Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-368/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh cavabdeh1 və Lənkəran rayon * saylı Dövlət Notariat Kontoruna qarşı “xxxx" X5 ** saylı Lənkəran Ərazi Idarəsi 3-cü şəxs qismində cəlb edilməklə iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, miras əmlakdan payın verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. ünvan 3 ünvanında yerləşən bir mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m olan fərdi yaşayış evi X10 adına qeydə alınmışdır. Ev 1991-ci ildə tikilmişdir;
3. ##.##.1995-ci il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətinə əsasən X6 bütün əmlakını, o cümlədən M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evini oğlu cavabdeh1 vəsiyyət etmiş və bütün vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. ##.##.1998-ci il tarixdə vəsiyyət edilən əmlak barədə cavabdeh1 vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir;
4. X7 ##.##.1995-ci il tarixdə ölmüşdür;
5. X11 ## #### 1943-cü ildə doğulmuş Əzizağa Gənciyevin və ##.##.1946-cı ildə doğulmuş cavabdeh1 anası olmuşdur;
6. X3 (##.##.2003-cü il tarixdə ölmüşdür) ilə X8 ##.##.1974-cü il tarixdə evlənmişlər və qadına “Gənciyeva” soyadı verilmişdir. Birgə nikahdan iddiaçılar Şəlalə, Nicat və həmçinin ##.##.1998-ci il tarixdə vəfat etmiş Teymur anadan olmuşdur;
7. ##.##.1998-ci il tarixli, **** nömrəli Lənkəran ŞIHB-nin Port-Iliç şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən X7 ölərkən onun ailə üzvləri cavabdeh, onun arvadı və uşaqlarından ibarət olmuşlar.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçılar iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X7 mülkiyyətində olmuş Port-Iliç şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinin oğlu cavabdeh1 vəsiyyət edilməsi barədə ##.##.1998-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, Lənkəran rayon * saylı Dövlət Notariat Kontoru tərəfindən mərhum X7 miras qalmış Port-Iliç şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinə dair ##.##.1998-ci il tarixli, 2B-89 nömrə ilə reyestrdə qeyd olunmuş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ ** saylı Lənkəran Ərazi Idarəsində Port-Iliç (indiki Liman) şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evi ilə bağlı üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və həmin fərdi yaşayış evinə dair cavabdeh cavabdeh1 verilmiş ##.##.2006-cı il tarixli, ********* nömrəli “Çıxarış”ın ləğv edilməsi, mərhum X7 miras qalmış Lənkəran rayonu, Port-Iliç şəhəri (indiki Liman), M.Ə.Rəsulzadə küçəsi 2-də yerləşən bir mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m fərdi yaşayış evindən qanun üzrə vərəsəliklə mərhum X3 çatan paya nisbətdə onun vərəsələri olan iddiaçı2, iddiaçı1 və iddiaçı3 pay hüququnun müəyyən edilməsi və həmin payın onların arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı2 ##.##.1955-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanda yaşayır. X2 qayınatası, X12 isə qayınanasıdır. Onların birgə nikahından 6 övladları- Bahar, Nisəxanım, Maral, Abdulsəməd, Əzizağa və Təyyar anadan olmuşlar. Təyyar hazırkı iş üzrə cavabdehdir. Əzizağa isə onun mərhum əridir. Əri ##.##.1943-ci il tarixdə anadan olmuş və onunla ##.##.1974-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra qayınanasına məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman həmin evdə qayınanası Səfra, habelə Təyyar öz ailəsi ilə birlikdə yaşamışdır. Əri ilə nikahlarından 3 övladları anadan olmuşlar : 1. iddiaçı1- ##.##.1976; 2. X13- ##.##.1978; 3. X15-##.##.1979. X25 ##.##.1998-ci il tarixdə şəhid olmuşdur. 1977-ci ildə həmin evdən əri və körpəsi Nicatla birlikdə çıxmış və “Dəmiryol Vağzalı” tərəfdə, kirayədə yaşamışlar. Şəhid olan oğlu Teymur kirayədə yaşadıqları evdə doğulmuş və baldızı Maralın təkidi ilə o, ailəsi ilə birlikdə ərinin bibisi Gülsabaha məxsus fərdi yaşayış evinə köçərək orada yaşamaqda davam etmişlər. 1978-ci ildə Gülsabah vəfat etmiş, onun vəfatından sonra ona məxsus fərdi yaşayış evini söküb yerində təzə ev inşa etdirmişlər. 1981-ci ildən mərhum qaynanası Səfra uzun müddət onlarla birlikdə yaşamış və o, bir gəlin kimi onun qulluğunda durmuşdur. Təyyar isə ailəsi ilə mübahisləndirdikləri və pay hüququnu tələb etdikləri evdə yaşamışdır. Həmin evlər bir həyətdə yerləşmişdir. Miras qoyan qayınanası Səfra bir müddət sonra Təyyar gillə birlikdə yaşamağa başlamışdır. O, hər gün demək olar ki, qayınanasının cavabdehlə yaşadığı müddət ərzində də onun qulluğunda durmuş və öz evinə ancaq gecələmək üçün gəlmişdir. Özlərinin yaşadıqları fərdi yaşayış evi vəsiyyət edilən əmlakla bir həyətdə yerləşir. Miras qoyan vəfat etdikdən sonra da onlar həmin həyətdən və evdən istifadə etmiş, gediş-gəlişləri olmuşdur. Miras qoyan vəfat edəndən onun dəfn mərasimində iştirak etməklə mirası faktiki olaraq qəbul etmişlər. Miras əmlakın cavabdehin adına rəsmiləşdirilməsini 2024-cü ilin may ayında bilmiş və dərhal vəkillə müqavilə bağlayıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hərəkətə keçmişlər. Iddia ərizələrinə əlavə edilmiş *** nömrəli “Qeydiyyat Vəsiqəsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən bir mərtəbəli dörd otaqlı ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m fərdi yaşayış evi X10 adına qeydə alınmışdır. Iddia ərizələrinə əlavə etdikləri ##.##.1998-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 bütün əmlakını, o cümlədən M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evini oğlu cavabdeh1 vəsiyyət etmiş və bütün vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Vəsiyyətnamənin sonunda belə bir cümlə qeyd olunmuşdur ki, “savadsız olduğumdan əvəzimə xahişim ilə 02.01.79-cu il tarixli pasportun sahibi X3 imza atır” və bundan sonra da imza qrafasının qarşısında imza olunur və imzanın qarşısında da Gənciyev sözünə oxşar bir söz yazılır. Vəsiyyətnamədə guya vəsiyyət edənin xahişi ilə imza edən şəxsin imzası, onun mərhum əri Əzizağa Gənciyeva məxsus deyildir. Bundan əlavə, vəsiyyətnamə sirri pozulmuşdur. Belə ki, əgər vəsiyyət edən fiziki baxımdan sənədi imza edə bilmirsə, onda bu barədə vəsiyyətnamədə qeyd olunmalı idi və məhz imza çəkməməsinin səbəbi kimi həmin hal göstərilməli idi. Lakin, hazırkı vəziyyətdə isə vəsiyyətnamədə onun savadsızlığı imza etməməsinin səbəbi kimi göstərilmişdir ki, bu özü özlüyündə həqiqəti əks etdirmir. Çünki, insan nə qədər savadsız olursa olsun bir iki xətdən ibarət imzasının olmaması inandırıcı deyildir. Imza çəkmək üçün heç bir savadın olmasına şübhəsiz ki, lüzum yoxdur. Vəsiyyətnamənin məzmununun qavranılması ilə bağlı savadsızlıq əsas gətirilib vəsiyyətnamədə qeyd olunan mətnin səsləndirilməsi ilə bağlı qeyd olsa idi, bunu qəbul etmək olardı. Əgər vəsiyyət edən savadsızdırsa onda vəsiyyətin məzmununu ona kim və necə izah etmişdir? Bu barədə vəsiyyətnamədə heç bir qeyd yoxdur! Bundan əlavə, hətta fiziki cəhətdən imza edə bilməməsi əsas olduğu halda belə, birinci növbə üzrə vərəsələr sırasından onun yerinə imza edilməsi də qəbuledilməzdir. Habelə vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməli olduğu halda vəsiyyətnamənin tərtib olunduğu tarix qaralanmışdır. Halbuki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat əsasən qeyd olunan halı qadağan edir. Iddia ərizələrinə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ##.##.1995-ci il tarixdə ölmüşdür. Yəni, ölümündən 3 gün qabaq miras əmlakla bağlı vəsiyyət etmişdir. Bu heç də inandırıcı deyildir. Vəsiyyətnaməyə o özü imza etməmiş, yəni, vəsiyyətnamədən heç xəbəri olmamışdır. Əvəzində isə onun mərhum ərinin guya vəsiyyət qoyanın əvəzində imza etməsi kimi cümlənin qeyd olunmaqla imza etməsi də həqiqəti əks etdirmir. Vəsiyyətnamədə bu cür qeydin olması gələcəkdə məcburi payla bağlı iddia olunacağı təqdirdə, həmin hərəkətin qarşısının alınması üçün mütləq idi ki, cavabdeh və notariat orqanı da bu cür saxtakarlığa əl atmışlar. Iddia ərizələrinə əlavə etdikləri dövlət notariat konturuna cavabdeh1 tərəfindən yazılmış ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, müraciətində mərhum Səfra Gənciyevadan miras qalmaqla ona “vəsiyyət” edilmiş vəsiyyətnamədə qeyd olunan əmlak barədə ona vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi xahiş etmişdir. Həmin ərizədə ondan başqa digər vərəsələrin olmadığı kimi qeyd edilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi X2 və X12 ailə münasibətlərindən Nisəxanım, Maral, Abdulsəməd, Əzizağa və Təyyar anadan olmuşlar. Yəni, Təyyardan başqa miras qoyanın daha 5 vərəsəsi ola-ola bu vərəsələr planlı şəkildə gizlədilmişlər. Iddia ərizələrinə əlavə edilmiş ##.##.1998-ci il tarixli **** nömrəli Lənkəran ŞIHB-nin Port-Iliç şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ölərkən onun ailə üzvləri cavabdeh, onun arvadı və uşaqlarından ibarət olmuşlar. Bu da məqsədli şəkildə digər vərəsələrin gizlədilməsi üçün əldə edilmiş bir sənəddir. Iddia ərizələrinə əlavə etdikləri ##.##.1998-ci il tarixli 2B-89 nömrə ilə reyestrdə qeyd olunmuş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vəsiyyətnamədə vəsiyyət edilən əmlak barədə cavabdeh1 sözügedən şəhadətnamə verilmişdir. ##.##.2003-cü il tarixdə əri Əzizağa Gənciyev vəfat etmişdir. 2024-cü ilin may ayının əvvəllərində ona məlum olmuşdur ki, cavabdeh mərhum Səfra Gənciyevadan miras qalmış bütün əmlakı öz adına rəsmiləşdirməklə müvafiq Çıxarış əldə etmişdir. ** saylı ƏInin ##.##.2024-cü il tarixli 3 **-*-**/*-****/**** nömrəli cavabdan görünür ki, cavabdeh1 adına Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi 2 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2006-cı il tarixli ********* nömrəli reyestrdən çıxarış ilə dövlət qeydiyyatına alınmışdır. ##.##.2024-cü il tarixli ** saylı ƏI-yə vəkil sorğusu ilə müraciət edərək cavabdeh1 adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin onun mülkiyyətində olmasına dair ##.##.2006-ci il tarixli ********* nömrəli çıxarışın Lənkəran rayon Vəkil Bürosuna göndərilməsi barədə sorğu ilə müraciət etməyinə baxmayaraq, həmin idarənin ##.##.2024cii il tarixli 3-21-3- **/*-****/**** saylı vəkil sorğusunun cavablandırılması barədə məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, vəkillərin əsaslandırılmış yazılı sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrində saxlanılan sənədlərin deyil, yalnız məlumatların verilməsi nəzərdə tutulmuşdur. Ona görə də, mübahisləndirdiyi çıxarışı iddia ərizəsinə əlavə etmək imkan xaricində olduğuna görə məhkəmədən MPM-in 78-ci maddəsinə görə həmin çıxarışı əldə olunması üçün sorğu verilməsini xahiş edir. Lənkəran ŞIHB-nin Liman ŞIƏDN tərəfindən verilmiş arayışdan görünür ki, X3 aşağıdakı ailə üzvləri olmuşdur: iddiaçı2 arvadı; iddiaçı1– oğlu; X13– oğlu; X15– qızı; Mərhumun ərinin yuxanda adları qeyd olunan vərəsələrdən başqa digər vərəsələrinin olmadığı qeyd olunmuşdur.
10. cavabdeh1 məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıların mübahisələndirdikləri evi özü tikmiş, anası vəsiyyətnamə saxladığı zaman özünü yaxşı hiss etmiş və ona bildirmişdir ki, “evi özün tikmisən, buna görə də adına rəsmiləşdir.” Özü hətta iddiaçıların hazırda yaşadıqları evin 1-ci mərtəbəsini də tikmişdir. Vəsiyyətnamə saxlamaq üçün o, notariusu evlərinə dəvət etmiş, evlərinə bacı və qardaşlarını dəvət etmiş, anası onların yanında notariusa bildirmişdir ki, evini ona vəsiyyət edir. Bacı və qardaşları bununla razılaşmışlar. Daha sonra 1-ci iddiaçı evləri arasında olan sahəni taxta çəpərlə ayırmış, bir müddətdən sonra özü həmin taxta çəpəri daş çəpərlə əvəz etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 1-ci iddiaçının əri olmuş qardaşı Əzizağa ilə evlə əlaqədar mübahisələri olmamış, analarının vəfatından sonra Əzizağa vəsiyyətnaməni mübahisələndirməmiş, mirasın qəbulu ilə bağlı heç yerə müraciət etməmişdir. Iddianın rədd edilməsini xahiş etmişdir.
11. Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Muradağa Qasımov).
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə digər iddiaçılar o vaxt miras qoyan nənələrinin vərəsəsi hesab oluna bilərdilər ki, onların ataları Əzizağa miras qoyan vəfat etdiyi zaman sağ olmasın. Lakin iş materiallarından görünür ki, onların ataları Əzizağa miras qoyan vəfat etdiyi zaman sağ olmuş və miras qoyanın vəfatından 8 il sonra vəfat etmişdir. Buna görə də, miras qoyanın vəfatından sonra hətta iddiaçıların miras əmlaka yiyələnmələri belə, mirasın qəbulu kimi qəbul edilə bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi, miras qoyan vəfat etdiyi zaman onların ataları Əzizağa sağ olduğundan, onlar 1-ci növbə üzrə vərəsə statusunu əldə etməmişlər. Yuxarıda qeyd edildiyi kimi, 1-ci iddiaçı isə ümumiyyətlə miras qoyan qayınanasının vərəsələrinin dairəsinə daxil deyildir. Miras qoyanın 1-ci növbə üzrə vərəsəsi olmuş Əzizağa Gənciyev tərəfindən də mirasın qəbulunu təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməmişlər. Halbuki, MPMin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, onlar bildirmişlər ki, miras qoyan cavabdehin evində, onlar isə mərhum Əzizağa Gənciyevlə birlikdə həmin həyətdə olan digər bir evdə yaşamışlar. Təsərrüfatları ayrı olmuşdur. X9 miras qoyanın dəfn mərasimində iştirak etmiş olsa belə, bu hal yenə də mirasın qəbulu kimi qiymətləndirlə bilməz. Odur ki, vərəsənin dəfn mərasimində iştirak etməsi, mirasın qəbul edilməsi hesab edilmir. Vərəsə mirası qəbul etmək üçün ən azı miras əmlakı faktiki surətdə idarə etməyə başlamalı və ya mirasa yiyələnməlidir. Işin hallarından görünür ki, Əzizağa Gənciyev anasının vəfatından sonra 8 il yaşasa da, nə miras əmlakı idarə etməyə başlamış, nə mirasa yiyələnmiş, nə də mirasın qəbulu ilə bağlı ərizə ilə notariat orqanına müraciət etmişdir. Yəni hazırkı iş üzrə vəsiyyətnamənin saxlanılması nəzərə alınmasa belə, Əzizağa Gənciyev mirası qəbul etməmişdir. O, mirası qəbul etmədiyindən onun vərəsələri olan iddiaçıların hazırkı tələblə bağlı iddia qaldırmağa subyektiv hüquqları olmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni ##.##.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 528, 532, 552-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cii maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçının ərinin miras əmlakı faktiki olaraq qəbul etdiyi öz əksini tapır və bundan əlavə miras əmlakla bağlı onların heç bir mübahisəsinin olmadığı izahatında qeyd olunur. Bundan əlavə, aşağıda istinad edəcəyi hissələrdə isə cavabdeh özü də miras əmlakla bağlı iddiaçının ərinin (1-ci dərəcəli vərəsənin) onunla heç bir mübahisəsinin olmadığını qeyd edir. Bütün bunlar bir daha miras əmlakın həqiqətən hər iki vərəsə tərəfindən (həm Əzizağa, həm Təyyar) faktiki olaraq qəbul edilməsinin əyani sübutudur ki, digər hallarla bunun inkar edilməsi qəbul olunmazdır. Bundan əlavə, iddiaçı izahatında dəfn mərasimində iştirak etdiyini qeyd edir. Iştirak dedikdə, adi yas mərasimində iştirak edən adamlarla bu iştirak eyniləşdirilməməlidir. Təbii ki, yaxın qohumun yas mərasimində iştirak onun təşkil olunması anlamına gəlir. Lakin məhkəmə bunu adi iştirak kimi qəbul etmişdir. Sözügedən vəsiyyətnamə elə hazırkı iddianın predmetini təşkil edir ki, Əzizağanın həmin vəsiyyətnamədən xəbəri olmamışdır. Çünki, imza belə ona məxsus deyildir. Cavabdeh özü izahatında Əzizağanın mirası qəbul etdiyini etiraf edir. Bundan əlavə, iş materiallarında olan icra nümayəndəliyindən alınmış arayış da mirası faktiki olaraq qəbul olunmasını sübut edir. Həmin vaxt qüvvədə olmuş MM-in 532-ci maddəsinə görə uşaqlar da 1-ci dərəcəli vərəsə sayılır və Əzizağa 1-ci dərəcəli vərəsədir. Əzizağa özü 2003-cü il tarixdə vəfat etdiyinə görə isə hazırda qüvvədə olan MM-in 1252-ci maddəsi işə düşür yəni, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir.
16. iddiaçı2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, vəsiyyətnamənin mövcudluğu barədə 2004-cü ilə qədər heç bir məlumatları olmamışdır. Hazırda mərhum ərinin bibisinə məxsus olan 2 sot torpaq sahəsində yerləşən evdə yaşayır. X16 2005-ci ildə dünyasını dəyişmişdir. Qaynı Lənkəranda yaşayır və həmin evdən ayrılmışdır. O, yaşadıqları evi satmağı və ərazini tərk etməklərini tələb etmişdir. Artıq 70 ildir ki, həmin evdə yaşayır və 2023-cü ilədək aralarında heç bir mübahisə və ya narazılıq olmamışdır. Başqa yaşayış yeri yoxdur. Hazırda yaşadıqları ev mərhum ərinin bibisi tərəfindən ona rəsmi qaydada verilmiş və mülkiyyət hüququ rəsmiləşdirilərək çıxarış alınmışdır. Mübahisəli evdə hazırda cavabdeh1 arvadı yaşayır.
17. iddiaçı3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı2 izahatı ilə razıdır və başqa əlavəsi yoxdur.
18. Iddiaçı iddiaçı2 nümayəndəsi vəkil vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə araşdırılmasını kənara qoyaraq, təmsil etdiyi şəxsin subyektiv hüquqlarını qiymətləndirmədən, onun irsi transmissiya qaydasında miras əmlakını qəbul etmək hüququnun mövcud olduğu məsələsinə hüquqi qiymət verməmişdir. Məhkəmə subyektiv yanaşma ilə iddianın verilməsi üçün hüququn olmadığını qeyd etmiş, lakin işin faktiki hallarını araşdırmamışdır. cavabdeh1 iddiaçı2 qaynıdır. cavabdeh1 miras əmlakını iddiaçının xəbərsizliyi ilə öz adına rəsmiləşdirmişdir. Iddia əsaslarından biri vəsiyyətnamədəki imza məsələsidir. Vəsiyyətnamədə olan imza iddiaçının mərhum ərinə - Gənciyev Əzizağaya məxsus deyil. Lakin məhkəmə bu iddianı araşdırmamış, imzanın həqiqiliyi ilə bağlı məsələni ekspertiza predmetinə çevirməmiş və yalnız subyektiv hüquqla bağlı müzakirə aparmışdır. Cavabdehin bildirdiyinə görə vəsiyyətnamə vəsiyyət qoyanın ölümündən 2-3 gün əvvəl tərtib edilmişdir. Sənəddə imzanın Gənciyev Əzizağa tərəfindən çəkildiyi göstərilmiş, bunun səbəbi kimi vəsiyyət qoyanın savadsız olması qeyd edilmişdir. Lakin savadsızlıq digər şəxsin onun əvəzinə sənədi imzalaması üçün hüquqi əsas deyildir. Vəsiyyət qoyanın savadsız olduğu halda, imza başqa şəxs tərəfindən deyil, məhz təmsil etdiyi şəxsin mərhum əri tərəfindən atılmışdır. Ehtimal edilir ki, gələcək mübahisələrin qarşısını almaq üçün belə bir addım atılmışdır. X7 ölümündən sonra həmin evdə cavabdeh1 yaşamışdır. Cavabdeh mübahisə predmetinə çevrilmiş mənzilə xərclər çəkdiyini iddia etsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Mübahisə 2023-cü ildə yaranmış və təmsil etdiyi şəxs həmin dövrədək vəsiyyətnamənin mövcudluğu və onun əsasında çıxarış alınması barədə məlumatlı olmamışdır.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Tofiq Heydərov).
20. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş və tərəflərin iştirakları ilə tədqiq edilmiş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma apararaq hesab etmişdir ki, apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və hal-hazırda qüvvədə olan qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir.
21. Məhkəmə tərkibi qeyd etmişdir ki, mübahisəli vəsiyyətnamədəki imzanın mərhum X3 məxsus olmaması barədə dəlilə dair hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda onun ekspertiza tədqiqatı üçün yetərli sərbəst və eksperimental imza nümunəsi də mövcud deyildir. Hətta işdə olan X3 aid hərbi biletdə olan imza tam görünməməklə kserosurətdir. Habelə savadsızlıq səbəbindən şəxsin əvəzinə vəsiyyətnamənin başqasının imzalamasının mümkünsüzlüyü barədə diqqətə çatdırılmalıdır ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 547-ci maddəsində vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasının müxtəlif səbəbləri nəzərdə tutulmuşdur.
22. Həmçinin Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində mirasın qəbulu müddəti və qaydası açıq şəkildə müəyyən edilmişdir. Ancaq iddiaçılar tərəfindən mirasın əldə edilməsi halı aşkar olunmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, ##.##.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 528, 532, 538, 552, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 372.1, 372.7, 385.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
24. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 217.1 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, vəsiyyətnamədəki imzanın həqiqiliyi araşdırılmamış, məhkəmə təşəbbüsü ilə ekspertiza təyin edilməmiş, iş üçün əhəmiyyətli olan hallar diqqətdən kənarda saxlanılmışdır. Məhkəmənin “ekspertiza üçün nümunə yoxdur” arqumenti prosessor səhvdir, çünki MPM məhkəməyə sübutların toplanması üçün aktiv rol verir. 2. Məhkəməyə çıxış hüququnun pozulması Apellyasiya instansiyası mahiyyət üzrə araşdırma aparmadan, faktiki olaraq: iddiaçıların subyektiv hüququnun mövcudluğunu inkar etmiş, onları maddi hüquq müdafiəsindən məhrum etmişdir. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə ziddir. V. Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki: “Məhkəmə sübutları formal deyil, real hüquqi nəticələr baxımından qiymətləndirməlidir.” Apellyasiya məhkəməsi bu hüquqi mövqeni nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
## ######## 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
28. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
29. Maddə 532. Qanun üzrə vərəsəlikdə paylar bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
30. Maddə 538. Vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar.
31. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki sürətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçıların miras qoyanının öz sağlığında Gənciyeva Səfradan qalan mirası qəbul etdiyi sübuta yetirilmədiyi halda onların hazırkı tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmir.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçıların dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.