Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1645/2024 25.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı ASC-nin Cavabdeh qarşı (üçüncü şəxs: Sumqayıt regional Maraqlı şəxsndə notariat ofisi) alqı-satqı müqaviləsinin ləğv edilməsi və digər tələblərinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-875/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı (üçüncü şəxs Sumqayıt regional Maraqlı şəxsndə notariat ofisi) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.7 kv.m olan mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-875/2024 saylı qərardadına əsasən İddiaçı ASC Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya qeyd edilən iddia tələbi ilə bağlı müstəsna aidiyyət qaydasında əmlakın yerləşdiyi yer üzrə, yəni Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olduğunun izah edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə qərardaddan şikayət verərək onun ləğv olunması və işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi şikayəti əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının iddia tələbi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsidir. Yəni qeyd olunan iddia tələbi müqavilə öhdəliklərinin icrası ilə əlaqədar olduğundan məhkəmə tərəfindən hazırkı işə “müstəsna aidiyyətin” tətbiq etməsini əsassız hesab edir. Qeyd olunan norma daşınmaz əşyanın başqasının qanunsuz sahibliyindən götrülməsi ilə bağlı iddiaları nəzərədə tutur. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, daşınmaz əmlakın qanunsuz sahibliyindən götürülmə ilə bağlı deyil. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-875/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə şikayəti əsassız olduğundan təmin edilməməli, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-875/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında plenum izah edir ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Bundan başqa plenum qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ünvan 2i ünvanında qeydiyyatdadır. Lakin mübahisə predmeti olan əmlak Sumqayıt şəhərində yerləşir. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan da müəyyən edildiyi kimi, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilsə də, hazırkı halda “evin boşaldılması” tələbi müstəsna aidiyyət qaydalarının təsir dairəsinə düşdüyündən, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu Laçın Rayon Məhkəməsinə deyil, mübahisə predmeti olan əmlakın yerləşdiyi yer üzrə Sumqayıt Şəhər Məhkəməsinə verilməydi. Belə olan halda kollegiya hesab edir ki, ərazi aidiyyəti qaydaları pozulduğu üçün işə Laçın Rayon Məhkəməsində baxıla bilməzdi və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ədalətlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-875/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-875/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1645/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1645/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver