Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3699/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-904/2021-012 nömrəli qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(060)-2118/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilib, 18.12.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi və dəyişdirilən alimentin məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. X4 qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. İşdən göründüyü kimi, qətnamədən verilmiş apellyasiya şikayəti X4 tərəfindən imzalanmışdır. Lakin sonuncu hazırkı işdə tərəf deyildir. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər (Mülki Prosessual Məcəllənin 72.1., 72.4. maddələri). Qanunun mənasına görə qanuni nümayəndəlik fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər üçün müəyyən edilmişdir. Qanuni nümayəndənin yaranma əsaslarından biri kimi şəxsin qəyyum və himayəçi kimi təyin edilməsi haqqında inzibati aktdır. Bu akta əsasən qəyyumlar və himayəçilər istənilən dövlət orqanlarında, o cümlədən məhkəmədə himayələrində olanların maraqlarının müdafiəsini həyata keçirirlər. Qanuni nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri yerinə yetirir. Onun səlahiyyəti xüsusi olaraq rəsmiləşdirilmir. O, təmsil etdiyi şəxsin qanuni nümayəndəsi olduğunu təsdiq edən sənədi (hazırkı halda) inzibati orqanın aktını təqdim edir. X5 apellyasiya şikayətinə belə bir sənəd təqdim etməmişdir. Sonuncunun istinad etdiyi 11 oktyabr 2016-cı il tarixli qərara gəldikdə isə qeyd olunmalıdır ki, həmin qərar cinayət prosesini həyata keçirən orqanın həmin cinayət prosesi icraatı çərçivəsində tanınır. Qeyd etmək lazımdır ki, bu qərar əsasında o, mülki mühakimə icraatı zamanı cavabdehi qanuni nümayəndə kimi təmsil edə bilməz. Bunun üçün qanunvericilik ayrıca qayda müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 361.2. maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi, X2 Cavabdeh adından apellyasiya şikayəti vermək səlahiyyəti olmadığından, apellyasiya şikayətinin işin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3699/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3699/2021
29.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver