Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1589/2025 07.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X14 oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı və nümayəndəsi(vəkil) Vəkil3, Qarşılıqlı iddaçı Cavabdeh nümayəndələri Nümayəndə və Vəkil1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təsdiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi”, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-824/2025 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təstiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasını müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, qohumu mərhum X1 rayon Şiləvəngə kəndində yerləşən daşınar və daşınmaz əmlakını xx.xx.2018-ci il tarixdə Cəlilabad rayin Şiləvəngə İƏDÜ nümayəndəsi tərəfindən təstiq edilmiş vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Həmin vaxtdan hazıradək o, X5nın mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə orada öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi inşa etmiş və bu hal da onun mirası faktiki olaraq miras qoyanın sağlığı dövründən qəbul etməsi deməkdir. Hətta miras qoyanın ölümü ilə bağlı bütün dəfn xərclərini də o, şəxsən özü çəkmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin 0,50 ha torpaq sahəsi ilə bağlı cavabdehə 11 may 2010-cu il tarixdə Cəlilabad rayon Notariat Kontorunda vəsiyyətnamə verilmişdir. Cavabdehə verilmiş vəsiyyətnamədə miras qoyanın əvəzinə başqa şəxs imza etmiş və həmin şəxslə o, əlaqə saxladıqda vəsiyyətnamədəki imzanın ona məxsus olmadığı və ümumiyyətlə belə bir hal ilə heç vaxt rastlamadığını, X11 adlı şəxsi tanımadığını və onun xahişi ilə heç bir sənədə imza atmadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı qərarı ilə təstiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmamazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəb gerə imzalaya bilmədikdə, əqdi, ərizəni və ya digər onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcədə xüsusi notariusun köməçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariar hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Lakin göründüyü kimi vəsiyyətnamənin təstiqi zamanı guya miras qoyanın xahişi ilə imzalamış Cəlilabad şəhəri M.Hüseyn küçəsi 18 saylı evin sakini Şahid adından onun xəbəri olmadan istifadə edilmişdir. Belə olan halda həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil2 ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, X5nın bacısı nəvəsi olduğundan, X5 11 may 2010-cu il tarixində notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamə ilə 0.50 hektar torpaq sahəsini onun adına vəsiyyət etmişdir. İddiaçı ona verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması barədə məhkəməyə iddia ilə müraciət etmiş və iddia ərizəsinə 31 avqust 2018-ci il tarixli icra nümayəndəsi tərəfindən təsdiq olunmuş başqa bir vəsiyyətnamə əlavə etmişdir. İddiaçı verilmiş vəsiyyətnamədə guya X5 tərəfindən bütün əmlakı İddiaçı vəsiyyət olunduğu göstərilir. İlk İddiaçı məhkəməyə təqdim etdiyi 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə məhkəmənin hazırlıq iclasında ona məlum olmuşdur. Qarşılıqlı iddia vermək üçün əsaslar olduğundan 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia vermişdir. Belə ki, məhkəməyə təqdim edilən 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X5nın bacısı nəvəsi olduğundan, X5 11 may 2010-cu il tarixində notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamə ilə 0.50 hektar torpaq sahəsini Cavabdeh adına vəsiyyət etmişdir. İddiaçı Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması barədə məhkəməyə iddia ilə müraciət edərək, iddia ərizəsinə 31 avqust 2018-ci il tarixli icra nümayəndəsi tərəfindən təsdiq olunmuş başqa bir vəsiyyətnamə əlavə etmişdir. İddiaçı verilmiş vəsiyyətnamədə guya X5 tərəfindən bütün əmlakı İddiaçı vəsiyyət olunduğu göstərilir. İlk İddiaçı məhkəməyə təqdim etdiyi 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə məhkəmənin hazırlıq iclasında onlara məlum olmuşdur. Qarşılıqlı iddia vermək üçün əsaslar olduğundan 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə Cavabdeh tərəfindən qarşılıqlı iddia vermişdir. Belə ki, məhkəməyə təqdim edilən 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Cavabdeh verilən 11 may 2010-cu il tarixli vəsiyyətnamə notarial qaydada təsdiq edilmiş, lakin 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə icra nümayəndəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223-cü maddəsinə əsasən 11 may 2010-cu il tarixli vəsiyyətnamə daha üstün qüvvəyə malikdir. Həmçinin, tərəflərindən araşdırılmış və 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin əsası, yəni vəsiyyət işi Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aşkar edilməmiş və müvafiq qeydiyyat kitabında həmin vəsiyyətnamə barədə hər hansı qeyd aparılmamışdır. İlkin İddiaçı da qeyd olunan vəsiyyət işi barədə hər hansı sənəd təqdim etməmişdir. Həmçinin icra nümayəndəliyi tərəfindən İddiaçı adına olan 12 aprel 1995-ci il tarixli vəsiyyətnamə də qanunsuz tərtib edilmiş, hər hansı vəsiyyət işi açılmamışdır, eyni zamanda hazırki tələb üzrə mübahisə predmeti deyildir. İlki İddiaçı adına olan vəsiyyətnamələr saxta yollarla tərtib edilmişdir. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi izahatında bildirdi ki, o, ümumiyyətlə latın qrafikası ilə yazmağı bilmir, lakin oxumağı bacarır. Onun X5 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnaməndən məlumatı yoxdur və heç bir sənədə imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh onunla kirvədir. X5 11 may 2010-cu il tarixdə Cavabdehn vəsiyyətnamə verərkən, o və Cavabdeh X5nı avtomobillə Cəlilabad rayon 1 saylı Notariat ofisinə aparmışlar. Həmin vaxt X15 da orada olmuş, lakin 1 nəfər şəxsin də orada olmasına zərurət yarandığından təsadüfən Cəlilabad rayon 1 saylı Notariat ofisinə olmuş şəxs Şahid da həmin vəsiyyətnamənin verilməsində iştirak etmiş və vəsiyyətnaməyə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 verdiyi izahatında bildirdi ki, X5 onun qohumudur. Mərhum X4 Ruslan Gülağa oğluna vəsiyyətnamə verdiyi gün ona zəng etmişlər ki, o, da yaxın qohum kimi qeyd olunan vəsiyyətnamənin verilməsində şahid qismində iştirak etsin. Həmin tarixdə X12 da Cəlilabad rayon 1 saylı Notariat ofisində olmuş, lakin Şahid orada olub-olmamasını dəqiq xatırlamır. İşdə olan Cəlilabad rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonu Şiləvəngə kəndində yerləşən ona məxsus 0,50 ha torpaq sahəsini bacısı nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 31 avqust 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayan X11 ona məxsus bütün daşınan və daşınmaz əmlaklarını İddiaçı vəsiyyət etmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 12 aprel 1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayan X11 ona məxsus bütün daşınan və daşınmaz əmlaklarını qayını oğlu İddiaçı vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli, 3-21-3- 44/2-2783/2023 saylı məktubdan görünür ki, X5nın adına Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən ü/s 66.2 kv.m, 2 otaqlı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və hazırda adındadır. İşdə olan Cəlilabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 796/12 saylı ölüm haqqında arayışdan görünür ki, X11 26 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 09/12 saylı arayışdan görünür ki, 01 aprel 1938-ci il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində anadan olmuş X6 uşaqları haqqında məlumatın müəyyən edilməsi məqsədilə 08 yanvar 2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 uşaqları haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarxli, 2(073)- 165/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, X5 tərəfindən verilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnaməyə əsasən mirası qəbul etmə müddəti uzadılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 21 noyabr 2024-cü il tarxli, 2(106)- 1786/2024 saylı qətnaməsindən görünür ki, maraqlı şəxs İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(073)-165/2024 saylı qətnaməsi maraqlı şəxs İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-824/2025 saylı qətnaməsi (hakim E.Əmirəliyev) ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təsdiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, X5 tərəfindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilmiş 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmiş, ilk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ilk İddiaçı özünə aid edilməsi, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (Mülki Məcəllənin 1179.2-ci maddəsi). Göründüyü kimi qarşı tərəfin təqdim etdiyi vəsiyyətnamədə şahid imzası saxtalaşdırılmış, məqsədli və qərəzli olaraq sənədləşmə işləri saxta şəkildə həyata keçirilmişdir. Məhkəmə isə bu hala göz yumaraq iş üzrə həqiqətin ortaya çıxmasına nail olunması üçün iş üzrə xəttşünaslıq ekspertizası keçirməmişdir. Bundan başqa Cəlilabad rayon İHB-nin Şiləvəngə kənd İƏDÜnümayəndəsi tərəfindən verilmiş və təsdiqlənmiş vəsiyyətnamələrin mövcudluğuna baxmayaraq məhkəmə onlara qiymət verməmiş və nəzərə almamışdır. Bununla da Mülki Məcəllənin norma və prinsipləri kobud şəkildə pozulmuş və nəticədə əsaslı, tam və hərtərəfli araşdırma aparılmamışdır. Həmin maddənin dispozisiyasına görə qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Göründüyü kimi vəsiyyətnamənin təsdiqi zamanı guya miras qoyanın xahişi ilə imzalamış Cəlilabad şəhəri M.Hüseyn küçəsi 18 saylı evin sakini Şahid adından onun xəbəri olmadan istifadə edilmişdir. Şahidlər qəti şəkildə imza etmədiklərini bildirsələr də hakim iş üzrə xəttşünaslıq ekspertizası keçirməmiş, işin hər tərəfli tam və obyektiv araşdırlmasınında maraqlı olmadığını ortaya qoymuşdur. Şahidlərin biri vəsiyyətnamənin verilməsinin yadına gəlmədiyini, digəri isə ümumiyyətlə imza çəkməyərək notarusda iştirak etmədiyini bildirdiyi halda məhkəmə bu hala qiymət verməmişdir. Saxta sənədə hüquqi don geyindirmişdir. Belə olan halda həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Göründüyü kimi məhkəmə öz mövqeyini ciddi və arqumentlərlə əsaslandırmamış və bununla da bu maddi normanın tələblərini nəzərə almamışdır. Həmin qərara əsasən təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi,ərizəni və ya başqa sənədi fiziki çatışmamazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəb gerə imzalaya bilmədikdə, əqdi, ərizəni və ya digər onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcədə xüsusi notariusun köməçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariar hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Lakin göründüyü kimi vəsiyyətnamənin təsdiqi zamanı guya miras qoyanın xahişi ilə imzalamış Cəlilabad şəhəri M.Hüseyn küçəsi 18 saylı evin sakini Şahid adından onun xəbəri olmadan istifadə edilmişdir. Belə olan halda həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bildirir ki, cavabdehin təqdim etdiyi vəsiyyətnamə formal xarakterli sənəddir. Onu əmlaka faktiki sahibliyini nəzərə alınmamış, on illərdir ki, həmin torpağın əkin işini, təsərrüfatını faktiki olaraq həyata keçirməyi, orada ev inşa etməyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əgər həqiqətən cavabdehin əlində olan vəsiyyətnamə real idisə bəs nə üçün anasının sağlığında bu barədə bildirmirdi, anası öləndən sonrada evə torpağa dair sahibliklə bağlı hər hansı iş görmürdü? Saxta sənəd əsasında sadəcə əmlaka sahiblənmək istəmişdir. Bu hal isə məhkəmə tərəfindən nəzərə almamış vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Ancaq şahidlərin şübhəli və ümumiyyətlə orada iştirak etməyən şəxsin adından imza edilməsi qanunsuz və cinayət əlaməti olmasına baxmayaraq məhkəmə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin bu norması hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu bildirdiyi halda, araşdırma zamanı iddia ərizəsinə əlavə edilmiş sübutlar tədqiq edilməmiş qiymət verilməmişdir. Belə ki, vəsiyyətnamənin olmasına və həmin vəsiyyətnamənin Cəlilabad rayon İHB-nin Şiləvəngə kənd İƏDÜ-nümayəndəsi tərəfindən verilmiş və təsdiqlənmiş vəsiyyətnamələrin mövcudluğuna baxmayaraq məhkəmə onlara qiymət verməmiş və nəzərə almamışdır. Hakimə sənədlər təqdim edilsə də lakin həmin sənədlər tədqiq olunmamış, müvafiq ekspertiza təyin edilmədən, sənədlərin əsli ilə bağlı kənd icra nümayəndəliyindən əlavə sənədlər tələb edilməmişdir. Bununla da göstərilən prosessual tələblər kobud şəkildə pozulmuşdur. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə isə işə baxan hakim təqdim edilən sənədlərə və verilən izahatlara hüquqi qiymət vermədən əvvəlcədən sübutlara qiymət verərək, saxta sənədin tədqiq edilməsi məhkəmə tərəfindən həyata keçirilməmişdir. Nəticədə prosessual normaların pozulması ilə nəticələnən əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Bütün bu hallarla bağlı vəsiyyətnamələr nəzərə alınmamış, qarşı tərəfin təqdim etdiyi sənədin həqiqiliyinə ciddi şübhələrin mövcudluğuna baxmayaraq hakim lazımı tədbir görməmiş, ekspertiza keçirməmiş, sənədlər toplamamışdır. Sübutlara düzgün qiymət verməmişdir. Ona görə də Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-824/2025 saylı qətnaməsinin apellyasiya şikayətində göstərilən əsaslarla, ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı və nümayəndəsi(vəkil) Vəkil3 apellyasiya şikayətinin təmin edilərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 824/2025 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdilər. Qarşılıqlı iddaçı Cavabdeh nümayəndələri Nümayəndə və Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 824/2025 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad rayon 1 saylı Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir(təmsil olunmamışdır). Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-824/2025 saylı qətnaməsinin apellyasiya şikayətində göstərilən əsaslarla, ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-824/2025 saylı qətnaməsini bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (Mülki Məcəllənin 1179.2-ci maddəsi). 1180.1-ci maddəsinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (Mülki Məcəllənin 1180.2-ci maddəsi). 1223.1-ci maddəsinə görə əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. 1223.2-ci maddəsinə görə notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən, qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. “Notariat haqqında" Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təsdiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbində haqlı deyildir. Həmçinin məhkəmə iclasında araşdırılan sübutlarla vəsiyyətnamənin tərtib edilməsində heç bir qanun pozuntusu aşkar edilməmiş və mülki qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmişdir. Qeyd olunan mülki qanunvericiliyin normalarına əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olmasını təsdiq edən sənəddir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına verilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamə qanunun tələblərinə müvafiq tərtib edilmiş, X11 tərəfindən və hal şahidlərinin iştirakı ilə təsdiq edilmişdir. Həmçinin məhkəmə hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid izahatını vəsiyyətnamənin tərtibindən uzun müddət keçməsi səbəbi ilə yalnış olduğu qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təsdiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi əsassızdır. İş materiallarından və qarşılıqlı iddiaçı tərəfin izahatlarından görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı tərəfindən təqdim edilmiş 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbində haqlıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş, həmçinin vəsiyyət işinin mövcud olması barədə hər hansı sübut təqdim edilməmişdir. Ona görə də qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Mülki Məcəllənin 1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər(ev vəsiyyətnaməsi). Qeyd edilməlidir ki, hazırki mülki iş üzrə mübahisələndirilən iki vəsiyyətnamə mövcuddur: 1) 11 may 2010-cu il tarixli notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamə; 2)31 avqust 2018-ci il tarixli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş vəsiyyətnamə. İşdə olan Cəlilabad rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonu Şiləvəngə kəndində yerləşən ona məxsus 0,50 ha torpaq sahəsini bacısı nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş (səhifə 60) bu vəsiyyətnaməyə nəzər yetirdikdə etibarnamənin Şahid tərəfindən imzalandığı aydın olur. (Vətəndaş X2 olduğu üçün onun xahişi ilə əvəzində Şahid imza etdi) Məhkəmə araşdırması zamanı 11 may 2010-cu il tarixli notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsasların olması müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1180-ci maddəsinə müvafiq olaraq vəsiyyətnamə birbaşa vəsiyyət edən tərəfindən tərtib edilmədiyi halda vəsiyyətnamə vəsiyyət edənin sözlərindən iki şahidin yanında notarius tərəfindən hamılıqla qəbul olunmuş texniki vasitələrdən istifadə etməklə yazılmasına yol verilir. Bu halda vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasına isə o zaman yol verilir ki, müəyyən səbəblərdən vəsiyyət edən vəsiyyətnaməni özü imzalaya bilməsin, həm də bu səbəblərin nədən ibarət olduğu göstərilməlidir (maddə 1182). Göründüyü kimi mülki qanunvericiliyə əsasən əgər vəsiyyətnamə vəsiyyət edən tərəfindən tərtib edilməmişdirsə, onda həmin əqd notarius tərəfindən vəsiyyət edənin sözlərindən iki şahidin yanında tərtib edilir, vəsiyyət edən və şahidlər tərəfindən imzalanır və notarius tərəfindən təsdiq edilir. İş materiallarından görünür ki, 11 may 2010-cu il tarixli mübahisələndirilən vəsiyyətnamə texniki vasitələrdən istifadə etməklə tərtib edilmiş, Şahid tərəfndən(Tuti Bədirovanın savadsız olması səbəbi ilə) imzalanmış, digər iki şahid (X12 və X15) vəsiyyətnamənin verilməsində şahid qismində iştirak etmiş və notarius tərəfindən təsdiq edilmişdir. Qanunvericilik vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasını o halda mümkün hesab edir ki, vəsiyyət edən vəsiyyətnaməni özü imzalaya bilməsin. Bu baxımdan əslində vəsiyyətnamə vəsiyyət edənin özü tərəfindən şəxsən imzalandıqda sənədin onun adından başqa şəxs tərəfindən də imzalanmasına zərurət qalmır. Lakin əgər vəsiyyətnamənin həm vəsiyyət edən tərəfindən, həm də onun adından başqa şəxs tərəfindən imzalandığı müəyyən edilirsə, mübahisəyə baxan məhkəmənin ilkin vəzifəsi həqiqətən də vəsiyyətnamənin vəsiyyət edənin iradəsini ifadə etdiyi ilə bağlı hüquqi dəyərləndirmə aparmaqdan ibarətdir. Belə ki, Mülki Məcəlləyə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır (maddə 1225.1). Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 1225.3). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, ümumiyyətlə latın qrafikası ilə yazmağı bilmir, lakin oxumağı bacarır. Onun X5 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamədən məlumatı yoxdur və heç bir sənədə imza etməmişdir. Apellyasiya baxışı zamanı da Şahid eyni məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası şahidlərin ifadəsinə münasibətdə qeyd edir ki, MPM-nin 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Lakin MPM-nin 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olub-olmamaları və s. hallar yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi Şahid ifadəsinə münasibətdə qeyd etmişdir ki, vəsiyyətnamənin tərtibindən uzun müddət keçməsi səbəbi ilə o, yanlış ifadə vermişdir. Kollegiya bu mövqe ilə razılaşmır. Hazırki iş üzrə Şahid tərəflərlə hər hansı yaxın münasibətlərinin olması müəyyən edilmir. Digər tərəfdən nəzərdə alınmalıdır ki, birinci instansiya məhkəməsində qarşılıqlı iddiaçının təqdim etdiyi şahid X12 da ifadəsində Cəlilabad rayon 1 saylı Notariat ofisində olduğu zaman Şahid orada olub-olmamasını xatırlamadığını göstərmişdir. Şahid notariat ofisində olmasını təsdiq edən yeganə şahid X9r ki, həmin şəxs də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə kirvədir. Bu halda, şahidin verdiyi məlumatın obyektivliyinə şübhə doğurur, çünki onun ifadəsi maraqlı tərəfin yaxın qohumu və ya kirvəsi statusuna görə tərəfli ola bilər.Kollegiya onu da nəzərdən qaçırmır ki, Şahid miras qoyan X6 əvəzinə sonuncunun savadsız olmasına görə onun əvəzinə imza edən şəxsdir. Məhz sözügedən vəsiyyətnaməyə münsibətdə əsas Şahiddir ki, o da vəsiyyətnamənin təsdiqində iştirak etmədiyini göstərir. Bundan başqa, işdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 12 aprel 1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayan X11 ona məxsus bütün daşınan və daşınmaz əmlaklarını qayını oğlu İddiaçı vəsiyyət etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, işin mübahisəsiz halıdır ki, ilk İddiaçı hələ mərhum Tuti Bədirovanın sağ olduğu vaxtdan sonuncudan miras qalmış əmlakdan istifadə edir, orada ailə üzvləri ilə birlikdə yaşayır. Bu halı cavabdeh tərəf də apellyasiya baxışı zamanı etiraf etmişdir. Məlumdur ki, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən ona yaxın olan şəxslərə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Təsadüfü deyil ki, tərəflər mübahisələndirməsələr də, ilk dəfə hələ 12 aprel 1995-ci il tarixli vəsiyyətnamə il əmlak İddiaçı vəsiyyət edilmişdir. Ona görə də mərhum Tuti Bədirovanın sonradan öz əmlakını onunla birgə yaşayan şəxsə deyil, digər şəxsə vəsiyyət etməsi inandırıcı deyil. Məhkəmə kollegiyası 31 avqust 2018-ci il tarixli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin etibarlılığı məsələsinə hüquqi qiymət vermədən öncə qeyd edir ki, Mülki Məcəllənin 1223.1-ci maddəsinə görə əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. Həmin Məcəllənin 1223.2-ci maddəsinə görə notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən dövlət vasitəsi ilə notariat fəaliyyətini dövlət notariat ofislərində çalışan dövlət notariusları, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər. Həmin Qanunun 45-ci maddəsinin 1-ci bəndinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmin Qanunun 47-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.2-ci bəndinə əsasən bu Əsasnamənin 5.1-ci bəndində göstərilənlərə əlavə olaraq, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada) və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: 1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər; 2) vəsiyyətnamələri təsdiq edirlər; 3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələri təsdiq edirlər; 4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; 5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər. 6) sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər Göründüyü kimi, qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları notariat ofisləri olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri təsdiq etməklə notarius funksiyasını yerinə yetidiyindən onların təsdiq etdiyi vəsiyyətnamələr notariusun təsdiq etdiyi vəsiyyətnamə ilə eyni hüquqi qüvvəyə malikdir. Ona görə də birinci instansiya məhkəməsi 11 may 2010-cu il tarixli vəsiyyətnamənin notariat formada olmasına və notariat vəsiyyətnaməsinin başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməməsinə əsaslanıb qarşılıqlı iddianı təmin etməkdə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da nəzərdən qaçırmır ki, hazırki iş üzrə digər həlledici məqam 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin 11 may 2010-cu il tarixli vəsiyyətnamədən daha sonrakı zaman çərçivəsində hazırlanmış olmasıdır. Belə ki, vəsiyyət edən şəxs hüquqi imkanlar daxilində öz əvvəlki iradəsini dəyişdirmək hüququna malikdir. Bu prinsip mülki qanunvericilikdə əsas götürülmüşdür. Xüsusilə, əgər vəsiyyət edən əvvəlki vəsiyyətnaməni qüvvədə saxlamamaq və ya sonrakı vəsiyyətnaməyə uyğun olaraq əmlakın paylanmasını dəyişdirmək niyyətini ifadə etmişdirsə, sonuncu iradə ifadəsi daha üstün tutulmalıdır. Bu baxımdan hətta 11 may 2010-cu il tarixli vəsiyyətnamə etibarlı olsa belə 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qüvvəsində olduğundan xronoloji prinsiplərə əsaslanaraq, sonuncu iradə ifadəsi, yəni 2018-ci il tarixli vəsiyyətnamə əsas hüquqi nəticələr üçün müəyyənedici olacaqdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarxli, 2(073)-165/2024 saylı qüvvədə olan qətnaməsi ilə iddia təmin edilərək X5 tərəfindən verilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnaməyə əsasən mirası qəbul etmə müddəti uzadılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məhkəmə aktı 11 may 2010-cu il tarixli vəsiyyətnamənin etibarsız, 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin isə etibarlı olması üçün əsas hesab edilə bilməz. Belə ki, həmin qətnamə 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə əsasında mirasın qəbulu müddətinin uzadılması ilə bağı olmuş, həm iş çərçivəsində vəsiyyətnamələrin etibarılığı yoxlanılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmamış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, apellyasiya şikayəti edilməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-824/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təsdiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməli, Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təsdiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamə etibarsız hesab edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia tələbi təmin edilmədindən ilk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilk İddiaçı verilməli, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində ödənilmiş 100 (bir yüz) manat isə qarşılıqlı iddia üzrə Cavabdeh özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-824/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təsdiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təsdiq edilmiş, X11 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamə etibarsız hesab edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İlk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilk İddiaçı verilsin. Qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat qarşılıqlı iddia üzrə Cavabdeh özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1589/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1589/2025
07.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver