Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4137/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## #### 2026cı il tarixli qərardadından iddiaçı Iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı cavabdeh Cavabdehblikası Dövlət Neft Şirkətinin (“xxxx”) "Neftqaztikinti" Trestinə qarşı “xxxx” Dövlət Neft Şirkəti və “Azərbaycan Neft və X1 Həmkarlar Ittifaqı Respublika Komitəsi” arasında bağlanılmış 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişinə əsasən orta əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı Iddiaçı göstərilən qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət forma tələblərinə riayət edilmədən verildiyindən, iddiaçı Iddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra ##.##.2026-cı il tarixdə Iddiaçı təkrar olaraq göstərilən qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Cavabdehblikası Mülki Prosessual Məcəlləsinin 130.1, 360, 363.1.3cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə apellyasiya şikayəti və mülki işi nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026cı il tarixdə imzalanmaqla elektron kabinetə yüklənmişdir. Qətnamənin rəsmi təqdim edilməsi onun qətnaməni qəbul etdiyi gündən hesab edildiyindən, iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilmiş, prosessual müddətin bərpasına dair ərizə təqdim edilməmişdir (##.##.2026-cı il tarixdə apellyasiya şikayəti ilə birlikdə ona qoşma kimi əlavə edilməklə müddətin bərpası barədə ərizə verilməyib, halbuki müddətin bərpasına dair ərizə apellyasiya şikayətinə əlavə edilməklə birlikdə verilməlidir). Belə ki, Cavabdehblikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Iddiaçı üçün qətnamədən apellyasiya şikayəti verməsi üçün son müddət ##.##.2026-cı il tarixdə olmuşdur. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Iddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli "Apelyasiya şikayətinin geri qaytarılması haqqında" qərardadının ləğv edilməsi, Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Cavabdehblikası Mülki Prosessual Məcəlləsinin 134.1, 363.3 və 369-cu maddələrinə istinadən qeyd edilmişdir ki, MPM-in 363.3-cü maddəsinə əsasən, apelyasiya şikayətinin geri qaytarılması haqqında qərardaddan xüsusi şikayət verilə bilər. Birinci instansiya məhkəməsi şikayətçinin apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüququnu və işin faktiki halarını hərtərəfli araşdırmadan şikayəti geri qaytarmaqla MPM-in 363.3 və 369-cu maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası məsələsinə baxarkən MPMin 134.1-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Şikayətin müddəti iddiaçının iradəsindən kənar, obyektiv və texniki səbəblərdən (poçt vasitəsilə göndərilmiş şikayətin gec yönləndirilməsi və "Elektron Məhkəmə" portalında yaranmış texniki xətalar nəticəsində Məhkəmə-Hüquq Şurasına müraciət olunması) buraxılmışdır. Məhkəmə bu üzürlü səbəblərə hüquqi qiymət verməyərək norma tətbiqində səhvə yol vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti ##.##.2026cı il tarixli qərardadla “müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir” əsası ilə geri qaytarılmışdır. Hesab edir ki, sözügedən qərardad işin faktiki halarını tam, hərtərəfli və obyektiv araşdırmadan çıxarılmışdır və qanunsuzdur: 1. Müddətində edilən müraciət və texniki xəta: Qətnamədən apelyasiya şikayəti qanuni müddət daxilində- ##.##.2026-cı il tarixində kargüzarlıq vasitəsilə Xətai Rayon Məhkəməsinə, ##.##.2026-cı il tarixində isə poçt vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Lakin şikayətdə texniki xəta nəticəsində "Mülki Kolegiya" əvəzinə "Inzibati Kolegiya" göstərildiyindən, Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müraciət ünvanının səhv göstərilməsi əsası ilə şikayət geri qaytarılmışdır. 2. Apellyasiya Məhkəməsindən yönləndirmə: Poçt vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış şikayət ##.##.2026-cı il tarixində AR Mülki Prosessual Məcələsinin (MPM) 133 və 362–364-cü maddələrinə əsasən aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə rəhbərliyi tərəfindən ##.##.2026-cı il tarixli dərkənarla hakim A.Abdulayevaya həvalə olunsa da, bu apellyasiya şikayətinə hakim tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. 3. Məhkəmə portalanın texniki xətası: Qərardadla ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsilə tanış olduqdan dərhal sonra, ##.##.2026-cı il tarixində göstərilən xətanı aradan qaldıraraq əlavə yazılı ərizə ilə "Elektron Məhkəmə" portalı vasitəsilə yenidən apelyasiya şikayəti təqdim etmişdir. Lakin şikayət texniki səbəblərdən dəfələrlə sistemə yüklənmədiyindən Məhkəmə-Hüquq Şurasına müraciət etməli olmuşdur. Onların göstərdiyi texniki dəstək nəticəsində şikayəti ##.##.2026-cı il tarixində elektron kabinetə uğurla yerləşdirilmişdir. 4. Qərardadın gec yerləşdirilməsi: Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı elektron kabinetə yalnız ##.##.2026-cı il tarixində yerləşdirilmişdir. Bütün bu xronologiya sübut edir ki, apelyasiya şikayətinin müddəti iddiaçının iradəsindən kənar, obyektiv, texniki və proqram təminatı ilə bağlı yaranan maneələr səbəbindən buraxılmışdır. AR MPM-in tələblərinə əsasən, buraxılmış prosessual müddətin üzürlü səbəbdən buraxıldığı müəyyən edildikdə, məhkəmə həmin müddəti bərpa etməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Cavabdehblikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. Məhkəmə kollegiyası, Cavabdehblikası Konstitusiyasının 24 (III), 60, 72 (III), 80, Cavabdehblikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387, 399 ,“Normativ hüquqi aktlar haqqında” Cavabdehblikası Konstitusiya Qanununun 62-67ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materialları və elektron məhkəmə informasiya sisteminə baxış zamanı müəyyən edilir ki, Iddiaçı ##.##.2026-cı il tarixdə elektron formada qətnamədən apellysiya şikayəti versə də ( tərtib edilsə də) , həmin şikayətin göndərilmə tarixi ##.##.2026, təhvil alınma tarixi isə ##.##.2026-cı il olduğu müəyyən edilir. Digər tərəfdən iddiaçı ##.##.2026-cı il tarixli müddətin bərpası barədə şikayət (ərizə ) vermiş, birinci instansiya məhkəməsi isə həmin ərizəyə hüquqi qiymət verməyərək apellyasiya şikayətini geri qaytarmaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən ziddiyyətlərin aradan qaldırılması, formallıqdan uzaq prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizənin tərəflərin iştirakı ilə müzakirə olunması məqsədi ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş iddiaçı Iddiaçı apellyasiya şikayətinə və buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Cavabdehblikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq diqqətə çatdırılmalıdır ki, (14.1.) Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qeyd edilməlidir ki, Cavabdehblikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Cavabdehblikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı Iddiaçı tərəfindən verilmiş şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin və mülki iş iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə və buraxılmış müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(3-6)-4137/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4137/2026
14.09.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver