Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-811/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsqərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## ###### 2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə Cavabdeh “xxxx” MMCdən ümumi dəyəri 1099,08 manat olan 2 ədəd “Huaweı Nova 12I” markalı mobil telefonları 18 ay ərzində hər ay 18,99 manat hissə-hissə ödəmək şərtilə almışdır.
2. ## ###### 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ## ###### 2024-cü il tarixli müqavilə üzrə 1038.02 manat ödənilməmiş əsas, 103,80 manat cərimə, 47,20 manat rüsum olmaqla, ümumilikdə 1189.02 manat borcu yaranmışdır.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən, cavabdehə 2 ədəd “Huaweı Nova 12I” markalı mobil telefonlar satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1099.08 manat (yəni 18 ay x 61.06 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd “Huaweı Nova 12I” markalı mobil telefonlar üçün ümumilikdə 1189.02 manat borcu yaranmışdır. Cavabdehin ümumi borcdan ödədiyi məbləğ cəmi 61.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə 1%-i həcmində mübahisəsiz olaraq penya hesablanmalıdır. Əşyaların təhviltəslim aktından da görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Buna baxmayaraq cabvabdeh müqavilədıə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ##.##.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 957 (doqquz yüz əlli yeddi) manat 91 (doxsan bir) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat, cəmi 992 (doqquz yüz doxsan iki) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaitinin tutulması və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 398.1, 404, 417, 419, 462, 467, 567, 614.1, 600, 622-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 216-220, 227, 284-5, 284-6, 358-360, 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, ## ###### 2024-cü il tarixli, ********** nömrəli müqailəyə əsasən “xxxx” MMC-dən 18 ay ödəmək şərtilə birinin dəyəri 499.99 manat olmaqla 2 ədəd “Huawei Nova 12I” markalı telefon almış və həmin avadanlıqlara görə ona zəmanət talonu verilmişdir. Sonradan telefonda ekranın donması, pdf-lərin, məlumatların açılmaması, NFC funksiyasının işləməməsi, öz özünə zənglər getməsi kimi hallar baş verdiyindən ## ###### 2025-ci tarixdə telefonu təmir və ya dəyişdirilməsi məqsədilə təhvil-təslim aktına əsasən mağazaya vermişdir. 14 iş günü müddətində telefonda yaranmış qüsür aradan qaldırılması zəmanət talonunda nəzərdə tutulmuşdur. Lakin, buna baxmayaraq dəfələrlə mağazaya getsə də, avadanlıqlar təmir edilib ona qaytarılmamışdır.
9. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması nəzərdə tutulsada, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
d) Məhkəmə icraatı iştsirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, Kontakt Homun açılışında, yəni 2024-cü il tarixdə 2 ədəd “Huawei Nova 12I” markalı telefon almışdır. Lakin bir ay keçməmiş hər iki telefonda nasazlıqlar yarandığından mağazaya qaytarmış və həmin vaxtanda telefonlar mağazada qalmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq şirkət telefonları başqası ilə əvəzləməmiş, nədəki təmir edib ona qaytarmamışdır. Ona gödə o ödəniş etməkdən imtina etmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdiktən sonra əlavə olaraq bildirmişdir ki, ## ###### 2024-cü il tarixli müqavilə üzrə cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh aldığı telefonları bir ay keçdikdən sonra mağazanın texniki şöbəsinə təhvil vermişdir. Hər iki telefon diaqnostika edilmiş və məhsullarda qüsur olmadığı müəyyən edilmişdir. Məhsullar hazırda işlək vəziyyətdə depoda saxlanılır və cavabdeh istədiyi vaxt telefonları götürə bilər. Nümayəndə sonda məhkəmə kolegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
15. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilə bilər.
16. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərindən yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
17. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfərlələ istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təkif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
18. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 581. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.
23. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
26. Maddə 614.1. Pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür.
27. Maddə 622.1. Əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur.
28. Maddə 622.3-cü maddəsinə görə malların pərakəndə alqı-satqı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən sonuncuya 18 ay müddətinə hər ay 61.06 manat ödəmək şərtilə, ümumi dəyəri 1099.08 manat olan 2 ədəd “Huaweı Nova 12I” markalı mobil telefonlar nisyə satılmışdır. Iddiaçı “xxxx” MMC müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozulmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.
40. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır Belə ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
41. Belə ki, “Huaweı Nova 12I” markalı 2 ədəd mobil telefonların şirkətə təhvil verilməsinə dair sifarişlərdən müəyyən olunur ki, müştəri (Cavabdeh) cihazlardan birində NFC işləməməsi, ekranın donması, whatsappdan gələn pdf-lər+məlumatların açılmaması+zəngi bitdikdən sonra öz-özünə başqa nömrələrə zəng getməsi, digərində isə qulaqcıq sensorunun və VFC funksiyasının işləməməsi səbəbindən 2 ədəd “Huaweı Nova 12I” markalı mobil telefonları diaqnostika olunması üçün 09 və ## ###### 2025-ci il tarixlərdə şirkətə qaytarmış və həmin vaxtdanda müqavilə üzrə aylıq ödənişləri dayandırmışdır. Qüsurların yaranıb-yaranmamasını müəyyən etmək üçün hər iki cihaz diaqnostikaya göndərilmişdir. Diaqnostika keçirilməsi barədə servis tərəfindən verilmiş 09 və ## ###### 2025-ci il tarixli sənədlərdən görünür ki, “Huaweı Nova 12I” markalı 2 ədəd mobil telefinlarda qüsur aşkar olunmamışdır.
42. Hazırkı məhkəmə iclasında da “Huaweı Nova 12I” markalı hər iki mobil telefonların “power on” düyməsi sıxılaraq işə salınmış və telefonların işlək vəziyyətdə olunduğu kollegiya tərəfindən aşkar olunmuşdur.
43. Göründüyü kimi nisyə satılmış iki ədəd “Huaweı Nova 12I” markalı mobil telefonlarda qüsur olması barədə cavabdeh Cavabdeh dəlili təsdiq olunmur. Işin hallarına bu konteksdən yanaşıldıqda kollegiya qeyd edir ki, Cavabdeh ## ###### 2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə yaranmış (ödənilməmiş) borc öhdəliyindən azad olunmur, tərəflər arasındakı münasibətlər üzrə birinci instansiya məhkəməsinin gəldiyi nətəcədə qanuni və əsaslı olmuşdur.
44. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Işdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1, 384,0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.