Məhkəmə qərarları › İş №2(103)-5766/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5766/2021

02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5766/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi,müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı oglunun cavabdehlər “xxxx” MMC-yə və “X3 Madencilik Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialına qarşı “müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4584/2020 saylı, 17 dekabr 2020-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı oglu cavabdehlər “xxxx” MMC-yə və “X3 Madencilik Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialına qarşı müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə “X3 Madencilik Ticaret Anonim Şirkətf’nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış “qarantiya verilməsi haqqında müqavilə”nin və həmin müqavilə əsasında Cavabdeh1 ASC tərəfindən X2 Şirkətinin xeyrinə verilmiş 4080 saylı, 09 iyul 2020-ci il tarixli qarantiya (təminat) məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı oglunun vəkili və nümayəndəsi Nümayəndə1 Əzizaga oglu iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtarana kimi cavabdeh tərəfindən X2 Şirkətinin xeyrinə verilmiş 4080 saylı, 09.07.2020-ci il tarixli təminat məktubu üzrə hər hansı hərəkətlərin icra edilməsinin (qarantiya məbləginin ödənilməsi və s.) cavabdeh “xxxx” ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4584/2020 saylı, 17 dekabr 2020-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, cavabdeh tərəfindən X2 Şirkətinin xeyrinə verilmiş 4080 saylı, 09.07.2020-ci il tarixli təminat məktubu üzrə hər hansı hərəkətlərin icra edilməsinin (qarantiya məbləginin ödənilməsi və s.) cavabdeh “xxxx” ASC-yə qadağan edilsin qərara alınmışdır. Həmin qərardaddan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Şirkətinin nümayəndəsi və vəkili şikayət vermiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadının əsaslandırmamışdır. İddiaçı Zəmanət Müqaviləsinin Filial tərəfindən bağlanması üçün iddiaçının razılığının və “xxxx” şirkətinin İdarə Heyətinin müvafiq qərarının əlması tələb olunduğunu və bu tələb pozulduğu üçün Qarantiya Müqaviləsinin etibarsız olduğunu iddia etsə də, bu tələbin hansı hüquqi və ya qanuni əsasdan irəli gəldiyinə dair heç bir dəlili Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi ərizələrində göstərməmişdir. Qarantiya Müqaviləsinin və Qarantiya Məktubunun iddia edilən etibarsızlığına dair dəlillərini əsaslandırmamışdır. Nərimanov Rayon Məhkəməsi Qərardadında bu məsələyə diqqət yetirməmiş və iddianm əsaslandığı bu dəlillərin əsaslı olub-olmamasını təhlil etməmiş, araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Yuxanda qeyd olur anlardan əlavə iddiaçı nə iddia ərizəsində, nə də iddia təminetmə tədbiri haqqında 15 dekabr 2020-ci il tarixli ərizəsində iddia təmin inetmə tədbirinin nə üçün tətbiq edilməli olduğunu əsaslandırılmamış, bununla bağlı hər hansı dəlil göstərməmişdir. Bundan başqa iddiaçının Qarantiya Məktubunu mübahisələndirmək hüququ yoxdur. Belə ki, şəxsin səlahiyyətlərindən kənara çıxaraq bağladığı əqdin mübahisəbndirilməsi üçün hüquqi əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 350-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən şəxsin səlahiyyətlərinə dair məhdudiyyətlərdən kənara çıxaraq bağladığı əqdin mənafeləri üçün məhdudiyyətlər qoyulmış şəxs tərəfindən mübahisələndirilməsi hüququ nəzərdə tutmuşdur. Beləliklə, Qarantiya Məktubunun əqd kimi mübahisələndirilməsi yalnız tərəflərdən birinin, yəni X2 Şirkətinin və ya Cavabdeh1 QSC-nin səlahiyyətlərinə dair məhdudiyyətlərdən kənara çıxaraq təminat məktubu əqdini bağlaması halında nümkündür. Həmçinin, bu mübahisələndirmə hüququ yalnız mənafeyi üçün məhdudiyyətlər qoyulmuş tərəfə aiddir. İddiaçı, X1 Məktubunun tərəfi deyildir, nə də ki, bu tərəflərin təsisçisi və ya digər şəxs qismində xeyrinə səlahiyyətlərin məhdudlaşdırıldığı şəxs deyildir. Bu səbəbdən Filialın iddiaçının razılığını və “xxxx” Şirkətinin idarə heyətinin qərarı olmadan Qarantiya Müqaviləsini imzalaması hətta həqiqət olsa be iddiaçıya Qarantiya Məktubunu mübahisəbndirməyə hüquqi əsas vermir. Azərbaycan Respub ikasmm Mülki Məcəlləsinin 480-ci maddəsinə əsasən, qarantın benefısiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir. Bu o deməkdir ki, Cavabdeh1 ASC-nin X2 Şirkəti qarşısında Qarantiya Məktubu ilə götürdüyü öhdəlik müstəqil öhdəlikdir və Cavabdeh1 ASC-nin bu öhdəliyi Qarantiya Müqaviləsinin etibarsız olub-olmamasından asılı olmayaraq icra edilməlidir. Bu səbəbdən, iddiaçının Qarantiya Müqaviləsinin etibarsızlığı səbəbindən Qarantiya Məktubunun etibarsız hesab edilməsi barədə tələbi özlüyündə qarantiya institutunun mahiyyətinə ziddir. Beləliklə də, qarantiya öhdəliyi qarantın (yəni Cavabdeh1' ASC-nin) benefisiar (yəni X2 Şirkəti) qarşısında müstəqil öhdəliyidir və qarant ilə digər şəxslər arasındakı münasibətlər qarantın qarartiya öhdəliklərinə təsir etməməlidir. Bu səbəbdən, hətta məhkəmə Qarantiya Müqaviləsini etibarsız elan etsə beb, Qarantiya Məktubu etibarlılığını saxlayır. Məhkəmənin 16 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmə iclasına səbəbləri barədə məlumat vermədən gəlmədiklərindən kollegiya onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçünçü şəxsin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə iddianı təmin tədbirinin tətbiqinə dair ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, "... iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir". Qeyd olunmalıdır ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməli, həmin şəxsin müvafiq iddia tələbini irəli sürmək üçün subyektiv hüquq sahibi olub-olmadığı yoxlanılmalıdır. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta müvafiq subyektiv hüquq sahibi tərəfindən iddia üzrə cavabdehlik daşıyan şəxslərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən, eləcə də ərizə vermiş şəxsin müvafiq subyektiv hüquqa sahib olubolmadığı araşdırılmadan verilən ərizələrin təmin edilməsi məqsədəmüvafiq deyildir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-966/2021 saylı, 29 mart 2021-ci il tarixli qərardadı ilə mülki işin məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin belə bir iddianı təmin etmə tədbirinin hazırkı iş üzrə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə necə qulluq etməsi anlaşılmır. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi bu növdə iddianı təmin tədbirinin tətbiqinin iddianın gələcəkdə mümkün təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəldiyini, onun tətbiqinin zəruriliyini əsaslandırmamışdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, tərəfləri lazımi qaydada məlumatlandırmaqla ərizəyə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi əsaslandırılmış məhkəmə aktının qəbulu üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4584/2020 saylı, 17 dekabr 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş İddiaçı oglunun iddianı təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar