqdimatlar iddiaçıya qarşı hər hansı bir qərəzin olması nəticəsində də tərtib oluna bilərdi. Qeyd olunan halın mövcud olmamasını isə cavabdeh iddia dəlillərində əks olunmuş bütün hallara dair müvafiq maliyyə sənədlərini və s.-ni təqdim etməklə təkzib etməli idi ki, cavabdeh mülki prosessual qanunvericiliklə üzərinə düşən əksini sübutetmə vəzifəsini icra etməmişdir.

26. Bundan başqa, cavabdeh bildirmişdir ki, iddiaçı başqa vəzifəyə keçirilmiş, bu barədə ona xəbərdarlıq edilmişdir. Halbuki, qanunla işçinin razılığı olmadan onun başqa işə keçirilməsinə yol verilmir. Hazırda isə ümumiyyətlə iddiaçının başqa işə keçirilməsi, bunun səbəbi, iddiaçının başqa işə keçirilməsinə razılıq verməsi və s. hallar müəyyən edilməmişdir. Cavabdehin nümayəndəsi buna dair sənədləri növbəti iclaslarda məhkəməyə təqdim edəcəyini bildirsə də, təyin olunan məhkəmə iclaslarında iştirak etməmiş, nə də sübutlarını elektron kabinet vasitəsilə məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.

27. Məhkəmə nəticə etibarilə bildirmişdir ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış və mübahisələndirilən məsələ ilə bağlı halların izahını verməmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPMnin 14cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir.

29. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ### 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

31. Məhkəmə hesab etmişdir ki, qeyd edilənlərə əsasən cavabdehin qüvvədə olan əmək müqaviləsi olduğu halda iddiaçını ##.##.2025-ci il tarixdən işə buraxmaması qanunsuz hesab edilməlidir. Bundan əlavə iddiaçı iddiasında qeyd etmişdir ki, ##.##.2025-ci il tarixədək faktiki işlədiyi müddət üçün ona əmək haqqı verilmədən işə buraxılmamışdır. Cavabdehin nümayəndəsi isə iddiaçının iyun ayı ərzində işə çıxmadığını bildirmişdir. Lakin yuxarıda sadalanan işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki halları ilə iddiaçının bu hissədə dəlilləri öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh cəmiyyət 2025-ci ilin iyun ayında iddiaçı İddiaçı faktiki işlədiyi 22 gün müddəti üçün iddiaçı İddiaçı əmək haqqı ödəməlidir.

32. Göstərilənlərdən başqa cavabdeh tərəfindən ##.##.2025-ci il tarixindən başlayaraq, hazırkı qətnamə qanuni qüvvəsini alanadək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

33. Iddiaçının 2 aylıq orta əmək haqqı miqdarında işdən çıxarılma müavinətinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı hissəsinə qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının hazırkı qətnamə ilə işə buraxılmaması qanunsuz hesab edilərək, ona iş buraxma müddəti üçün əmək haqqı tutulması təmin edildiyindən və iddiaçı işdən çıxarılmadığından, iddia tələbi qeyd edilən hissədə əmək qanunvericiliyinin yuxarıda sadalanan müvafiq müddəaları ilə uzlaşmadığından, həmin hissədə təmin edilə bilməz.

34. Iddiaçının digər bir tələbi isə 2014-2025-ci illər ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə cavabdeh tərəfindən ona kompensasiya ödənilməsidir. Belə ki, iddiaçı bildirir ki, o, hər il cəmi 10 gün məzuniyyətdən istifadə etmişdir. Tərəflər arasında 2023-cü ildə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçının il ərzində 34 gün məzuniyyət hüququ olmuşdur. Onun məzuniyyət hüququndan istifadə etməsi barədə isə cavabdeh hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

35. Iddiaçı bildirmişdir ki, cavabdeh MMC-nin sahibkarları ilə xxxx-nin vəzifəli şəxsi eyni şəxslər olmuşdur, fiziki şəxs X4 və fiziki şəxs X1 da həmin cəmiyyətlərin sahibləri olmuşdur. Lakin qeyd edilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə qismən təmin edilərək, 2023-2024-cü illər ərzində istifadə edilməmiş hər il üçün kompensasiya hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 71-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 59, 68(1), 68(2), 70, 72(a), 76(1), 79(1), 79(2), 110.1, 113(1), 154(1), 157(3), 290(2), 296(4), 300(1)-ci maddələrinə, Azərbaycan Respublikasın;n MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4, 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi iş materiallarını tam qiymətləndirməmiş və nəticədə əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının məhkəməyə vermiş olduğu izahatı əsas götürmüş, iş üzrə maraqlı qurumun əslində heç bir pozuntu tapmamasını, iddiaçının məhkəməyə müraciətində əslində həqiqətə uyğun olmayan məlumatlar göstərməklə müraciət etməsini, işdən çıxarılmasını bildirsə də, sonradan guya işə buraxılmamasını bildirməsi, amma bununla bağlı heç bir quruma müraciət etməməsini və s. bu kimi halları nəzərə almamışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədləri, eyni zamanda ƏMAS sistemi vasitəsilə işçiyə xəbərdarlıq edilməsini nəzərə almamışdır. Işçinin işə buraxılamamasına dair iddiaçı tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmiş, heç bir şahid məhkəmədə ifadə verməmişdir. Işçinin işə gəlməməsi halı isə məhkəmə iclasında müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, işçi iş yerini özbaşına tərk etmiş, və bundan sonra iş yerinə gəlməmişdir. Uzun müddət keçdikdən sonra işçi məhkəməyə müraciət edərək pul tələbi irəli sürmüşdür. Halbuki işçinin kobud surətdə əmək qanunvericiliyi pozması halı yenə də məhkəmədə müəyyən edilmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və N.Ş.Cəfərov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi – qətnamənin “qət etdi” hissəsinin 3-cü abzasından “hazırkı qətnamə qanuni qüvvəsini alanadək” göstərişinin xaric edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir .

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı ümumiyyətlə ##.##.2025-ci il tarixdən heç bir məlumat vermədən işə gəlməmişdir, iddiaçının himayəsində üç yaşınadək uşağı olduğuna görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verməmişlər.

41. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, əmək qanunvericiliyinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməklə, işçinin əmək müqaviləsinə xitam verilməsi üçün yetərli əsas olduğu halda, cavabdehin bunu etməməsi iddiaçının bu hərəkəti etmədiyini, bunun sadəcə olaraq işəgötürənin iddiaçıya qarşı qərəzli mövqedə olması ilə bağlı olduğunu göstərir.

42. Cavabdeh tərəf iddiaçının himayəsində azyaşlı (iddiaçının uşaqlarından biri 3 yaşına çatmamışdır) uşağının olması səbəbindən əmək müqaviləsini ləğv edə bilmədiyini bildirmişdir.

43. Məhkəmə bununla bağlı rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etmişdir ki, işçinin iş yerində ##.##.2025-ci il tarixdən üzrlü səbəb olmadan işə çıxmaması, o cümlədən əmək funksiyalarını lazımi qaydada icra etməməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipin pozulmasına səbəb olur.

44. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədidaşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

45. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

46. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur.

47. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.

48. Məhkəmə qeyd etmişdir ki, əgər iddiaçı tərəfindən həqiqətən kobud pozuntulara yol verilmiş olsaydı və o, üzrsüz səbəbdən işə çıxmasaydı, işəgötürən onun barəsində müvafiq tədbir görə bilərdi. Lakin cavabdeh iddiaçı barəsində yalnız təqdimat vermək və işə gəlməməsini aktlaşdırmaqla kifayətlənmişdir. Cavabdehin heç bir tədbir görməməsi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı məhz cavabdehin maneçiliyi nəticəsində, öz iradəsinə zidd şəkildə işə çıxmamışdır. Belə ki, cavabdeh apellyasiya şikayətinə bunun əksini təsdiq edən mötəbər sübutlar əlavə etməmiş, iddiaçı barəsində tərtib olunmuş aktların, təqdimatların nəticəsi barədə də məlumat təqdim etməmişdir.

49. Eləcə də, rayon məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan da müəyyən olur ki, cavabdeh iddiaçıya ƏMAS sistemi vasitəsilə xəbərdarlıq etdiklərini, iddiaçını işdən çıxara bilmədiklərinə görə başqa vəzifəyə - satıcı vəzifəsinə keçirdiklərini bildirmiş, buna dair sübutları növbəti məhkəmə iclasında təqdim edəcəklərini bildirsə də, mülki iş materiallarında həmin sübutların olmadığı aşkar olur, həmçinin cavabdeh apellyasiya şikayətinə də buna dair sübutlar əlavə etməmişdir.

50. Cavabdeh apellyasiya şikayətində həm də iddiaçı tərəfindən işdən qanunsuz çıxarılması ilə bağlı səlahiyyətli quruma müraciət edilməsini mübahisələndirmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlili üzrə qeyd etmişdir ki, mülki iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilən X10 Xidmətinə ünvanlanmış ərizə və izahatlardan, 23-cü Polis bölməsinin iddiaçının ərizəsinə cavab məktubundan da müəyyən olduğu kimi iddiaçı pozulmuş hüquqlarını bərpa etmək üçün mümkün zəruri addımları atmışdır.

52. Beləliklə də müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilə bilməz.

53. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır:1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

54. Buna baxmayaraq, cavabdehin apellyasiya şikayətinə əsasən rayon məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində yoxlayan Məhkəmə hesab etmişdir ki, rayon məhkəməsi mahiyyət etibarilə düzgün nəticəyə gələrək iddia tələblərini qismən təmin etsə də, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı icra qaydasını müəyyən edən hissədə yanlış nəticəyə gəlmiş və cavabdeh tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixindən qətnamə qanuni qüvvəsini alanadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini qət etmişdir. Qətnamənin nəticə hissəsində belə bir imperativ göstərişin nəzərdə tutulması iddiaçının əmək hüquqlarına cavab verməməklə yanaşı, həm də gələcəkdə qətnamənin icrası zamanı ciddi maneə yarada bilər. Çünki tərəflər arasında hazırkı vəziyyətin qətnamənin qüvvəyə minməsindən sonra da davam edəcəyi halda qətnamənin nəticə hissəsindəki həmin göstəriş aşkar şəkildə iddiaçının əmək haqqı almasını məhdudlaşdırır. Bu baxımdan qətnamənin “qət etdi” hissəsinin həmin abzasından “hazırkı qətnamə qanuni qüvvəsini alanadək” göstərişi qətnamədən xaric edilməlidir.

55. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35, 71-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 59, 68.1, 68.2, 70, 72, 76.1, 79.1, 83.1, 110.1, 288 292.2, 294.1, 296.2, 296.3, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019 cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 77.1, 372, 380.1, 384, 385.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin MK-sının *(*-*)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

57. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 35, 71, Əmək Məcəlləsinin 10, 59, 68.1, 70, 72, 76, 79.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun “Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2007-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarlarına, MPM-in 14.2, 77.1, 88, 152.1.6, 217.4, 386, 417.1.3 və 418.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-sı sadalanan maddi hüquq normalarını qətnamədə əks etdirsə də, iş materiallarını tam qiymətləndirməmiş və nəticədə əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının məhkəməyə vermiş olduğu izahatını əsas götürmüşdür. Halbuki iş materiallarında mövcud olan əmək münasibətlərinə nəzarət edən qurum, Əmək Müfəttişliyi tərəfindən iddiaçıya verilən cavab məktubu ilə müəyyən edilmişdir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Eyni zamanda işçinin guya işə buraxılmaması ilə bağlı heç bir pozuntu aşkar edilməmiş, əmək müfəttişliyi tərəfindən müəssisəyə heç bir irad bildirilməmişdir.

58. Eyni zamanda iddiaçının işə çıxmaq istəməsini sübut edən heç bir hal mövcud deyildir. Iddiaçı olan işçi özü iş yerini tərk etmiş və bütün mübahisə dövründə işə çıxmamış, ümumilikdə işləmək niyyətini göstərməmişdir. Məhkəmədə vermiş olduğu izahatında da iddiaçı başqa işə getmək istəməsini, lakin işdən çıxarılmadığına görə başqa işdə işləyə bilməməsini qeyd etsə də, işdən könüllü olaraq çıxmaq barədə müəsissəsiyi bu günə qədər müraciət etmədəyini də bildirmişdir.

59. Öz istinad etdiyi halı sübut etmək üçün məhkəməyə sadəcə polisə müraciət etdiyini bildirmişdir. Halbuki qeyd edilən mübahisələrdə polisin heç bir səlahiyyəti mövcud deyildir və polis də iddiaçıya analoji cavab vermişdir.

60. Məhkəmə isə iddiaçının hələ birinci instansiya məhkəməsindən etibarən bir-birinə zidd və həqiqətə uyğun olmayan məlumatlar göstərməklə izahat verməsini, ilk əvvəl işdən çıxarılmasını bildirsə də, sonradan guya işə buraxılmamasını bildirməsi, amma bununla bağlı heç bir quruma müraciət etməməsini və s. bu kimi halları nəzərə almamışdır.

61. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədləri, eyni zamanda əmas sistemi vasitəsilə işçiyə xəbərdarlıq edilməsini nəzərə almamışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən cavabdeh olan işəgötürən işçinin işə gəlməməsi və bununla da əmək müqaviləsinə əsas öz vəzifələrini icra etməməsi halında, işdən çıxarmaq hüququnun olmasına rəğmən işçinin himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq humanizm nümayiş etməsini qiymətləndirməmiş, Əksinə işçinin nə üçün işdən çıxarılmamasını irad bildirmişdir. Halbuki işəgötürən işçiyə könüllü olaraq işdənçıxaması ilə bağlı ərizə ilə müraciət etməsi üçün şərait yaratmışdır.

62. Hazırkı mübahisənin mahiyyəti işçinin işdən guya çıxarılması, yaxud işçinin işə buraxılmaması, bunun nəticəsində məcburi işburaxmanın olması və nəticədə işçiyə maddi zərər yetirilməsi) əmək haqqının ödənilməməsi nəticəsində) təşkil edir. Lakin işçinin işə buraxılamamasına dair işçi tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmiş, heç bir şahid məhkəmədə ifadə verməmişdir.

63. Işçinin işə gəlməməsi halı isə məhkəmə iclasında müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, işçi iş yerini özbaşına tərk etmiş, və bundan sonra iş yerinə gəlməmişdir. Uzun müddət keçdikdən sonra işçi məhkəməyə müraciət edərək pul tələbi irəli sürmüşdür.

64. Halbuki işçinin kobud surətdə əmək qanunvericiliyi pozması halı yenə də məhkəmədə müəyyən edilmişdir. Məhkəmənin diqqət etməli olduğu hallar bundan ibarətdir ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixindən əmək münasibətlərinə başlamış və 2023/2024-cü illərdə analıq məzuniyyətində olmuş və 2024/2025-ci il tarixlərində işçi əmək məzuniyyətinə çıxması barədə müəssisəyə ərizə ilə müraciət etməmişdir. Həmçinin bildirir ki, işdən çıxdıqda məzuniyyət İddiaçı, ##.##.2025-citarixindən bu günədək iş yerinə gəlməmiş, üzərinə düşən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və iş yerində iş ahəngini pozmaqda davam etməkdədir.

65. Bu məsələ ilə bağlı müvafiq tədbirlər yəni,“Akt”lar, “Təqdimatlar” və “Iş vaxtının uçotu” tabelləri tərtib olunaraq işçiyə “Əmas” üzərindən “Xəbərdarlıq bildirişi” göstərilmişdir. - Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə, Əmək siyasətinə əsasən işçi işə yalnız 1 gün yaxın ailə üzvünün vəfat etməsi və ya xəstələnməsi ilə əlaqədar gəlməyə bilər. Lakin işçi özü də təsdiq etmişdir ki o 8 aydır ki iş yerinə getmir, əmək funksiyalarını icra etmir. Işçinin əmək müqaviləsinə bu günədək “Xitam” verilməmişdir. Işçiyə əmək haqqının verilməsi yalnız ƏMnin154-cu maddəsinə əsasən müəyyən edilir. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yəni əmək haqqı əmək funksiyasını icra edən işçiyə ödənilir. Hazırkı halda məcburi işburaxma olmadığından və işçinin işə öz təşəbbüsü ilə gəlməməsi halında işəgötürən tərəfindən işçiyə əmək haqqının verilməsi qanunsuzdur və əsassızdır. Məhkəmə qeyd edilən halə nəzərə almamışdır. Əmək Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, Işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Yenə də qanunvericilik əməyin ödənilməsinin hallarını müəyyən edir.

66. Mübahisənin araşdırılması zamanı məhkəmə tərəfindən hesab edir ki, çəkişmə və bərabərlik prinsipi pozulmuşdur.

67. Məhkəmə qətnamənin təsviri hissəsində sadəcə prosessual hərəkətləri sadalamış, tərəflərin izahatlarını, iş materiallarını sadalamış, əsaslandırıcı hissədə isə ümumi ifadələr işlətməklə sadəcə iddianın qismən təmin edilməsini bildirmişdir. Faktiki olaraq qətnamənin hansı səbəbdən iddianın təmin edilməsi qənaətinə gəlməsini əsaslandırmamışdır. Bir daha qeyd etmək lazımdır ki, iddiaçı istinad etdiyi halı, işdən guya çıxarılması, yaxud iş vəzifələrini icra etmək istəməsinə rəğmən guya işə buraxılmamasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh işəgötürən müəssisə tərəfindən qanunvericiliyin normalarına tam olaraq riayət edilərək, işçiyə işə gəlməsi üçün şəraitin yaradılması, işçiyə xəbərdarlıqların göndərilməsi, işə çıxaraq öz vəzifələrinin icrasına başlamasına dair təkliflərin verilməsini əks etdirəm sənədlər məhkəməyə təqdim edilmişdir. Işçi sadəcə özü qərəzli olaraq işə çıxmamış, buna rəğmən işəgötürən tərəfindən işçi işdən çıxarılmamışdır. Işçinin işə gəlmədiyi dövrdə işçiyə əmək haqqı hesablanmamış, heç bir vergi və dsmf ödənişləri aparılmamışdır. Hətta qeyd edilən dövlət qurumları tərəfindən həmin vergi və tutmaların aparılmaması ilə bağlı müəssisəyə heç bir irad bildirilməmişdir. Səbəb isə qanunvericiliyin tələblərinə əsasən işçinin işə gəlmədiyi və vəzifələrini icra etmədiyi bir dövrdə ona əmək haqqının hesablanmamasına dair qanunvericiliyin birmənalı göstərişidir. Lakin məhkəmə sadəcə iddiaçının “məni işədən çıxartdılar, məni işə buraxmadılar, mən polisə getdim” kimi ifadələrinə inanması nəticəsində məhkəmə qətnaməsinin qəbul edilməsi yolverilməzdir.

68. Qətnamənin əsaslandırıcı hissəsində (65-ci bənd) qeyd edilir: “Məhkəmə bununla bağlı qeyd edir ki, əmək qanunvericiliyinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməklə, işçinin əmək müqaviləsinə xitam verilməsi üçün yetərli əsas olduğu halda, cavabdehin bunu etməməsi iddiaçının bu hərəkəti etmədiyini, bunun sadəcə olaraq işəgötürənin iddiaçıya qarşı qərəzli mövqedə olması ilə bağlı olduğunu göstərir”.

69. Məhkəmənin qeyd edilən mövqeyi tamamilə əsassızdır. Işçinin işdən çıxarılması işəgötürənin vəzifəsi deyil, hüququdur və işəgötürən humanizm nümayiş etdirərək, işçini kobud pozuntuya rəğmən işdən çıxarmaması halı onun əleyhinə istifadə edilməsi qanunsuzdur. Məhkəmə hazırkı halda işçinin nə üçün işdən ərizə yazaraq çıxamaması sualını araşdırmamış, qərəzli mövqe nümayiş etdirmişdir. Işçi sadəcə asan yolla işə gəlmədiyi bir zamanda əmək haqqı almaq niyyəti ilə qeyd edilən iddianı verməklə qanunsuluğa yolvermişdir. Məhkəmə isə qeyd edilən halı araşdırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

70. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz göndərərək "xxxx" MMC-nin kassasiya şikayətinin baxışa qəbul edilməməsi (işə baxılmağa buraxılmaması) barədə qərardad qəbul edilməsini, kassasiya şikayəti qəbul ediləcəyi halda isə onun təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

71. Maddə 12. İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

72. Maddə 35. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

73. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya)

74. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

75. Maddə 59. Işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

76. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

77. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

78. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

79. Maddə 76.

1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

80. Maddə 79. 1.Işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

81. Maddə 83.

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

82. Maddə 110.

1. Işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

83. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

84. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

86. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

87. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

88. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

89. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

91. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

92. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

93. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

94. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

95. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

96. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

97. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

98. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

99. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə iş üzrə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

100. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

101. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli,Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

102. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar