Məhkəmə qərarları › İş №2(106)-1528/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1528/2024

19.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1528/2024 19.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X20, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh2 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası və nənəsindən- X13 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.4 ha torpaq sahəsinin vərəsələr İddiaçı münasibətdə vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında qanuna əsasən bölünməsi, fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığı üçün evin və torpağın qiymətinin müəyyən edilib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsini, 01 noyabr 2021-ci il tarixdə verilmiş 2V-602 və 2V-603 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş 25 noyabr 2021-ci il tarixli ********** nömrəli reyestrdən Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Atasının valideynləri (miras qoyanlar) X28 və X9 16 iyul 1935-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Bu nikahdan onların 8 övları- X36, X29, X30, X21, X22, X37, Cavabdeh2 və X16 olmuşdur. X14 17 mart 1998-ci ildə öldükdən sonra həmin miras əmlakı arvadı X9 və onun övladları X36, X37 və Cavabdeh2 miras əmlakı faktiki olaraq qəbul edib, idarə etmişlər. Atası və özü miras əmlakın idarə olunmasında faktiki iştirak etmiş və bunu şəksiz nümayiş etdirmişlər. X17 adına şənədləşdirilmiş həmin ev və torpaq sahəsi X9 ilə birgə nikah dövründə alınmış torpaq sahəsi və tikilmiş evdir, ona görə də həmin torpaq sahəsi və ev onların birgə əmlakı sayılır. X9 30 avqust 2007-ci ildə Astara şəhərində vəfat etmişdir. Süsən Əliyevə ölümündən qabaq 20 iyul 2000-ci il tarixdə Astara rayon notariat idarəsində vəsiyyətnamə yazıb qoyaraq Astara şəhəri, Azadlıq küçəsi 58-də (indiki 60 saylı ev) yerləşən xüsusi yaşayış evini oğlu X31 (iddiaçının atasına) vəsiyyət etmişdir. Vəsiyyətnamədə vəsiyyət edən göstərmişdir ki, X19 vərəsəliyi qəbul etməkdən imtina edərsə və yaxud hər hansı bir səbəbdən vərəsəliyi qəbul edə bilməzsə, onda ehtiyat vərəsə kimi evimi nəvəm İddiaçı vəsiyyət edirəm. Lakin miras qoyan Süsən Əliyeva vəfat etdikdən sonra vərəsələrdən biri Cavabdeh2 Cavabdeh1na ərizə verərək miras əmlak kimi ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik işinin açılmasına dair ərizə vermişdir. Həmin ərizədə o özünü yeganə vərəsə kimi qeyd etdirmiş, vərəsələrin dairəsini düzgün göstərməmiş və bununla da digər vərəsələri miras əmlakdakı payından mərhum etmişdir. Hazırki mülki iş üzrə X28 17 mart 1998-ci ildə öldüyü üçün ondan qalan miras əmlaka münasibətdə 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Mülki Məcəllənin (01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan) 552-ci maddəsində qeyd edilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki sürətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş sayılır. X2 qalmış miras əmlaka münasibətdə isə indi qüvvədə olan qanunvericilik tətbiq olunmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədiklərini bildirib, onun rədd edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim etmiş olduğu etirazında aşağıdakıları göstərmişdir: cavabdehin atası X28 17 mart 1998-ci ildə öldükdən sonra həmin miras əmlakı arvadı X9 və onun övladları X37 və cavabdeh- Cavabdeh2 faktiki olaraq qəbul edib, idarə etmişlər. Miras əmlakın idarə olunmasında faktiki iştirak etmişlər və bunu şəksiz nümayiş etdirmişlər. X37 1985-ci ildə Rusiya Federasiyasına köçmüş və həmin evdə cavabdeh, ailəsi və anası yaşamışdır. X17 adına sənədləşdirilmiş həmin ev və torpaq sahəsi X9 ilə birgə nikah dövründə alınmış torpaq sahəsi və tikilmiş evdir, ona görə də həmin torpaq sahəsi və ev onların birgə əmlakı sayılır. Valideynlərinin vəfatından sonra onların yas mərasimlərini cavabdeh keçirmişdir. Onların sağlığı dövründə də cavabdeh uzun müddət onlarla yaşamış və sonradan həmin həyətdə özünə fərdi yaşayış evi tikərək ailəsi ilə ora köçmüşdür. Amma demək olar ki, onların günü elə atasına məxsus fərdi yaşayış evində keçib, çünki valideynləri ahıl yaşlarında olduqlarına görə onların qulluğa ehtiyacları olduqları üçün yoldaşı onların qulluğunda durmuşdur. Süsən Əliyevə ölümündən qabaq 20 iyul 2000-ci il tarixdə Astara rayon notariat idarəsində vəsiyyətnamə yazıb qoyaraq Astara şəhəri, Azadlıq küçəsi 58-də (indiki 60 saylı ev) yerləşən xüsusi yaşayış evini oğlu X31 vəsiyyət etmişdir. X19 vərəsəliyi qəbul etməkdən imtina edərsə və yaxud hər hansı bir səbəbdən vərəsəliyi qəbul edə bilməzsə, onda ehtiyyat vərəsə kimi evi nəvəsi İddiaçı vəsiyyət etmişdir. Lakin burada maraqlı bir sual ortaya çıxır ki, həmin daşınmaz əmlak yəni fərdi yaşayış evi vəsiyyət edənin adına olmaya-olmaya necə ola bilir ki, vəsiyyət edən bununla bağlı vəsiyyət edir? Həmin ev birgə nikah dövründə əldə olunsa da fərdi yaşayış evinin 1/2 hissəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi pay olaraq Süsən Əliyevaya, digər 1/2 hissəsi isə Süsən Əliyeva də daxil olmaqla vərəsələr arasında paylar müəyyən olunmalı idi. Bir növ hazırki vəsiyyətnamə qanunsuz olmaqla mülkiyyət hüququna qəsd kimi qiymətləndirilir. Belə ki, həmin yaşayış evində digər vərəsələrin də payı ola-ola bütövlükdə fərdi yaşayış evi vəsiyyət edilib. Yəni vəsiyyət qoyanın heç bununla bağlı heç bir subyektiv hüququ yoxdur. Bundan əlavə, 2007-ci ildə vəsiyyət edən öləndən sonra əmlakın vəsiyyət qoyulduğu şəxs yəni, İman Əliyev 2016-cı ilə kimi (2016-cı ildə rəhmətə gedir) vəsiyyət edilmiş əmlakın qəbul edilməsi istiqamətində heç bir addım belə atmır. Çünki hələ İman Əliyevin sağlığı dövründə həmin evdə anası yaşayıb və anası rəhmətə gedəndən sonra həmin ev faktiki olaraq cavabdehin mulkiyyətində olub. Yəni heç bir vərəsə həmin əmlakı faktiki qəbul etməyib. Qardaşı özü əgər sağlığı dövründə həmin əmlakla bağlı bir iddiası olsa idi, 9 il ərzində vəsiyyət edilmiş əmlakı öz adına rəsmiləşdirərdi. Lakin nədənsə vəsiyyət edilmiş şəxs 2016-cı ilə kimi bununla bağlı heç bir hərəkət etmir və ehtiyat vərəsə kimi vəsiyyətnamədə adı qeyd olunmuş İddiaçı da əmlakın rəsmiləşdirilməsi ilə bağlı Notariat Konturuna müraciət etmir. xx.xx.2021-ci il tarixdə Astara Notariat Ofisinə ərizə ilə müraciət edərək ata X13 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və ana X3 miras qalmış ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmiş və həmin tarixdə də 2V-602 və 2V-603 saylı vərəsəlik şəhadətnamələrini almışdır. Bundan sonra da, həmin şəhadətnamələr əsasında xx.xx.2021-ci il tarixdə DƏDRX-dən müvafiq qaydada ********** saylı çıxarış almışdır. İddiaçı ərizəsində ataları (ona münasibətdə babası) öləndən sonra guya onun atası İman Əliyevin də mirası faktiki olaraq qəbul etdiyini bildirmişdir. Lakin bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, yeganə sübut kimi babasından qalan ensiklopediyanı qeyd etsə də, həmin kitabın babasına məxsus olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıda sadalanan normalar paylı mülkiyyətdə olan əmlakın bölgüsünün mexanizmini çatdırır. Buradan da görünür ki, sözügedən ardıcıllıq olmadan əmlakın birbaşa satılmaqla əldə olunmuş pul məbləğinin bölünməsi qanunsuzdur. Həmin Məcəllənin 220.6-cı maddəsi də qeyd edir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Astara Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) 20 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və maraqlı şəxs Astara rayon Notariat ofisinə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə belə hesab etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi maddələrinin şərh edilməsinə dair xx.xx.2014cü il tarixli qərarına əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcılıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin belə bir qərarının olması o demək deyildir ki, məhkəmə verilmiş iddianı bu xüsusata istinad edərək rədd etsin. Məhkəmə iddianı qismən təmin edə bilərdi, çünki həmin iddiada payların bölüşdürülməsi tələbi də var. Lakin məhkəmə payların bölünməsinə münasibət bildirməmiş, ümumiyyətlə iddianı rədd etmişdir. İzahatlar,prosessualməsələlər Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, birgə mülkiyyətdə ev və torpaq sahəsi mirasa daxildir. Birinci instansiya məhkəməsi vəsiyyətnaməni nəzərə almadan qətnamə qəbul etmişdir. Hesab edir ki, vəsiyyətnamə nəzərə alınmaqla paylar müəyyən edilməlidir. Arif vərəsələrdən biridir və sonradan öz adına çıxarış almışdır. Halhazırda evdə heç kim yaşamır, Cavabdeh2 öz evi vardır. Süsən Əliyeva vəsiyyətnamədə evi İman Əliyevə vəsiyyət etmişdir. Torpaq sahəsinin çox hissəsi Cavabdeh2 istifadəsindədir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etirazını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, vəsiyyətnamə verilərkən yaşayış evi qeydiyyatdan keçməmişdir. Vəsiyyətnamə olmayan əmlaka verilmişdir. Evin naturada bölünməsi isə mümkün deyil. Cavabdeh1 nümayəndəsi və üçüncü şəxslər- X32, X21, X22, X37 və X23 apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə, məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin halları İddiaçının atasının valideynləri X28 və X9 16 iyul 1935-ci ildən rəsmi nikahahda olmuşlar. Onların ümumi mülkiyyətində Astara şəhəri ərazisində 0, 04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ünvan 7 nömrəli fərdi yaşayış evi olmuşdur. Bu nikahdan onların 8 övları- X36, X29, X30, X21, X22, X37, Cavabdeh2 və X16 olmuşdur. X28 17 mart 1998-ci ildə, X9 xx.xx.2007-ci ildə vəfat etmişlər. Müəyyən edilir ki, xx.xx.2000-ci il tarixli vəsiyyətnamə ilə ünvan 4 ünvanında yaşayan X1 şəhəri, Azadlıq küçəsi, ev 58 (indiki 60 saylı evi) oğlu X31 vəsiyyət etmişdir. Vəsiyyətnamədə qeyd edilmişdir ki, əgər X18 vərəsəliyi qəbul etməkdən imtina edərsə və yaxud hər hansı bir səbəbdən vərəsəliyi qəbul edə bilməzsə, ehtiyat vərəsə kimi nəvəsi İddiaçı vəsiyyət etmişdir. X36 xx.xx.2016-cı il tarixdə ölmüşdür. AR ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X17, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Vərəsələrdən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək, 1998-ci ildə vəfat etmiş atası X13 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və 2007-ci ildə vəfat etmiş anası X2 miras qalmış torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, bundan sonra onun adına xx.xx.2021-ci il tarixli 2V-602 və 2V-603 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2021-ci il tarixli 2V-602 və 2V-603 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Astara rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 2V-602 nömrəsi ilə reyestrdə qeydiyyatdan keçmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci ildə vəfat etmiş X17 vərəsəsi ünvan 8 ünvanında qeydiyyatda olan Cavabdeh2dur və o, miras əmlakdan tam pay hissədə pay almışdır. -Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X24 verilmiş **********03-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 85 kv.m, yaşayış sahəsi 62 kv.m, yardımçı sahəsi 23 kv.m, 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. AR ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Astara rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 2V-603 nömrəsi ilə reyestrdə qeydiyyatdan keçmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş X6 vərəsəsi ünvan 8 ünvanında qeydiyyatda olan Cavabdeh2dur və o, miras əmlakdan tam pay hissədə pay almışdır. - Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 2021-ci il tarixdə X8 verilmiş **********03-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən ibarətdir. Hazırki tələbində İddiaçı mərhum babası və nənəsindən- X13 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.4 ha torpaq sahəsinin ona verilən vəsiyyətnamə nəzərə alınmaqla vərəsələr arasında qanuna əsasən bölünməsi, fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığı üçün evin və torpağın qiymətinin müəyyən edilib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsini, 01 noyabr 2021-ci il tarixdə verilmiş 2V-602 və 2V-603 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş 25 noyabr 2021-ci il tarixli ********** nömrəli reyestrdən Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, tələbində Nizami küçəsi 64 göstərsə də onun evə dair tələbi mahiyyətcə iddiaçının nənəsindən miras qalmış ev üzrədir. Yəni vəsiyyətnamə əsasında keçmiş Azadlıq küçəsi 58 ünvanı üzrə payların müəyyən edilməsindən ibarətdir. Apellyasiya baxışında ünvan 9 ünvanı və ünvan 10 edilmişdir. Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 127 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 13 ünvanı, keçmiş Azadlıq küçəsi 58, hal-hazırda “İstiqlaliyyət” küçəsi eyni ünvandır, Cavabdeh2 məxsus olan evin ünvanı da İstiqlaliyyət 64 ünvanında yerləşir. Cavabdeh2 doğulduğu gündən hal-hazırki günə qədər ailə üzvləri ilə birlikdə İstiqlaliyyət küçəsi 64 ünvanında yaşayır. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3270/2024 saylı sorğuya cavab məktubundan görünür ki, sözügedən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1993-cü il tarixli, 1521 invertar nömrəli texniki pasporta əsasən Astara şəhəri, Azərbaycan küçəsi 64 ünvanı ilə ünvan 14ə həmin ünvanlar müvafiq olaraq ünvan 15müşdür. Məktubda qeyd edilən Astara şəhəri, Nizami küçəsi 64 ünvanı isə 1993-cü il tarixli, 1520 invertar nömrəli texniki pasporta əsasən həmin ünvan ünvan 16ra şəhəri, Azərbaycan küçəsi 64 və Astara şəhəri, Azadlıq küçəsi 58 saylı ünvanlarla eyni deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarında mirasın qəbulu ilə bağlı müddətə dair hüquqi mövqeyini belə ifadə etmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Qərarda o da qeyd edilmişdir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Tərəflərin mövqeyi İddiaçının tələbi bir neçə hissədən ibarətdir. İddiaçı vəsiyyətnaməni nəzərə almaqla onun və digər vərəsələrin paylarının müəyyən edilməsini, əmlakın naturada bölünməsi mümkün olmadığı üçün evin və torpağın qiymətinin müəyyən edilib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsini, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin və mülkiyyət hüququnun qeydiyyatınan etibarsız hesab edilməsini. Cavabdeh tərəf vəsiyyətnamənin mövcudluğunu inkar etməsə də etirazını onunla əsaslandırmışdır ki, iddiaçının adına yazılmış vəsiyyətnamə verilərkən yaşayış evi qeydiyyatdan keçməmişdir. Vəsiyyətnamə olmayan əmlaka verilmişdir. Apellyasiya məhkəməsinin mövqeyi Birinci instansiya məhkəmsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarını xatırlatmaqla iddinı rədd edilməsinin əsası olaraq ona istinad etmişdir ki, iddiaçının paylı mülkiyyətdə olan payını və naturada bölünməsini müəyyən etdirmədən paylı mülkiyyət olan yaşayış evini və torpaq sahəsinin qiymətinin müəyyən edib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsini tələb edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrinində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tədbiq edilməsi qaydasına riayət etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi paylı mülkiyyət olan yaşayış evini və torpaq sahəsinin qiymətinin müəyyən edib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsi hissədə iddiaya qiymət versə də miras payların müəyyən edilməsi hissədə iddiaya qiymət verməmişdir. Kollegiya qeyd edir ki, mahiyyətcə iddiaçı və cavabdeh arasında mübahisə mirasın qəbulu və payların həcmi ilə bağlıdır. Ona görə də ilk olaraq, mirasın qəbuluna dair tələbə qiymət verilməli və miras əmlakda paylar müəyyən edilməlidir. Miras kütləsinə torpaq sahəsi və yaşayış evi daxildir. Miras əmlak üzrə fərdi yaşayış evinə dair vəsiyyətnamənin mövcud olduğunu, əmlakın nənəsi tərəfindən iddiaçıya vəsiyyət edildiyini tərəflər mübahisələndirməmişlər. Kollegiya hesab edir ki, miras kütləsinə daxil olan əmlaklar üzrə paylar ayrı-ayrılıqda müəyyən edilməlidir. Miras qoyanlar X28 17 mart 1998-ci ildə, X9 xx.xx.2007-ci ildə vəfat etmişlər. Ona görə də X13 miras qalmış əmlak üzrə paylar 01 sentyabr 2000-ci ilədək qüvvədə olan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri qaydasında, X2 miras qalmış əmlak üzrə paylar hazırda qüvvədə oan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Kollegiya onu da qeyd edir ki, X2 miras qalmış əmlak üzrə paylar, o cümlədən məcburi paylar müəyyən edilərkən (hazırki mülki iş hazırda məhkəmənin icraatında olduğundan) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarında və “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il Qərarında sərgilədiyi hüquqi mövqeyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, iddiaçının adına yazılmış vəsiyyətnamə verilərkən vəsiyyət edilən yaşayış evinin qeydiyyatdan keçməməsi həmin vəsiyyətnamənin qüvvədə olmamasına əsas verən hal deyil. Belə ki, həmin əmlak- həm həyətyanı torpaq, həm də fərdi yaşayış evi müvafiq qeydiyyatdan keçməsə də mövcud olmuşdur, gözlənilən mülkiyyət hüququ ilə X28 və X7 məxsus olmuşdur. Torpaq sahəsinə dair vəsiyyətnamə olmamışdır. Torpaq üzrə paylar aşağıdakı kimi müəyyən edilməlidir: Təqdim edilmiş sübutlardan (izahatlar, Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 127 nömrəli sorğuya cavab məktubu) görünür ki, X28 17 mart 1998-ci ildə vəfat etdikdən sonra sözügedən ünvanda faktiki olaraq onun arvadı Əliyeva Süsən və vərəsələrdən Cavabdeh2 ailəsi ilə yaşamış, miras əmlak onlar tərəfindən faktiki qəbul edilmişdir. Bu zaman Əliyeva Süsənin həmin əmlakda ½ payı nəzərə alınmaqla X13 miras qalmış torpaq sahəsi ilə bağlı miras əmlak üzrə paylar belə müəyyən olunur: Əliyeva Süsən- ¾ pay və Cavabdeh2- ¼ pay. Torpaq sahəsinə dair vəsiyyətnamə olmamışdır. Ona görə X9 xx.xx.2007-ci ildə vəfat etdikdən sonra onun torpaqdakı payı qalan 8 nəfər vərəsə arasında qanun üzrə vərəsəlik qaydasında bərabər bölünməlidir. Belə halda Əliyeva Süsənin payından hər bir vərəsəyə düşən pay- 3/32 (3/4 : 8 vərəsə) olur. Beləliklə, həyətyanı torpaq sahəsinə dair iddiaçının (və hər bir vərəsənin) payı 3/32, Cavabdeh2 payı- 11/32 (özünə məxsus 1/4 + anadan düşən 3/32) təşkil edir. Fərdi yaşayı evi üzrə vəsiyyənamə vardır. Belə ki, X1 şəhəri, Azadlıq küçəsi, ev 58 (indiki 60 saylı evi) oğlu X31, əgər X18 vərəsəliyi hər hansı bir səbəbdən vərəsəliyi qəbul edə bilməzsə, ehtiyat vərəsə kimi nəvəsi İddiaçı vəsiyyət etmişdir. Kollegiya qeyd edir ki, fərdi yaşayış evinə dair vəsiyyətnamə nəzərə alınmaqla paylar aşağıdakı kimi müəyyən edilməlidir: X28 17 mart 1998-ci ildə vəfat etdikdən sonra miras əmlak faktiki olaraq onun arvadı Əliyeva Süsən və vərəsələrdən Cavabdeh2 tərəfindən faktiki qəbul edilmişdir. Digər vərəsələrin mirası faktiki qəbul etməsi müəyyən edilmir. Ona görə də miras qoyan Əliyev Qulu vəfat edəndən sonra Əliyeva Süsənin həmin əmlakda ½ payı nəzərə alınmaqla X13 miras qalmış fərdi yaşayış evi ilə bağlı miras əmlak üzrə paylar belə müəyyən olunur: Əliyeva Süsən- ¾ pay və Cavabdeh2- ¼ pay (yaxud 16/64 pay). Əliyeva Süsən özünə məxsus fərdi yaşayış evini vəsiyyət etdiyindən bu zaman digər vərəsələrin məcburi payı da nəzərə alınmalıdır. Qanunun tələbinə görə, bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası 1/8 payın yarısını təşkil etməlidir. Odur ki, Əliyeva Süsən- ¾ payından vəsiyyətnamədən kənar qalan hər bir vərəsəyə məcburi payın həcmi 3/64 pay təşkil edir (3/4 x 1/16 (1/8 payın yarısı)). Birinci instansiya məhkəməsində miras kütləsinə daxil olan fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi dəyəri müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8340-9/8551 nömrəli ekspert rəyinə görə, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 85,0 kv.m fərdi yaşayış evi və 0.04 hektar torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2021-ci il tarixinə bazar dəyəri 28.000 manat təşkil etmişdir, ünvan 6 ünvanında 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 85,0 kv.m fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 30.900 manat məbləğində müəyyən edilir. Kollegiya hesab edir ki, Cavabdeh2 miras əmlakdan düşən pay məcburi paydan çox olduğundan (qanun üzrə vərəsəlik qaydasında düşən payla əhatə edildiyindən) ona əlavə olaraq məcburi payın verilməsinə ehtiyac yoxdur. Belə ki, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsliklə ona çatası payın dəyərinin yarısından az əmlak qaldıqda mümkündür. (Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1192/2022 nömrəli qərarında sərgilədiyi hüquqi mövqeyinə də uyğundur). Vəsiyyətnamədən kənarda qalan, (Cavabdeh2 başqa) digər 6 nəfər vərəsəyə düşən məcburi pay çıxıldıqdan sonra iddiaçının- 30/64 payı müəyyən edilir. Beləliklə, fərdi yaşayış evinə dair- İddiaçı payı- 30/64, Cavabdeh2 payı- 16/64 müəyyən edilir. Birinci instansiya məhkəməsi mirasın qəbulu, payların müəyyən edilməsi ilə bağlı hissədə iddiaya qiymət verməmiş, əsassız olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbini rədd etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. İddiaçının tələbi həm də yaşayış evinin və torpaq sahəsinin qiymətini müəyyən edib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunun tələbinə görə, əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Bundan başqa, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Kollegiya hesab edir ki, əvvəlcə tərəflərin arasında payların müəyyən edilməsi öz həllini tapmalı, paylar müəyyən edildikdən sonra qarşılıqlı razılıq əsasında payların əvəzləşməsi baş vermədiyi halda Mülki Məcəllənin 220 və 221-ci maddələrinin tələbləri qaydasında məsələ həllini tapa bilər. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, ünvan 18 ünvanda yerləşən 0.4 torpaq sahəsi və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına yazılmış xx.xx.2021-ci il tarixli, 2V-602 və 2V-603 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmin şəhadətnamə əsasında Cavabdeh2 adına aparılmış xx.xx.2021-ci il tarixli mülkiyyət hüququnun qeydiyyatı etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən, X28 və X3 miras qalmış, 0.04 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evinə dair paylar aşağıdakı kimi müəyyən edilməlidir: Torpaq sahəsində İddiaçı payı- 3/32, Cavabdeh2 payı- 11/32, Fərdi yaşayış evində- İddiaçı payı- 30/64, Cavabdeh2 payı- 16/64. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı məhkəmə xərclərini tələb etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(018)-37/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. ünvan 18 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına yazılmış xx.xx.2021-ci il tarixli, 2V-602 və 2V-603 nömrəli qanun üzrə vərəsəlk hüququ haqqında şəhadətnamələr, həmin şəhadətnamə əsasında Cavabdeh2 adına aparılmış xx.xx.2021-ci il tarixli mülkiyyət hüququnun qeydiyyatı etibarsız hesab edilsin. ünvan 6 ünvanında yerləşən, X28 və X3 miras qalmış, 0.04 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evinə dair paylar aşağıdakı kimi müəyyən edilsin: Torpaq sahəsində İddiaçı payı- 3/32, Cavabdeh2 payı- 11/32 ; Fərdi yaşayış evində İddiaçı payı- 30/64, Cavabdeh2 payı- 16/64. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar