Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1565/2025 18.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3, İddiaçı1 nümayəndəsi Vəkil1 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 2(049)-1708/2025 saylı qətnaməsindən İddiaçı1 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 mülkiyyətində olmuş Port-İliç şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinin oğlu Cavabdeh2 vəsiyyət edilməsi barədə xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini, Lənkəran rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən mərhum X3 miras qalmış Port-İliç şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinə dair xx.xx.1998-ci il tarixli 2B-89 nömrə ilə reyestrdə qeyd olunmuş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində Port-İliç (indiki Liman) şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evi ilə bağlı üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və Port-İliç (indiki Liman) şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 verilmiş xx.xx.2006-cı il tarixli ********* nömrəli Çıxarışın ləğv edilməsini, mərhum X3 miras qalmış Lənkəran rayonu Port-İliç şəhəri (indiki Liman) M.Ə.Rəsulzadə küçəsi 2-də yerləşən bir mərtəbəli dörd otaqlı ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m fərdi yaşayış evindən qanun üzrə vərəsəliklə mərhum X12 çatan paya nisbətdə onun vərəsələri olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 pay hüququnun müəyyən edilməsi və həmin payın onların arasında bölünməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1955-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanda yaşayır. X8 qayınatası, X13 isə qayınanasıdır. Onların birgə nikahından 6 övladları - Bahar, Nisəxanım, Maral, Abdulsəməd, Əzizağa və Təyyar anadan olmuşlar. Təyyar hazırkı iş üzrə cavabdehdir. Əzizağa isə onun mərhum əridir. Əri xx.xx.1943-ci il tarixdə anadan olmuş və onunla xx.xx.1974-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra qayınanasına məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman həmin evdə qayınanası Səfra, habelə Təyyar öz ailəsi ilə birlikdə yaşamışdır. Əri ilə nikahlarından 3 övladları anadan olmuşlar : 1. İddiaçı2 - xx.xx.1976; 2. X14 - xx.xx.1978; 3. X10 xx.xx.1979. X9 xx.xx.1998-ci il tarixdə şəhid olmuşdur. 1977-ci ildə həmin evdən əri və körpəsi Nicatla birlikdə çıxmış və “Dəmiryol Vağzalı” tərəfdə, kirayədə yaşamışlar. Şəhid olan oğlu Teymur kirayədə yaşadıqları evdə doğulmuş və baldızı Maralın təkidi ilə o, ailəsi ilə birlikdə ərinin bibisi Gülsabaha məxsus fərdi yaşayış evinə köçərək orada yaşamaqda davam etmişlər. 1978-ci ildə Gülsabah vəfat etmiş, onun vəfatından sonra ona məxsus fərdi yaşayış evini söküb yerində təzə ev inşa etdirmişlər. 1981-ci ildən mərhum qaynanası Səfra uzun müddət onlarla birlikdə yaşamış və o, bir gəlin kimi onun qulluğunda durmuşdur. Təyyar isə ailəsi ilə mübahisləndirdikləri və pay hüququnu tələb etdikləri evdə yaşamışdır. Həmin evlər bir həyətdə yerləşmişdir. Miras qoyan qayınanası Səfra bir müddət sonra Təyyargillə birlikdə yaşamağa başlamışdır. O, hər gün demək olar ki, qaynanasının cavabdehlə yaşadığı müddət ərzində də onun qulluğunda durmuş və öz evinə ancaq gecələmək üçün gəlmişdir. Qeyd etmək istəyir ki, özlərinin yaşadıqları fərdi yaşayış evi vəsiyyət edilən əmlakla bir həyətdə yerləşir. Miras qoyan vəfat etdikdən sonra da onlar həmin həyətdən və evdən istifadə etmiş, gediş - gəlişləri olmuşdur. Miras qoyan vəfat edəndən onun dəfn mərasimində iştirak etməklə mirası faktiki olaraq qəbul etmişlər. Miras əmlakın cavabdehin adına rəsmiləşdirilməsini 2024-cü ilin may ayında bilmiş və dərhal vəkillə müqavilə bağlayıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hərəkətə keçmişlər. İddia ərizələrinə əlavə etdikləri 151 nömrəli “Qeydiyyat Vəsiqəsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən bir mərətəbəli dörd otaqlı ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. İddia ərizələrinə əlavə etdikləri xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 bütün əmlakını, o cümlədən M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmiş və bütün vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Vəsiyyətnamənin sonunda belə bir cümlə qeyd olunmuşdur “savadsız olduğumdan əvəzimə xahişim ilə 02.01.79-cu il tarixli pasportun sahibi X18 imza atır” və bundan sonra da imza qrafasının qarşısında imza olunur və imzanın qarşısında da Gənciyev sözünə oxşar bir söz yazılır. Onu qeyd etmək istəyir ki, vəsiyyətnamədə guya vəsiyyət edənin xahişi ilə imza edən şəxsin imzası, onun mərhum əri Əzizağa Gənciyeva məxsus deyildir. Bundan əlavə, vəsiyyətnamə sirri pozulmuşdur. Belə ki, əgər vəsiyyət edən fiziki baxımdan sənədi imza edə bilmirsə, onda bu barədə vəsiyyətnamədə qeyd olunmalı idi və məhz imza çəkməməsinin səbəbi kimi həmin hal göstərilməli idi. Lakin, hazırkı vəziyyətdə isə vəsiyyətnamədə onun savadsızlığı imza etməməsinin səbəbi kimi göstərilmişdir ki, bu özü özlüyündə həqiqəti əks etdirmir. Çünki, insan nə qədər savadsız olursa olsun bir iki xətdən ibarət imzasının olmaması inandırıcı deyildir. İmza çəkmək üçün heç bir savadın olmasına şübhəsiz ki, lüzum yoxdur. Vəsiyyətnamənin məzmununun qavranılması ilə bağlı savadsızlıq əsas gətirilib vəsiyyətnamədə qeyd olunan mətnin səsləndirilməsi ilə bağlı qeyd olsa idi, bunu qəbul etmək olardı. Əgər vəsiyyət edən savadsızdırsa onda vəsiyyətin məzmununu ona kim və necə izah etmişdir? Bu barədə vəsiyyətnamədə heç bir qeyd yoxdur! Bundan əlavə, hətta fiziki cəhətdən imza edə bilməməsi əsas olduğu halda belə, birinci növbə üzrə vərəsələr sırasından onun yerinə imza edilməsi də qəbuledilməzdir. Habelə vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməli olduğu halda vəsiyyətnamənin tərtib olunduğu tarix qaralanmışdır. Halbuki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat əsasən qeyd olunan halı qadağan edir. İddia ərizələrinə əlavə etdikləri ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Yəni, ölümündən 3 gün qabaq miras əmlakla bağlı vəsiyyət etmişdir. Bu heç də inandırıcı deyildir. Vəsiyyətnaməyə o özü imza etməmiş, yəni, vəsiyyətnamədən heç xəbəri olmamışdır. Əvəzində isə onun mərhum ərinin guya vəsiyyət qoyanın əvəzində imza etməsi kimi cümlənin qeyd olunmaqla imza etməsi də həqiqəti əks etdirmir. Vəsiyyətnamədə bu cür qeydin olması gələcəkdə məcburi payla bağlı iddia olunacağı təqdirdə, həmin hərəkətin qarşısının alınması üçün mütləq idi ki, cavabdeh və notariat orqanı da bu cür saxtakarlığa əl atmışlar. İddia ərizələrinə əlavə etdikləri dövlət notariat konturuna Cavabdeh2 tərəfindən yazılmış ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, müraciətində mərhum Səfra Gənciyevadan miras qalmaqla ona “vəsiyyət” edilmiş vəsiyyətnamədə qeyd olunan əmlak barədə ona vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi xahiş etmişdir. Həmin ərizədə ondan başqa digər vərəsələrin olmadığı kimi qeyd edilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi X8 və X5 ailə münasibətlərindən Nisəxanım, Maral, Abdulsəməd, Əzizağa və Təyyar anadan olmuşlar. Yəni, Təyyardan başqa miras qoyanın daha 5 vərəsəsi olaola bu vərəsələr planlı şəkildə gizlədilmişlər. İddia ərizələrinə əlavə etdikləri xx.xx.1998-ci il tarixli 2094 nömrəli Lənkəran ŞİHB-nin Port-İliç şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ölərkən onun ailə üzvləri cavabdeh, onun arvadı və uşaqlarından ibarət olmuşlar. Bu da məqsədli şəkildə digər vərəsələrin gizlədilməsi üçün əldə edilmiş bir sənəddir. İddia ərizələrinə əlavə etdikləri xx.xx.1998-ci il tarixli 2B-89 nömrə ilə reyestrdə qeyd olunmuş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vəsiyyətnamədə vəsiyyət edilən əmlak barədə Cavabdeh2 sözügedən şəhadətnamə verilmişdir. xx.xx.2003-cü il tarixdə əri Əzizağa Gənciyev vəfat etmişdir. 2024-cü ilin may ayının əvvəllərində ona məlum olmuşdur ki, cavabdeh mərhum Səfra Gənciyevadan miras qalmış bütün əmlakı öz adına rəsmiləşdirməklə müvafiq Çıxarış əldə etmişdir. 10 saylı Əİ-nin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3913/2024 nömrəli cavabdan görünür ki, Cavabdeh2 adına Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2006-cı il tarixli ********* nömrəli reyestrdən çıxarış ilə dövlət qedydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli 10 saylı Əİ-yə vəkil sorğusu ilə müraciət edərək Cavabdeh2 adına olan Lənkəran rayonu Liman şəhəri X31 kiiçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin onun mülkiyyətində olmasına dair xx.xx.2006-ci il tarixli ********* nömrəli çıxarışın Lənkəran rayon Vəkil Bürosuna göndərilməsi barədə sorğu ilə müraciət etməyinə baxmayaraq, həmin idarənin xx.xx.2024cii il tarixli 3-21-3- 43/2-4108/2024 saylı vəkil sorğusunun cavablandırılması barədə məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, vəkillərin əsaslandırılmış yazılı sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrində saxlanılan sənədlərin deyil, yalnız məlumatların verilməsi nəzərədə tutulmuşdur. Ona görə də, mübahisləndirdiyi çıxarışı iddia ərizəsinə əlavə etmək imkan xaricində olduğuna görə məhkəmədən MPM-in 78-ci maddəsinə görə həmin çıxarışı əldə olunması üçün sorğu verilməsini xahiş edir. Lənkəran ŞİHB-nin Liman ŞİƏDN tərəfindən verilmiş arayışdan görünür ki, X11 aşağıdakı ailə üzvləri olmuşdur: İddiaçı1-arvadı; İddiaçı2 – oğlu; X14 – oğlu; X10 – qızı; Mərhumun ərinin yuxanda adları qeyd olunan vərəsələrdən başqa digər vərəsələrinin olmadığı qeyd olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 2(049)-1708/2025 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddianın təmin edilməməsi qət edilmişdir. X6 nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: 151 nömrəli Qeydiyyat Vəsiqəsinin və arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən bir mərətəbəli, dörd otaqlı, ümumi sahəsi 108.0 kv.m, yaşayış sahəsi 66.6 kv.m fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. Ev 1991-ci ildə tikilmişdir. xx.xx.1998-ci il tarixli Vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 bütün əmlakını, o cümlədən M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmiş və bütün vərəsələri vərəsəlik hüqundan məhrum etmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Dövlət notariat konturuna Cavabdeh2 tərəfindən yazılmış ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müraciətdə mərhum Səfra Gənciyevadan miras qalmaqla ona vəsiyyət edilmiş vəsiyyətnamədə qeyd olunan əmlak barədə ona vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi xahiş etmişdir. xx.xx.1998-ci il tarixli, 2B-89 nömrə ilə reyestrdə qeyd olunmuş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vəsiyyətnamədə vəsiyyət edilən əmlak barədə Cavabdeh2 sözügedən şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixli arxiv arayışından və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 1943-cü ildə doğulmuş Əzizağa Gənciyev və xx.xx.1946-cı ildə doğulmuş Cavabdeh2 anası olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X17 xx.xx.1974-cü il tarixdə evlənmiş və qadına “Gənciyeva” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçılardan Şəlalə ilə Nicat, eləcə də X2 ilə İddiaçı1 birgə nikahlarından doğulmuşlar. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür Teymur xx.xx.1998-ci il tarixdə, Əzizağa Gənciyev isə xx.xx.2003-cü il tarixdə ölmüşlər. xx.xx.1998-ci il tarixli, 2094 nömrəli Lənkəran ŞİHB-nin Port-İliç şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ölərkən onun ailə üzvləri cavabdeh, onun arvadı və uşaqlarından ibarət olmuşlar. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçının ərinin miras əmlakı faktiki olaraq qəbul etdiyi öz əksini tapır və bundan əlavə miras əmlakla bağlı onların heç bir mübahisəsinin olmadığı izahatında qeyd olunur. Bundan əlavə, aşağıda istinad edəcəyi hissələrdə isə cavabdeh özü də miras əmlakla bağlı iddiaçının ərinin (1 ci dərəcəli vərəsənin) onunla heç bir mübahisəsinin olmadığını qeyd edir. Bütün bunlar bir daha miras əmlakın həqiqətən hər iki vərəsə tərəfindən (həm Əzizağa, həm Təyyar) faktiki olaraq qəbuledilməsinin əyani sübutudur ki, digər hallarla bunun inkar edilməsi qəbul olunmazdır. Bundan əlavə, iddiaçı izahatında dəfn mərasimində iştirak etdiyini qeyd edir. İştirak dedikdə, adi yas mərasimində iştirak edən adamlarla bu iştirak eyniləşdirilməməlidir. Təbii ki, yaxın qohumun yas mərasimində iştirak onun təşkil olunması anlamına gəlir. Lakin məhkəmə bunu adi iştirak kimi qəbul etmişdir. Sözügedən vəsiyyətnamə elə hazırkı idddianın predmetini təşkil edir ki, Əzizağanın həmin vəsiyyətnamədən xəbəri olmamışdır. Çünki, imza belə ona məxsus deyildir. Cavabdeh özü izahatında Əzizağanın mirası qəbul etdiyini etiraf edir. Bundan əlavə, iş materiallarında olan icra nümayəndəliyindən alınmış arayış da mirası faktiki olaraq qəbul olunmasını sübut edir. Həmin vaxt qüvvədə olmuş MM-in 532-ci madəsinə görə uşaqlar da 1-ci dərəcəli vərəsə sayılır və Əzizağa 1-ci dərəcəli vərəsədir. Əzizağa özü 2003-cü il tarixdə vəfat etdiyinə görə isə hazırda qüvvədə olan MM-in 1252-ci maddəsi işə düşür yəni, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, vəsiyyətnamənin mövcudluğu barədə 2004-cü ilə qədər heç bir məlumatları olmamışdır. Hazırda mərhum ərinin bibisinə məxsus olan 2 sot torpaq sahəsində yerləşən evdə yaşayır. X1 2005-ci ildə dünyasını dəyişmişdir. Qaynı Lənkəranda yaşayır və həmin evdən ayrılmışdır. O, yaşadıqları evi satmağı və ərazini tərk etməklərini tələb etmişdir. Artıq 70 ildir ki, həmin evdə yaşayır və 2023-cü ilədək aralarında heç bir mübahisə və ya narazılıq olmamışdır. Başqa yaşayış yeri yoxdur. Hazırda yaşadıqları ev mərhum ərinin bibisi tərəfindən ona rəsmi qaydada verilmiş və mülkiyyət hüququ rəsmiləşdirilərək çıxarış alınmışdır. Mübahisəli evdə hazırda Cavabdeh2 arvadı yaşayır. İddiaçı3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı1 izahatı ilə razıdır və başqa əlavəsi yoxdur. İddiaçı1 nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə araşdırılmasını kənara qoyaraq, təmsil etdiyi şəxsin subyektiv hüquqlarını qiymətləndirmədən, onun irsi transmissiya qaydasında miras əmlakını qəbul etmək hüququnun mövcud olduğu məsələsinə hüquqi qiymət verməmişdir. Məhkəmə subyektiv yanaşma ilə iddianın verilməsi üçün hüququn olmadığını qeyd etmiş, lakin işin faktiki hallarını araşdırmamışdır. Cavabdeh2 İddiaçı1 qaynıdır. Cavabdeh2 miras əmlakını iddiaçının xəbərsizliyi ilə öz adına rəsmiləşdirmişdir. İddia əsaslarından biri vəsiyyətnamədəki imza məsələsidir. Vəsiyyətnamədə olan imza iddiaçının mərhum ərinə — Gənciyev Əzizağaya məxsus deyil. Lakin məhkəmə bu iddianı araşdırmamış, imzanın həqiqiliyi ilə bağlı məsələni ekspertiza predmetinə çevirməmiş və yalnız subyektiv hüquqla bağlı müzakirə aparmışdır. Cavabdehin bildirdiyinə görə vəsiyyətnamə vəsiyyət qoyanın ölümündən 2-3 gün əvvəl tərtib edilmişdir. Sənəddə imzanın Gənciyev Əzizağa tərəfindən çəkildiyi göstərilmiş, bunun səbəbi kimi vəsiyyət qoyanın savadsız olması qeyd edilmişdir. Lakin savadsızlıq digər şəxsin onun əvəzinə sənədi imzalaması üçün hüquqi əsas deyildir. Vəsiyyət qoyanın savadsız olduğu halda, imza başqa şəxs tərəfindən deyil, məhz təmsil etdiyi şəxsin mərhum əri tərəfindən atılmışdır. Ehtimal edilir ki, gələcək mübahisələrin qarşısını almaq üçün belə bir addım atılmışdır. X7 ölümündən sonra həmin evdə Cavabdeh2 yaşamışdır. Cavabdeh mübahisə predmetinə çevrilmiş mənzilə xərclər çəkdiyini iddia etsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Mübahisə 2023-cü ildə yaranmış və təmsil etdiyi şəxs həmin dövrədək vəsiyyətnamənin mövcudluğu və onun əsasında çıxarış alınması barədə məlumatlı olmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat ofisinə və DƏDK və RPH Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi izahatları dinləyib, sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə paylar bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Azərbaycan SSR Mülki Məcəlləsinin 538-ci maddəsinə əsasən miras qoyanın həddibüluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə digər iddiaçılar o vaxt miras qoyan nənələrinin vərəsəsi hesab oluna bilərdilər ki, onların ataları Əzizağa miras qoyan vəfat etdiyi zaman sağ olmasın. Lakin iş materiallarından görünür ki, onların ataları Əzizağa miras qoyan vəfat etdiyi zaman sağ olmuş və miras qoyanın vəfatından 8 il sonra vəfat etmişdir. Buna görə də, miras qoyanın vəfatından sonra hətta iddiaçıların miras əmlaka yiyələnmələri belə, mirasın qəbulu kimi qəbul edilə bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi, miras qoyan vəfat etdiyi zaman onların ataları Əzizağa sağ olduğundan, onlar 1-ci növbə üzrə vərəsə statusunu əldə etməmişlər. Yuxarıda qeyd edildiyi kimi, 1-ci iddiaçı isə ümumiyyətlə miras qoyan qayınanasının vərəsələrinin dairəsinə daxil deyildir. Miras qoyanın 1-ci növbə üzrə vərəsəsi olmuş Əzizağa Gənciyev tərəfindən də mirasın qəbulunu təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, onlar bildirmişlər ki, miras qoyan cavabdehin evində, onlar isə mərhum Əzizağa Gənciyevlə birlikdə həmin həyətdə olan digər bir evdə yaşamışlar. Təsərrüfatları ayrı olmuşdur. X29 miras qoyanın dəfn mərasimində iştirak etmiş olsa belə, bu hal yenə də mirasın qəbulu kimi qiymətləndirlə bilməz. Odur ki, vərəsənin dəfn mərasimində iştirak etməsi, mirasın qəbul edilməsi hesab edilmir. Vərəsə mirası qəbul etmək üçün ən azı miras əmlakı faktiki surətdə idarə etməyə başlamalı və ya mirasa yiyələnməlidir. İşin hallarından görünür ki, Əzizağa Gənciyev anasının vəfatından sonra 8 il yaşasa da, nə miras əmlakı idarə etməyə başlamış, nə mirasa yiyələnmiş, nə də mirasın qəbulu ilə bağlı ərizə ilə notariat orqanına müraciət etmişdir. Yəni hazırkı iş üzrə vəsiyyətnamənin saxlanılması nəzərə alınmasa belə, Əzizağa Gənciyev mirası qəbul etməmişdir. O, mirası qəbul etmədiyindən onun vərəsələri olan iddiaçıların hazırkı tələblə bağlı iddia qaldırmağa subyektiv hüquqları olmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə tərkibi məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakları ilə tədqiq edilmiş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma aparaq hesab edir ki, apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və hal-hazırda qüvvədə qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə tərkibi mübahisəli vəsiyyətnamədəki imzanın mərhum X12 məxsus olmaması barədə dəlilə dair hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda onun ekspertiza tədqiqatı üçün yetərli sərbəst və eksperimental imza nümunəsi də mövcud deyildir. Hətta işdə olan X12 aid hərbi biletdə olan imza tam görünməməklə kserosurətdir. Habelə savadsızlıq səbəbindən şəxsin əvəzinə vəsiyyətnamənin başqasının imzalamasının mümkünsüzlüyü barədə diqqətə çatdırılmalıdır ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 547-ci maddəsində vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasının müxtəlif səbəbləri nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində mirasın qəbulu müdəti və qaydası açıq şəkildə müəyyən edilmişdir. Ancaq iddiaçılar tərəfindən mirasın əldə edilməsi halı aşkar olunmur. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 2(049)-1708/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1565/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1565/2025
18.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver