Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-953/2026 29.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ziyan tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair” həmin məhkəmənin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh 4863 manat maddi zərərin, 2000 manat mənəvi zərərin, 500 manat yol xərci olmaqla ümumilikdə 7363 manat pulun və dövlət rüsumu üçün məhkəməyə ödənilən 94 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh 4863 manat ziyan və 68.63 manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Cavabdeh Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizəçi müraciətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətini ## ####### 2025-ci il tarixdə almışdır. Həmin qətnamə ilə iddiaçı İddiaçı ona qarşı irəli sürdüyü tələblər qismən təmin edilmiş və ondan 4.863 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh göstərmişdir ki, qətnamədən apellyasiya şikayətini ## ###### 2025-ci il tarixdə saat 12:36:56-da şəxsi “Elektron Məhkəmə” kabineti vasitəsilə formalaşdıraraq imzalanmağa hazır vəziyyətə gətirmiş və təsdiqləmiş, lakin elektron sistemdə yaranmış texniki nasazlıq səbəbindən şikayətin elektron imza ilə imzalanması və lazımi qaydada göndərilməsi baş tutmamışdır. Onun bildirdiyinə görə, həmin dövrdə təxminən 10 gün ərzində elektron kabinetində elektron imza bölməsi ilə bağlı texniki problem mövcud olmuşdur. Bununla əlaqədar Göyçay Rayon Məhkəməsinə şifahi, Məhkəmə-Hüquq Şurasına isə yazılı qaydada müraciət etmişdir. Ərizəçi qeyd etmişdir ki, Məhkəmə-Hüquq Şurasının *-*/*-Y-****-**-**/**** nömrəli cavabını aldıqdan sonra ## ###### 2026-cı il tarixdə apellyasiya şikayətini yenidən formalaşdıraraq elektron imza ilə imzalamış və təsdiq etmişdir. Cavabdeh prosessual müddətin buraxılmasının digər səbəbi kimi səhhətində yaranmış ciddi problemləri göstərmişdir. Bildirmişdir ki, ## ##### 2025-ci il tarixdə Göyçay Rayon Xəstəxanasının reanimasiya şöbəsinə miokardın kəskin subendokardial infarktı diaqnozu ilə ağır vəziyyətdə yerləşdirilmiş, həmin vaxtdan etibarən kardioloq nəzarəti altında müalicəsini davam etdirmişdir. Mübahisələndirilən qətnamənin qəbul edildiyi və sonrakı dövrdə də müalicə altında olmuşdur. Ərizəçinin bildirdiyinə görə, 2026-cı ilin yanvar ayında Göyçay Şəhər Mərkəzi Xəstəxanasında müalicə almış, səhhətinin yenidən ağırlaşması ilə əlaqədar ## ###### 2026-cı il tarixdə Bakı şəhərində yerləşən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə kəskin ürək çatışmazlığı diaqnozu ilə yerləşdirilmiş, müalicədən sonra kardioloqun nəzarəti altında evə buraxılmışdır. Ərizəçi həmçinin göstərmişdir ki, həmin dövrdə probasiya şöbəsindən onunla əlaqə saxlanılmış, o, səhhəti və müalicəsi barədə məlumat vermiş və zəruri tibbi sənədləri təqdim etməyə hazır olduğunu bildirmişdir. Bundan sonra Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və ona apellyasiya şikayətinin elektron sistemdə göründüyü, lakin buraxılmış prosessual müddətin bərpası barədə ayrıca müraciət təqdim etməsinin zəruri olduğu bildirilmişdir. Bu səbəbdən ## #### 2026-cı il tarixdə şəxsi “Elektron Məhkəmə” kabineti vasitəsilə prosessual müddətin bərpasına dair müraciət göndərdiyini və həmin müraciətin sistemdə təsdiqlənmiş kimi göründüyünü qeyd etmişdir. Sonradan məhkəməyə müraciət etdikdə isə müddətin bərpasına dair həmin ərizənin sistemdə görünmədiyi ona bildirilmişdir. Bununla əlaqədar yenidən Məhkəmə-Hüquq Şurasının qaynar xətti ilə əlaqə saxlamış və yazılı müraciət etmişdir. Ərizəçi səhhəti ilə bağlı müalicəsinin davam etdiyini, ## ##### 2026-cı il tarixdə Mərkəzi Klinikada təkrar müayinədən keçdiyini, həkimin tövsiyəsi ilə angioqrafik müayinə üçün Neftçilər Klinikasına göndərildiyini, ## ##### 2026-cı il tarixdə angioqrafiyadan sonra medikamentoz müalicə təyin edilməklə evə buraxıldığını bildirmişdir. Həmçinin ## #### 2026-cı il tarixdə təkrar müayinə üçün Bakı şəhərinə getdiyini, yeni müalicə təyin edildiyini, Göyçaya qayıtdıqdan sonra səhhətinin yenidən pisləşməsi səbəbindən Göyçay Rayon Xəstəxanasının X2 şöbəsinə müraciət etdiyini göstərmişdir. Cavabdeh daha sonra qətnamənin icrası ilə bağlı probasiya şöbəsinin əməkdaşları tərəfindən onunla əlaqə saxlanıldığını, ## #### 2026-cı il tarixdə polis əməkdaşları tərəfindən əvvəlcə Göyçay Rayon Polis Şöbəsinə, oradan probasiya şöbəsinə və daha sonra məhkəməyə aparıldığını, həmin gün barəsində 500 manat məbləğində cərimə tətbiq edildiyini bildirmişdir. Ərizəçi qeyd olunan texniki problemlərin və davamlı ciddi sağlamlıq vəziyyətinin onun iradəsindən asılı olmayan hallar olduğunu, apellyasiya şikayətini prosessual müddət daxilində lazımi qaydada təqdim etməsinə mane olduğunu əsas gətirərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin icraata qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Cavid Camalzadə) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Cavabdeh Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Cavabdeh oğlu şikayət verərək qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, prosessual müddətin buraxılması onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəblərlə, əsasən uzunmüddətli və ağır sağlamlıq vəziyyəti, stasionar müalicədə olması, habelə “Elektron Məhkəmə” informasiya sistemində yaranmış texniki problemlərlə əlaqədar olmuşdur. Şikayətçi göstərmişdir ki, # ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək infarkt diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində stasionar müalicə almışdır. Sonrakı dövrdə də sağlamlıq vəziyyəti qənaətbəxş olmamış, ## ###### 2026-cı il tarixdən # ###### 2026-cı il tarixədək uroloq, # ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək terapevt nəzarəti altında müalicə olunmuşdur. Bundan başqa, şikayətçi ## ###### 2026-cı il tarixdən # #### 2026-cı il tarixədək Bakı şəhərində Respublika Klinik Xəstəxanasının reanimasiya və kardiologiya şöbələrində stasionar müalicə aldığını, həmin dövrdə ürəyin yığılma qabiliyyətinin 15 faizə qədər azalmasının müəyyən edildiyini bildirmişdir. Şikayətçinin dəlillərinə görə, 2026-cı ilin mart-iyul aylarında da müalicəsi davam etmiş, kardioloq nəzarətində olmuş, angioqrafik müayinədən keçmiş və səhhəti ilə əlaqədar X2a müraciət etmişdir. Cavabdeh prosessual müddətin buraxılmasına “Elektron Məhkəmə” informasiya sistemində yaranmış texniki problemlərin də təsir etdiyini göstərmişdir. Onun bildirdiyinə görə, ## ###### 2025-ci il tarixdən # ###### 2025ci il tarixədək elektron sistem vasitəsilə apellyasiya şikayətini təqdim etməyə cəhd göstərmiş, lakin texniki səbəblərdən şikayət sistemdə imzasız görünmüşdür. Bununla bağlı texniki dəstək xidməti ilə yazışmalar aparılmış və yaranmış problemlərdən sonra apellyasiya şikayəti yalnız ## ###### 2026-cı il tarixdə sistemə yüklənə bilmişdir. Şikayətçi birinci instansiya məhkəməsinin onun ## #### 2026-cı il tarixdə elektron kabinetə daxil olmasını prosessual hərəkətləri həyata keçirmək imkanına malik olmasının göstəricisi kimi qiymətləndirməsi ilə razılaşmamışdır. Bildirmişdir ki, həmin tarixdə elektron kabinetdə müvafiq əməliyyat onun tam və sərbəst şəkildə prosessual hərəkət etməsi nəticəsində deyil, vəkilin köməyi və SİMA elektron imza vasitəsilə əvvəlcədən hazırlanmış sənədin təsdiqlənməsi yolu ilə həyata keçirilmişdir. Buna görə də həmin faktın onun sağlamlıq vəziyyətinin qənaətbəxş olmasını və prosessual müddət ərzində apellyasiya şikayətini sərbəst qaydada təqdim etmək imkanına malik olmasını təsdiq etmədiyini qeyd etmişdir. Cavabdeh göstərilən hallara əsaslanaraq prosessual müddəti üzrlü səbəblərdən buraxdığını, həmin səbəbləri təsdiq edən tibbi və digər sənədlərin mövcud olduğunu bildirərək, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün müvafiq prosessual hərəkətlərin həyata keçirilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, iş üzrə ərizəçinin özünün göstərdiyi hallardan müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin surəti ona ## ####### 2025-ci il tarixdə təqdim edilmişdir. Buna görə həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ## ###### 2025-ci il tarixdə başa çatmışdır. Ərizəçi müddətin buraxılmasını, ilk növbədə, “Elektron Məhkəmə” informasiya sistemində yaranmış texniki nasazlıqla əsaslandırmışdır. O, ## ###### 2025-ci il tarixdə apellyasiya şikayətini şəxsi kabinetində formalaşdırdığını və imzaya hazır vəziyyətə gətirdiyini, lakin elektron imza bölməsində yaranmış texniki problem səbəbindən şikayətin imzalanmadığını bildirmişdir. İş materiallarında 29-## ###### 2025-ci il tarixlərində məhz ərizəçinin şəxsi kabinetində və ya “Elektron Məhkəmə” sistemində apellyasiya şikayətinin göndərilməsini obyektiv olaraq mümkünsüz edən texniki nasazlığın mövcudluğunu, həmin nasazlığın müddətin sonunadək davam etdiyini və ərizəçinin başqa mümkün üsulla şikayət təqdim etmək imkanının olmadığını təsdiq edən yetərli texniki sübutların mövcudluğu müəyyən edilmir. Ərizəçinin Məhkəmə-Hüquq Şurasına müraciət etməsi onun texniki problemlə bağlı narazılığının mövcudluğunu göstərə bilər, lakin təkcə belə müraciətin mövcudluğu texniki nasazlığın konkret müddətdə apellyasiya şikayətinin verilməsini obyektiv və qarşısıalınmaz şəkildə mümkünsüz etdiyini təsdiq etmir. Bundan başqa, ərizəçinin öz izahatından görünür ki, o, Məhkəmə-Hüquq Şurasının cavabını aldıqdan sonra ## ###### 2026-cı il tarixdə apellyasiya şikayətini yenidən formalaşdıraraq elektron imza ilə imzalamış və təsdiq etmişdir. Buna baxmayaraq, müddətin bərpası barədə ərizə yalnız sonrakı dövrdə verilməyə cəhd edilmişdir. Bu hal da göstərir ki, texniki problem aradan qalxdıqdan dərhal sonra müddətin bərpasına dair prosessual hərəkət həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş tibbi sənədlərin onun ciddi ürək-damar xəstəliyindən əziyyət çəkdiyini, müxtəlif vaxtlarda stasionar və ambulator müalicə aldığını təsdiq etdiyini nəzərə almışdır. Lakin prosessual müddətin bərpası üçün xəstəliyin mövcudluğu özüözlüyündə kifayət deyil, xəstəliyin məhz apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində şəxsin prosessual hərəkət etmək imkanını obyektiv olaraq istisna etməsi müəyyən edilməlidir. Hazırkı halda ərizəçinin ## ##### 2025-ci il tarixdə infarkt keçirməsi və sonrakı dövrdə müalicə alması ciddi hal olsa da, onun öz izahatlarından görünür ki, 2025-ci ilin noyabr ayında elektron kabinetdən istifadə etmiş, ## ###### 2025-ci il tarixdə apellyasiya şikayətini formalaşdırmış, sonradan Məhkəmə-Hüquq Şurasına müraciət etmiş, ## ###### 2026-cı il tarixdə apellyasiya şikayətini elektron qaydada yenidən hazırlayıb imzalamış, ## #### 2026-cı il tarixdə isə yenidən elektron kabinet vasitəsilə müddətin bərpası haqqında ərizə göndərməyə cəhd etmişdir. Bu hallar ərizəçinin sağlamlıq vəziyyətinin onun prosessual fəaliyyət imkanını tam və fasiləsiz şəkildə aradan qaldırmadığını, əksinə, müəyyən dövrlərdə elektron sistemdən istifadə etmək, şikayət formalaşdırmaq, müraciətlər etmək və digər prosessual hərəkətlər həyata keçirmək imkanına malik olduğunu göstərir. Ərizəçinin ## ###### 2026-cı il tarixdə kəskin ürək çatışmazlığı ilə xəstəxanaya yerləşdirilməsi, ## ##### 2026-cı il tarixdə angioqrafiya müayinəsindən keçməsi və 2026-cı ilin sonrakı aylarında davam edən müalicəsi isə ## ###### 2025-ci il tarixdə başa çatmış ilkin apellyasiya müddətinin buraxılması faktını birbaşa izah etmir. Bu hallar müddət artıq bitdikdən sonra yaranmış və ya davam etmiş sağlamlıq problemləridir və onların ilk apellyasiya müddətinin buraxılması ilə səbəbli əlaqəsi müəyyən edilmir. Göründüyü kimi ərizəçi tərəfindən göstərilmiş texniki nasazlıq və sağlamlıq problemləri iş üzrə bütün materiallarla birlikdə qiymətləndirildikdə, həmin halların ## ####### 2025-ci ildən ## ###### 2025-ci ilədək olan apellyasiya müddəti ərzində şikayətin verilməsini obyektiv, davamlı və qarşısıalınmaz şəkildə mümkünsüz etdiyi sübuta yetirilmir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçinin özünün göstərdiyi hallar onun həmin dövrdə və sonrakı müddətdə prosessual hərəkətlər etmək imkanına malik olduğunu, lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini lazımi qaydada təqdim etmədiyini göstərir. Müddət bitdikdən sonra baş vermiş xəstəxanaya yerləşdirmələr, müalicələr və icra-probasiya tədbirləri isə artıq buraxılmış müddətin səbəbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-ci maddəsinə əsasən, müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). Həmin Məcəllənin 133.5-ci maddəsinə görə, prosessual müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi ## ###### 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” ## ####### 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı ## ####### 1999cu il tarixli, X6rşı ## #### 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı ## #### 2003-cü il tarixli, X5rşı ## ####### 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Belə olan halda buraxılmış prosessual müddətin bərpasından imtina ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, vaxtı keçmiş şikayətin qarşısının alınması və məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək məqsədinə xidmət edir. Bu məhdudiyyət də ədalət mühakiməsinin maraqlarının təmin edilməsi, vaxtı keçmiş şikayətlərin qarşısının alınması və məhkəmənin dəyərli vaxtının alınmasından çəkindirməkdə ifadə olunan qanuni məqsəd daşıyır və tətbiq edilən bu vasitə ilə qarşıya qoyulan həmin məqsəd arasında ağlabatan əlaqə mövcuddur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(3-10)-953/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-953/2026
29.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver