Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-2039/2025 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı xxxx” BOKT MMC-nin nümayəndəsi-vəkili X2, cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları: Iddiaçı “xxxx” Bank Olmayan Kred X4 Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçının xeyrinə 15000 manat əsas borc, 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, “xxxx” BOKT MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## #### 2022-ci il tarixli, **LIZ****** saylı lizinq müqaviləsi və ona əlavə edilmiş ##.##.2022- ci il tarixli * saylı əlavə üzrə cavabdehə 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə, ilkin ödəniş 7000 manat olmaqla, 22000 manat məbləğində “Opel” markalı, insignia minik model, sedan tipli (BAN: W0LGX5GG8D1029559; Mühərrik: A28NERHN059931; buraxılış ili: 2012; rəngi: göy) avtonəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin 2.1-ci maddəsinə görə müqavilə üzrə lizinq verən qeyd olunan avtonəqliyyat vasitəsini müqavilə müddətinin sonunda mülkiyyət hüququnun keçirilməsi öhdəliyi ilə lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüş, lizinq alan isə bunun qarşılığında lizinq verənə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürçüşdür. Lizinq alan müqavilənin 4.2 (f) maddəsinə əsasən avtomobili lizinq verəndən təslim aldığı andan etibarən qorumalı, təyinatına uyğun istifadə etməli, ona zərər yetirilməsinə imkan verməməlidir. Müqavilənin 3.1 (a) maddəsinə əsasən lizinq alan ödənişləri ardıcıl olaraq 2 dəfədən artıq həyata keçirmədikdə lizinq verən müqaviləyə xitam verərək avtomobili lizinq alandan geri ala bilər. Lizinq alan müqavilənin 4.2 (k) maddəsinə əsasən əgər müqavilənin 3.1(a) maddəsində qeyd edilən əsaslarla müqaviləyə xitam verildikdə, avtomobili lizinq verənə amortizasiya nəzərə alınmaqla lizinq verəndən aldığı vəziyyətdə geri qaytarmalıdır. Lakin cavabdeh * saylı əlavədə qeyd edilən lizinq ödəniş qrafiki üzrə dövri оlaraq ödəməli оlduğu lizinq ödənişinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Bu səbəbdən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. Lakin avtomobil cavabdehdən geri alınan zaman avtomobilin mühərrik və surətlər qutusunun yerində olmadığı, eləcə də ban hissəsinin istismara tam yararsız vəziyyətə salındığı aşkar olunmuşdur. Hissələrin geri qaytarılması və yaranan vəziyyətin aradan qaldırılması barədə cavabdehə müraciət edildikdə isə cavabdeh bundan imtina etmişdir. Bundan sonra yaranmış vəziyyətlə balı araşdırma aparılması və cinayət işinin başlanılması üçün iddiaçı tərəfindən Bakı şəhəri, Xətai RPI-nin 37-ci PŞ-nə müraciət edilmişdir. HK-*-****/** saylı qeydiyyata alınmış ərizəyə baxılmış və ## ###### 2024-cü il tarixində “Cinayət işinin başlanılmasını rədd edilməsi barədə” qərar çıxarılmışdır. Aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilməmiş, mübahisənin mülki xarakterli olması qənaətinə gəlinmişdir. Dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə “xxxx” MMC-yə müraciət olunmuş və “xxxx” MMC tərəfindən verilmiş rəydə avtomobilə aid hansı hissələrdə çatışmazlıq olduğu, həmin hissələrin sayı və qiyməti qeyd edilmiş və dəymiş zərər məbləği 15250 manat müəyyən edilmişdir. Iddiaçı tərəfindən dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də, heç bir nəticə əldə edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, həqiqətəndə onunla iddiaçı “xxxx” BOKT MMC arasında ## #### 2022-ci il tarixli, **LIZ****** saylı lizinq müqaviləsi bağlanmış və həmin müqavilə üzrə 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə, ilkin ödəniş 7000 manat olmaqla, 22000 manat məbləğində “Opel” markalı avtonəqliyyat vasitəsi onun istifadəsinə verilmişdir. Həmin müqavilə üzrə 1 il müddətinə ödənişlər etmiş, lakin 10220 borcu qalmışdır. Istifadəsində olmuş avtomobilin mühərriki xarab olmuş, maddi imkanı olmadığından düzəltirə bilməmişdir. Bundan sonra iddiaçı onun stifadəsində olmuş avtomobili aparıb, ona yeni qrafik açacaqlarını bildirdiklərindən, o, da iddiaçı cəmiyyət ilə razılaşmışdır. Iddiaçı tərəfindən ona yeni qrafik açılarsa, istifadəsinə verilmiş avtomobili götürüb yeni qrafik üzrə ödənişləri vaxtı-vaxtında ödəyəcəkdir. O, iddianın qismən təmin edilməsinə etiraz etmir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev), iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 15000 (on beş min) manat əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 (bir yüz otuz beş) manat və xidmət haqqının əvəzi qismində 0,40 (qırx qəpik) manat alınıb iddiaçı “xxxx” Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iddianın 10220 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı xxxx” BOKT MMC-nin nümayəndəsi-vəkili X2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iddianın 10220 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- cavabdeh tərəfindən iddiaçıya maddi zərərin dəyməsinə münasibətdə düzgün nəticəyə gəlsə də, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan iddiaçı “xxxx” BOKT MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## #### 2022-ci il tarixli **LIZ****** saylı lizinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “Opel” markalı, insignia minik model, sedan tipli (BAN: W0LGX5GG8D1029559; Mühərrik: A28NERHN059931; buraxılış ili: 2012; rəngi: göy) avtonəqliyyat vasitəsi lizinqə verilmişdir. Işdə olan “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2022-ci il tarixli **LIZ****** saylı lizinq müqaviləsinə * saylı əlavədən görünür ki, cavabdeh 22000 manat məbləğin 7000 manat hissəsini ilkin ödəniş olaraq ödəməyi, 15000 manat vəsaiti isə 36 ay müddətinə, hər ay 604 manat, sonuncu ay 623,39 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Işdə olan “xxxx” MMC tərəfindən tərtib edilmiş ## ####### 2024-cü il tarixli qüsur aktından görünür ki, ** PV *** dövlət qeydiyyat nişanlı, (BAN: W0LGX5GG8D1029559) avtomobillə dəymiş ziyan, ümumilikdə 15250 manat müəyyən edilmişdir. Işdə olan iddiaçı “xxxx” BOKT MMC tərəfindən cavabdehə ünvanlanmış ##.##.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı “xxxx” BOKT MMC ilə cavabdeh Cavabdeh arasında ## #### 2022-ci il tarixli, **LIZ****** saylı lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə edilmiş ##.##.2022-ci il tarixli * saylı əlavə üzrə cavabdehə 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə, ilkin ödəniş 7000 manat olmaqla, 22000 manat məbləğində “Opel” markalı, insignia minik model, sedan tipli (BAN: W0LGX5GG8D1029559; Mühərrik: A28NERHN059931; buraxılış ili: 2012; rəngi: göy) avtonəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilmişdir. Lakin cavabdeh * saylı əlavədə qeyd edilən lizinq ödəniş qrafiki üzrə dövri оlaraq ödəməli оlduğu lizinq ödənişinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Bu səbəbdən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. Lakin avtomobil cavabdehdən geri alınan zaman avtomobilin mühərrik və surətlər qutusunun yerində olmadığı, eləcə də ban hissəsinin istismara tam yararsız vəziyyətə salındığı aşkar olunmuşdur. Hissələrin geri qaytarılması və yaranan vəziyyətin aradan qaldırılması barədə cavabdehə müraciət edildikdə isə cavabdeh bundan imtina etmişdir. Dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə “xxxx” MMC-yə müraciət olunmuş və “xxxx” MMC tərəfindən verilmiş rəydə avtomobilə aid hansı hissələrdə çatışmazlıq olduğu, həmin hissələrin sayı və qiyməti qeyd edilmiş və dəymiş zərər məbləği ümumilikdə 15250 manat müəyyən edilmişdir. Iddiaçı tərəfindən dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də, heç bir nəticə əldə edilməmişdir. Göründüyü kimi lizinq müqaviləsi üzrə cavabdeh Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasında boyun qaçırmışdır. Birinci instansiya məhkəməsi iddianı tam təmin etsə də, cavabdeh apellyasiya icraatı zamanı şifahi vəsatət verərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını xahiş etmiş, xahişini onunla əsaslandırmışdır ki, verilmiş ekspert rəyi ilə razı deyildir, qiymət şişirdilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə qiymətləndirici ekspertizası təyin edilmişdir. ABAK-Az Crowe LTD tərəfindən göndərilmiş No: **/**-** saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Müşfiqabad qəsəbəsindəki əmlakında keçirilmiş texniki baxış nəticəsində müəyyən edilmişdir ki, qüsur aktında göstərilən 20 hissədən 19-u (o cümlədən mühərrik, sürətlər qutusu, paylayıcı qutu, intiqal valları, kardan valları və asqısı, sükan gücləndirici, dinamo, starter, kondisioner sistemi boruları və kompressoru, yanacaq və injektor sistemi, hava filtri və qutusu, hava ölçən boruları, giriş-çıxış kollektorları, səsboğucu sistemi, kataliktik çevirici, kəmər komplekti, elektrik sistemi və naqilləri, turbina) faktiki olaraq mövcuddur. Mühərrik və sürətlər qutusunun yenidən quraşdırılıb işə salınması üçün 2 ədəd porşenin (500 AZN), vkladışların (150 AZN) və dinamonun (cərəyanverici) (150 AZN) əvəz olunması, mühərrikin tam yığılması (1800 AZN), mühərrikin yağı və filtirinin dəyişdirilməsi (120 AZN), sürətlər qutusunun yağı və filtirinin dəyişdirilməsi (650 AZN) zəruri hesab edilmişdir. Beləliklə avtomobilin sıradan çıxmış hissələrinin əvəzi və təmiri (təmir xərcləri daxil olmaqla) üçün çəkiləcək yekun xərc 3370 (üç min üç yüz yetmiş) manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 700 manat təşkil edir. ABAK-Az Crowe LTD tərəfindən rəyə əlavə olaraq göndərilmiş məktubdan görünür ki, avtomobildən çıxarılmış ehtiyat hissələrinin qaytarılması halında avtomobilə dəymiş zərərin məbləği 3370 AZN, geri qaytarılmaması halında isə həmin hissələrin də dəyəri nəzərə alınmaqla 13585 AZN təşkil edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh tərəfindən iddiaçı “xxxx” BOKT MMC-yə ziyan vurulması ilə bağlı işin faktiki hallarını düzgün müəyyən etsə də vurulmuş zərərin məbləğinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ABAK-Az Crowe LTD tərəfindən verilmiş ekspert rəyində qaytarılması nəzərdə tutulan ehtiyat hissələrlə birlikdə nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 13585 AZN təşkil edir. Rəy də avtomobildən çıxarılmış ehtiyat hissələrinin qaytarılması halında avtomobilə dəymiş zərərin məbləği 3370 AZN olduğu göstərilsə də kollegiya qeyd edir ki, nə qədər ki həmin hissələr təhvil verilməmişdir, vurulmuş zərərin məbləği 13585 AZN müəyyən edilməli və cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh 15000 (on beş min) manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilərək, cavabdeh Cavabdeh 13585 AZN (on üç min beş yüz səksən beş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “xxxx” BOKT MMC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. ABAK-Az Crowe LTD tərəfindən aparılmış ekspert tədqiqatının dəyəri 700 manat təşkil edir. Iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş mədaxil qəbzindən görünür ki, 351 manat iddiaçı tərəfindən ABAK-Az Crowe LTD-ə ödənilmişdir. Ona görə də kollegiya hesab edir ki, 349 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” BOKT MMC-yə ödənilməlidir. Ekspert tədqiqatının dəyərinin geridə qalan hissəsi, yəni 349 manat da cavabdeh Cavabdeh tutularaq ABAK-Az Crowe LTD-nin hesabına (SWIFTBIK- IBAZAZ2X,Hesab#AZ08IBAZ40060019449700555207,M/H#AZ03NABZ0135010000000000294 4, KOD805614, VÖEN**********) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh 15000 (on beş min) manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 13585 AZN (on üç min beş yüz səksən beş) manat məbləğində pul vəsaiti, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 351 manat ekspert xərci alınaraq iddiaçı “xxxx” BOKT MMC-yə ödənilsin. Ekspert tədqiqatının dəyərinin qalan hissəsi, yəni 349 manat da cavabdeh Cavabdeh tutularaq ABAK-Az Crowe LTD-nin hesabına (SWIFTBIK- IBAZAZ2X,Hesab#AZ08IBAZ40060019449700555207,M/H#AZ03NABZ0135010000000000294 4, KOD805614, VÖEN**********) hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2039/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2039/2025
28.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver