Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1399/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qıznın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilkin müqavilə, müəyyən olunan müddət qurtarana qədər əsas müqavilənin bağlanmamasının və ya tərəflərdən birinin digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməməsinin hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabd ehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1316/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Balakən rayonu Gərəkli kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 15 may 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 ilə İddiaçı arasında, Rasim Mahamaxanzadnin mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin gələcəkdə alıcıya satılması barədə 18 noyabr 2019-cu il tarixli ilkin müqavilə bağlanmışdır. Müqavil ədə torpaq sahəsinin dəyəri 4500 manat müəyyən edilmiş, habelə bu məbləğdən 1000 manatın ilkin müqavilə əsasında bankın depozit hesabına ödənilməsi, qalan 3500 manat pulun əsas alğı-satqı müqaviləsi bağlanan zaman ödənilməsi şərtləndirilmişdir. Müqaviləyə əsasən, tərəflər əsas müqavilənin bağlanması üçün 3 il müddət müəyyən etmişlər. Eyni zamanda müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək Balakən rayonu Gərəkli kəndində yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. 3. ünvan 1 ünvan ladığı 18 noyabr 2019-cu il tarixli 2085 nömrəli məktubuna və 18 noyabr 2019-cü il tarixli qəbzə əsasən, ilkin müqavilə üzrə alıcı notariusun depozit hesabına 1000 manat pul ödəmiş, müqavilə təsdiq edildikdən sonra müqavilə üzrə razılaşdırılmış 1000 manat pul vəsaitinin X4 verilməsi üçün pul vəsaitinin bankda olan notariusun depozit hesabına qoyulması xahiş edilmişdir.
4. Cavabdeh nümayəndəsi Bəsdi Mahamaxanova ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli ilkin müqaviləyə əlavəyə əsasən, qeyd olunan 0.12 ha torpaq sahəsinin alığı-satqısı haqqında ilkin müqavilə üzrə razılaşdırılmış 4500 manat məbləğin qalıq 3500 manatından 3200 manatı notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödəməyi, qalıq 300 manatın isə alğı-satqı müqaviləsi bağlandığı zaman ödəməyi öhd əsinə götürmüşdür. 5. ünvan 1 ünvanladığı 24 dekabr 2019-cu il tarixli 2277 nömrəli məktubuna və 24 dekabr 2019-cü il tarixli qəbzinə əsasən, ilkin müqaviləyə əlavə üzrə alıcı notariusun depozit hesabına 3200 manat pul ödəmiş, müqavilə təsdiq edildikdən sonra müqavilə üzrə razılaşdırılmış 3200 manat pul vəsaitinin X4 verilməsi üçün pul vəsaitinin Bankda olan notariusun depozit hesabına qoyulması xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında alğı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması, ödənilmiş 100 man at dövlət rüsumunun, 200 manat vəkilə ödənilmiş vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı 18 noyabr 2019-cu il tarixli və 24 dekabr 2019-cu il tarixli ilkin müqavilələrin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(019)554/2023 saylı qərardadına əsasən həmin qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmışdır.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırılıb ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, 8 saylı Notariat Ofisində xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə bağlanmış müqavilələr üzrə 1000 manat və 3200 manat olmaqla 4200 manat notari usun bankda olan depozit hesabına ödəmiş, həmin məbləğ Bəsdi Mahamaxanova tərəfindən notariusun bank hesabından götürülmüşdür. Cavabdeh torpaq sahəsini 3 il müddətə alıcı İddiaçı satmağa dair öhdəlik götürmüşdür. 2022-ci və 2023-ci illər ərzində satıcıya əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmçinin ilkin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat tərəfindən təsdiq olunduğu andan əsas müqavilə bağlananadək torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməli olduğu halda hazırki tarixədək torpaq sahəsini alıcının sahibliyinə verməmişdir.
9. Cavabdeh iddia tələbinə etiraz edərək verdiyi izahatında göstərmişdir ki, 2016-cı ildən müntəzəm ola raq xarici ölkələrdə yaşamışdır. Buna görə də, bəzi məsələlərdə onu təmsil etməsi üçün bacısı X4 etibarnamə vermişdir. 2013-cü il tarixədək ər-arvad olmuş qardaşı Rəngiz və onun yoldaşı İddiaçı onun bacısının savadsızlığından istifadə edərək, onu Bakı şəhərində yerləşən notariat kontoruna aparmış, ona müxtəlif sənədlərə imza atdırmışlar. Həmin müqavilələr bacısına təqdim edilməmiş, hansı sənədə qol çəkməsindən məlumatlı olmamışdır. Bununla yanaşı, mübahisə predmeti olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində əvvəllər tikilmiş ona məxsus 2 fərdi yaşayış evi və köməkçi tikililər vardır ki, həmin evlərin ümumi bazar dəyəri də 250000 manat təşkil edir. İddiaçı həmin torpaq sahəsini öz adına keçirmək istəməklə ona məxsus fərdi yaşayış evlərini mənimsəmək məqs ədi daşıyır. Eyni zamanda, qeyd olunan müqavilələr üzrə notariusun depozit hesabına ödənilmiş 4200 manat pul vəsaiti nümayəndəsi olan X8 tərəfindən alınmamışdır.
10. Balakən Rayon Məhkəməsinin 2(019)-554/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsi üzərində cavabdehə məxsus 2 fərdi yaşayış evi yerləşir və cavabdehin təmsilçisi Bəsdi Mahamaxanova ilə iddiaçı arasında 18 noyabr 2019-cu il tarixdə və 24 dekabr 2019-cu il tarixdə ilkin müqavilələr bağlanmış, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evləri ilə birgə real dəyərindən dəfələrlə aşağı qiymətə, yəni 4500 manata torpaq sahəsinin alıcıya satılma sı barədə razılığa gəlmişlər. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmetini təşkil edən torpaqla bağlı cavabdehdən etibarnamə almış bacısı həmin əmlakın real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına dair alıcı ilə razılıq əldə etmişdir. Təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Halbuki tərəflər arasında bağlanmış ilkin müqavi lələr cavabdehin yox, məhz satıcının maraqlarına xidmət etmiş, cavabdehin mənafeyinə uyğun olmamışdır. Bağlanan əqd cavabdehin iradəsinə zidd olduğuna baxmayaraq, təmsil edən hətta bu barədə cavabdehə məlumat belə verməmişdir. Göründüyü kimi, təmsilçi vasitəsi ilə tərəflər arasında bağlanmış ilkin müqavilə və ona əlavə cavabdehin iradə ifadəsini əks etdirməmiş, onu daha da ağır vəziyyətə salmışdır. Tərəflər ilkin müqavilə rəsmiləşdirildiyi andan 3 il ərzində satıcının mübahisə predmeti olan torpaq sahəsini alıcının sahibliyinə verməyi öhdəsinə götürsə də, torpaq sahəsi həmin 3 il müddətində naturada alıcıya təhvil verilməmiş, müqavilənin qüvvədə olduğu 3 il ərzində iddiaçı həmin torpaq sahəsinin alınması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçı Cavabdeh 2022-ci və 2023-ci illər ərz ində əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsini göstərsə də, 2022-ci ilin hansı ayı və günündə və 2023-cü ilin hansı ayı və günündə, yəni hansı dəqiq tarixlərdə bununla bağlı cavabdehə şifahi və yazılı müraciət etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh 2022-ci və 2023-ci illər ərzində əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsini göstərsə də, 2022-ci ilin hansı ayı və günündə və 2023-cü ilin hansı ayı və günündə, yəni hansı dəqiq tarixlərdə bununla bağlı cavabdehə şifahi və yazılı müraciət etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh sözügedən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqlar ı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh həmin 0,12 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları vardır. Hazırki iddianın təmin edilməsi cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əsassız pozulmasına səbəb olacaqdır ki, bu da qanunla yolverilməzdir. Belə ki, hazırki işdə cavabdehin həmin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından məhrum edilməsi və ya həmin hüquqların məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş şərtlər və məqsədlər mövcud deyildir, həmçinin bu demokratik cəmiyyətdə zəruri deyildir. Belə olan halda cavabdeh mülkiyyət hüququndan əsassız məhrum olmaqla ağır məhrumiyyətlərə məruz qalacaqdır ki, bunun üçün də qanuni əsaslar yoxdur.
13. Məhk əmə gəldiyi nəticəni əsaslandırmaqda davam edərək qeyd etmişdir ki, 0,12 ha torpaq sahəsinin alğı-satqısı üçün sözügedən müqavilələrdə nəzərdə tutulmuş 3 il müddət keçmiş və bu müddət ərzində həmin torpaq sahəsinin alğı-satqısı həyata keçirilməmişdir. Yəni tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı alğı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin həmin torpaq sahəsində əvvəllər tikilmiş cavabdehə məxsus 2 fərdi yaşayış evi vardır. İşin müəyyən olunmuş faktiki halları və hüquqi əsasları baxımından cavabdehin üzərinə həmin torpaq sahəsini iddiaçıya alğl-satqı qaydasında satmaq və torpaq sahəsini iddiaçının sahibliyinə vermək barədə öhdəlik qoyula bilməz. Əks hal qanunvericiylin tələblərinin kobud pozuntusu olardı ki, bu da qəbuledilən deyildir
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublik ası Konstitusiyasının 13 və 29-cu maddələrinə, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 178.1, 324.1, 324.4, 331.1, 334.1, 359.1, 359.2, 359.3, 362.1, 777.1, 777.2, 778.1, 778.2, 778.3, 390.3, 404.1, 404.2, 405.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, hazırki halda t əmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi notarius tərəfindən təhlil edilmiş, təmsil edənin ilkin müqavilə bağlamaq səlahiyyətinin olması və etibarnamənin müddətinin olması nəzərə alınmışdır. Cavabdeh bacısı (satıcı) X6 verdiyi etibarnamədə məhz ünvan 2i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsinin satılması səlahiyyəti nəzərdə tutulmuşdur. Cavabdehin bacısına verilmiş etibarnaməyə xitam verilmədiyinə və o hüquqi qüvvəsini itirmədiyinə görə bu arqument özü-özlüyündə əsassız olmaqla, hazırki mübahisənin predmeti deyildir. Lakin işə baxan məhkəmə bunu nəzərə almamışdır. Həmçinin cavabdehin özü və arvadı ilkin alğı-satqı müqavilələrindən, torpağın satış qiymətindən məlumatlı olmuşlar. Bildirilmişdir ki, cavabdehin arvadı X1 tərəfindən imzalanmş və Balakən rayonu notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 8İ-6690 nömrəli, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin satılmasına, bağışlanmasına etiraz etməmişdir. Qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 8 saylı Notariat Ofisində xx.xx.2019 cu il və xx.xx.2019-cu il tarixlərdə ünvan 2i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsinin satılması ilə bağlı ilkin müqavilələr imzalanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısından aydın olur ki, cavabdehin nümayəndəsi alğı-satqı müqaviləsinin bağlanmasına dəvət edilmiş, lakin o, heç yerə getməyəcəyini heç bir sənədə imza atmayacağını bildirmişdir. Həmçinin bu fakt məhkəmədə dindirilmiş şahid tərəfindən təsdiq edilmişdir. Məhkəmə qətnaməsində i sə həmin hissəyə münasibət bildirilməmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1316/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(019)-554/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsi üzərində cavabdehə məxsus 2 fərdi yaşayış evi yerləşir və cavabdehin təmsilçisi X8 ilə iddiaçı arasında 18 noyabr 2019cu il tarixdə və 24 dekabr 2019-cu il tarixdə ilkin müqavilələr bağlanmış, torpaq sahəsinin üzərində yerləşən f ərdi yaşayış evləri ilə birgə real dəyərindən dəfələrlə aşağı qiymətə, yəni 4500 manata torpaq sahəsinin alıcıya satılması barədə razılığa gəlmişlər.
19. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etməsə də, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən torpaqla bağlı cavabdehdən etibarnamə almış bacısı həmin əmlakın real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına dair alıcı ilə razılıq əldə etmişdir. Bununla da, qanunvericiliyin tələbləri baxımından təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıdığından, ö zünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Halbuki tərəflər arasında bağlanmış ilkin müqavilələr cavabdehin yox, məhz satıcının maraqlarına xidmət etmiş, cavabdehin mənafeyinə uyğun olmamışdır. Bağlanan əqd cavabdehin iradəsinə zidd olduğuna baxmayaraq təmsil edən hətta bu barədə cavabdehə məlumat belə verməmişdir. Göründüyü kimi, təmsilçi vasitəsi ilə tərəflər arasında bağlanmış ilkin müqavilə və ona əlavə cavabdehin iradə ifadəsini əks etdirməmiş, onu daha da ağır vəziyyətə salmışdır. Qeyd edilmişdir ki, tərəflər ilkin müqavilə rəsmiləşdirildiyi andan 3 il ərzində satıcının mübahisə predmeti olan torpaq sahəsini alıcının sahibliyinə verməyi öhdəsinə götürsə də, torpaq sahəsi həmin 3 il müddətində naturada alıc ıya təhvil verilməmiş, müqavilənin qüvvədə olduğu 3 il ərzində iddiaçı həmin torpaq sahəsinin alınması ilə bağlı məhkəməyə müraciət etməmişdir.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı Cavabdeh 2022-ci və 2023-ci illər ərzində əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsini göstərsə də, 2022-ci ilin hansı ayı və günündə və 2023-cü ilin hansı ayı və günündə, yəni hansı dəqiq tarixlərdə bununla bağlı cavabdehə şifahi və yazılı müraciət etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
21. Kollegiya şikayətdə qeyd edilən iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısında cavabdehin nümayəndəsinin alğı-satqı müqaviləsinin bağlanmasına dəvət edilməsi və onun heç yerə getməyəcəyini, heç bir sənədə im za atmayacağı barədə dəlilini əsassız hesab edərək bildirmişdir ki, həmin səs yazısının hansı tarixdə yəni müqavilə müddətində, yoxsa müqavilə müddəti bitdikdən sonra yazılması müəyyən deyildir.
22. Bundan başqa, məhkəmədə dindirilən şahidin mübahisəli halı təsdiq etməsi, məhkəmənin qətnaməsində isə həmin hissəyə münasibət bildirilməməsi barədə dəlilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin dəlil əsassızdır. Belə ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində şahidin dindirilməsinə münasibət bildirməməsi qeyd edilsə də, iş materiallarında şahidin dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin protokolunda hər hansı şahidin dindirilməsi faktı aşkar olunmamışdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1,152.2, 152.3, 152.4, 178.1, 324.1, 324.4, 331.1, 334.1, 359.1, 359.2, 359.3, 362.1, 390.1, 390.3, 404.1, 777.1, 777.2, 778.1, 778.2, 778.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ayrı-ayrı şəxslərə (dövlətə, bələdiyyə və s.) məxsus ola bilər. Qanunvericilikdə bunu qadağan edən hər hansı norma mövcud deyildir. Hazırki mübahisənin predmeti məhz torpaq səhəsidir və iddi açının torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi barədə cavabdehə qarşı hazırda hər hansı tələbi yoxdur. Bəsdi Mahamaxanovanın təmsil etdiyi Cavabdeh barəsində ağır nəticələr yaratmasına münasibətdə qeyd edir ki, hazırki iddia tələbi, X9 tərəfindən X5 verilmiş etibarnamənin etibarsızlığı və ya ləğvinə dair deyil, “alğı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. Məhkəmə verilmiş tələblə bağlı irəli sürülən dəlillərə lazımi hüquqi qiymət verməmişdir. Cavabdehin özü və arvadı ilkin alğı-satqı müqavilələrindən, torpağın satış qiymətindən məlumatlı olmuşlar. Əgər cavabdeh onu təmsil edən tərəfindən ağır şərtlərlə müqavilə bağlandığını, bununla da onun vəziyy ətini ağırlaşdırdığını əsas gətirirsə, o halda bu məsələ iddiaçı olaraq onun hüquqlarının pozulması ilə yox, cavabdehin onu təmsil edən nümayəndəsinə (təmsilçisinə) qarşı iddia qaldırılmaqla həll edilə bilər. Təmsil olunanla təmsil edən arasında olan hər hansı hüquq pozuntusu alıcı olaraq onun hüquqlarının pozulması hesabına həll edilə bilməz. İş materiallarında təmsil olunanla təmsil edən arasında belə bir mübahisənin, iddianın və s. olması barədə heç bir sübut yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiy yə mülkiyyəti növündə ola bilər.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətl ərindən əmələ gəlir.
30. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və y a bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Ma ddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqaivlə bağlamağa məcburetməyə yol verilmir.
37. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
38. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
39. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
40. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqavilən i hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
41. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
42. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
43. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırd ığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
44. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
45. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
46. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət v erənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. İşin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan və məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən edilən halları bu qərarın 1-5-ci paraqraflarında əksini tapmışdır.
57. Tərəflər arasında yaranmış münasibətlər torpaq sahəsinin ilkin alğı-satqı müqaviləsi əsasında yaranmışdır və mübahisə ilkin müqaviləyə dair Mülki Məcəllənin 402ci maddəsinin müddəaları əsasında həll edilməlidir (bax bu qərarın 37-41-ci paraqrafları).
58. Həmin normanın təhlilindən görünür ki, ilk in müqavilənin bağlanmasında məqsəd, tərəflərin gələcəkdə əsas müqavilə bağlamaq barədə razılığı təsbit etməkdir. Bu və ya digər səbəbdən müqaviləni hazırda deyil, müəyyən müddətdən sonra bağlamaq zərurəti yarandıqda, tərəflər ilkin müqavilə institutundan istifadə edə bilər. Lakin bu zaman tərəflər əsas müqavilənin bağlanacağı müddəti müqavilədə göstərməlidirlər. Bu cür müddət göstərilmədikdə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
59. Nəzərə alınmalıdır ki, əsas müqavilənin bağlanması üzrə münasibətlərdə müddətlər, qanunverici tərəfindən xüsusi əhəmiyyətli ünsür (hüquqi nəticə törədə bilən fakt) kimi müəyyən edilmişdir. Belə ki, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tə rəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir (Mülki Məcəllənin 402.5-ci maddəsi).
60. İşin məhkəmələr tərəfindən müəyyən olunan hallarından göründüyü kimi, tərəflər arasında əsas müqavilə bağlanması üçün müəyyən olunan üç il müddətdə tərəflər arasında müqavilə bağlanmamış, həmin müddətdə iddiaçının əsas müqaviləni bağlamaq üçün cavabdehə təklif göndərməsi müəyyən edilməmişdir.
61. İşin bu halı, tərəflər arasında bağlanmış ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsi kimi hüquqi nəticə törədir. İlkin müqavilə üzrə öhdəliyə xitam verilməsi, hazırki iddianın rədd olunması üçün müstəqil və yetərli əsasdır. Buna görə də kassatorun digər dəlillərinin araşdırılmasına zərurət qalmır.
62. Kollegiya bildirir ki, sübutları ar aşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
63. Kassasiya şikayətində qeyd edilən bəzi dəlillər işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1316/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.