Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1188/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçınin cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 3909 (üç min doqquz yüz sıfır doqquz) manat və real olaraq təmir üçün çəkilmiş xərc olan 4070,33 (dörd min sıfır yetmiş manat otuz üç qəpik) manat olmaqla ümumilikdə 7979.33 (yeddi min doqquz yüz yetmiş doqquz manat otuz üç qəpik) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıİddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Satıcı İddiaçı MMC və X3 arasında sonuncunun şəxsi istifadəsi üçün nisyə avtomobil Alqı-satqısına dair ##.##.2023-cü il tarixli B-***-SA-23 saylıMüqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil71,340.00 (yetmiş bir min üç yüz qırx) manat müəyyən edilən Skoda Kamiq 1.6 MPI markalı, buraxılış ili 2023 olan (VIN:TMBGC6NW6P3185587), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindənAlıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən,Alıcı tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 1,340.00 (yetmiş bir min üç yüz qırx) manat məbləği ##.##.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,189.00 (bir min bir yüzsəksən doqquz) manat olmaqla Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqaviləyə edilmiş hüquq və öhdəliklərin ötürülməsinə dair ##.##.2024-cü il tarixli B-128- SA-**-*** saylı razılaşmaya uyğun olaraq ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqavilədə nəzərdə tutulan bütün hüquq və öhdəliklər Cavabdeh ötürülmüşdür. Beləliklə ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqavilədə nəzərdə tutulan bütün şərtlər, ödənişlər və digər hallar sonuncu razılaşma əsasında Cavabdeh tərəfindən qəbul edilmiş, avtomobili təhvil almış və hazırkı iddia tələbimizdə Cavabdeh cavabdeh şəxsdir. Iddiaçı İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq,cavabdeh Cavabdeh Müqavilə üzrə ödəniş öhdəliklərinin müəyyən hisəssini (təhvilanına qədər olan ödənişləri) etdikdən sonra ##.##.2025-ci il tarixində avtomobili geri qaytararaq müqavilədən imtina etmişdir. Bildiririk ki, ##.##.2025-ci il tarixində təhvil alınarkən Cavabdeh avtomobilin İddiaçı MMC-nin servis-təmir mərkəzində yoxlanılacağı bildirilmiş və avtomobilə vurulmuş zərərin müəyyən edilməsi üçün dəvət edilmişdir. ##.##.2025-ci il tarixində cavabdeh iştirak etmədiyi səbəbindən, onun iştirakı olmadan avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair ilkin baxış aktı tərtib olunmuş və münasibət bildirilməsi üçün həmin akt ##.##.2025-ci il tarixində Xəbərdarlıq məktubu ilə birlikdə qarşı tərəfə göndərilmişdir. Lakin cavabdeh tərəfindən həmin akta da heç bir münasibət bildirilməmişdir. Xəbərdarlıq məktubunda həmçinin şirkətimizə təmir xərci ilə yanaşı cavabdehin müqavilədən imtinası nəticəsində dəymiş zərərdə tələb edilmişdir. Həmin baxış əsasında (ilkin baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün vurulmuş real zərər müəyyən edilmiş və ##.##.2025-ci il tarixində yenidən satışa çıxarılması üçün cavabdehin təqsiri üzündən vurulmuş zərərin aradan qaldırılması ilə bağlı təmir işləri aparılmışdır. Bu xərclərin dəyəri 4070,33 (dörd min sıfır yetmiş manat otuz üç qəpik) manat (icra edilmiş işlərə dair təmir aktı əlavə edilir) təşkil edir. Avtomobilə baxış keçirilərkən cavabdeh tərəfindən 44969 km yürüş ilə bizə geri qaytarıldığından avtomobilin bazar dəyəri də azalmışdır. Cavabdeh Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən (##.##.2023-cü il tarixli B***-SA-** saylı müqavilənin 3.2.6-cı bəndinin c) və e) hissələrinin) iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən ##.##.2023- cü il tarixli B-***-SA-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda bildiririk ki, Avtomobil ilə bağlı qeyd olunan xərclər tərəfimizdən ödənildikdən sonra ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 44969 km yürüşü olan Skoda Kamiq 1.6 MPI markalı, buraxılış ili 2023 olan (VIN:TMBGC6NW6P3185587) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə fiziki şəxs X2 arasında bağlanmış ##.##.2025-ci il tarixli B-***-SA-25 nömrəli əqdə əsasən həmin avtomobil 36 ay müddətinə ödənilmək şərti ilə 34571 manata satılmışdır. Eyni avtomobil eyni tarixdə birinci (cavabdeh ilə bağlanmış ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı) müqavilədə göstərilən şərtlərlə 60 ay müddətinə satılsa idi müqavilənin ümumi qiyməti 48,414.00 (qırx səkkiz min dörd yüz on dörd) manat müəyyən ediləcəkdir. Ikinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü, avtomobilə dəymiş ziyan, yenidən təmir edilməsi və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla Skoda Kamiq 1.6 MPI markalı, buraxılış ili 2023 olan (VIN:TMBGC6NW6P3185587) avtomobil X2. ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcıməhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Mülki Məcəllənin 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbinialıcıya qarşı irəlisürə bilər. Odur ki, cavabdeh Cavabdeh ilə bağlanmış ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqavilənin dəyəri 71,340.00 (yetmiş bir min üç yüz qırx) manat, ##.##.2025-ci il tarixli B-***-SA-25 nömrəli ikinci satış müqaviləsinin dəyəri isə eyni şərtlərlə 60 ay müddətinə48,414.00 (qırx səkkiz min dörd yüz on dörd) manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən ümumilikdə 19017 manat aylıq ödəniş edilmişdir. Cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra(1-ci müqavilə dəyəri 71340 manat-ikinci müqavilə dəyəri 48414 manat = 22926 manat – ümumi ödənişlər 19017 manat = 3909 manat) cavabdeh Cavabdeh İddiaçı MMC-yə 3909 (üç min doqquz yüzsıfır doqquz) manat borcu qalmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı (Hakim: Şahəddin Kələntərov) ilə, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh təmir üçün çəkilmiş xərclərə görə 4070,33 (dörd min yetmiş manat otuz üç qəpik) manat pul və iddia tələbinin ödənilmiş hissəsinə müvafiq olaraq ödənilmiş 60,70 (altmış manat yetmiş qəpik) manat pulun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 3909 (üç min doqquz yüz sıfır doqquz) manat pulun, eyni zamanda ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 3909 (üç min doqquz yüz sıfır doqquz) manat pulun, eyni zamanda ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 645.1-ci maddəsinə əsasən, əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər. 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. 645.3-ci maddəsinə əsasən, əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. 645.4-ci maddəsinə əsasən, malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisəyə gələn şəraitdə adətən alınmış qiymət cari qiymət sayılır. Əgər həmin yerdə cari qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan əvəz ola bilən cari qiymət, malın nəql edilməsi xərclərindəki fərq nəzərə alınmaqla, tətbiq edilə bilər. 645.5-ci maddəsinə əsasən, bu Məcəllənin 645.1.-645.4-cü maddələrində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş tərəfi digər tərəfə vurulmuş başqa zərərin əvəzini ödəməkdən azad etmir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan aşağıdakı sübutları müəyyən etmişdir. Iş materiallarında olan Satıcı İddiaçı MMC və X3 arasında bağlanmış ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı Müqavilə əsasən müəyyən edilir ki, dəyəri ƏDV daxil 71,340.00 (yetmiş bir min üç yüz qırx) manat müəyyən edilən Skoda Kamiq 1.6 MPI markalı, buraxılış ili 2023 olan (VIN:TMBGC6NW6P3185587), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Alıcı tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 1,340.00 (yetmiş bir min üç yüz qırx) manat məbləği ##.##.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,189.00 (bir min bir yüzsəksən doqquz) manat olmaqla Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür Iş materiallarında olan ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqaviləyə edilmiş hüquq və öhdəliklərin ötürülməsinə dair ##.##.2024-cü il tarixli B-***-SA-**-*** saylı razılaşmaya əsasən müəyyən edilir ki, həmin razılaşmaya uyğun olaraq ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqavilədə nəzərdə tutulan bütün hüquq və öhdəliklər Cavabdeh ötürülmüşdür. ##.##.2023-cü il tarixli B-***-SA-23 saylı müqavilədə nəzərdə tutulan bütün şərtlər, ödənişlər və digər hallar sonuncu razılaşma əsasında Cavabdeh tərəfindən qəbul edilmiş, avtomobili təhvil almış və hazırkı iddia tələbimizdə Cavabdeh cavabdeh şəxsdir. Iş materiallarında olan ## ### 2025-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Skoda Kamiq 1.6 MPI markalı, (VIN:TMBGC6NW6P3185587), yürüşü 0 km olan avtomobil qüsursuz və texniki saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Iş materiallarında olan İddiaçı ilə X2 oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli avtomobilin alqı-satqısı üzrə B-***-SA-25 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 5627 manat ödəməklə, 36 ay müddətində, hər ay 804 manat ödəmək şərti ilə ümumi dəyəri 34571 manat olan Skoda Kamiq Style1.6 MPI markalı, buraxılış ili 2023 olan (VIN:TMBGC6NW6P3185587), avtomobili texniki saz halda satıcıdan almışdır. Iş materiallarında olan ## #### 2025-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Skoda Kamiq 1.6 MPI markalı (VIN:TMBGC6NW6P3185587) avtomobil qüsursuz və texniki saz vəziyyətdə İddiaçı tərəfindən X2 təhvil verilmişdir. Iş materiallarında olan mədaxil qəbzindən görünür ki, Iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 99.80 manat dövlət rüsumu, həmin rüsumun ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqı ödəmişdir. Iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş təmir aktında görünür ki, avtomobilin təmir olunaraq müqavilədən əvvəlki vəziyyətə gətirilməsi üçün 3957,16 manat pul vəsaiti tələb olunur. Iş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu üçün müqaviləyə xitam verilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçının tələbi cavabdeh Cavabdeh avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 3909 (üç min doqquz yüz sıfır doqquz) manat ödənilməsi, eyni zamanda avtomobilin təmiri üçün real olaraq çəkilmiş xərc olan 4070,33 (dörd min sıfır yetmiş manat otuz üç qəpik) manatın ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia vurulmuş zərərə münasibətdə təmin edilsə iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzinə münasibətdə təmin edilməmişdir. Iddiaçı tərəfindən qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Iddiaçının həmin hissədə tələbindən müəyyən edilir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması, iddia ərizəsində qeyd edilmiş avtomobilin cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olamayaraq avtomabilin qaytarılması, iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi işin mübahisəsiz hallarıdır. Iddia ərizəsindən göründüyü kimi iddiaçı tələbin hüquqi əsası kimi nisyə alqı-satqı müqaviləsi və deliktlə bağlı mülki hüquq normalarına istinad etmişdir. Iddiaçı özü iddia ərizəsində müqavilə azadlığı ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Qərarına istinad etmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində müqavilə azadlığına uyğun olaraq şərtlər müəyyənləşdirilmişdir. Lakin həmin müqavilədə avtomobil cavabdeh tərəfindən qaytarıldıqdan sonra müqavilələr arasında fərqin də onun tərəfindən ödənilməsi barədə hər hansı bir müddə yoxdur. Iddiaçı müqavilə azadlığına əsasən müqavilə şərtləri müəyyən etmiş, həmin müqaviləni cavabdehə təqdim etmiş, cavabdeh də tanış olduqdan sonra imzalanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə şərtlərini müəyyən edərkən əvvəlcədən müqavilə pozulduqdan sonra cavabdehdən müqavilələr arasındakı fərqi tələb edəcəyini bilmiş, lakin həmin xüsusatla bağlı müqaviləyə hər hansı müddəa əlavə etməmişdir. Bundan başqa həmin müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin nisyə alqısatqı müqaviləsinə dair müddəalarına da istinad edilməmişdir. Müqavilədə ümumi olaraq alıcının təqsiri nəticəsində müqaviləyə xitam verildikdə iddiaçının dəymiş zərərin ödənilməsini tələb etmək hüququnun olması göstərilmiş, müqavilələr arasında fərqin həmin ziyana daxil edilməsi barədə hər hansı bir qeyd daxil edilməmişdir. Bununla da, müqavilə şərtləri cavabdeh üçün aydın olmamışdır. Bu isə onu deməyə əsas verir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən nisyə alqı-satqı müqaviləsində müqavilələr arasında fərqin həmin ziyana daxil edilməsi barədə hər hansı bənd mövcud olmadığından cavabdehin həmin öhdəlikyi üzərinə götürməsi, bu öhdəliyi lazımınca yerinə yetirib-yetirməməsi və sair xüsusatları müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması (qaytarma öhdəliyi) mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Iş materiallarından göründüyü kimi iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 3909 (üç min doqquz yüz sıfır doqquz) manat, yəni 5000 manatdan az təşkil etdiyindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1188/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1188/2026
28.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver