Məhkəmə qərarları › İş №2(1-8)-455/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-455/2026

15.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-455/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: mediasiya qaydasında bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. cavabdeh2 ilə X4 # ####### 2008-ci il tarixdə nikaha daxil olmuşlar.

2. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti MKTB-nin ** saylı MKİS tərəfindən təsdiq olunmuş evin sxeminə əsasən ünvan 2 ünvanda yerləşən ev 1972-ci ildən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 aiddir.

3. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərarına əsasən İddiaçı əri cavabdeh2 tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə Bakı şəhəri, Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsində aparılan araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, ##.##.2024-cü il tarixdə saat 12:22 radələrində yaşadığı mənzildə həyat yoldaşı cavabdeh2 tərəfindən döyülməsi barədə DİN 102 xidmətinə məlumat vermişdir. Onun həyat yoldaşı Xəyal ilə aralarında baş verən söz mübahisəsi zamanı ərinin üzərinə gəldiyini görüb onu döyəcəyini zənn etdiyindən o, DİN 102 xidmətinə belə məlumat vermişdir. cavabdeh2 ona heç bir zor tətbiq etməmiş və onu döyməmişdir. Onunla arasında söz mübahisə olmuşdur. Əri ondan üzr istədiyi üçün onu bağışlamışdır. Xəsarəti olmadığından məhkəmətibbi ekspertizadan keçməkdən imtina etmişdir. Ona görə vermiş olduğu məlumat əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir.

4. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mediatoru X1 iştirakı ilə imzalanmış ## ###### 2024-cü il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişi (mübahisəli barışıq sazişi) ilə mediasiya prosesində tərəflər (1-ci tərəf İddiaçı və 2-ci tərəf cavabdeh2) ##.##.2008-ci il tarixdə ** №-li reyestr qeydi ilə qeyd alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına, cavabdeh2 ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2011-ci il təvəllüdlü X2 1-ci tərəfin yanında qalmasına razı olmuşlar. Barışıq sazişində tərəflər aşağıdakılar həmçinin aşağıdakılar barədə razılaşmışlar: 2ci tərəf

5. birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13 A, mənzil 148 və ünvan 3 1-ci tərəfin mülkiyyətində qalmış, 2-ci tərəf pay hüququndan 1-ci tərəfin xeyrinə imtina etmiş, bununla bağlı zəruri hərəkətləri etməyi və gələcəkdə də bu əmlaklarla bağlı hər hansı iddia qaldırmayacağını öz öhdəsinə götürmüşdür. Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 0,4277 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 0,7023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 10,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququ, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,1703 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,4629 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,7555 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0.14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Şıxlı kəndində yerləşən 1,7795 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0.585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 2,8054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,2925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,463 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,4629 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,0154 na kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 1,3758 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 17, ** nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 61, М3, m 4) 2-ci tərəfin mülkiyyətində qalır və 1-ci tərəf pay hüququndan 2-ci tərəfin xeyrinə imtina edir və bununla bağlı zəruri hərəkətləri etməyi və gələcəkdə də bu əmlaklarla bağlı hər hansı iddia qaldırmayacağını öz öhdəsinə götürür. “Range Rover” markalı, **-RX-*** qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı, “MercedesBenz” G63 markalı **-OY-*** qeydiyyat nömrə nişanlı avtomobil isə cavabdeh2 mülkiyyətində qalmış, tərəflər bu avtomobil nəqliyyat vasitələri ilə bağlı gələcəkdə bir-birlərinə qarşı hər hansı iddia qaldırmayacaqlarını öz öhdəsinə götürmüşlər. 2-ci tərəf uşaqların saxlanılması üçün hər ay, hər uşağa görə uşaqlar yetkinlik yaşına çatana qədər 2.000 manat, ümumilikdə 4.000 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüş, eyni zamanda 2-ci tərəf uşaqların özəl məktəbdə (Bakı Modern Təhsil Kompleksində) təhsil almalarına etiraz etməmiş və 2025-ci ildən başlayaraq hər il məktəblə bağlanan müqavilədə göstərilən iş təhsil haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 2-ci tərəf uşaqların ümumvətəndaş pasportunun alınması və uşaqların 1-ci tərəflə ölkə xaricinə getməsi üçün ərizənin verilməsi ilə bağlı notariat orqanına müraciət etməyi öhdəsinə götürmüş, uşaqların ata ilə ölkə xaricinə getmə zərurəti yaranarsa, 1-ci tərəf onlarla getməyi öz öhdəsinə götürmüşdür.

6. İddiaçı ## ###### 2024-cü il tarixində Bakı şəhəri ** saylı notariat ofisində 8i-617, 8i- 623, 8i-607, 8i-620, 8i-621, 8i-622, 8i-605, 8i-619, 8i-613, 8i618, 8i-608, 8i-625, 8i-604, 8i-616, 8i-614, 8i-627, 8i-615, 8i-611, 8i-624 reyestr nömrələri ilə təsdiq edilmiş ərizələrlə cavabdehə məxsus Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 0,4277 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 0,7023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 10,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququ, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,1703 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,4629 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,7555 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Şıxlı kəndində yerləşən 1,7795 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 2,8054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,2925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,463 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,4629 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,0154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 1,3758 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 17, ** nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 61, М3, m4) mənzilin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına) etiraz etməmişdir. O, bundan sonra, ## ###### 2024-cü il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisində şəxsi istəyi səbəbindən ## ###### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 8i-617, 8i-623, 8i-607, 8i620, 8i-621, 8i-622, 8i-605, 8i619, 8i-613, 8i-618, 8i-608, 8i-625, 8i-604, 8i-616, 8i-614, 8i627, 8i-615, 8i-611, 8i-624 reyestr nömrələri ilə təsdiq edilmiş ərizələrdən imtina etmişdir. Həmin tarixdə o, yenidən Bakı şəhəri ** saylı notariat ofisində şəxsi istəyi ilə ərizə yazaraq cavabdehə məxsus həmin torpaq sahələri - Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 17, ** nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 61, М3, m4) mənzilin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına) etiraz etməmişdir. Tərəflər ## ###### 2024-cü il tarixdə Bakı şəhərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mediatoru X1 iştirakı ilə MŞB/**/****-***** nömrəli barışıq sazişi imzalamışlar. Daha sonra, iddiaçı ## ###### 2024-cü il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisində şəxsi istəyi səbəbi ilə ## ###### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 8i-680, 8i-682, 8i-664, 8i-662, 8i-673, 8i-676, 8i- 679, 8i681, 8i-663, 8i-666, 8i-671, 8i-691, 8i-692, 8i-685, 8i-686, 8i-687, 8i-688, 8i-684, 8i-683, 8i667, 8i-670, 8i-672, 8i-674, 8i-677 reyestr nömrələri ilə təsdiq edilmiş ərizələrdən imtina etmişdir.

7. ##.##.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,29253 ha torpaq sahəsi satıcı cavabdeh1 tərəfindən alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satılmışdır. Qusar rayonu, Çetkün kəndində yerləşən 0,29253 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına ##.##.2024-cü il tarixində qeydə alınmışdır.

8. ##.##.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Qusar rayonu, Çetkün kəndində yerləşən 1,463 ha torpaq sahəsi satıcı cavabdeh1 tərəfindən alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satılmışdır. Qusar rayonu, Çetkün kəndində yerləşən 1,463 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına ##.##.2024-cü il tarixində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili X6 cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh2 arasında Mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2024-cü il tarixli, MŞB/**/****-***** saylı barışıq sazişinin etibarsız hesab olunması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli MŞB/**/****-***** saylı Mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanılmışdır. Qeyd olunan barışıq sazişi cavabdehin iddiaçı üzərində olan fiziki zorakılığı, iddiaçının və ailə üzvlərinin, övladlarının real həyati təhlükəsi ilə hədələməsi nəticəsində iddiaçının öz sərbəst iradə ifadəsi olmadan imzalanmışdır. Bunun sübutu olaraq cavabdehin iddiaçını döyməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsində ##.##.2024-cü il tarixdə iddiaçının şikayəti əsasında araşdırma aparılmış və yenə də cavabdehin hədələri nəticəsində iddiaçı şikayətini geri götürmüşdür. Çünki iddiaçı şikayətindən sonra görmüşdür ki, onun şikayəti əsasında cavabdehin hədələrinin qarşısı alınmamış, əksinə cavabdeh daha da qəzəblənərək ona qarşı hərəkətlərinin həddini artırmışdır. İddiaçı da özünün, ailəsinin və övladlarının həyatını riskə atmayaraq məcbur qalaraq həmin barışıq sazişini imzalamışdır. Cavabdeh barışıq sazişini imzalanmasından bir gün öncə iddiaçını zorla, hədə qorxu ilə notariat ofisinə aparmış və iddiaçıya barışıq sazişində qeyd olunacaq əmlaklardan imtina barədə ona ərizə imzalatmışdır. Cavabdeh ##.##.2024-cü il tarixdə keçiriləcək mediasiya iclasında hansı barışığa və razılığa gələcəklərini bilinmədən iddiaçını məcburi qaydada ##.##.2024-cü il tarixdə notariat ofisinə apararaq ona əmlaklardan imtina barədə ərizəyə imza etdirmişdir. Bunun davamı olaraq ##.##.2024-cü il tarixdə iddiaçını mediasiya təşkilatına apararaq demək olar ki, birgə nikah dövründə əldə edilmiş əmlakların hamısından iddiaçını məhrum etmək barədə sazişə imza etməyə məcbur etmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə mediasiya prosesində iştirak etdikdən sonra cavabdeh onun yanından ayrılan kimi, dərhal ##.##.2024-cü il tarixdə iddiaçının hədəsi ilə əmlaklardan imtina barədə vermiş olduğu ərizələrin ləğv olunması barədə notariusa müraciət etmiş və həmin ərizələr ləğv olunmuşdur. İddiaçı həqiqətən də öz rizası və heç bir hədə olmadan əmlaklardan cavabdehin xeyrinə imtina etməsi barədə barışıq sazişi imzalayırdısa, o zaman nə üçün həmin ərizələri məhz ##.##.2024cü il tarixdə mediasiya prosesindən sonra ləğv etdirirdi. Bu, onu sübut edir ki, cavabdeh onu buna onun yanında olarkən məcbur edib və hədələyib, iddiaçı da özünü, ailəsini və övladlarını qorumaq üçün qeyd olunan barışıq sazişini imzalamışdır. Cavabdehin zorakı hərəkətləri nəticəsində iddiaçı bütün əmlaklardan imtina etməyə məcbur olmuş, iki övladı ilə birlikdə hazırda atasının evində yaşayır və mübahisələndirilən barışıq sazişi onu əhəmiyyətli dərəcədə ağır vəziyyətə salmışdır. Həm özü, həm də himayəsində olan övladları ağır vəziyyətə düşmüşdür.

11. Cavabdeh iddia tələbinə yazılı etiraz vermiş və etirazında bildirmişdir ki, iddiaçı şifahi razılıq əsasında barışıq sazişində siyahısı qeyd edilən əmlaklara dair hüquqlarından cavabdehin xeyrinə imtina barədə ##.##.2024-cü il tarixdə ** saylı notariat ofisində ərizə vermişdir. Ərizənin verilməsi ilə bağlı bütün rüsumları da cavabdeh ödəyib. Lakin iddiaçı ## ###### 2024-cü il tarixdə səhər saatlarında * saylı Bakı “Asan Xidməti”ndə ərizələri ləğv etdirmişdir. İddiaçının bu addımı atmaqda məqsədi mediasiyada barışıq sazişinin bağlanması olmuşdur. Sazişdən də göründüyü kimi, əmlaklar tərəflər arasında bölünmüşdür. Saziş bağlanandan sonra elə həmin gün iddiaçı yenidən notariusa gedib ləğv etdirdiyi ərizələri təkrarən cavabdehin xeyrinə vermişdir. Bu, iddiaçı tərəfindən qurulan və müvəffəqiyyətlə həyata keçirilən məqsədli oyundur. İddiaçıya zorakılıq edilməsinə gəldikdə, “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan da görünür ki, cavabdeh iddiaçıya heç bir zor tətbiq etməmişdir. Əks halda, iddiaçı tibbi ekspertizadan keçməkdən imtina etməzdi.

12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək bildirmişdir ki, tərəflərin birgə nikahlarından 2 uşaqları var. Oğlanın 12, qızın isə 15 yaşı var. Oğlan uşağı atasının yanına qaçaraq anasının onu döydüyünü bildirmişdir. Uşağın atanın himayəsinə verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Uşaq atasının yanında qalmaq istəyir. Hazırda uşağın 14 yaşı var, tam sərbəst fikir bildirə bilir. Anasının oğlu Tunarla telefon danışığının səs yazısı var. Barışıq sazişi bağlanılarkən iddiaçı hüquqlarının pozulduğunu iddia edir. İddiaçının hüquqları pozulmuşdursa, onunla mediasiya prosesində iştirak edən Kəmalə xanım iddiaçıya barışıq sazişinin imzalamasına icazə verməzdi. Tərəflər bilə-bilə hüquqlarının pozulduğu barışıq sazişini bağlamış, birlikdə razılığa gəlmişlər. İddiaçının vəkili iddia edir ki, barışıq sazişini iddiaçı təzyiq altında imzalamışdır. Lakin iddiaçıya cavabdeh tərəfindən heç bir təzyiq olunmamışdır. İddiaçının yanında gətirdiyi Kəmalə xanım iddiaçıya yaxın bir insan olduğu üçün onunla mediasiyaya gəlib. Mediasiya prosesində iddiaçıya təzyiq olsa idi, Kəmalə xanım şəxsən orada iştirak etmişdi, elə orada sazişi imzalamamasını deyərdi, indi teleqramla təzyiq olduğunu bildirməzdi. Tərəflər razılıq ərizələrini ləğv etdikdən sonra barışıq sazişi bağlamaq üçün mediasiyaya getmişlər. İddiaçı cavabdehin maşınının mediasiyanın qarşısında onlardan öncə gəlib dayandığını iddia etsə də, cavabdeh bildirir ki, o, həmin vaxt maşında olmamışdır. O, iddiaçının notariusda ərizələri ləğv etdirməyə getdiyindən xəbər tutub, dərhal həmin notariat xidmətinə getmişdir. Orada ərizələri ləğv etdirib mediasiyada barışıq sazişi bağlamağa gəlmişlər. Tərəflər arasında boşandıqdan sonra əmlak bölgüsü olmamışdır. Buna görə də əmlakların bölünməsi prosesi də mediasiyada baş tutmuşdur. Evlərdən biri iddiaçının adınadır, digəri isə iddiaçının anasının evidir. Cavabdeh onu bağışlaya bilməzdi. İddiaçı özü ilə 10 kq qızıl da aparıb.

13. Bakı şəhəri ** saylı Mediasiya Təşkilatının mediatoru X1 məhkəmə iclasında bildirmişdir ki, Mediasiya Təşkilatında video-görüntülərin aparılması qadağan edilmişdir. Yalnız dəhlizdə video-kamera var. Kəmalə adlı hüquqşünas xanım zəng vuraraq mediasiya işinin olması barədə məlumat vermişdir. Həmin gün təklifi cavabdeh qəbul edərək onların mediasiya qurumunda olmasını qəbul etmişdir. Hər iki tərəfin razılığı olarsa, mediasiya prosesinin keçirilməsi üçün 12 gün vaxt gözlənilmir. İddiaçının adında olan evlərin elə iddiaçının adında qalması və torpaq sahələrinin cavabdehin adında qalacağı barədə tərəflər razılığa gəlmişlər. Evin biri iddiaçının özünə, digəri isə anasının adına idi. 2 ədəd avtomobilin hərəsi birinin adında olması ilə razılaşmışlar.4 saat mediasiya prosesi keçirilmişdir. Demək olar ki, bu proses ən uzun mediasiya prosesi olmuşdur. Cavabdeh əmlak bölgüsü barədə mediasiya prosesinin keçirilməsini bildirmiş və nikahın pozulması və aliment tələbi barədə razılığa gəlməmişdir. Bir qədər danışıqlar gedəndən sonra cavabdeh nikahlarının pozulması və uşaqların ananın himayəsində saxlanılmasına razılıq vermişdir. Alimentlə bağlı tərəflər əvvəlcə razılaşmırdılar. Sonradan razılıq əldə olunmuş və tərəflər uşaqların saxlanılması üçün əvvəl hər uşaq üçün 500 manat məbləğində aliment müəyyən olunması barədə razılığa gəlmiş, bir qədər sonra isə hər uşaq üçün 2.000 manat aliment tələb olunmuş, cavabdeh əvvəlcə aylıq 2.000 manat aliment miqdarı ilə razı olmamış, sonradan razılaşmış, hər uşaq üçün 2.000 manat olmaqla, ümumilikdə 4.000 manat alimentlə razılaşmışdır. Həmçinin torpaq sahələrinin cavabdehin adına qalması müəyyən edilmişdir. Mediasiya prosesində iddiaçı bildirmişdir ki, torpaq sahələrinin bir hissəsi cavabdehin adına olsa da, onun əmlakları deyil, torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır. Kəmalə xanım cavabdehdə qalacaq torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğunu əsas gətirərək torpaq sahələrinin satılarsa əldə olunan məbləğin iddiaçıda qalan evlərdən birinin qiyməti etməz deyə bir ifadə işətmişdir. Torpaq sahələrinin texniki pasportu və mülkiyyət sənədləri təqdim olunmayıb, iddiaçı torpaq sahələrinin siyahısını verməmiş, onlara sadəcə DƏDRX-nin * saylı Ərazi İdarəsindən alınmış arayışın surətini təqdim etmişdir. Bundan başqa, “Range Rover” markalı avtomobilin iddiaçıda, “Mercedes” markalı avtomobil isə cavabdehdə qalması ilə bağlı razılıq əldə olunmuş və barışıq sazişi təsdiq olunmuşdur. Tərəflərə mediasiya prosesində hər şey izah olunur və tərəflər nə ilə razılaşırsa, mediator onu qanuna uyğun qaydada təsdiq etməyə borcludur. İki tərəf eyni vaxtda gəlib mediasiyaya könüllü olaraq razılıq verirsə, bu barədə barışıq sazişi bağlanır. Tərəflərin təklifi əsasında barışıq sazişi yazılıb hazırlanır və tərəflərə tanış olmaları üçün verilir. Əgər hər hansı bir razılıq əldə olunmazsa, onlar yenidən, tərəflər razılığa gələnə qədər həmin məsələni müzakirə edirlər və buna görə də tərəflərə vaxt məhdudiyyəti qoyulmur, onlar öz fikrilərində sərbəst olurlar. Mediator olaraq onun tərəflərə ayrı-ayrılıqda bir tərəfə az, digər tərəfə çox əmlak düşdüyünü deməyə səlahiyyəti yoxdur. Mediatorun vəzifəsi prosesin qaydasını izah etmək, tərəflər aralarında razılıq əldə etdikdən sonra həmin razılaşma barədə barışıq sazişi hazırlayaraq tərəflərə bundan sonrakı vəzifələrini izah etməklə bitir. O, həm mediator, həm də hüquqşünas olaraq iddiaçıya qanuna uyğun qaydada barışıq sazişinin hüquqi əsaslarını və barışıq sazişinin icrası barədə bütün qaydaları izah etmişdir. Bunu ancaq özü təsdiq edə bilər, çünki mediator olaraq onun üzərinə belə bir sübutetmə yükü qoyulmamışdır. İddiaçının istəyi ilə onlar arasında mediasiya sazişi bağlanmışdır. İddiaçıya hər hansı bir təzyiq olmamış, iddiaçı özü hüquqşünasla mediasiyaya müraciət edib, bütün yaranmış sualları da Kəmalə xanımla məsləhətləşərək birlikdə qərar vermişdir. Mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Tərəflərin arasında hər hansı bir anlaşılmazlıq, təzyiq olmamışdır. Tərəflər arasında gərgin vəziyyət sadəcə nikahın pozulması hissəsində olmuşdur. İddiaçının psixoloji gərginliyi vardı. O, anlaqsız deyildi. İddiaçı özü Kəmalə xanımla müzakirə edirdi. Ona sual verəndə bildirmişdir ki, cavabdeh ona xəyanət edib, indi isə uşaqlar üçün aliment vermək istəmir. İddiaçının davranışlarında sadəcə aqressiya var idi. Bu da məlum məsələdir ki, cavabdehin xəyanəti ilə bağlı nikahları pozulurdu. İddiaçı anlaqlı vəziyyətdə hər bir mövzunu Kəmalə xanımla müzakirə edir və razılıq əldə olunurdu. İddiaçıya verilən evlər şəhərin mərkəzində olan evlərdir. İddiaçının 10 kq qızıl əmlakı var. Cavabdeh boşanma ərəfəsində iddiaçı ilə barışmaq üçün əlindən gələni edir.

14. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə hakim Nərmin Abiyeva) iddia tələbi rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ## ###### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 8i-617, 8i-623, 8i-607, 8i-620, 8i-621, 8i-622, 8i- 605, 8i-619, 8i-613, 8i618, 8i-608, 8i-625, 8i-604, 8i-616, 8i-614, 8i-627, 8i-615, 8i-611, 8i-624 reyestr nömrələri ilə təsdiq edilmiş ərizələrlə cavabdehə məxsus Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 0,4277 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 0,7023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 10,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququ, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,1703 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,4629 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,7555 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Şıxlı kəndində yerləşən 1,7795 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 2,8054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,2925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,463 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 1,4629 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonu, Çetkün kəndində yerləşən 0,0154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 1,3758 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 17, ** nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 61, М3, m4) mənzilin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına) etiraz etməmişdir.

16. İddiaçı bundan sonra ## ###### 2024-cü il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisində şəxsi istəyi səbəbindən ## ###### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 8i-617, 8i-623, 8i-607, 8i620, 8i-621, 8i-622, 8i-605, 8i619, 8i-613, 8i- 618, 8i-608, 8i-625, 8i-604, 8i-616, 8i-614, 8i627, 8i-615, 8i-611, 8i-624 reyestr nömrələri ilə təsdiq edilmiş ərizələrdən imtina etmişdir.

17. Həmin tarixdə iddiaçı yenidən Bakı şəhəri ** saylı notariat ofisində şəxsi istəyi ilə ərizə yazaraq cavabdehə məxsus həmin torpaq sahələri - Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 17, ** nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 61, М3, m4) mənzilin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına) etiraz etməmişdir. Bundan əlavə, tərəflər ## ###### 2024-cü il tarixdə Bakı şəhərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mediatoru X1 iştirakı ilə MŞB/**/****-***** nömrəli barışıq sazişi imzalamışlar. Daha sonra iddiaçı ## ###### 2024-cü il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisində şəxsi istəyi səbəbi ilə ## ###### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 8i-680, 8i-682, 8i-664, 8i-662, 8i-673, 8i-676, 8i-679, 8i681, 8i-663, 8i-666, 8i-671, 8i-691, 8i-692, 8i- 685, 8i-686, 8i-687, 8i-688, 8i-684, 8i-683, 8i667, 8i-670, 8i-672, 8i-674, 8i-677 reyestr nömrələri ilə təsdiq edilmiş ərizələrdən imtina etmişdir.

18. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən barışıq sazişi ilə bağlı qeyd etmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, iddiaçı tərəfindən ləğv olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında sözügedən barışıq sazişini cavabdeh tərəfindən zor tətbiq edilərək imzaladığını qeyd etmiş və əlavə olaraq onun cavabdeh tərəfindən döyüldüyünü və bu barədə “102” xidmətinə zəng vuraraq döyülməsi faktı ilə bağlı şikayət etdiyini bildirsə də, sözügedən hallarla bağlı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Habelə, cavabdeh tərəfindən döyülməsi ilə bağlı istinad etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, R X3 ## ###### 2024-cü il tarixli qərarından da görünür ki iddiaçının cavabdeh tərəfindən döyülməsi faktı öz təsdiqini tapmamış, hətta iddiaçı Bakı şəhəri, Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsində araşdırma zamanı izahatında əri tərəfindən döyülməsini təkzib etmişdir. Belə olan halda, iddiaçının qeyd etdiyi hal, yəni cavabdeh tərəfindən məcburi şəkildə, hədə yolu ilə və zor tətbiq edilərək barışıq sazişinin imzalanması halı sübuta yetirilməmişdir.

20. Bundan əlavə, tərəflər arasında mübahisələndirilən müqaviləni tərtib edən Bakı şəhəri ** saylı Mediasiya Təşkilatının mediatoru X1 məhkəmə iclasında çıxışında, həm mediator, həm də hüquqşünas olaraq iddiaçıya qanuna uyğun qaydada barışıq sazişinin hüquqi əsaslarını və barışıq sazişinin icrası barədə bütün qaydaları izah etdiyini, müqavilənin tərəflər arasında razılığa əsasən bağlandığını, tərəflərdən birinin digərinə qarşı hər hansı bir təzyiq göstərmə və məcburetmə halını müşahidə etmədiyini, həmçinin iddiaçının müqaviləni imzalayarkən tam anlaqlı olmasını, habelə müqavilənin bütün şərtlərini öz hüquqşünası ilə məsləhətləşdiyini bildirmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iş materiallarına əlavə etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin texniki göstəricilərinə dair surət şəklində olan sənədi sübut kimi göstərərək evin mülkiyyətçisinin cavabdeh deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olduğunu iddia etsə də, həmin sənəd mülkiyyət hüququnu təsdiq edən sənədi kimi qəbul edilə bilməz.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 324.1, 324.5, 337.1, 339.4, 346.1, 404.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli Plenumunun Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

23. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barışıq sazişi cavabdehin iddiaçı üzərində olan fiziki zorakılığı, iddiaçının və ailə üzvlərinin, övladlarının real həyati təhlükəsi ilə hədələməsi nəticəsində öz sərbəst iradə ifadəsi olmadan imzalanmışdır. Bunun sübutu olaraq cavabdehin iddiaçını döyməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsində iddiaçının ##.##.2024-cü il tarixdə şikayəti əsasında araşdırma aparılmış və yenə də cavabdehin hədələri nəticəsində iddiaçı şikayətini geri götürmüşdür. Çünki şikayətdən sonra iddiaçı görmüşdür ki, şikayəti əsasında hədələrin qarşısı alınmamış, əksinə cavabdeh daha da qəzəblənərək ona qarşı hərəkətlərinin həddini artırmışdır. İddiaçı da özünün, ailəsinin və övladlarının həyatını riskə atmayaraq məcbur qalaraq barışıq sazişini imzalamışdır. Cavabdeh ##.##.2024-cü il tarixdə keçiriləcək mediasiya iclasında hansı barışığa və razılığa gələcəklər bilinmədən, iddiaçını məcburi qaydada ##.##.2024-cü il tarixdə notariat ofisinə apararaq iddiaçıya əmlaklardan imtina barədə ərizəyə imza etdirmişdir. Bunun davamı olaraq cavabdeh ##.##.2024-cü il tarixdə iddiaçını mediasiya təşkilatına apararaq demək olar ki, birgə nikah dövründə əldə edilmiş əmlakların hamısından məhrum etmək barədə sazişə imza etməyə məcbur etmişdir. ##.##.2024-cü il tarixdə mediasiya prosesində iştirak etməmişdən öncə cavabdeh yanında olmayanda, iddiaçı dərhal hədə ilə əmlaklardan imtina barədə ##.##.2024cü il tarixdə vermiş olduğu ərizələrin ləğv olunması barədə notariusa müraciət etmiş və həmin ərizələr ləğv olunmuşdur. İddiaçı həqiqətən də öz rizası və heç bir hədə olmadan əmlaklardan cavabdehin xeyrinə imtina etməsi barədə barışıq sazişi imzalayırdısa, o zaman nə üçün həmin ərizələri məhz ##.##.2024-cü il tarixdə mediasiya prosesindən öncə ləğv edirdi. Bu, onu sübut edir ki, cavabdeh iddiaçını buna onun yanında olarkən məcbur edib və hədələmişdir. İddiaçı da özünü, ailəsini və övladlarını qorumaq üçün qeyd olunan barışıq sazişini imzalamışdır. Cavabdehin zorakı hərəkətləri nəticəsində iddiaçı bütün əmlaklardan imtina etməyə məcbur olunmuş, iki övladı ilə birlikdə hal-hazırda atasının evində yaşayır və mübahisələndirilən barışıq sazişi onu əhəmiyyətli dərəcədə ağır vəziyyətə salmışdır. Həm iddiaçı özü həm də, himayəsində olan övladları ağır vəziyyətə düşmüşdür. Mediasiya prosesinin təşkili, keçirilmə qaydası və barışıq sazişinin təsdiq olunması “Mediasiya haqqında” Qanunun tələbləri pozulmaqla aparılmışdır. Mediasiya təşkilatı tərəfindən təqdim olunmuş mediasiya işindən görünür ki, ümumiyyətlə, cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilməmişdir. Halbukı iddiaçıya və cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilməli, həmin təklifin bir nüsxəsi və təklifin göndərilməsini təsdiq edən sənəd 10 gün keçdikdən sonra Mediasiya təşkilatına mediasiya üçün müraciət ərizəsi ilə həmin sənədləri təqdim edilməli, Mediasiya təşkilatı həmin sənədləri və “Mediasiya haqqında” Qanunun tələblərinə əməl olunmasını yoxladıqdan sonra müraciəti icraatına götürməli, Qanunun 21.8-ci maddəsinin tələblərinə görə müraciət icraatına götürməli və mediasiya prosesinin keçiriləcəyi yer və vaxt barədə bildirişi tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Qanunun tələblərinə əməl olunmamış və mediator bu pozuntuları görərək və növbəti qanun pozuntularına şəxsən özü davam edərək qanunvericiliyin tələblərinə zidd proses təşkil etmişdir. İş materiallarından və cavabdehin də etirafından məlumdur ki, iddiaçı Mediasiya təşkilatına müraciət etməmişdən 2 saat qabaq cavabdeh iddiaçının gələcəkdə müraciət edəcəyi Mediasiya təşkilatının qarşısında gözləyirdi. Cavabdeh Mediasiya təşkilatının qarşısında duraraq onun öz şəxsi tanışı və istədiyi qanun pozuntusuna yol verəcəyini bildiyi Mediasiya təşkilatına gəlməyə məcbur edirdi, iddiaçını hədələyir və qorxudurdu ki, o, məhz cavabdehin tələb etdiyi təşkilata gələrək əmlakları ona versin. Həmin vaxt yəni ##.##.2024-cü il tarixdə mediasiya prosesi keçirilməmişdən öncə cavabdeh Notariat ofisində idi və ##.##.2024cü il tarixdə cavabdehin hədə qorxu ilə ondan aldığı əmlaklara dair ərizələrin ləğv olunmasını icra edirdi. Bu zaman yenə də cavabdehə yaxını olan notariat ofisindən məlumat verilmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdə vermiş olduğu ərizələri ləğv edir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında dediyi kimi cavabdehə bu məlumat çatan kimi o, öz maşınını mediasiya təşkilatının qarşısında qoyaraq tez Notariat ofisinə getmiş və iddiaçı həmin ərizələri ləğv etsə də, onu zorla Mediasiya təşkilatına gətirərək, guya mediasiyaya iddiaçı müraciət edirmiş kimi göstərərək sənədləşməni o formada tərtib etməklə qanunsuz və əsassız olan mediasiya prosesi keçirmişdir. Bu zaman sual olunur ki, həqiqətən iddiaçı həmin əmlakları könüllü olaraq cavabdehə verirdisə, o zaman nə üçün o, ##.##.2024-cü il tarixdə cavabdehin hədə-qorxusu ilə vermiş olduğu ərizələri mediasiyadan öncə cavabdehin nəzarətindən kənar, sərbəst olarkən ləğv edirdi. Barışıq sazişi könüllü olaraq bağlanırdısa, mediasiya təşkilatında nə üçün proses 4 saat çəkirdi, nə üçün dava-dalaş edirdilər. Bunları mediatorun özü şəxsən məhkəmə iclasında bildirmişdir. Mediator prosesə başlamazdan öncə “Mediasiya haqqında” Qanunun 22ci maddəsinin tələblərinə əsasən mütləq şəkildə tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlamalı idi və bundan sonra digər hərəkətləri davam etdirə bilərdi. Lakin belə bir müqavilə də mövcud deyil. “Mediasiya haqqında” Qanununun 23.4-cü maddəsinə əsasən Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında münasibətlər mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə ilə tənzimlənir. Mediasiya xidmətlərinin göstərilməsinə dair bağlanan müqavilədə mediatorun və ya mediasiya təşkilatının, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, konfidensiallıq, mediasiya xərcləri, bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər şərtlər müəyyən olunur. Mediasiya işində belə bir müqavilə yoxdur və bu maddənin də tələbləri pozularaq mediator konfidensiallığı qorumayaraq işə tərəf olmayan, etibarnaməsi və səlahiyyəti olmayan şəxs Şahid iştirakı ilə baxaraq onun təkliflərini və razılıqlarını sazişə qeyd edərək birgə onu sazişi imzalamağa məcbur etmişlər. Mediator özü şəxsən məhkəmə iclasında bildirmişdir ki, o, barışıq sazişinin şərtlərini onunla yox, Şahid ilə müzakirə edərək razılaşdırmışdır. Kəmalə bildirmişdir ki, iddiaçıya verilən mənzil Xaçmazda yerləşən torpaqlardan dəyərlidir və mediator ona görə də hesab etmişdir ki, saziş iddiaçını ağır vəziyyətə salmır və hüquqlarını pozmur. Halbukı Şahid konfidensiallıq baxımından prosesə buraxılması qanunsuzdur, onun verdiyi qərarlar və razılıqlar əsasında hazırlanmış barışıq sazişinə onun razılaşmasıdır deyərək imza etdirmək qanunsuz, əsassız və etdibarsızdır. Şahid birinci instansiya məhkəməsinə 2 dəfə teleqram vuraraq göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təzyiq göstərilərək, iddiaçının özünə, ailəsi və uşaqları ilə hədə qorxu gəlinərək ona barışıq sazişinə imza etdirilmiş, o sazişi imzalamaq istəmədiyi üçün proses 4 saatdan çox çəkmişdir. O sazişə imza etməyə məcbur edilmişdir, bütün bunların şahididir. Bunların heç birinə məhkəmə qətnamə qəbul edərkən qiymət verməyərək teleqramları gizlətmiş, hətta cavabdehin ziyanına olduğu üçün 2-ci teleqramı məhkəmə elektron məhkəmə sisteminə yükləməmişdir. Barışıq sazişinin təsdiq olunması Ailə Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Ailə Məcəlləsinin 38.6-cı maddəsinə əsasən nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. İşin hallarından və təqdim olunmuş sübutlardan da görünür ki, bağlanmış barışıq sazişi iddiaçını çox əlverişsiz vəziyyətə salmışdır. Bu hal hətta bildirildiyi kimi Mülki Məcəllənin tələblərinə də ziddir. Belə ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Cavabdehin iddiaçının və övladları üzərindəki zorakılığı, onu digər ailə üzvləri ilə hədələməsi də realdır və cavabdehin tam olaraq xarakterizə edir, bütün bunlar birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Bunlarla yanaşı, məhkəməyə təqdim edilən barışıq sazişində qeyd olunan əmlakların qiymətləndirmə rəyi və hesabatdan da görünür ki, cavabdehin sazişlə mənimsədiyi əmlakların dəyəri iddiaçıya verilməsi nəzərdə tutulmuş əmlaklardan dəfələrlə və əhəmiyyətli dərəcədə dəyərlidir. İddiaçı üçün nəzərdə tutulan əmlakların dəyəri 470.000 manat, cavabdehin mənimsədiyi əmlakların dəyəri 186.777,0 manatdır. Hətta əmlaklar qiymətləndirilərkən torpaq sahələrində olan meyvə ağacları, onun gəlirliliyi, real vəziyyəti nəzərə alınmadan qiymətləndirilmişdir. Bunlar nəzərə alınaraq qiymətləndirilsə idi, dəyəri göstərilmiş qiymətdən ən azı 5 dəfə yuxarı olardı. İddiaçı torpaq sahələrinin yerini bilmədiyi üçün mütəxəssislər həmin torpaq sahəsinə baxmadan ərazi üzrə boş torpaq sahəsinin qiymətinə uyğun qiymətləndirmə aparmışlar. Məhkəmə həmin rəylərə də qiymət verməyərək, onlarla yoxmuş kimi davranaraq qiymət verməmişdir. Barışıq sazişi üçüncü şəxsin maraqlarına və mənafeyinə toxunur. Belə ki, Mediator tərəflərə məxsus olmayan, onlarla heç bir əlaqəsi olmayan, iddiaçının anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına olan, ünvan 2 ünvanda yerləşən evi barışıq sazişinə qeyd edərək həmin evi də cavabdehin adından iddiaçıya vermişdir. Bu pozuntu ilə də bağlı məhkəməyə sənəd, sübut təqdim etsə də, məhkəmə cavabdehin maraqlarna uyğun olmadığından bu fakta da hüquqi qiymət verməyərək, üzərindən keçmişdir; “Mediasiya haqqında” Qanunun 3.3-cü maddəsinə görə bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Mediasiya haqqında Qanunun 33.3-cü maddəsində qeyd olunmuşdur ki, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Göründüyü kimi bağlanmış barışıq sazişi bütün qanunların müddəalarına ziddir, qanunsuzdur, əsassızdır və etibarsızdır.

25. Bütün bunlarla yanaşı, barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət olunsa belə, bu saziş məhkəmə tərəfindən təsdiq oluna bilməzdi, çünki bu saziş qanunların və “Mediasiya haqqında” Qanununun tələblərinə, müddəalarına zidd olaraq bağlanmışdır. Mübahisələndirilən barışıq sazişinin şərtləri cavabdeh üçün əhəmiyyətsizdir, çünki mənimsəmə niyyətində olduğu əmlakları ələ keçirmişdir. Şərtlər cavabdeh üçün əhəmiyyətli olsa idi, o, öz üzərinə götürdüyü öhdəliləri vicdanla yerinə yetirərdi. Cavabdeh aşkar forma da çəkinmədən bildirir ki, sazişin şərtlərinə əməl etmir, etməyəcək, əmlakları əldə edib, ona lazım olan əmlaklar idi və onları da mənimsədikdən sonra sazişin heç bir bəndi onun marağında deyil. Buradan da görünür ki, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri sazişə qeyd etməkdə məqsədi iddiaçını aldatmaq olmuşdur. Bu sazişdə qeyd olunmayan digər əmlaklarda vardır ki, dəyəri 2.000.000 manatdan çoxdur və həmin əmlakları da cavabdeh gizlin formada dostunun adına keçirərək, ailəsindən, övladlarından gizlətmişdir. Birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq işə baxılmasını 10 ay müddətində uzatmış, nəticədə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verməyərək, mübahisənin mahiyyətinə varmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, iddiaçı ilə cavabdeh arasında mediasiya prosesi nəticəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 bağlanmış ##.##.2024-cü il tarixli, MŞB/**/****-***** saylı barışıq sazişi etibarsız hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının ## ###### 2024-cü il tarixli qərarından müəyyən edilir ki, iddiaçı ##.##.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq ünvan 4 ünvanında ərinin (cavabdehin) onu döyməsi barədə məlumat vermiş, izahatı alınarkən ərinin onun üzərinə gəldiyini görüb onu döyəcəyini zənn etdiyindən DİN-102 xidmətinə müraciət etmiş, əslində əri ilə onun arasında söz mübahisəsi olmuş və əri ondan üzr istədiyindən onu bağışlamışdır. Buna görə də aparılan araşdırmanın dayandırılmasını xahiş etmiş və cinayət işinin başlanması rədd edilmişdir.

28. Bundan başqa iş materiallarına əsasən iddiaçı DİN-in 102 xidmətinə müraciət etdikdən 10 gün sonra ilk olaraq cavabdehin adına olan əmlakların ögəninkiləşdirilməsinə etiraz etməməsi barədə ##.##.2024-cü il tarixdə saat 16:33-17:13 radələrində Bakı şəhəri ** saylı notariat ofisində ərizələr vermiş, lakin səhəri gün, yəni ##.##.2024-cü il tarixdə səhər saat 09:13-09:43 radələrində * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ## ###### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 8i-603-8i-632 reyestr nömrələri ilə təsdiq edilmiş ərizələrindən imtina etmişdir. Bundan sonra elə həmin gün mübahisələndirilən barışıq sazişi bağlanmış, daha sonra yenə həmin gün saat 16:04-16:46 radələrində Bakı şəhəri ** saylı notariat ofisində iddiaçı təkrarən cavabdehin mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirməsinə etiraz etməməsi barədə ərizələr vermişdir. Həmin ərizələr ## ###### 2024-cü il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ləğv edilmişdir. Lakin ##.##.2024-cü il tarixdə saat 16:04-16:46 radələrində Bakı şəhəri ** saylı notariat ofisində iddiaçı təkrarən ərizələr verilməklə yanaşı, elə həmin gün, həmin notariat kontorunda cavabdeh mülkiyyətində olan torpaq sahələrini saat 18:06-18:19 radələrində notarius tərəfindən təsdiq edilmiş bağışlama müqavilələrinə əsasən atası X7 bağışlamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında barışıq sazişi bağlandığı ərəfədə iddiaçı ilə cavabdeh olan ər-arvad arasında münaqişəli vəziyyətin olması, hətta iddiaçının cavabdeh tərəfindən fiziki-mənəvi zorakılığa məruz qalması ilə əlaqədar polis orqanına müraciət etməsi iş materialları ilə təsdiq olunmaqdadır. Birinci instansiya məhkəməsində üçüncü şəxs qismində dindirilmiş mediator Sadiq Bağırov da izahatında mediasiya prosesinin 4 saat davam etməsini, tərəflər arasında gərgin vəziyyətin olmasını, iddiaçının psixoloji gərginliyinin olmasını, davranışlarında aqressiyanın olmasını bildirməklə yanaşı, tərəflərin əsasən nikahın pozulması və aliment tələbi ilə barədə razılığa gəlməmələrini, cavabdehin iddiaçı ilə barışmaq üçün əlindən gələni etdiyini bildirmişdir.

30. Məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına münasibətdə sübutları düzgün qiymətləndirməmişdir Halbuki işdə olan sübutlar iddiaçının kənar təsir nəticəsində iradəsi olmadan barışıq sazişini imzalamasını təsdiq etmişdir.

31. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, tərəflər arasında ər-arvad münasibətləri pozulmuş və onlar arasında gərgin vəziyyət mövcud olmuşdur. İşin hallarına görə mediasiya prosesinin keçirilməsində əsas məqsəd birgə nikah dövründə əldə edilməsi hesab edilən əmlakların hüquqi taleyini həll etmək olmuşdur ki, həmin prosesin cavabdeh tərəfindən təşkil olunması təsdiq olunmaqdadır. Mediasiya prosesinin tətbiqi barədə təklifin ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən göndərildiyi göstərilsə də, belə bir göndərilmənin mövcudluğu təsdiq olunmamışdır. Mediasiya prosesi yalnız bir gündə, ## ###### 2025-ci il tarixdə həyata keçirilmişdir. Mediasiya prosesinin keçirilməsində cavabdehin əsas məqsədi birgə nikah dövründə əldə edilməsi hesab edilən əmlakların hüquqi taleyini həll etmək olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, mediasiya prosesindən bir gün əvvəl, yəni ## ###### 2024-cü il tarixdə iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahələrinin ögəninkiləşdirilməsinə etiraz etməməsi barədə Bakı şəhəri ** saylı notariat ofisində ərizələr versə də, səhəri gün, yəni ##.##.2024-cü il tarixdə səhər saatlarında * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ## ###### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində verilmiş razılıq ərizələrindən imtina etmişdir ki, mediasiya prosesi də bundan sonra həyata keçirilmişdir. Mediasiya prosesi keçirildikdən dərhal sonra iddiaçı tərəfindən yenidən cavabdehin mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə Bakı şəhəri ** saylı notariat ofisində ərizələr verilmişdir ki, həmin ərizələrin verilməsindən dərhal sonra cavabdeh mülkiyyətində olan və barışıq sazişində göstərilən daşınmaz əmlakları bağışlama yolu ilə özgəninkiləşdirməklə, atasının mülkiyyətinə keçirmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin barışıq sazişinin bağlanmasından dərhal sonra mülkiyyətində olan daşınmaz əmlakları bağışlama yolu ilə özgəninkiləşdirməklə, atasının mülkiyyətinə keçirməsi faktı cavabdehin mediasiya prosesinin keçirilməsində məqsədinin birgə nikah dövründə əldə edilməsi hesab edilən əmlakların hüquqi taleyini həll etmək niyyətini təsdiq etməklə yanaşı, iddiaçının bu sazişi imzalamasını kənar təsir nəticəsində həyata keçirməsini təsdiq edən əsas fakt olmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halına ümumiyyətlə, hüquqi qiymət verməyərək, yalnız iddiaçının polis orqanına şikayətindən sonra, şikayətindən imtina etməsini və məhkəmə iclasında izahatı alınmış mediatorun mediasiya prosesində iddiaçıya qarşı hər hansı bir təzyiqi müşahidə etməməsi ilə bağlı izahatını əsas gətirərək iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mediatorun işgüzar marağı da həmin barışıq sazişinin etibarsız hesab edilməməsinə yönəlməkdədir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hər hansı bir səbəb olmadan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı polis orqanına müraciət etməsi də ağlabatan və inandırıcı olmamaqla, şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı polis orqanına müraciət etməsindən sonra hər hansı bir səbəbdən (barışıq, hədələnmə və sair) müraciətindən imtinası daha ağlabatan və inandırıcı hesab olunur.

33. Məhkəmə kollegiyası onu da nəzərə çatdırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 324.5, 346.1, 404.1 və 340.2-ci maddələrini tətbiq etməsi anlaşılan olmamışdır. Hərçənd ki, iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 339.4cü maddəsi təşkil etmişdir. Həmçinin həmin maddədə məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraitinin nəzərə alınması qeyd olunmuşdur ki, hazırkı işin hallarına əsasən iddiaçı qadın cinsindən olan şəxs olmaqla, əri olan cavabdehlə olan münasibətlərinin barışıq sazişi bağlandığı ərəfədə gərgin və münaqişəli olması işdə olan sübutlarla təsdiq olunmuşdur. Maddədə qeyd olunan məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin cinsinin nəzərə alınmasına münasibətdə isə qeyd edilməlidir ki, bu hal adətən qadınların məişət zorakılığına məruz qalması ilə bağlı qanunvericilikdə təsbit olunmuşdur. Təsadüfü də deyildir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 3.0.2-ci maddəsində məişət zorakılığının qarşısının alınmasının əsas prinsiplərindən biri də məhz qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsindən ibarət olmuşdur.

34. Bundan başqa, apellyasiya baxışında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil barışıq sazişinə əsasən iddiaçının mülkiyyətinə verilsə də, həmin daşınmaz əmlakın tərəflərin hər hansı birinin mülkiyyətində olması sübut olunmamışdır. İddiaçı qeyd olunan daşınmaz əmlakın anasına məxsus olduğunu iddia etmişdir ki, cavabdeh tərəf isə qeyd edilən halı inkar edəcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Lakin mediator qeyd olunan mənzilin barışıq sazişinin predmeti ola bilməsini müəyyən etmədən barışıq sazişini təsdiq etmişdir.

35. Məhkəmə kollegiyası həmçinin göstərmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnamələrinə görə tərəflər məhkəmələrə mediasiyaya dair barışıq sazişinin bağlanması ilə bağlı məlumat verməyərək, həmin barışıq sazişini məhkəməyə təqdim etməmişlər. Qeyd edilən hal da tərəflərin bağlanmış barışıq sazişinə etibarsız əqd kimi yanaşmasının təcəssümü kimi qəbul edilməlidir.

36. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Halbuki iddiaçının barışıq sazişi bağlanmamışdan bir neçə gün əvvəl fiziki zorakılığa məruz qalaraq polis orqanına müraciət etməsi, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakların özgəninkiləşdirməsi ilə bağlı ərizələrin eyni notariat orqanında verilməklə, sonradan digər notariat orqanında iddiaçı tərəfindən ləğv edilməsi, mediasiya prosesi zamanı iddiaçının psixoloji vəziyyətində gərginliyin olması, nəhayət, əmlakların cavabdeh tərəfindən barışıq sazişi bağlandığı gün atasının mülkiyyətinə keçirməsi kimi faktlar iddiaçının barışıq sazişini öz könüllü iradəsi ilə deyil, məcburetmə yolu ilə təsdiqləməsini sübuta yetirməkdədir.

37. Məhkəmə kollegiyası əlavə olaraq onu da vurğulamışdır ki, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, hər hansı bir əsaslandırma aparmadan cavabdehin atası X7 cavabdeh qismində işə cəlb edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən X7 işə cavabdeh qismində cəlb edilməsinə dair müvafiq qərar (protokol və ya ayrıca akt şəklində qərardad qəbul edilməklə) qəbul edilməmişdir. Digər tərəfdən, iddiaçının tələbi yalnız cavabdeh cavabdeh2 qarşı yönəlməklə, onunla mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2024-cü il tarixli, MŞB/**/****-***** saylı barışıq sazişinin etibarsız hesab edilməsi olsa da, X7 qarşı hansı tələbin yönəlməsi və ya bağlanmış ##.##.2024-cü il tarixli, MŞB/**/****-***** saylı barışıq sazişinin ona nə kimi aidiyyətinin olması anlaşılan olmamışdır. Buna görə də iddia tələbinin yalnız cavabdeh cavabdeh2 yönəlməsi halı kimi qəbul edilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 329.1, 337.1, 337.2, 339.4, 339.6-cı, “Mediasiya haqqında” Qanunun 3.3, 21.5, 21.6, 33.1, 33.2, 33.3, 34.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

39. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Lakin iddiaçının iddia etdiyi hallar həqiqəti əks etdirmir, əksinə iddiaçı tərəfindən qurulan və müvəffəqiyyətlə oynanılan məqsədli oyundur. Məhkəmə qeyd etmişdir ki, tərəflər barışıq sazişini aralarında gedən heç bir məhkəmə prosesinə təqdim etməyiblər. Bu hal onların bağlanmış barışıq sazişinə etibarsız əqd kimi yanaşmasının təcəssümü kimi qəbul edilməlidir. Göründüyü kimi, məhkəmə işin həqiqi hallarını təhrif edərək, qanuna deyil, öz şəxsi qiymətləndirməsinə və mülahizəsinə əsaslanaraq qanunsuz qətnamə çıxarmışdır. İddiaçı barışıq sazişi bağlanarkən onun hüquqlarının pozulduğunu iddia edir. Mediasiyaya dair iş materialları birinci instansiya məhkəməsinə təqdim edilmiş və sənədlər tədqiq edilən vaxt da müəyyən edilmişdir ki, müraciət iddiaçı tərəfindən edilmiş və proses tərəflərin razılığına əsasən könüllü aparılmışdır. İddiaçının hüquqları pozulmuşdursa, onunla mediasiya prosesində iştirak edən hüquqşünas Şahid ona barışıq sazişinin imzalamasına icazə verməzdi. Hansıki sənədləşmələr iddiaçının “hüquqşünasım” dediyi şəxs olan Şahid vasitəsilə hazırlanmışdır. Şahid məhkəmə iclasına teleqram göndərərək iddiaçını əvvəllər tanımadığını bildirmişdir. Tərəflər öz iradələrini ifadə edərək barışıq sazişini bağlamış, birlikdə razılığa gəlmişlər. Həqiqətən də təzyiq olsa idi, iddiaçının özü ilə apardığı hüquqşünas mediasiya prosesinin gedişatına müdaxilə edərdi. Bununla yanaşı, iddiaçı ilkin olaraq hər uşağa 500 manat aliment tələb etdiyi halda, cavabdeh hər uşağa 2.000 manat aliment verməyə razılaşmışdır. Təzyiq olsa idi, cavabdeh iddiaçıya ümumiyyətlə heç bir əmlak, o cümlədən Bakı şəhərində 2 fərdi yaşayış evi, sahəsi 229 kv.m. olan 4 otaqlı mənzil və dəyərli avtomobil (üzərində bazar qiyməti 30.000 manat olan qeydiyyat nişanı və s.) verməz, iddiaçının evdən apardığı çəkisi təxminən 8 kq olan qızıl-zinət əşyalarını ondan geri alardı və s. İddiaçı bildirmişdir ki, Şahid tərəfini dəyişdirərək iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş sazişin bağlanmasına təsir göstərmişdir. İddiaçıya cavabdeh tərəfindən heç bir təzyiq olunmamışdır. İddiaçının yanında gətirdiyi Kəmalə xanım iddiaçıya yaxın bir insan olduğu üçün onunla mediasiyaya gəlib. Sazişlə iddiaçıya verilmiş hər iki ev tərəflərin birgə nikah dövründə cavabdehin qazandığı vəsaitlə alınıb və özbaşına tikilidir. “Həmin evlərdən biri iddiaçının anasınındır” fikri yalnız məhkəmə prosesində ortaya atılıb və mediasiya dövründə belə bir fikir səsləndirilməyib. İddiaçı özü bilə-bilə ki o ev anasınındır, onda sazişdə niyə o evin də ona verilməsinə razılıq verə bilərdi? Onlar üzərində mülkiyyət hüququ qeydə alınmadığı üçün, məhkəmənin bu fikrə gəlməsi üçün çox ciddi əsaslar lazım idi. Çünki, tərəflər onu qarşılıqlı razılıq əsasında sazişə daxil ediblərsə, o prezumpsiya qüvvədədir ki, bu ev həqiqətən tərəflərə məxsusdur. Bunun əksini demək üçün isə, ciddi sübutlar təqdim edilməli idi və bu hissədə sübutütmə yükü iddiaçının üzərinə düşürdü. Tərəflərin barışıq sazişini məhkəməyə təqdim etməmələri hələ nəyisə təcəssüm edir fikrinə gəlmək üçün əsas deyil. Aliment məsələsində bu saziş iddiaçının özünə sərf edə-edə, onu məhkəməyə təqdim etməməsi onun məkrli niyyəti ilə bağlı ola bilər. Saziş bağlandıqdan bir müddət sonra uşaqlardan birinin ananın yanından qaçaraq atanın yanına gəlməsi və onunla qalmaq istəməsi cavabdehin sazişlə nəzərdə tutulan alimenti tam ödəməməsi üçün əsas olub. Tərəflərin sazişə münasibəti təbii ki, onun etibarlılığına qiymət verən məhkəmə üçün əhəmiyyətlidir. Amma hazırda məhkəmə əvvəlcə çalışıb ki, etibarsızlığı psixoloji təzyiqlə əlaqələndirsin, sonuncu arqumentlə isə, bu mövqeyini dəyişib. Çünki, sonuncu arqument əslində, yalançı əqdi əsaslandırmaq üçün istifadə oluna bilərdi, çünki məhkəmə hesab etmişdir ki, tərəflər bu sazişdən istifadə etmək istəməmələri onu etibarsız saydıqlarına işarədir. Halbukı, cavabdehin heç bir pərdələmə və digər alt niyyəti olmayıb. İşin obyektiv araşdırılması üçün məhkəməyə təqdim edilmiş sənədlər tədqiq edilən zaman düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ##.##.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardadla rədd edilmiş işdən məharətlə öz xeyirlərinə istifadə edən iddiaçının guya mediasiyada təzyiqə və təhdidə məruz qalması kimi qəbul edilmişdir. İş materiallarında faktiki olaraq, cavabdehin öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların olmasına baxmayaraq, məhkəmənin həmin sübutları tədqiq etməməsi, eyni zamanda iddiaçının bu işlə əlaqəsi olmayan və heç bir hüquqi nəticə yaratmayan müəyyən orqanlara ünvanladığı şikayətləri sübut kimi qəbul etməyi prosessual hüquq normalarının pozulması deməkdir. Nəhayət, məhkəmənin mülahizə əsasında mediasiya sazişini etibarsız sayması hüququn aliliyi və hüquqi sabitlik prinsiplərinə ziddir. Mediasiya barışıq sazişi mütləq sənəd deyil və məcburi qüvvə almaq üçün məhkəmə yoxlamasına məruz qala bilər. Lakin, sazişin tərəflərdən birinin mülahizələrinə əsaslanan iddiası əsasında ləğv edilməsi, mediasiya institutunun müstəqilliyinə, insanların mübahisələrin alternativ həll vasitəsi kimi mediasiyaya inamını sarsıda bilər. Mediasiya sazişini tərəflər imzalayırsa, burada ilkin olaraq həqiqi niyyət və iradə ifadəsi prezumpsiyası qüvvədə olur. Bunun əksi isə ciddi sübutlarla təsdiq edilməlidir. Tərərflərin mediasiya prosesində gərgin psixoloji vəziyyətdə olması, bir-birinə qarşı təzyiqedici ifadələrdən və hətta təhqirdən istifadəsi təbii haldır, əslində mediatorun əsas işi (Mediasiya haqqında qanunvericilik və nəzəriyyə) gərginliyin dərəcəsini azaltmaq və tərəfləri razılıq dərəcəsinə gətirməkdir. Yəni mediasiyada əsəblərdə gərilmə yaranması və psixoloji gərginlik normaldır, çünki tərəflər bir birinə tələblərini səsləndirir və bir tərəfin tələbləri və ya özünə sərf edən təklifləri digər tərəfi qıcıqlandıra bilir və s. Odur ki, prosesin 4 saat davam etməsi bu tip işlərdə normaldır və sazişin etibarsızlığına əsas ola bilməz.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (məruzəçi), Əhməd Nurməmmədov və Rəşad Həsənov) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsini qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

42. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın qanuni əsasının Mülki Məcəllənin 339.4-cü maddəsi təşkil etməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi haqlıdır. Həmin normaya görə xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Həmçinin məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Yəni istənilən məcburetmə halına istinad edib əqdin etibarsız sayılmasını tələb etmək olmaz. Məcburetmə o zaman əqdin etibarsızlığına səbəb olur ki, ilk növbədə məcburetmə mövcud olmalı və bu, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə olmalıdır. Buna görə də qeyd edilən hüquq normasının tətbiqi üçün ilk növbədə müəyyən edilməli olan hal hədənin mövcudluğu, mövcud olduğu halda isə onun real olaraq xaraktercə şəxsə təsir göstərə bilən təhlükə yaradıb-yaratmaması müəyyən edilməlidir.

43. İddiaçının barışıq sazişi bağlanmamışdan bir neçə gün əvvəl fiziki zorakılığa məruz qalaraq polis orqanına müraciət etməsi həmin sazişin hədə-qorxu təsiri altında bağlanması nəticəsinə gəlmək üçün yetərli deyil, çünki ağlabatan məntiqlə hədə olduğu halda iddiaçının cavabdeh tərəfindən döyülməsi barədə polis orqanına müraciət edə bilməsi də sual doğurur, lakin buna apellyasiya instansiyası məhkəməsi cavab verməyib. İddiaçı ona edilən hədə qorxunu təkcə cavabdehin ona zorakılıq etməsi və döyülməsi ilə deyil, həm də cavabdehin onun və ailə üzvlərinin, övladlarının real həyati təhlükəsi ilə hədələməsi ilə əsaslandırmışdır.

44. Cavabdehin mülkiyyətində olan daşınmaz əmlakların özgəninkiləşdirməsi ilə bağlı ərizələrin eyni notariat orqanında verilməklə, sonradan digər notariat orqanında iddiaçı tərəfindən ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə ona görə əsaslı deyil ki, işin müəyyən edilən hallarına görə iddiaçı ##.##.2024-cü il tarixdə saat 16:33-17:13 aralığında Bakı şəhəri ** saylı notariat ofisində ərizələr vermiş, lakin səhəri gün, yəni ##.##.2024-cü il tarixdə səhər saat 09:13-09:43 aralığında * saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində ## ###### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 8i-603-8i-632 reyestr nömrələri ilə təsdiq edilmiş ərizələrindən imtina etmişdir. Bundan sonra elə həmin gün mübahisələndirilən barışıq sazişi bağlanmış, barışıq sazişi bağlanandan sonra yenə həmin gün saat 16:04-16:46 aralığında Bakı şəhəri ** saylı notariat ofisində iddiaçı təkrarən cavabdehin mülkiyyətində olan əmlakların özgəninkiləşdirməsinə etiraz etməməsi barədə ərizələr vermişdir. Göründüyü kimi, iddiaçı iki gün ərzində (30-## ###### 2024-cü il) notariat ofisində 3 dəfə ərizə vermişdir. İddiaçı ##.##.2024-cü ildə 16:33-17:13 aralığında cavabdehin adına olan əmlakların satılmasına etiraz etməməsi barədə Bakı şəhəri ** saylı notariat ofisində ərizələr vermiş, ertəsi gün, yəni ##.##.2024-cü il tarixdə, barışıq sazişinin bağlanmasından bir neçə saat əvvəl – 09:13-09:43 aralığında ##.##.2024-cü ildə verdiyi ərizələrdən imtina etdiyi barədə ərizələr vermişdir. Elə həmin gün barışıq sazişin bağlanandan sonra ##.##.2024-cü il tarixdə saat 16:04-16:46 aralığında Bakı şəhəri ** saylı notariat ofisində iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirməsinə etiraz etməməsi barədə təkrarən ərizələr vermişdir.

45. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ##.##.2024-cü il tarixdə barışıq sazişinin bağlanmasından bir neçə saat əvvəl – 09:13-09:43 radələrində bir gün əvvəl (##.##.2024) verdiyi ərizələrdən imtina edilməsi barədə işin halını hədənin olub-olmaması kontekstində qiymətləndirməmiş, hədə var idisə, həmin ərizələri necə ləğv edə bilməsinə iddiaçı aydınlıq gətirməmiş, məhkəmə də tərəfləri, xüsusilə də iddiaçını sorğu-sual etməklə bunu aydınlaşdırılmamışdır. Bundan əlavə, işdən görünür ki, iddiaçı daha sonra, yəni barışıq sazişi bağlayandan sonra yenə həmin gün – ##.##.2024-cü il tarixdə saat 16:04-16:46 aralığında Bakı şəhəri ** saylı notariat ofisində cavabdehin mülkiyyətində olan əmlakların özgəninkiləşdirməsinə etiraz etməməsi barədə təkrarən ərizələr vermişdir.

46. Barışıq sazişini cavabdehin hədələri nəticəsində bağladığını iddia edən iddiaçı saziş bağlanandan sonra da cavabdehin adına olan əmlakların satılmasına yenidən razılıq ərizələri verməsinin motivi ilə bağlı hər hansı dəlil irəli sürməmiş, həmin ərizələri də hədə təsiri nəticəsində verib-verməməsinə dair mövqeyini bildirməmiş, bunun üstündən keçmiş, apellyasiya instansiyası məhkəməsi həmin ərizələrə istinad etsə də, ümumiyyətlə bu halı hədənin mövcud olub-olmaması baxımından qiymətləndirməmiş, iddiaçıdan nəyə görə yenidən ərizə verməsinin səbəblərini öyrənməmiş, cavabdehin yalnız həmin ərizələr əsasında elə həmin gün öz adına olan əmlakları atasına bağışlamasını əmlakları bölgüdən yayındırması kimi qiymətləndirmişdir. Cavabdehin həmin ərizələr əsasında öz adına olan əmlakları atasına bağışlamasının isə barışıq sazişinin hədə təsiri nəticəsində bağlanması ilə heç bir əlaqəsi olmamışdır. Üçüncü şəxs qismində dindirilmiş mediatorun izahatına istinadən mediasiya prosesinin 4 saat davam etməsi, mediasiya prosesi zamanı iddiaçının psixoloji gərginliyinin olması və davranışlarında aqressiyanın olmasını barışıq sazişinin cavabdeh tərəfindən hədə təsiri nəticəsində bağlanması barədə apellyasiya instansiyası məhkəməsinin dəlilinə gəldikdə qeyd edilməlidir ki, işin müəyyən edilən halına görə barışıq sazişi bağlanarkən tərəflərin ailə münasibətləri pozulma ərəfəsində olmuşdur. Belə vəziyyətlərdə tərəflərin münasibətlərində gərginlik olması başa düşüləndir. Üstəlik, barışıq sazişinin mahiyyəti ondadır ki, tərəflər öz aralarındakı fikir ayrılıqlarını, xüsusilə də əmlak və boşanmadan sonrakı münasibətləri (uşaqlar, aliment, uşaqlarla ünsiyyət, uşaqların digər maddi təminatları və s.) danışıqlar yolu ilə razılaşdırır, qarşılıqlı güzəştlərlə sazişin şərtlərini müəyyən edirlər və bunun müəyyən vaxt aparması, buna nəinki 4 saat, hətta bir neçə gün vaxt sərf edilməsi də istisna edilmir. Başqa sözlə, barışıq prosesində sazişin şərtlərinin razılaşdırılmasında baş verən gərginlik halının baş verməsi tərəflərin münasibətləri baxımından rast gəlinən təbii haldır. Lakin belə bir təbii halın barışıq sazişinin bağlanmasında iddiaçıya cavabdeh tərəfindən hədə-qorxu gəlinməsi ilə hansı əlaqəsi olmasını apellyasiya instansiyası məhkəməsi qətnamədə əsaslandırmamışdır. Həm də ağlabatan məntiqi mühakimə ilə yanaşıldıqda, bunun əksi olmalı, yəni barışıq sazişi qısa zaman içində iddiaçının heç bir təpkisi olmadan bağlanmalı idi. Mediatorun mediasiya prosesində iddiaçıya qarşı hər hansı bir təzyiqi müşahidə etməməsi ilə bağlı izahatını mediatorun işgüzar marağı ilə izah edən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı qeyd edilməlidir ki, bu mövqe qəbul edilən olsa da, bütün hallarda əqdin etbarsızlıq əsasları yoxlanmalı və bundan çıxış edərək mediatorun işgüzar marağının olub-olmamasının iddianın həllində nə kimi rol oynamasına qiymət verilməlidir. Əqdin etibarsızlıq əsaslarını bir kənara qoyub, iddia tələbini işin halları və qanunvericilik normaları baxımından yoxlamadan mediatorun izahatını onun işgüzar marağı ilə əlaqələndirmək əsaslı mövqe deyil və bu, mediasiya institutunun mahiyyətini heçə endirməklə bu institutun tətbiqinə inamı azaldar. Halbuki mediator mediasiya prosesinin bütün gedişini məhkəmə baxışında şərh etmiş, cavabdehin iddiaçı ilə barışmaq üçün əlindən gələni etdiyini bildirmiş və iddiaçı da onun bildirdiklərinə etiraz etməmişdir.

47. Tərəflərin boşanması prosesində onların məhkəmələrə (Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnamələri) mediasiya prosesində bağladıqları barışıq sazişi ilə bağlı məlumat verməməsini barışıq sazişinə etibarsız əqd kimi yanaşmanın təcəssümü kimi qəbul edən apellyasiya instansiyası məhkəməsi gəldiyi bu nəticəni qətnamədə əsaslandırmamış, ümumiyyətlə, həmin barışıq sazişinin nəyə görə boşanma prosesində məhkəmələrə təqdim edilməməsinə, bunun kimin marağına xidmət etməsinə aydınlıq gətirməmiş, nəhayət bu halın özünün mübahisələndirilən barışıq sazişinin etibarsızlığı ilə nə əlaqəsi olmasına qiymət verməmişdir.

48. Barışıq sazişində göstərilən ünvan 3 ünvanında yerləşən mənzilin üçüncü şəxsə məxsus olması ilə bağlı müvafiq sənədlər araşdırılmamış, iddiaçı həmin mənzilin anasına məxsus olduğunu, cavabdeh isə bunu əksini dediyi üçün həmin halları sübut etmək vəzifəsi də qarşılıqlı olaraq onları üzərinə düşmüşdür. Məhz mülkiyyət hüququnu təsdiq edən sənədlərlə müəyyən etmək olardı ki, barışıq sazişində göstərilən əmlaklardan hansılar üçüncü şəxsin mülkiyyətindədir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 352-ci maddəsinə görə əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Buna görə də barışıq sazişində göstərilən və üçüncü şəxsə məxsus olması iddia edilən mənzillə (və ya digər hər hansı əmlakla) bağlı şərtin sazişə daxil edilməsi, həmin fakt təsdiqini tapacağı halda, sazişin bütünlüklə etibarsız sayılıb-sayılmamasına Mülki Məcəllənin 352-ci maddəsi baxımından qiymət verilməsini tələb edirdi. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi) Almaz Süleymanova və Fuad Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi qismən – “## ###### 2024-cü il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişinin ünvan 2 ünvanında yerləşən evə dair iddianın təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilmiş və İddiaçı ilə cavabdeh2 arasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 bağlanmış ## ###### 2024-cü il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişinin “ünvan 3-nin 1-ci tərəfin mülkiyyətində qalması”na dair şərti etibarsız hesab edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

50. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi mediasiya prosesində barışıq sazişinin cavabdeh tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində (üzərində olan fiziki zorakılıq, onun və ailə üzvlərinin, övladlarının real həyati təhlükəsi ilə hədələməsi) bağlamasını göstərmiş, tələbinin təsdiqi kimi isə cavabdehin onu döyməsinə, bu barədə polis orqanına verdiyi şikayət əsasında araşdırma aparılmasına, şikayətini geri götürməsinin də hədə nəticəsində olmasına, həmçinin ## ###### 2024-cü il tarixdə cavabdehin adına olan əmlakların satılmasına razılıq verməsi barədə ərizələrin ertəsi gün səhər – ## ###### 2024-cü il tarixdə ləğv etməsinə istinad etmişdir. Bu dəlil ilə bağlı qeyd edilməlidir ki, istənilən məcburetmə halına istinad edib əqdin etibarsız sayılmasını tələb etmək olmaz. Belə ki, məcburetmə o zaman əqdin etibarsızlığına səbəb olur ki, ilk növbədə məcburetmə mövcud olmalı və bu, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə olmalıdır. Lakin ikinci apellyasiya araşdırması zamanı hədənin mövcudluğu, mövcud olduğu halda isə onun real olaraq xaraktercə şəxsə təsir göstərə bilən təhlükə yaratması müəyyən edilməmişdir.

51. Belə ki, işin hallarından görünür ki, iddiaçı iki gün ərzində (30-## ###### 2024-cü il) notariat ofisində 3 dəfə ərizə vermişdir. İddiaçı ##.##.2024-cü ildə cavabdehin adına olan əmlakların satılmasına etiraz etməməsi barədə Bakı şəhəri ** saylı notariat ofisində ərizələr vermiş, ##.##.2024-cü il tarixdə ##.##.2024-cü ildə verdiyi ərizələrdən imtina etdiyi barədə ərizələr vermiş, sonradan ## ###### 2024-cü il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişini bağlamışdır. Barışıq sazişini bağladıqdan sonra ##.##.2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirməsinə etiraz etməməsi barədə təkrarən ərizələr vermişdir.

52. İkinci apellyasiya icraatı zamanı iddiaçı ## ###### 2024-cü il tarixdə barışıq sazişinin bağlanmasından bir neçə saat əvvəl ##.##.2024-cü il tarixində verdiyi ərizələrdən imtina edilməsində hədə olduğu təqdirdə necə imtina etməsinə dair sorğu-sual edilsə də, iddiaçı həmin sualları inandırıcı cavablandıra və bununla bağlı öz izahatını əsaslandıra bilməmişdir.

53. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin ərizələri necə ləğv edə bilməsinə iddiaçı aydınlıq gətirə bilmədiyindən, bununla da əqd bağlanan zaman iddiaçıya cavabdeh tərəfindən real hədənin olması müəyyən olunmadığından, mübahisə predmeti olan saziş hədə və məcburetmə nəticəsində bağlanmış əqd kimi qiymətləndirilə bilməz.

54. Digər tərəfdən, iddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən iddiaçının özünə, ailəsinə və övladlarının həyatına riskin olmasına və buna görə məcbur qalaraq barışıq sazişini imzalanmasına istinad etsə də, məhkəmə araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının barışıq sazişi bağlanmamışdan bir neçə gün əvvəl ##.##.2024-cü ıl tarixdə fiziki zorakılığa məruz qalaraq polis orqanına müraciət etməsi həmin sazişin hədə-qorxu təsiri altında bağlanması nəticəsinə gəlmək üçün yetərli deyil, çünki ağlabatan məntiqlə hədə olduğu halda iddiaçının cavabdeh tərəfindən döyülməsi barədə polis orqanına müraciət edə bilməsi də özü-özlüyündə real hədənin olmaması qənaətinə gəlməyə əsas verir.

55. İddiaçı apellyasiya şikayətində cavabdehin zorakı hərəkətləri nəticəsində iddiaçının bütün əmlaklardan imtina etməyə məcbur olunmasına və mübahisələndirilən barışıq sazişin onu əhəmiyyətli dərəcədə ağır və çox əlverişsiz vəziyyətə salmasına istinad etsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, sazişin məzmunundan görünür ki, sazışdə iddiaçıya ona məxsus mənzil, nəqliyyat vasitəsi, uşaqlara aliment və təhsil haqlarına dair şərtlər öz əksini tapmışdır.

56. İddiaçı şikayətində mediasiya prosesinin təşkili, keçirilmə qaydası və barışıq sazişinin təsdiq olunması “Mediasiya haqqında” Qanunun tələblərinin pozulması ilə aparılmasına istinad etsə də, mediator mediasiya prosesinin bütün gedişini birinci instansiya məhkəməsinin məhkəmə baxışında şərh etmiş, cavabdehin iddiaçı ilə barışmaq üçün əlindən gələni etdiyini bildirmiş və iddiaçı da onun bildirdiklərinə etiraz etməmişdir. Kollegiya hesab edir ki, əqdin etibarsızlıq əsaslarını bir kənara qoyub, iddia tələbini işin halları və qanunvericilik normaları baxımından yoxlamadan mediasiya institutunun mahiyyətini heçə endirməklə bu institutun tətbiqinə inamın azalması ilə nəticələnə bilər.

57. Apellyasiya şikayətində iddiaçı həmçinin cavabdehə sazişlə ayrıldığı əmlakların dəyərinin iddiaçıya verilməsi nəzərdə tutulmuş əmlaklardan dəfələrlə və əhəmiyyətli dərəcədə dəyərli olmasına istinad etmişdir. Həmin dəlil barışıq sazişin etibarsızlığına əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Apellyasiya icraatı zamanı həmçinin müəyyən olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən ev dövlət qeydiyyatına alınmasa da, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti MKTBsaylı MKİS tərəfindən təsdiq olunmuş evin sxeminə əsasən həmin ev 1972-ci ildən nin **58. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 aiddir. Həmin evin sahibi iddiaçının anası - üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olduğundan, bununla da sazişin qeyd olunan əmlakla bağlı şərti üçüncü şəxsin hüquqlarına və maraqlarına toxunduğundan, həmin şərt etibarlı şərt hesab oluna bilməz. Mülki Məcəllənin 352-ci maddəsinə görə əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. ünvan 2 ünvanda yerləşən evlə bağlı şərtin barışıq sazişə daxil edilməsi, həmin sazişin bütünlüklə etibarsız sayılmasına əsas ola bilməz.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd etmişdir ki, tərəflərin bütün əmlakların barışıq sazişində öz əksini tapmaması və hüquqi statusunun müəyyən edilməməsini hazırkı mübahisə predmeti olan əqdin etibarsızlığı üçün əsas ola bilməz.

60. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 324, 329.1, 337.1, 337.2, 339.4, 339.6, 352, 390.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3, 21.5, 21.6, 33.3, 34.5-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 384.0.2. 385.1.1 -385.1.4, 420-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

61. Qətnamədən iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

62. Kassasiya şikayəti iddiaçının apellyasiya şikayəti ilə oxşar dəlillər ilə əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mediasiya prosesi zamanı qanunvericiliyin tələbləri açıq-aşkar şəkildə pozulmuşdur. İş materiallarında “Mediasiya prosesinin tətbiqi barədə” Təklif mövcuddur. Əvvəla, həmin təklifdəki imza və əlyazma yazılar iddiaçıya məxsus deyildir. Bunu imzaya baxmaqla müəyyən etmək mümkündür. Təklifdə mübahisənin predmeti kimi əmlak tələbi, nikahın pozulması, uşağın himayəsi tələbi qeyd edilmişdir. Halbuki nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbi ilə bağlı mediasiya prosesi keçirilmiş və # ######## 2023-cü ildə qarşı tərəf bu barədə təklif göndərilmiş, daha sonra mediasiya təşkilatına və məhkəməyə müraciət edilmişdir. İkincisi isə təklifin özündə də “bu təklif sizə göndərildiyi andan 10 gün iş günü ərzində təklifi qəbul edib-etməməyiniz barədə cavab verməyinizi xahiş edirəm” yazılmışdır. Qarşı tərəfin bu təklifə cavab verməsi sual olunur. İş materiallarında bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir.

63. İş materiallarında “Mediasiya xidmətinin göstərilməsi barədə” ##.##.2024-cü il tarixli müqavilə mövcuddur. Həmin Müqavilədəki imzaya da nəzər yetirilsə görünür kü, həmin müqavilədəki imza iddiaçıya məxsus deyildir. İş materiallarında mediasiya prosesini davam etdirməyə əsas verəcək müqavilə - “Mediasiya prosesinin tətbiqi barədə” müqavilə imzalanmış şəkildə mövcud deyildir. Mediator özü etiraf etmişdir ki, barışıq sazişinin şərtlərini o, Kəmalə xanıma dəqiqləşdirmişdir. İş materiallarından da göründüyü kimi, Kəmalə xanımın nə etibarnaməsi, nə də vəkil orderi olmuşdur. Müvafiq səlahiyyəti olmayan şəxsin barışıq sazişinin şərtlərini razılaşdırması isə yenə də qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşdəki olan sübutlar və işin hallarına kompleks şəkildə yanaşdıqda aydın olur ki, barışıq sazişinin imzalanması hər 2 tərəfin də iradə ifadəsini əks etdirmir. Belə ki, iddiaçının barışıq sazişinin imzalanması üçün iradə ifadəsinin mövcud olmaması işin hallarından açıqaşkar64. şəkildə görünür. Saziş cavabdehin də əsl iradə ifadəsini əks etdirmir. Belə ki, cavabdeh tərəfin sazişin imzalanmasında əsl niyyəti və yeganə məqsədi birgə nikah dövründə əldə edilmiş əmlakların mənimsənilməsindən ibarət olmuşdur. Barışıq sazişi bağlanılan gün, yəni ##.##.2024-cü il tarixdə saziş ilə cavabdehə verilmiş əmlakların əksəriyyəti cavabdeh tərəfindən müvafiq bağışlama müqavilələri əsasında atası cavabdeh1 adına keçirilmişdir. Həmçinin barışıq sazişi ilə cavabdeh tərəf 4.000 manat məbləğində aliment ödəməli olmasına baxmayaraq, həmin aliment məbləğini ödəməmişdir. Sazişin mövcudluğu barədə nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment tələbinə dair işə baxan Nizami Rayon Məhkəməsinə hər hansı bir məlumat verməmişdir. Həmçinin saziş ilə tərəflərin birgə nikahlarından doğulmuş hər 2 uşağın anasının yanında qalmasına razılıq verməsinə baxmayaraq, Nizami Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verməklə mübahisələndirmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, imzalanmış saziş cavabdeh tərəfin də əsl iradə ifadəsini əks etdirməmiş, sadəcə birgə nikah dövründə əldə edilmiş əmlakların mənimsənilməsi üçün bir vasitə olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

65. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək, iddiaçının kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

66. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

67. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

68. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

69. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

70. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

71. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

72. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

73. Maddə 352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.

74. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

75. Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.

76. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

77. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

78. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

79. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir.

80. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

81. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

82. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

83. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

84. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

86. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

87. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

89. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

90. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

91. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

92. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

93. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

94. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

95. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

96. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

97. Maddə 420. İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılır. Kassasiya baxışının hədləri:

98. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

99. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

101. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

102. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

103. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

104. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

105. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

106. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

107. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar