Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2246/2020 23.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23, X31 və X32 qarşı miras əmlakın qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələbi qismən təmin edilib, mərhum X12 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində vərəsələr Cavabdeh2 payı 4/6, İddiaçı payı 1/6 hissə və Cavabdeh1 payı 1/6 hissədə müəyyən edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi X18 məxsus olmuş və mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi idarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. X26 xx xxxxxx 2010-cu il tarixdə ölmüş və həmin günə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi miras qalmışdır. İddiaçı anasının ölümündən sonra miras əmlakı idarə etməklə vərəsəliyi həm faktiki, həm də notariat kontoruna müraciət etməklə rəsmi şəkildə qəbul etmişdir. Lakin, notariat kontoru vərəsəliyin qəbulu üzrə İddiaçı şəhadətnamə verməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı Cavabdeh1 ilə anaları X26 ölməmişdən əvvəl Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində yaşamış, rəsmi qaydada qeydiyyata alınmışdır. X1 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinə dair mübahisələr yaranmış, İddiaçı məhkəmə qətnaməsi ilə mübahisəli evə köçürülmüş və bütün əmlakdan istifadə etmişdir. X12 dəfn mərasimindən bir müddət sonra Cavabdeh1 İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinə buraxmamış və həmin əmlakın ona məxsus olduğunu bildirmişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, X3 Solmaz Hüseyn qızının adına bütün miras əmlaka dair xx xxxx 2007-ci il tarixli vəsiyyənamə qoymuş və Cavabdeh2 mübahisəli əmlaka dair çıxarış almışdır. Ona görə də, mərhum anası X8 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırki iş üzrə Cavabdeh2 cavabdeh sırasından çıxarılmasını və X9 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, l-ci küçədə yerləşən ümumi sahəsi 77,8 kv.m, yaşayış sahəsi 62,8 kv.m, yardımçı sahələri 15,0 kv.m-dən ibarət 3 otaqlı 11 saylı fərdi həyət evi xüsusi mülkiyyət hüququ ilə mərhum anaları X18 məxsus olmuşdur. Anaları xx xxxxxx 2010-cu ildə vəfat etmiş və vəfat edən günə analarından Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı ev miras qalmışdır. Analarının vəfatından sonra miras əmlakı idarə etməklə, vərəsələiyi həm faktiki, həm də notariat kontoruna müraciət etməklə rəsmi şəkildə qəbul etmiş,rəsmi qaydada notariat kontoruna müraciət etmiş,ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, sonda miras əmlaka tam mülkiyyət hüququ haqqında DƏDRX-nin X34 tərəfindən Çıxarış verilmişdir. Buna baxmayaraq, Şəhadətnamə və mülkiyyətə dair Çıxarış digər vərəsələrin hüquqlarını pozduğu üçün məhkəmə tərəfindən etibarsız hesab olunmuş,yenidən məhkəmə mübahisəsi yaranmışdır. Miras əmlaka dair mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Anaları vəfat edən günə vərəsələr aşağıdakılardır İddiaçı (1964), 2.Cavabdeh1 (1966),3. X23 (1962), 4.X31 (1960), 5.Cavabdeh3 (1970), 6.Hacıyeva (Apışova) Solmaz Hüseyn qızı (1968),Hümbətova (Apışova) Gülüzar Hüseyn qızı (1958), 8.X19 (1966, vəfat etmişdir.Cavabdehlər bütün miras əmlakın paylara uyğun bölünməsini bildirirlər, Cavabdeh1 isə artıq heç kəsi mənzilə buraxmır. Digər cavabdeh vərəsələr mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşlər.Tərəflər arasında mübahisə davam etməkdədir, məhkəmədən kənar şəkildə məsələnin həlli mümkün olmamışdır. Hesab edir ki, tərəflər arasında heç bir razılaşma olmadığından, məhkəmə qaydasında mübahisəyə qiymət verilməlidir.Ona görə də, mərhum anası X8 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli yaşayış sahəsi xx.xx.2006-cı il tarixdə verilmiş reyestrdən çıxarışa əsasən anası X12 mülkiyyətində olmuşdur və həmin yaşayış sahəsi alınandan bu günə kimi ailə üzvləri ilə bərabər həmin ünvanda yaşamış və yaşamaq üçün digər evi mövcud deyildir. Anası vəfat edən günə qədər onlarla yaşamış və onun qayğısını onlar çəkmişlər. Bacısı Cavabdeh2 qızı heç vaxt onlarla yaşamamışdır. Anası vəfat edəndən sonra həmin evi faktiki olaraq qəbul etmiş və həmin mənzil onların istifadəsində olmaqla ona sahiblik etmişdir. İddiaçı isə həmin evə ara-sıra gəlmiş, yəni daimi olaraq həmin ünvanda yaşamamışdır. Anası vəfat etdikdən sonra Cavabdeh2 həmin mənzilə gəlib-getməsi onun mirasa sahiblik etməsi kimi anlaşılmamalı, 14 il ərzində mənzilin bütün xərcləri, kommunal xidmətlər, təmir işləri onun vəsaiti hesabına aparılmışdır. Eyni zamanda Cavabdeh2 və İddiaçı vərəsəliyin qəbuluna olan müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış, mənim və ailə üzvlərimin başqa yaşayış yerinin olmadığını, Cavabdeh2 daimi yaşayış yerinin olduğunu, mənzil satıldıqdan sonra payımıza düşən 1/6 hissənin satışı ilə bizim yaşayış evi ala bilməyəcəyimizi, nəticədə ailə üzvləri ilə birlikdə küçədə qalacağımızı nəzərə almamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, cavabdehlər Cavabdeh3 və X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı, cavabdehlər Cavabdeh3 və G.H.Hümbətova mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs R.Cavabdeh1nın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,00999 ha torpaq sahəsi X12 daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən X13 adına Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 22150 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, X27 həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2006-cı il tarixli 4Ə/06-1060 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2. Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi üzərində X12 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə **********92-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinə X12 adına xx.xx.2008-ci il tarixdə dublikat verilmişdir. Lakin, Abşeron Rayon Məhkəməsinin 2(012)-1014/2009 saylı, xx xxxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən düblikat ləğv edilmişdir. Bundan sonra 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2V-1-162 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********09-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-28/2015 saylı xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh2 adına verilmiş çıxarış etibarsız hesab olunmuşdur. Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi hazırda X14 mülkiyyətindədir. xx xxxxxx 2006-cı il tarixli vəsiyyənamədən müəyyən edilir ki, X28 vəfat edəndən sonra şəxsi mülkiyyət hüququ əsasında özünə məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi X10 vəsiyyət etmişdir. xx xxxx 2007-ci il tarixli vəsiyyətnamədən müəyyən edilir ki, X26 vəfat edəndən sonra özünə məxsus olan ümumi əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2008-ci il tarixli, 2(012)-603/2008 saylı qətnaməsi ilə X6 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və onun həmin yaşayış evinə köçürülməsi qət edilmişdir.Həmin məhkəmə qətnaməsindən müəyyən edilir ki, İddiaçı həmin evdə anası Sona Apışova ilə birlikdə yaşadıqlarından onun həmin evdən istifadə hüququ yaranmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(012)-1014/2009 saylı qətnaməsi ilə iddiaçı X15 Cavabdeh1 və q. qarşı iddiası qismən təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi idarəsi tərəfindən verilmiş MH ******* saylı çıxarışın dublikatının ləğv edilməsi, X11 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinə qeydiyyatının ləğv edilməsi, X13, X4 və X16 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində yaşayış hüququnun itirilməsi və həmin ünvanda qeydiyyatlarının ləğv edilməsi qət edilmişdir. Abşeron rayonunun notariusunun xx xxxxxxx 2011-ci il tarixli X10 ünvanladığı məktubundan müəyyən edilir ki, xx xxxxxx 2010-cu il tarixdə vəfat etmiş X8 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinə dair vərəsələr arasında mübahisə olduğundan və vərəsəliyin qəbuluna dair qoyulmuş müddət ötürüldüyündən adına vərəsəlik hüququ haqqında şəhadətnamə açmaq mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,00999 ha torpaq sahəsi Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2013cü il tarixdə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(012)-28/2015 saylı qətnaməsi ilə Cavabdeh2 Cavabdeh1, X29, X17, X30, X24, X20 qarşı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 11 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi təmin edilməmiş, Cavabdeh1 Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və onun barəsində vərəsəlik hüququ haqqında şədatnamənin verilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilmiş, Abşeron rayonunun notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən Cavabdeh2 verilmiş xx xxxxxxxx 2013-cü il tarixli 2V-1-162 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və Cavabdeh2 məxsus RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(105)- 888/2015 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(012)- 28/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qətnaməsindən müəyyən edilir ki qarşılıqlı iddia təmin edilərkən digər vərəslərin miras əmlakdan məcburi pay almaq hüquqları nəzərə alınmamışdır və miras qoyan xx xxxxxx 2010-cu ildə öldüyü vaxtdan uzun müddət keçəndən sonra vərəsə Cavabdeh2 mirasın qəbulu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə ola sənədlərə və qanuni qüvvəsini almış məhkəmə aktlarına məcmu halda hüquqi qiymət verərək birinci instansiya məhkəməsi iddia tələblərinin qismən təmin edilməsi nəticəsinə gəldikdə hesab etmişdir ki, X26 xx xxxxxx 2010-cu ildə öləndən sonra ondan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi miras qalmışdır. Onun vərəsələri isə övladları İddiaçı,Cavabdeh1, X23,.X31,.Cavabdeh3, Hacıyeva (Apışova) Solmaz Hüseyn qızı,Hümbətova (Apışova) Gülüzar Hüseyn qızı və X19 olmuşdur. (vəfat etmişdir). Miras qoyan hələ sağlığında öz əmlaklarını əvvəlcə oğlu İsmayıla, sonra isə qızı Solmaza vəsiyyət etmişdir. Mirasqoyanın sağlığında mübahisəli evdə vərəsələrdən İddiaçı və Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşamışlar,İddiaçı hələ anasının sağlında məhkəmə qətnaməsi ilə mübahisə evə istifadə hüququ tanınmışdır.Onun ölümündən sonra da yenə həmin şəxslər yaşamaqda davam etmişlər,lakin aralarında münasibətlərinin pozulması və Bayramın onu evə buraxmaması və işinin rayonda olması səbəbindən İddiaçı ara-sıra həmin evə gedib gəlmiş,axır vaxtlar isə Cavabdeh1 İddiaçı ümumiyyətlə həmin evə buraxmır. Abşeron rayonunun notariusunun xx xxxxxxx 2011-ci il tarixli X10 ünvanladığı məktubundan göründüyü kimi xx xxxxxx 2010- cu il tarixdə vəfat etmiş X8 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinə dair vərəsələr arasında mübahisə olduğundan və vərəsəliyin qəbuluna dair qoyulmuş müddət ötürüldüyündən adına vərəsəlik hüququ haqqında şəhadətnamə açmaq mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Miras əmlakla bağlı miras qoyan xx xxxx 2007-ci il tarixli vəsiyyətnaməilə vəfat edəndən sonra özünə məxsus olan ümumi əmlakını qızı Cavabdeh2 vəsiyyət etmişdir. İddiaçı Cavabdeh2, tərəflərin izahatlarından və işin materiallarından göründüyü kimi Cavabdeh2 anasının ölümündən sonra mütəmadi olaraq mübahisəli evə gedibgəlmiş miras əmlakı faktiki qəbul etmiş, digər vərəslər də, Cavabdeh2 miras əmlakın sahibi kimi tanımışlar, bundan sonra Cavabdeh2 vərəsəlik şəhadətnaməsi almaq üçün notariata müraciət etmiş və xx xxxxxxxx 2013-cü il tarixli vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almış, bununla bağlı tərəflər arasında yuxarıda qeyd edilən məhkəmə mübahisəsi olmuş və həmin şəhadətnamə ləğv edilmişdir. Beləliklə mübahisəli miras əmlakı miras qoyanın ölümündən sonra faktiki olaraq onun övladları olan vərəsələrdən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159- cu maddəsinə əsasən qanun üzrə vərəsələr mirasdan bərabər pay hüquqları vardır. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1193-1195-ci maddələrinin məzmunundan görünür ki, mirasda məcburi pay hüququ yalnız mirasqoyanın sağlığında ya mirasdan məhrum edilmiş, ya mirasdan məhrum edilməsələr də, mirasqoyana məxsus bütün əmlakın vəsiyyət edildiyi halda İ növbə üzrə vərəsələr, şamil edilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1274-cü maddəsində mirasın bölüşdürülməsi anlayışı öz əksini tapmışdır. Həmin maddəyə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası sadalanan halları və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh1 münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2246/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2246/2020
23.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver